Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
40
Təşkilatının (DST) İhsan Doğramacı Ailə Sağlamlığı Fondunun mükafatı təqdim
edilmişdir. O, həmin beynəlxalq mükafata Dünya Səhiyyə Təşkilatı İcraiyyə
Komitəsinin Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə ana, uşaq
və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna
xidmətlərinə görə layiq görülmüşdür. Mehriban xanım İSESKO-nun xoşməramlı
səfiri adı və ölkəmizdə, eləcə də onun hüdudlarından kənarda apardığı
xeyriyyəçilik işlərinə görə "Əsrlərin xeyriyyəçiləri" beynəlxalq Fondunun Yaqut
Xaç ordenini almış ilk qadındır. Bunlar Mehriban xanımın son iki ildə layiq
görüldüyü titul və mükafatların yalnız bir hissəsidir.
Son dövrdə Azərbaycan cəmiyyətinin həyatına və dilimizin lüğət tərkibinə
daxil olan "birinci xanım", "xoşməramlı səfir" məfhumları bilavasitə Mehriban
xanımın adı ilə bağlıdır. Əminik ki, Azərbaycanın birinci xanımının həyatında
belə "ilk"lər bundan sonra da olacaqdır.
Mehriban xanım 1995-ci ildə təsis etdiyi Azərbaycan Mədəniyyətinin
Dostları Fondu ilə öz həyat amalını, istəyini müəyyən etmişdir: milli
mədəniyyətimizin inkişafına kömək göstərmək, xalqımızın dəyərli mədəniyyət
nümunələrinin xaricdə təbliğini dəstəkləmək.
İndi onun rəhbərlik etdiyi bütün qurumların fəaliyyətinin əsas istiqamətini,
ölkəmizdə və beynəlxalq aləmdə gördüyü işlərin mahiyyətini də xoş məram, xoş
niyyət təşkil edir.
Kollegial demokratik seçim ənənələri ilə idarə edilən dünyanın ən nüfuzlu
beynəlxalq təşkilatları Mehriban xanıma "xoşməramlı səfir" adlarını verərkən
dəfələrlə vurğulandığı kimi, ilk növbədə, onun real fəaliyyəti, habelə nəciblik,
xeyirxahlıq kimi mənəvi keyfiyyətləri, dünyada qəbul olunmuş davranış
qaydalarını da özündə ehtiva etməklə mənsub olduğu xalqın milli-mənəvi
dəyərlərinə sadiqliyi, intellektual səviyyəsi başlıca meyar götürülmüşdür.
Mebriban Əliyevanın bu adlara layiq görülməsini şərtləndirən işlərə - onun
birbaşa təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilmiş, yaxud reallaşmaqda olan
layihələrə, proqramlara qısa nəzər salaq. Məhz bu proqram və layihələr onun
prezidenti olduğu Heydər Əliyev Fondunu beynəlxalq miqyasda ən nüfuzlu
qeyri-hökumət qurumlarından biri kimi tanıtmışdır.
Təhsil sahəsində: "Uşaq evləri və internat məktəblərinin inkişafı
proqramı". Aparılan monitorinqlərin nəticəsi olaraq respublikanın bütün
Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
41
regionlarında yerləşən uşaq tərbiyə müəssisələrində problemlərin həllinə
yönələn dörd əsas istiqamət - texniki dəstək, təhsil, səhiyyə və ictimai fəallıq
prioritet təşkil etmişdir. Bu müəssisələrin böyük əksəriyyətinin məhz təmirə,
yenidənqurmaya və texniki təchizata daha çox ehtiyacı olduğu
müəyyənləşdirilmişdir. Respublikada 29 uşaq müəssisəsi əsaslı şəkildə təmir
edilmiş, əlavə yardımçı binalar inşa olunmuş, yaşayış üçün rahat kommunal
şərait yaradılmış və təzə avadanlıqla komplektləşdirilmişdir.
"Yeniləşən Azərbaycana yeni məktəb proqramı" əsasən təhsilin
səviyyəsinə birbaşa təsir edən problemlərin həllinə - maddi bazanın
yaxşılaşdırılmasına, tədris prosesinin səviyyəsinin yüksəldilməsinə imkan verən
məktəb binalarının inşasına istiqamətlənmişdir.
Azərbaycanın bütün regionlarını əhatə edən 62 rayonda 200-dək yeni
məktəb tikilib istifadəyə verilmiş, ən müasir avadanlıqla təchiz edilmişdir.
Bununla da 2005-2006-cı illərdə 38 min 964 şagird yerlik məktəblərin inşasına
və yenidən qurulmasına nail olımmuşdur. 100, 200, 240, 300 və daha artıq
şagird yerlik məktəblərin hər birində laboratoriya, kompyuter otaqları, idman
salonu və meydançaları, kitabxana, yeməkxana, ayrıca istilik sistemi vardır.
"Təhsilə dəstək" layihəsi. Məktəbəqədər uşaq tərbiyə müəssisələrinin
yenidən qurulması layihəsi çərçivəsində Lerik və Bakının Əzizbəyov
rayonlarında 4 uşaq bağçası əsaslı təmir olunaraq müasir avadanlıqla təchiz
edilmişdir.
Daimi yaşayış yerlərini tərk etmiş, aztəminatlı ailələrdən 2004-2006-cı
illərdə birinci sinfə gedən 60 min uşağa məktəb ləvazimatları hədiyyə
verilmişdir. Gürcüstanda və Moskvada azərbaycanlıların təhsil aldığı məktəblərə
kompyuter dəstləri, məktəb ləvazimatları və digər avadanlıqlar hədiyyə
edilmişdir.
Məktəblərdə tədrisin keyfiyyətini yüksəltmək məqsədi ilə əyani vəsaitlər
hazırlanmış, laboratoriya-təcrübə ləvazimatları alınaraq tədris müəssisələrinə
verilmişdir.
Pakistan İslam Respublikasının zəlzələdən zərər çəkmiş Müzəffərabad
şəhərində fondun maliyyə dəstəyi hesabma müasir tələblərə cavab verən
ümumtəhsil məktəbinin tikintisinə başlanılmışdır. Təhsil müəssisəsində
kitabxana, laboratoriya, kompyuter otaqları və idman meydançası da olacaqdır.
YUNESKO-nun himayəsi ilə təhsillə bağlı regional konfrans 2008-ci ildə
Bakıda keçiriləcəkdir.
Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
42
Dərs vəsaitləri və müxtəlif ədəbiyyatla təchizat. Rusiyanın "Puşkin
kitabxanası" fondu ilə yaranmış əməkdaşlıq çərçivəsində Rusiyada son illər nəşr
olunmuş və müxtəlif elm sahələrinə aid 5 minə qədər kitab respublikamızın ali
məktəblərinə təqdim edilmişdir.
World Vision ("Dünyaya baxış") təşkilatı tərəfindən fonda təqdim edilən və
məxsusi olaraq uşaq müəssisələri üçün nəzərdə tutulmuş 1000-dək nəfis
tərtibatlı kitab uşaq evlərinə və internat məktəblərinə paylanılmışdır.
"JP Morgan" təşkilatının fonda hədiyyə etdiyi, xaricdə nəşr olunmuş
müxtəlif adda kitablar ali məktəblərə təqdim olunmuşdur.
Səhiyyə sahəsində. "Diabetli uşaqlara ən yüksək qayğı" layihəsi
Azərbaycan Diabet Cəmiyyəti və Danimarkanın "Novo Nordisk" şirkəti ilə birgə
əməkdaşlıq nəticəsində həyata keçirilmişdir. Layihə çərçivəsində Azərbaycanda
diabet xəstəliyinə düçar olmuş 14 yaşınadək uşaqlar 2004-2006-cı illər ərzində
müntəzəm olaraq lazımi miqdarda insulin preparatları və şpris-qələmlərlə təmin
edilmişlər.
"Talassemiyasız həyat naminə" layihəsi. Azərbaycan talassemiya
xəstəliyinin geniş yayıldığı ölkələrdən hesab olunur. Layihə çərçivəsində müasir
avadanlıqla təchiz olunmuş Talassemiya Diaqnostika Mərkəzinin yaradılması
qərara alınmışdır və artıq tikinti işləri aparılır. Proqramın daha səmərəli şəkildə
həyata keçirilməsi üçün Məsləhət Şurası yaradılmışdır. Layihədə bu xəstəlikdən
əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təmin olunması üçün
donor xidmətinin inkişafı, əhalinin maarifləndirilməsi, prenatal diaqnostika
üsulu ilə xəstəliyin proqnozlaşdırılması məsələlərinə də diqqət yetirilir.
Tibb müəssisələrinin yenidən qurulması və müasir avadanlıqla
təchizatı. Fondun təşəbbüsü ilə paytaxtın Əzizbəyov rayonunun Türkan
qəsəbəsində poliklinika, təcili yardım stansiyası, aptek, Şüvəlan qəsəbəsində
xəstəxana, İsmayıllı rayonunun İvanovka kəndində poliklinika yenidən
qurulmuş və avadanlıqla təchiz olunmuşdur.
Almaniyanın "Fresenius Medical Care" şirkətinin Heydər Əliyev Fonduna
hədiyyə etdiyi 10 ədəd hemodializ aparatı və "Storz" şirkətinin hədiyyəsi olan
endoskopik avadanlıq tibb müəssisələrinə verilmişdir. Fransanın "Servye" şirkəti
tərəfindən fonda verilmiş "Diabeton MR" preparatları diabetdən əziyyət çəkən
insanlara paylanmışdır.
Dostları ilə paylaş: |