Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
46
təzahürüdür. İordaniya şahzadəsi xanım Firyal deyir: "Azərbaycanın birinci
xanımı Mehriban Əliyeva öz ölkəsində və bütün dünyada bir çox xeyriyyə
işlərinin həyata keçirilməsi məqsədi ilə yorulmaz fəaliyyət göstərir. Birinci
xanım olduqca qısa müddət ərzində böyük nailiyyətlər əldə etmişdir".
Mehriban xanım iştirak etdiyi hər belə mötəbər tədbirdən həm də
Azərbaycan mədəniyyətinin təbliği üçün istifadə edilməsinə, xalqımızın ən ağrılı
problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında
həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına xüsusi diqqət yetirir və buna
nail olur.
Ötən ilin sentyabrında birinci beynəlxalq rus kitabı festivalının iştirakçıları
ilə Heydər Əliyev Fondunda keçirilən görüşdə dünya şöhrətli yazıçı Çingiz
Aytmatov Mehriban xanımın söhbətlərini dinlədikdən sonra demişdir: "Mən
bayaqdan Sizinlə söhbət edirəm, Sizə qulaq asıram, öz-özümə düşünürəm ki, rus
dilində belə səlis, mənalı, ağıllı çıxışı mən heç zaman eşitməmişəm... Siz bizim
YUNESKO səfirləri içərisində ən gənc, ən hörmətli və ən çox dəyərli iş görən
səfirsiniz".
İSESKO ilə əməkdaşlıq da uğurla inkişaf edir. Aprelin 27-də Mehriban
xanım Əliyeva və islam dünyasının bu nüfuzlu qurumunun baş direktoru
Əbdüləziz bin Osman əl-Tüveycri Heydər Əliyev Fondu ilə İSESKO arasında
əməkdaşlıq haqqında protokol imzalamışlar. Beş il müddətinə əməkdaşlığın əsas
prinsiplərini tənzimləyən protokol elm, mədəniyyət, təhsil sahəsində əlaqələrin
inkişafını, birgə layihələrin işlənib həyata keçirilməsini və fəaliyyətin
əlaqələndirilməsini nəzərdə tutur.
Fondun elm, təhsil, mədəniyyət və digər sahələrdə həyata keçirdiyi
layihələri yüksək qiymətləndirən Əbdüləziz bin Osman əl-Tüveycri İSESKO-
nun ilk qadın xoşməramlı səfiri kimi Mehriban xanımın bu şərəfli missiyanın
yerinə yetirilməsində şəxsi nümunə göstərdiyini bildirmişdir. Azərbaycanın
birinci xanımı həm də sivilizasiyalararası dialoqa verdiyi şəxsi töhfəsinə görə
İslam Konfransı Təşkilatı Gənclər Forumunun mükafatına layiq görülmüşdür.
Mehriban xanımın fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almaq üçün
müdafiə etdiyi dissertasiya müasir dövrdə təbabət, psixologiya və sosiologiyanın
ən mübahisəli məsələlərindən birinin tibbi-fəlsəfi mahiyyətinə, elmi
araşdırılmasına həsr olunmuşdur: "Evtanaziya və təbabətdə humanizm
problemi". Keçmiş SSRİ-nin ən nüfuzlu elm-təhsil müəssisələrindən olan
M.Seçenov adına
Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
47
Birinci Moskva Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirən, Moskva Elmi-
Tədqiqat Göz Xəstəlikləri İnstitutunda zəngin elmi təcrübə keçən Mehriban
Əliyevanın bu elmi işi bir sıra xarici ölkə alimləri tərəfindən də yüksək
dəyərləndirilmişdir. Mehriban xanım Azərbaycan qadını adını ən mötəbər
məclislərdə ucaldır, ona şərəf və şöhrət gətirir.
Sosial sahədə. Heydər Əliyev Fondunun hesabına Qaradağ rayonunun
Lökbatan qəsəbəsində 20 min sakinin su təminatının yaxşılaşdırılmasına imkan
verən boru kəməri çəkilmişdir.
Şamaxı şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün
16 mənzilli bina əsaslı təmir olunmuş, ev əşyaları və avadanlıqla təmin
edilmişdir.
1941-1945-ci illər müharibəsində qələbənin 60 illiyinə həsr olunmuş
mərasim keçirilmişdir.
Kimsəsiz, qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlar üçün hər il
ölkənin ən iri saraylarında Yeni il və Novruz şənlikləri təşkil edilir.
Fondun hesabına Gürcüstanın Azərbaycanlı Qadınlar İttifaqına (GAQİ) 5
ədəd hana bağışlanmışdır.
Elm və texnologiya sahəsində. Respublikanın internet məkanında
məlumat bazasının zənginliyinə görə analoqu olmayan "Azərbaycan" portalı
(www.azerbaijan.az) yaradılmışdır. Portal 12 bölməni əhatə edir: "Xəbərlər",
"Ümumi məlumat", "Təbiət", "Tarix", "İqtisadiyyat", "Mədəniyyət",
"Cəmiyyət", "Dövlət hakimiyyəti", "Azərbaycan beynəlxalq aləmdə",
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi", "İnzibati ərazi
vahidləri" və "Xəritələr". Hər bölmə bir neçə hissədən ibarətdir. İnternet
istifadəçiləri portaldan Azərbaycan, rus və ingilis dillərində istənilən mövzuda
informasiya əldə edə bilirlər.
BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirilən "Kor və görmə
qabiliyyəti zəif olan insanların informasiya-kommunikasiya
texnologiyalarına çıxışının təmin edilməsi" layihəsi. Respublikada kor və
görmə qabiliyyəti zəif olan şəxslərin sayı təxminən 40 min nəfərdir. Onlara
informasiya toplamaq və məşğulluğunu artırmaq üçün əlavə imkanlar yaratmaq
mexanizmi kimi İKT-dən istifadənin təşkili zəruri sayılmış, BMT-nin İnkişaf
Proqramı ilə birgə Milli Strategiya hazırlanmışdır. Uşaqlar üçün Model İKT
sinifləri yaradılmış, xaricdən xüsusi kompyuter avadanlığı alınıb quraşdırılmış,
proqram təminatı lokallaşdırılmış, internetə çıxış, tədris-təlim proqramlarının
hazırlanması, audio
Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
48
studiya və kitabxananın fəaliyyəti təmin edilmişdir.
Fondun təşkilatçılığı ilə keçirilən beynəlxalq konfranslar. YUNESKO
ilə birgə 2005-ci il avqustun 24-də "Gülüstan" sarayında keçirilən "YUNESKO-
Azərbaycan: gələcəyə körpü" mövzusunda konfransda Azərbaycanın təhsil
sistemində aparılan islahatlar, Avropa təhsil sisteminə inteqrasiya və digər
məsələlər müzakirə olunmuşdur.
"Avrasiyada mədəniyyət müxtəlifliyi: Azərbaycan - sivilizasiyalararası
dialoqun keçmişi və bu günü" XIII beynəlxalq konfrans. Azərbaycanın tarixi və
mədəni ənənələrini, mövcud tolerantlığını nəzərə alaraq Latın Mədəniyyəti
Akademiyası özünün sayca XIII konfransını 2006-cı il aprelin 24-də Bakıda
Heydər Əliyev Fondu ilə birgə keçirmişdir. Mötəbər xarici qonaqlar ölkəmizdə
dini etiqad azadlığının, dini dözümlülüyün yüksək səviyyədə olduğu,
Azərbaycanın Şərq və Qərb sivilizasiyalarının ən yaxşı ənənələrini özündə
birləşdirdiyini faktlarla vurğulamışlar.
Fondun "Dini tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində
Bakıdakı Pravoslav kilsəsinin, məscidlərin yenidən qurulması tamamlanmışdır.
Dünya yəhudilərinin nüfuzlu təşkilatlarından olan "Or-Avner" Beynəlxalq
Fondu ilə əməkdaşlıq sazişi çərçivəsində Mehriban xanım Əliyevanın iştirakı ilə
Bakının Xətai rayonunun Əbilov yaşayış sahəsində Azərbaycanda yaşayan
yəhudi uşaqları üçün orta məktəb, uşaq bağçası, yəhudi tarixi və mədəniyyəti
muzeyindən ibarət kompleksin tikintisinə başlanmışdır.
"Orta əsr əlyazmalarında tibb və əczaçılıq" mövzusunda beynəlxalq
konfrans. Fondun dəstəyi ilə Əlyazmalar İnstitutunda saxlanılan qədim təbabətə
dair 3 nadir tibb əlyazması konfrans ərəfəsində YUNESKO-nun Dünya Yaddaşı
Proqramının Beynəlxalq Siyahısına daxil edilmişdir. Vaşinqton Elmlər
Akademiyası ilə birgə təşkil edilmiş konfransın açılış mərasimi 2006-cı il
iyunun 12-də Heydər Əliyev Fondunda keçirilmişdir. Konfransın keçirildiyi
günlərdə fondda qədim əlyazmaların sərgisi təşkil olunmuşdur. Konfransın
növbəti iclasları Yevlax və Şəki şəhərlərində keçirilmişdir.
Fondun nəşrləri: "Qarabağ həqiqətləri" toplusu. Beynəlxalq ictimaiyyətə
ünvanlanan "Qarabağ həqiqətləri" toplusu "Qarabağın tarixi haqqında məlumat",
"Qarabağ münaqişəsinin başlanması", "Xocalı soyqırımı", "Azərbaycana qarşı
erməni təcavüzünün nəticələri", "Erməni terror təşkilatlarının Azərbaycana qarşı
Dostları ilə paylaş: |