Microsoft Word II cild -meruze metnlerin toplusu son2



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə219/229
tarix16.11.2017
ölçüsü5,08 Mb.
#10432
1   ...   215   216   217   218   219   220   221   222   ...   229

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



441

qələminin canlanmasında, Sabir ənənələrinin güclənməsində Azərbaycan ədəbiyyatı tarixi hər 

kəsdən əvvəl C.Məmmədquluzadəyə minnətdardır.” (2, 61) Buna görə də “Sabirin Fatma-

Tükəzbanları”nın, “Novruzəli işinin” davamçıları kimi meydana çıxmasının” (3, 347) əsasında 

C.Məmmədquluzadə təsiri dayanması inkaredilməzdir. M.İbrahimov C.Məmmədquluzadə 

yaradıcılığının birinci dövrü siyahısına daxil olan “Çay dəstgahı”, “Danabaş kəndinin əhvalatları”, 

“Danabaş kəndinin məktəbi”, “Kişmiş oyunu”, “Yan tütəyi”, “Poçt qutusu” əsələrini təhlil edərkən 

sənətkarın yaradıcılığı üçün səciyyəvi cəhətləri, fərdi-ümumi xüsusiyyətləri, ənənəvi-novatorluq 

keyfiyyətləri və s. baxımdan dəyərləndirir. C.Məmmədquluzadə yaradıcılığı üçün ədəbi təcrübə 

hesab etdiyi “Çay dəstgahı” əsərində “yumşaq təbəssümdə acı həqiqətlərin” təzahürünü sənət uğuru 

hesab edir. “Danabaş kəndinin əhvalatları” povesti M.F.Axundovun “Aldanmış kəvakib” əsəri ilə 

müqayisədə eyni sırada saxlanılır. M.İbrahimov hər iki əsərdə xalq demokratizminin ifadə və 

təbliğinin dayandığını təsdiqləyir. “Danabaş kəndinin əhvalatları” əsərindəki obrazlar vasitəsilə 

milli-ictimai görüntüləri son dərəcə aktual və mühüm vəzifə kimi təqdim edir. Xəlil ilə Sadıqın 

söhbətləri, Məmmədhəsən əminin ruzgar giley-güzarı, mömin itaətkarlığı, Xudayar bəyin qeyri-

insani xarakteri, Zeynəbin naəlaclığı və digər obrazların özünəməxsus xarakter göstəriciləri 

vasitəsilə povestdəki dərin mənalı istehzanın, acı göz yaşlarının və yanıqlı faciənin mahiyyətini 

açıqlaya bilir. M.İbrahimov C.Məmmədquluzadə dühasına istinad etməklə povestdəki sosial həyat 

problemlərindən doğan suallara cavab axtarır. Lakin yazıçı məntiqinə söykənməklə “danabaşlar 

aləmini” yıxacaq ictimai qüvvənin kimliyini müəyyənləşdirə bilmir. Əslində, bu hal 

C.Məmmədquluzadə yaradıcılığının birinci dövrü üçün xarakterik idi. Lakin 1906-cı ildə “Molla 

Nəsrəddin” jurnalının nəşri ilə C.Məmmədquluzadə ictimai baxışlarında mühüm dəyişikliklər baş 

verdi. Şübhəsiz, burada 1905-ci il inqilabının təsiri ilə başlanmış ictimai-siyasi proseslərin rolu da 

danılmazdır. C.Məmmədquluzadənin yaradıcılığına həsr edilmiş araşdırmanın üçüncü bölümü 

“Molla Nəsrəddin”ə qədər Azərbaycan mətbuatı” adlanır. Burada “Əkinçi”dən “Molla Nəsrəddin”ə 

qədər Azərbaycan mətbuatının keçdiyi yol izlənilir və əsas olaraq ədəbiyyat məsələləri, demokratik 

və mürtəce cərəyanların mübarizəsi və s. problemlərinə yer ayrılır. M.İbrahimov Azərbaycan 

mətbuat tarixinə toxunarkən “Əkinçi”dən əvvəlki dövrdə 1830-1840-cı illərdə çıxması ehtimal 

olunan “Bakı xəbərləri”  adlı qəzetdən bəhs açır. Bu tarixi xatırlayan M.İbrahimov onu demək 

istəyir ki, Azərbaycan mətbuatı “Əkinçi”yə qədər bir hazırlıq mərhələsi keçmiş, təcrübə əldə 

etmişdir. M.İbrahimov “Əkinçi”nin rolunu yüksək qiymətləndirərək belə yazırdı: “Əkinçi” 

maarifpərvər, demokratik görüşlərin yayılması və yeni ictimai əlaqələrin yaranması uğrunda ardıcıl 

surətdə mübarizə edirdi.” (14, 72) O, “Əkinçi”nin 1875-1877-ci illərdə işıq üzü görən müxtəlif 

saylarından nümunələr verməklə mətbuatın ədəbiyyat və ictimai aləmlə əlaqəsindən, demokratik 

düşüncənin formalaşmasında və inkişafındakı rolundan söhbət açır. “Ziya” və “Ziyayi-Qafqaziyyə” 

qəzetlərinə gəldikdə isə M.İbrahimov bir qədər fərqli mövqe tuturdu. O, qəzetin əhəmiyyətindən 

danışsa da, onu mürtəce fikirlər və mövhumat yayan” (14, 84) qəzet kimi dəyərləndirir, qəzeti 

tənqid edirdi. Əlbəttə, M.İbrahimovun “Ziyayi-Qafqaziyyə” qəzetinə bu cür yanaşması o zamankı 

kommunist ideologiyasının təsirindən irəli gəlirdi. Çünki M.İbrahimov qəzetin cəmiyyətdəki rolunu 

yaxşı anlayır, onun gördüyü işlərin əhəmiyyətini dərindən dərk edirdi. M.İbrahimov “Ziyayi-

Qafqaziyyə”nin 1883-cü il 18-ci sayında M.F.Axundovun əlifba islahatının əleyhinə dərc olunmuş 

yazını, H.Zərdabi və N.Vəzirovun “ata-baba yolundan uzaqlaşıb, yeni yol seçiminə” qarşı 

çıxışlarını tənqid edərkən nə qədər sərbəst yanaşma nümayiş etdirsə də, ideoloji yanaşma 

tələblərindən uzaqlaşa bilməmişdi. Burada ideologiyanın əski əlifbaya bir növ “dini əlifba”, “ata-

baba yoluna” cəhalət, yeni rus-Avropa yolundan sapınma baxışları ilə M.İbrahimov baxışları üst-

üstə düşür. 

M.İbrahimov Azərbaycan mətbuat tarixindən danışarkən “Əkinçi”nin varisi hesab etdiyi 

“Kəşkül” qəzetinin mütərəqqi, faydalı cəhətlərinə önəm verir. Düzdür, “Kəşkül” qəzetinin 

ziddiyyətli mövqeyinin olduğunu da vurğulayan M.İbrahimov Azərbaycan mətbuatının inkişafında, 

ictimai fikrinin formalaşmasındakı rolunu təqdir edir. “Kəşkül” qəzetində ədəbiyyat məsələlərinə 

yer ayrılmasını, Qərb ədəbiyyatı nümunələrinin dərc olunmasını, Hüqodan, Nekrasovdan 

tərcümələrin verilməsini M.İbrahimov həm ədəbiyyatın yenilənməsinə, həm də Azərbaycan Qərb 

əlaqələrinin yaranmasına xidmət hesab edir. Lakin M.İbrahimov “Kəşkül” qəzetinin ən böyük 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



442

xidmətini onun savadsızlığa, cəhalətə, zorakılığa qarşı mübarizəsi ilə ölçür. “Kəşkül” də “Əkinçi” 

kimi savadsızlıq və cəhalət əleyhinə çıxaraq, elm və mədəniyyətin yayılması uğrunda çarpışırdı. 

“Kəşkül” “Əkinçi”nin yolunu davam etdirərək öz səhifələrində gerilik əleyhinə kəskin məqalələr 

dərc edirdi. Bu məqalələri yazanların ürəyi səmimi və ehtiraslı bir arzu ilə döyünürdü.” (14, 89)  

M.İbrahimov “Kəşkül” qəzetindən sonra “Şərqi-rus” qəzetinin nəşrini Azərbaycan mətbuat 

tarixində nüfuz dairəsinin genişliyinə görə xüsusi dəyərləndirir. Qeyd edək ki, M.İbrahimov “Şərqi-

rus” qəzetini də “Kəşkül” kimi ziddiyyətli qəzet hesab edir. Onun ziddiyyətli qəzet olmasının 

səbəbini maarifi, mədəniyyəti, tərəqqini, yüksəlişi müdafiəsi ilə yanaşı, çarizmə, siyasi proseslərə 

liberal mövqe nümayiş etdirməsində görürdü. Tədqiqatçının bu fikirləri təbii ki, mübahisə 

predmetinə çevrilir. Əgər nəzərə alsaq ki, 1904-cü ildən etibarən “Şərqi-rus” qəzeti mürtəce hakim 

təbəqənin təzyiqlərinin artdığı bir dövrdə çap olunurdu, onda qəzetin liberal mövqe tutduğuna haqq 

qazandırmaq olar. M.İbrahimovun Əhməd bəy Ağayevlə bağlı qəzetin müxtəlif saylarında dərc 

olunan yazılara münasibəti də bir qədər mübahisəlidir və subyektiv fikir təsirindədir. O, “Şərqi-rus” 

qəzetinin 24 və 59-cu saylarında Əhməd bəy Ağayevlə bağlı dərc olunan yazıları müqayisə edir və 

bu müqayisədə gəldiyi nəticəni qəzet üçün qüsur kimi səciyyələndirir. Yəni qəzetin 1904-cü il 24-

cü sayında Əhməd bəy Ağayevi tənqid edən yazı ilə həmin ilin 59-cu sayında onu tərifləyən yazı 

arasındakı fərqləri üzə çıxaran M.İbrahimov qəzeti prinsipsizlikdə ittiham edir. Məqalələr ilə 

yaxından tanışlıq onu deməyə əsas verir ki, “Şərqi-rus” qəzeti heç də prinsipsizlik nümayiş 

etdirməmişdir. Çünki problemin kökündə “Şərqi-rus” qəzeti ilə “Kaspi” qəzeti arasında olan 

mübahisə dayanırdı. H.Z.Tağıyevin Tiflisdə  hamiliyə götürdüyü müsəlman məktəbinə bir neçə 

müddət yardım göstərməməsi “Şərqi-rus”çuların Tağıyevi tənqidinə səbəb olmuşdur. “Kaspi” 

qəzetinin redaktoru Ə.Ağayev və onun tərəfdarları isə Tağıyevi müdafiə cəbhəsində dayanmış və 

“Şərqi-rus” qəzetinə cavab vermişlər. Bütün bunlar müəyyən müddət iki qəzet arasında mübahisə 

predmeti olmuş və Əhməd bəy Ağayev də bu səbəbdən tənqid hədəfinə çevrilmişdir. 

M.İbrahimovun məsələyə bir növ siyasi-ideoloji aspektdən yanaşmasını sovet dövrünün Əhməd bəy 

Ağayevə münasibətinin nəticəsi kimi də qiymətləndirmək olar. Ancaq M.İbrahimov “Şərqi-rus” 

qəzetinin ziddiyyətlərindən danışsa da onun Azərbaycan ədəbiyyatı, mədəniyyəti və ictimai fikrində 

oynadığı rolu yüksək qiymətləndirmişdir. Qəzetin demokratiya, dil, əlifba, qadın azadlığı və s. 

problemlərə aktiv münasibətini M.İbrahimov cəmiyyətimiz üçün faydalı hesab edir. Qəzetin 

redaktoru Məhəmməd ağa Şahtaxtlını xeyirxah əməl sahibi və mütərəqqi insan kimi dəyərləndirən 

M.İbrahimov onu C.Məmmədquluzadənin mətbuatla birbaşa əlaqələndiricisi kimi səciyyələndirir. 

İlk mətbu əsərinin çap olunduğu, ilk jurnalistik fəaliyyətinə meydan olan “Şərqi-rus”un 

C.Məmmədquluzadə həyatında oynadığı rolu M.İbrahimov bir neçə baxımdan dəyərləndirir. O, 

göstərir ki, “Şərqi-rus” qəzeti C.Məmmədquluzadə üçün həyat məktəbi, təcrübə meydanı, başlıcası 

isə “Molla Nəsrəddin”ə aparan yol idi. “Cəlil Məmmədquluzadə “Şərqi-rus” vasitəsilə mətbuat 

aləminə çıxmış, genişlənmiş ictimai, siyasi, ideoloji mübarizə ilə bağlanmış, şəhər həyatı ilə geniş 

əlaqə yaratmışdır.” (14, 97)  

M.İbrahimov C.Məmmədquluzadənin “Şərqi-rus” qəzetindəki fəaliyyətinin əsas etibarilə 

ədəbi xarakter daşıdığını qeyd edir. Yazıçının rus və başqa xalqların ədəbiyyatı ilə əlaqəsinin 

genişlənməsini də bu qəzetin adı ilə bağlayır. Bütün bunlarla yanaşı C.Məmmədquluzadənin satirik 

jurnal çap etmək arzusunun yaranmasını da “Şərqi-rus” qəzetindəki fəaliyyəti ilə bağlayır.  

Azərbaycan mətbuatı problemlərinin təhlilini verdikdən sonra “Böyük demokrat”ın 

dördüncü bölümündə “Molla Nəsrəddin” jurnalının nəşri, ictimai-siyasi vəziyyət, “Molla 

Nəsrəddin” jurnalının milli-ictimai təsir dairəsi, C.Məmmədquluzadənin jurnaldakı ədəbi-ictimai 

fəaliyyəti və s. məsələlər özünə yer alır. M.İbrahimov jurnalın dərc olunması ilə əlaqədar 

C.Məmmədquluzadənin gördüyü işlər, dövlət orqanlarına müraciəti, müxtəlif çətinliklərlə üzləşdiyi 

və s. barədə məlumatlar verir. Bu barədə Ə.Şərifin (17), İsa Həbibbəylinin (50), Mir Cəlalın, 

F.Hüseynovun (2) və digər ədəbiyyatşünasların fikirləri ilə M.İbrahimovun mülahizələri üst-üstə 

düşdüyündən təhlilə ehtiyac duymuruq.  

M.İbrahimov C.Məmmədquluzadə və “Molla Nəsrəddin”lə bağlı təhlillərində demək olar ki

Mirzə Cəlilin sənət idealını, yaradıcılıq xüsusiyyətlərini və jurnalın məqsəd və vəzifələrini 

açıqlamağa çalışır. M.İbrahimov göstərir ki, C.Məmmədquluzadənin yaradıcılığının və “Molla 



Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   215   216   217   218   219   220   221   222   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə