_____________ Milli Kitabxana_____________
78
4-cü mərhələ, -
TOKUQAVA
(XVII-XIX y.), - yapon feo-
dalizminin üçüncü həddidir, Yaponiyanın mədəni həyatında
şəhərlilərin təşəbbüsünün və ümumi sosial “çəkisinin” artdığı
bir vaxtdır. Şəhər tacirləri, baqqallara və sənətkarlara
mənsubdur. Məhz Kabuki janrı da onların zövqünün
təcəssümüdür. Noh janrı isə nüfuzdan düşməkdə olan
samurayların dəbdəbəli, təmtəraqlı, mərasim xislətli ciddi
əyləncəsidir.
5-ci mərhələ yapon teatr mədəniyyətinin formaları ilə
Avropa teatr nümunələrinin paralel şəkildə, yan-yanaşı yaşadı-
ğı
MEYC(DZ)İ
(1868-1912) dövrüdür. Bu, yapon teatr tarixinin
keçid və sintez mərhələsidir. Sanki zamanın bu kəsimində
Avropa mədəniyyət örnəklərilə Yaponiyanın milli teatr
gələnəkləri qarşılaşıb müxtəlif çeşidli, maraqlı formalar və teatr
oyunları meydana gətirir, sənət hadisələri yaradır.
1912-ci ildən isə yaponiyanın siyasət və mədəniyyət
tarixinin
SYOVA
mərhələsi başlayır. Bu, artıq Yaponiyada
avropatipli teatrın tarixini özündə qapsıyır. XX əsrin 60-cı
illərində isə hətta U.Şekspirin “Kral Lir” faciəsi Noh teatrının
səhnəsinə adlayır və bu janr onu özünəməxsus bir şəkildə, əgər
belə demək caizsə, “aranjeman”edir.
Təbii ki, heç bir bölgü yapon teatr mədəniyyətinin bütövlü-
yünü və inkişaf mənzərəsini, inkişaf ahəngini parçalaya bilməz,
qıra bilməz.
Yaponiyada Noh və Kabuki teatrlarına qədər
“C(DZ)USİ”
(“cadugərlər” mənasında anlaşılır) adlanan tamaşalar geniş
yayılmışdı. Cusi bir növ xalq təbabətçisidir, ovsunçudur.
Haradasa onun Sibir şamanlarına da oxşarlığı var. Xəyan
mərhələsində bu cusilər Budda məbədgahının xidmətçilərinə
çevrilirlər. Onlar adətən məbədgahlara gələn zəvvarları
əyləndirirdilər. Sonralar bu cadugərlər Cusi-saruqaku
_____________ Milli Kitabxana_____________
79
truppalarında birləşirlər. Bu məbədgah xidmətçilərinin
tamaşalarına da “cusi-saruqaku” deyərdilər. Cusi-saruqakular
Xəyan dövrünün sonuna kimi yaşayır və XIV yüzildə tamam
aradan çıxır.
Budda məbədgahının qutsal xidmətçilərinin (aktyorlarının)
oyunlarını tədricən sıxışdırmış tamaşalar
“ENNEN-NOH-MAİ”
(“Uzun ömrün rəqsləri” kimi tərcümə edilir) adlanırdı. Artıq
ennen-noh-mai tamaşa-rəqslərində Noh teatrı üçün xarakterik
sayılan bütün elementlər, - dialoq, xorun nəğməsi, mahnı və
rəqs, - kifayət qədər gəlişmişdi. Nara və Kioto şəhərlərində və
onların yaxınlığında yerləşən Kobucuki, Xoryuci və Xieycan
məbədgahlarında bu tamaşalar geniş masştab almışdı.
“Denqaku” adlanan “əkinçilik tamaşaları” da vaxt etibarı
ilə ennen-noh-mai və cusi-saruqakulardan əvvəl təşəkkül
tapmışdır. Sonradan denqaku torpaq və məhsuldarlıq bayram-
ları ilə birbaşa əlaqəsini itirmiş və müstəqil teatr janrı kimi
formalaşmışdır. Lakin tarix denqakuların təbiətini dəqiq
müəyyənləşdirməyə imkan vermir. Bununla belə bir məsələ
tam aydındır ki, yapon teatr mədəniyyəti bu teatr janrlarının
intişar tapdığı müstəvidə qərarlaşır.
_____________ Milli Kitabxana_____________
80
1. Noh teatrının yaranması və təşəkkülü
Noh teatrı (janrı) yapon teatr mədəniyyətinin tarixində bir
qərinədir. Noh teatrı Sözün, Musiqi və Hərəkətin ideal
birgəliyini nümayiş etdirən bir səhnə sənəti növüdür. Bu teatrın
yaranma tarixilə bağlı çoxlu əfsanələr mövcuddur. Belə
deyirlər ki,
NOH*
teatrının təşəkkülü U(dz)cume adlı rəqs
ilahəsinin günəş allahı, sintoizmin qüdrətli ana tanrısı
Amaterasu şərəfinə aşırılmış çən üstündə, tonqallar işığında
ifa etdiyi rəqslə ilişkilidir. Güya ki, saruqakular tanrıların
zamanından mövcuddur, daha doğrusu, tanrıların oyunları elə
saruqaku janrının təşəkkül çağıdır. Xalq arasında da bu sayaq
rəvayətlər geniş yayılıb. Qədim Yaponiyanın paytaxtı Nara
şəhərində Kasuqa adlandırılan sintoizm məbədgahının önündə
möhtəşəm bir şam ağacı ucalır. Rəvayət belə nəql eyləyir ki,
güya gecələr kənd camaatı onun həndəvərinə yığışıb tonqal
işığında gecə misteriyaları göstərərlərmiş. Ona görə də hesab
olunur ki, Noh səhnəsinin arxa divarında çəkilmiş şam ağacı
elə həmin şam ağacını bildirir. Divarın adı “kaqami-ita”
(güzgülü daş) və qrim otağı “kaqami-noh ma” (güzgülü
otaq) sözləri də bu teatrın günəş kultu ilə əlaqəsini vurğulayır.
Bu fikri söyləyərkən mütəxəssislər Yaponiyanın qədim
_________________________________________
*Qeyd:Yapon teatrşünasları ingiliscə nəşr elətdirdikıəri tədqiqatların-
da teatrın adını “Noh” kimi yazırlar. Rus yaponşünasları isə
həmin sözü qoşa “o” hərfiylə yazıb onu eləcə də tələffüz edirlər.
Təbii ki, biz burada birincilərə üstünlük verdik.
rəvayətlər toplusu “Koc(dz)iki” dastanına əsaslanırlar.
Yapon Noh teatrının tarixində müstəsna rolu olan sənətçi-
lərdən biri Ceami (və ya S(dz)eami) bəyan edir ki, bu teatrın
_____________ Milli Kitabxana_____________
81
(janrın) yaranma prinsipləri Hindistan və Çindən
götürülmüşdür. Mifologiya isə Noh teatrının üç mənbəyini ak-
tuallaşdırır: 1) sintoizm; 2) buddizm; 3) Çin fəlsəfi təlimləri.
Tarixən yapon Noh teatrının yaranması, təşəkkülü,
formalaşması və inkişafı üç böyük mərhələyə sığışır. Birinci
mərhələ Kamakura (1192-1333) dövrüdür ki, bu vaxt teatrın
təşəkkül müstəvisi, estetik bünövrəsi müəyyənləşdirilir.
Muromati (1333-1573) mərhələsi Noh teatrının yetkinlik
çağıdır. Tokuqava dövrü (Momoyama və Edo mərhələləri) isə
Noh teatrının inkişafında yeni meyllərin və estetik
istiqamətlərin meydana gəlməsilə xarakterizə olunur.
Momoyama (1573-1614) və Edo (1603-1868) Noh teatrını
təzə himayədarların öz zövqlərinə uyğun tərzdə yaşatdıqları
dövrlərdir. Əgər belə ifadə etmək mümkünsə, bu çağlar Noh
teatrının inkişafında modernizm mərhələsidir.
Meyci (1868-1912) və Syova (1912-1945) dövrlərisə artıq
Noh teatrı tarixində janrın böhranın dərinləşməsi və bu teatrın
bir forma kimi muzeyləşməsi zamanıdır. Bu, Noh teatrının
ümumi tarixinin çox qısa bir annotasiyasıdır.
Noh teatrının bir janr kimi təşəkkülü XIII-XIV yüzilləri
əhatə edir. Yapon teatrşünasları söyləyirlər ki, Noh teatrının
modelini “saruqaku-xosi” adı ilə tanınan səyyar himcim
ustaları yaratmışlar.
SARUQAKU
“meymun rəqsi” deməkdir,
XOSİ
- “rahib”. Yaponlar avropalıların belə tərcüməsilə razı-
laşmırlar. Onlar deyirlər ki, birinci heroqlifin heç bir məna yü-
kü yoxdur və “qaku” əlavə edilmiş bütün sözlər “buqaku”,
“qaqaku”, “qakura” bütün vəziyyətlərdə Orta çağların teatr for-
malarını nişan verir. Saruqakular akrobatika, klounada, rəqs,
gözbağlıca və sairədən ibarət tamaşalr idi. Amma ara-sıra sa-
ruqaku-xosidə çıxış edən aktyorlar fars səhnələri də oynayırdı-
lar.
Dostları ilə paylaş: |