Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
171
Bakıda həmçinin "YUNESKO-Azərbaycan: gələcəyə körpü" mövzusunda ikinci
konfrans keçirilmiş, milli təhsilimizin inkişafı ilə bağlı mühüm müzakirələr
aparılmışdır. Xatırladaq ki, təhsil sahəsində Azərbaycanla YUNESKO arasında
bir neçə istiqamətdə əməkdaşlıq əlaqələri qurulmuşdur. Bu əlaqələr əsasən,
"Təhsil hamı üçün" proqramını, "Assosiativ məktəblər", texniki-peşə sahəsində
əməkdaşlıq, inkluziv təhsil layihəsi, ali məktəblərdə YUNESKO kafedralarının
yaradılması və digər sahələri əhatə edir. Təhsilin məzmunca yeniləşməsi,
məktəblərdə informasiya texnologiyalarının geniş tətbiqi və digər bu kimi
planlar da əməkdaşlığın çərçivəsinə daxil olan məsələlərdəndir. Təhsillə bağlı
hələ 2004-cü ilin avqustunda keçirilən konfrans isə əsas etibarilə bu istiqamətdə
səylərin koordinasiyası, əlaqələrin yeni mərhələsinin başlıca istiqamətlərinin
müəyyənləndirilməsi baxımından əhəmiyyətli olmuşdur. Konfransdakı çıxışında
Azərbaycan milli təhsilindəki problemlər barədə söhbət açan YUNESKO-nun
xoşməramlı səfiri Mehriban Əliyeva indiyə qədər həyata keçirilmiş islahatlar
barədə konfrans iştirakçılarını məlumatlandırmışdır. Və ən əsas məqam kimi
Ermənistanm Azərbaycana qarşı təcavüzünün milli təhsilimiz qarşısında
yaratdığı problemləri həm YUNESKO-nun baş direktorunun, həm də
nümayəndə heyəti üzvlərinin nəzərinə çatdırmışdır.
İndiyə qədər YUNESKO-nun baş direktorunun rəhbərliyi ilə bu qurumun
çoxsaylı məsul işçiləri və ekspertləri Azərbaycanda olaraq məcburi köçkün və
qaçqın ailələrində yaşayan uşaqların təhsil problemləri ilə bağlı müxtəlif
layihələr işləyib hazırlamışlar. YUNESKO kimi böyük imkanlara malik nüfuzlu
beynəlxalq təşkilatın diqqətinin ölkəmizin təhsil problemlərinə cəlb edilməsi,
dünyanın bir sıra dövlətlərinə xas xarakterik problemlərin həlli üçün
düşünülmüş pilot layihələrin sınaqdan keçirilmə məkanı kimi məhz
Azərbaycanın seçilməsi, YUNESKO ilə əməkdaşlıq şəraitində keçirilən birgə
tədbirlər yaxm gələcəkdə bu əlaqələrin daha da intensiv xarakter almasına geniş
imkanlar yaradır. Mehriban xanım Əliyevanın Azərbaycan təhsilinin inkişafı,
yeni nəslin təlim-tərbiyəsinin yüksək səviyyədə qurulması, gələcəyimiz üçün
layiqli vətəndaşların, peşəkar kadrların hazırlanması yönündə atdığı addımlar
onun əsil vətəndaş mövqeyinin parlaq ifadəsidir.
Azərbaycan Mədəniyyətinin Dostları Fonduna rəhbərlik edən Mehriban
xanım Əliyevanın təşəbbüsü ilə 1996-cı ildən Azərbaycan, ingilis və rus
dillərində
Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
172
çap olunan "Azərbaycan-irs" jurnalının səhifələrində milli musiqimizin,
mədəniyyətimizin, tarixi-milli irsimizin qorunub saxlanılması və gələcək
nəsillərə ötürülməsi vacibliyi ilə bağlı çoxsaylı məqalələr işıq üzü görmüşdür.
Azərbaycanın mədəniyyəti və incəsənəti ilə bağlı ən aktual problemlərin, böyük
məzmun yükünə malik materialların dərc edildiyi "Azərbaycan-irs" jurnalı ölkə
həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması və təbliği işinə də böyük
dəstək olmuşdur. Heydər Əliyev Fondunun fəaliyyətə başlaması bu işlərin daha
qlobal miqyasda, həm də sistemli və ardıcıl surətdə həyata keçirilməsinə imkan
yaratmışdır.
2004-cü ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın
YUNESKO-nun xoşməramlı səfiri seçilməsi ilə fondun milli irsin mühafizəsi,
elm və mədəniyyətin inkişafı sahəsindəki fəaliyyəti bir qədər də genişlənmişdir.
Azərbaycanın bir sıra görkəmli alimlərinin, yazıçı və bəstəkarların
yubileylərinin keçirilməsi, "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyinin
beynəlxalq miqyasda qeyd olunması, YUNESKO-nun "Dünya irs siyahısı"na
İçərişəhərin Şirvanşahlar Saray Kompleksi ilə birgə daxil edilməsi, bu siyahıya
Qobustan Qoruq Muzeyinin və Atəşgahın da daxil olması üçün ilkin sənədlərin
hazırlanması bu fəaliyyətin təqdirəlayiq məqamları kimi vurğulana bilər.
Fondun prezidentinin şəxsi səyləri nəticəsində Azərbaycan xalqının milli sərvəti
sayılan muğam həmin mötəbər təşkilatın vasitəsilə bəşəriyyətin şifahi və qeyri-
maddi irsinin şah əsərləri sırasına daxil edilmişdir.
Mehriban xanım Əliyevanın Azərbaycan muğamların öyrənilməsi və
təbliği ilə bağlı fəaliyyəti onun mənəvi dəyərlərə bağlılığının və yüksək
vətənpərvərliyinin bariz göstəricisidir. "Qarabağ xanəndələri" adlı nəfis albomun
buraxılması da Fondun ötən ilki uğurları sırasında qeyd oluna bilər.
Heydər Əliyev Fondu qısa müddətdə mədəniyyət abidələrinin yenidən
qurulması və reabilitasiyası sahəsində əməli tədbirlər həyata keçirmişdir. Gəncə
şəhərində Cavadxan türbəsinin, Comərd Qəssab məqbərəsinin, Bakının Şüvəlan
qəsəbəsində yerləşən Pirhəsən ziyarətgahının bərpasını, Abdulla Şaiqin ev-
muzeyinin təmiri bu qəbildən olan işlər sırasında xüsusi vurğulana bilər. Bundan
başqa, Azərbaycan həqiqətlərinin müasir informasiya texnologiyalarının
köməyilə dünya arenasına çıxarılması, bu məqsədlə internet resurslarının
yaradılması da fondun diqqət mərkəzindədir. 2005-ci ildə həcminə və
keyfiyyətinə görə
Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
173
ölkədə analoqu olmayan "Azərbaycan" informasiya portalının yaradılması
xüsusilə təqdirəlayiqdir. Layihənin reallaşmasına respublikanın aparıcı
mütəxəssisləri də cəlb edilmiş, çoxsaylı arxivlərdən, kitabxanalardan və dövlət
müəssisələrindən toplanmış dəyərli materiallar, sənədli bilgilər burada əksini
tapmışdır. "Qarabağ həqiqətləri" kitabının 2006-cı ildə nəfıs tərtibatla çapdan
çıxması da fondun milli problemlərimizə necə böyük həssaslıqla yanaşdığını
göstərir. YUNESKO-nun qeyri-maddi irs siyahısına aşıq sənətinin də daxil
edilməsi yönündə səylərin gücləndirilməsi, təşkilatın baş katibinin iştirakı ilə
ötən ilin avqust ayında Bakıda Beynəlxalq Muğam mərkəzinin təməlinin
qoyulması fondun fəaliyyətinin kifayət qədər geniş spektri əhatə etdiyini
təsdiqləyir.
Heydər Əliyev Fondunun ötən ilki fəaliyyətinin əsas istiqamətlərindən biri
də Azərbaycan cəmiyyətinin müdafiəyə ən çox ehtiyacı olan uşaq evlərinə və
internatlara yardım göstərilməsi ilə bağlıdır. Fond eyni zamanda səhiyyə
sahəsində də layihələr həyata keçirmişdir. Bu sırada "Diabetli uşaqlara ən
yüksək qayğı" və "Talassemiyasız həyat naminə" layihələri xüsusi qeyd
olunmalıdır. Birinci layihə çərçivəsincə diabetli uşaqların problemlərinin həllinə
həsr olunmuş konfrans keçirilmiş, 14 yaşınadək olan diabetli uşaqlara dərman
preparatları paylanmışdır.
Hazırda layihə üzrə işlər davam etdirilir və fond uşaqlarımızın sağlamlığı
üçün lazım olan hər bir şeyi onlara verir. Mehriban xanım xəstə, kimsəsiz
uşaqlara qayğı missiyasını başqalarına da təlqin edir. Onun üçün önəmlisi budur
ki, bu problemlərə indi heç kəs biganə deyil. Bir çox qurumlar, fərdlər fondla bu
istiqamətdə əməkdaşlıq əlaqələri yaratmaqdadır. Təkcə keçən il Heydər Əliyev
Fondunun dəstəyilə 500-dən çox soydaşımıza yardım göstərilməsi Mehriban
Əliyevanın xeyirxah fəaliyyətinin nəticəsidir.
Heydər Əliyev Fondunun ümdə məqsədlərindən biri də ulu öndərimizin
zəngin irsinin, Vətən qarşısında misilsiz xidmətlərinin, milli dövlətçilik
ideyalarının dərindən öyrənilməsi, təbliği, yeni nəsillərə çatdırılmasıdır. Bu
məqsədlə fondda Heydər Əliyevə həsr edilmiş ekspozisiya hər il yeni
eksponatlarla zənginləşdirilir. Belə davamlı iş gələcəkdə Heydər Əliyev
Fondunda ulu öndərin fəaliyyətinin bütün istiqamətlərini əks etdirən
materialların toplanıb mərkəzləşdirilməsinə imkan verəcək. Ölkəmizdə təhsilin
inkişafı, əhalinin maarifləndirilməsi, Azərbaycan həqiqətlərinin dünyaya
çatdırılması, türkçülük,
Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
174
azərbaycançılıq məfkurəsinin təbliği istiqamətində də Heydər Əliyev Fondu
ardıcıl və məqsədyönlü fəaliyyət göstərir.
Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın həm də Milli
Gimnastika Federasiyasının prezidenti kimi millətin mənəvi-fiziki sağlamlığının
təmin olunması istiqamətindəki fəaliyyəti də təqdirəlayiqdir. Qısa müddətdə
Azərbaycanın bədii gimnastika idman növünün inkişafı istiqamətində atdığı
addımlar, habelə 2006-cı ildə Bakıda bədii gimnastika üzrə Avropa
çempionatının keçirilməsi onun bu sahədə də yaxşı təşkilatçı və qayğıkeş rəhbər
olduğunu göstərir.
Bütün bunlar deməyə əsas verir ki, Heydər Əliyev Fondununun son üç il
yarımda həyata keçirdiyi çoxsaylı layihələri birləşdirən bir ortaq xətt var -
humanizm, insanpərvərlik, mərhəmət! Fondun Prezidenti, YUNESKO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın
amnistiya təşəbbüsü ilə çıxış etməsi deyilənləri bir daha təsdiqləyir. Ümıımmilli
liderimiz Heydər Əliyevin anadan olmasının 84-cü ildönümü münasibətilə irəli
sürülmüş bu nəcib və humanist təşəbbüs əsasında gerçəkləşən amnistiya aktı
minlərlə azərbaycanlı ailəsinə hədsiz sevinc və xoşbəxtlik gətirmişdir.
Amnistiya təşəbbüsü Milli Məclisdə geniş müzakirə olunaraq təqdir
edilmiş, deputat Mehriban xanım Əliyevanın yüksək humanizmi, insanpərvərliyi
kimi dəyərləndirilmişdir. Bu, Azərbaycan parlament tarixində ilk dəfə olaraq
Milli Məclisin deputatı tərəfindən irəli sürülmüş və geniş ictimai dəstək almış
amnistiya aktı olmaqla, özlüyündə böyük mənəvi-əxlaqi və siyasi məzmun
daşımışdır. Bir daha aydın olur ki, Heydər Əliyev Fondununun Prezidenti hər bir
addımda ulu öndərimizin humanizmə və insanpərvərliyə söykənən siyasətinə
istinad edir.
Bu gün Azərbaycan vətəndaşlarının ölkənin "birinci xanımı"nın fəaliyyətini
rəğbət və məmnunluq hissilə yaxından izləməsini də Mehriban Əliyevanın
yüksək humanizmində və qayğıkeşliyində axtarmaq lazım gəlir. Özünün də
söylədiyi kimi, başqalarına yaxşılıq, mərhəmət ömrü boyu onun üçün ümdə
anlayışlara, ən ülvi insani keyfiyyətlərə çevrilmiş, eyni zamanda, bu xoşməramlı
fəaliyyətin kökündə səmimilik dayanmışdır.
Sabir Hüseynov
Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
175
MÜNDƏRİCAT
ƏLİ EYVAZOV, (ÖN SÖZ) MƏRHƏMƏT VƏ XEYİRXAHLIĞA SÖYKƏNƏN XOŞMƏRAMLI MİSSİYA……………………3
NƏRGİZ PAŞAYEVA, XOŞMƏRAMLİ SƏFİR MEHRİBAN XANİM ƏLİYEVA YUNESKO
TRİBUNASİNDAN AZƏRBAYCANİN HAQQ SƏSİNİ DÜNYAYA ÇATDİRİR………………………………………………...14
HİCRAN HÜSEYNOVA, XOŞ MƏRAMLAR ELÇİSİ NƏCİB ƏMƏLLƏRİN DAVAMÇISI…………………………………….19
SAMIİRƏ EYVAZOVA, MİLYONLARIN ÜMİD YERİ ………………………………………………………………………….22
AZƏRBAYCANIN BİRİNCİ XANIMI MEHRİBAN ƏLİYEVAYA "QIZIL ÜRƏK"
BEYNƏLXALQ MÜKAFATI TƏQDİM OLUNMUŞDUR…………………………………………………………………………28
OLJAS SÜLEYMENOV, "MƏN AZƏRBAYCANA GÖRƏ QÜRUR HİSSİ KEÇİRİRƏM..."……………………………………31
HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ, YUNESKO-NUN XOŞMƏRAMLI SƏFİRİ
MEHRİBAN ƏLİYEVA "YAQUT XAÇ" ORDENİNƏ LAYİQ GÖRÜLMÜŞDÜR ………………………………………………32
AZƏRBAYCANIN BİRİNCİ XANIMI, HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ, YUNESKO VƏ
İSESKO-NUN XOŞMƏRAMLI SƏFİRİ, MİLLİ MƏCLİSİN DEPUTATI MEHRİBAN XANIM ƏLİYEVA
DST-NİN YÜKSƏK MÜKAFATINA LAYİQ GÖRÜLMÜŞDÜR…………………………………………………………………33
İLHAM ƏLİYEVİN, MEHRİBAN XANIM ƏLİYEVANIN QƏDRİNİ BİLİN, ONLAR ÖLKƏNİZ
ÜÇÜN ÇOX İŞ GÖRÜRLƏR………………………………………………………………………………………………………..34
HACI NƏRİMANOĞLU, XOŞMƏRAMLI, XOŞNİYYƏTLİ………………………………………………………………………39
RƏŞAD CƏFƏRLİ, İNSANPƏRVƏRLİK HEYDƏR ƏLİYEV FONDUNUN
ƏSAS MƏRAMLARINDAN BİRİDİR……………………………………………………………………………………………….53
HEYDƏR ƏLİYEV FONDUNDA RUSİYANIN "PUŞKİN KİTABXANASI" FONDUNDAN
KİTABLARIN HƏDİYYƏ EDİLMƏSİ MƏRASİMİ………………………………………………………………………………..56
ƏNVƏR MƏŞƏDİYEV, QIZIL ÜRƏKLİ İNSAN…………………………………………………………………………………..69
XALİD NİYAZOV, XALQA VƏ DÖVLƏTƏ TƏMƏNNASIZ XİDMƏT ÖRNƏYİ……………………………………………..74
RÜSTƏM MIKAYILOV,ŞƏRƏFLİ MİSSİYA…………………………………………………………………………………….89
HEYDƏR ƏLİYEV FONDUNDA "YENİLƏŞƏN~ÄZƏRBAYCANA YENİ MƏKTƏB" PROQRAMININ
İKİNCİ MƏRHƏLƏSİNİN TƏQDİMATINA HƏSR OLUNMUŞ "DƏYİRMİ MASA"
KEÇİRİLMİŞDİR……………………………………………………………………………………………………………………..92
HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ, YUNESKO-NUN VƏ İSESCO-NUN XOŞMƏRAMLI
SƏFİRİ, MİLLİ MƏCLİSİN DEPUTATI MEHRİBAN ƏLİYEVANIN FRANSAYA SƏFƏRİ………………………………….105
MEHRİBAN ƏLİYEVA: «MƏN ƏSAS DİQQƏTİMİ TƏHSİL VƏ SƏHİYYƏ SAHƏSİNƏ YÖNƏLDƏCƏM»……………….113
HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ, YUNESKO-NUN XOŞMƏRAMLI SƏFİRİ, MİLLİ MƏCLİSİN
DEPUTATI MEHRİBAN ƏLİYEVANIN ƏZİZBƏYOV RAYONU
İCTİMAİYYƏTİ İLƏ GÖRÜŞÜ…………………………………………………………………………………………………….119
AZƏRBAYCAN RESPUBLİKASININ BİRİNCİ XANIMI MEHRİBAN ƏLİYEVANIN
ABŞ-A İŞGÜZAR SƏFƏRİ………………………………………………………………………………………………………….123
PARİSDƏ YUNESKO-NUN XOŞMƏRAMLI SƏFİRLƏRİNİN İLLİK HESABAT
YIĞINCAĞI KEÇİRİLMİŞDİR……………………………………………………………………………………………………..137
AZƏRBAYCANIN BİRİNCİ XANIMI MEHRİBAN ƏLİYEVA BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATININ
CENEVRƏDƏKİ BÖLMƏSİNİN BAŞ DİREKTORU SERGEY
ORCONİKİDZE İLƏ GÖRÜŞMÜŞDÜR…………………………………………………………………………………………...141
HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ, YUNESKO-NUN VƏ İSESKO-NUN XOŞMƏRAMLI
SƏFİRİ, MİLLİ MƏCLİSİN DEPUTATI
MEHRİBAN ƏLİYEVANIN QƏTƏRƏ SƏFƏRİ………………………………………………………………………………….147
AZƏRBAYCANIN BİRİNCİ XANİMI MEHRİBAN ƏLİYEVA SABUNÇU VƏ
ƏZİZBGYOV RAYONLARINDA BİR SIRA OBYEKTLƏRİN AÇILIŞINDA İŞTİRAK ETMİŞDİR…………………………..154
HEYDƏR ƏLİYEV FONDUNDA "MUĞAM" JURNALININ İLK NÖMRƏSİNİN VƏ "MUĞAM-ANTOLOGİYA"
LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ ÇAP OLUNMUŞ NƏŞRLƏRİN
TOQDİMATI KEÇİRİLMİŞDİR.........................................................................................................................................................160
HEYDƏR ƏLİYEV FONDUNUN TƏLİM-TƏDRİS MƏRKƏZİNİN AÇILIŞI OLMUŞDUR…………………………………...165
SABİR HÜSEYNOV, HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ MEHRİBAN XANIM ƏLİYEVA ÖLKƏ
VƏTƏNDAŞLARININ BÖYÜK RƏĞBƏT VƏ ETİMADINI QAZANMIŞDIR………………………………………………….169
Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
176
Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
177
Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
178
Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
179
Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
180
Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
181
Buraxılışa məsul: Bəxtiyar Nəbiyev
Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
182
Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
183
Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
184
Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
185
Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
186
Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
187
Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
188
Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
189
Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
190
Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
191
Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
192
Redaktoru: Adil
Şirin
Kompüter dizayneri: Zahid Məmmədov
Səhifələyici: Günay Seyidova
Texniki redaktor: Rövşanə Hüseynova
Montajçı: Rasim Hacıyev
Operator çapçı: Elşad Hacıyev
Yığılmağa verilmiş 07.07.2007.
Çapa imzalanmış 23.09.2007.
Şərti çap vərəqi 22. Sifariş Ns 514.
Kağızformatı 60x84 1/8. Tiraj 500.
____________________________________________________________
Kitab "Nurlan " nəşriyyat-poliqrafiya müəssisəsində
hazır diapozitvlərdən çap olunmuşdur.
Direktor: prof. N.B.Məmmədli
E-mail: nurlan l959@yahoo.com
Tel: 497-16-32; 850-311-41-89
Ünvan: Bakı, İçərişəhər, 3-cü Maqomayev döngəsi 8/4.
Dostları ilə paylaş: |