Microsoft Word II cild -meruze metnlerin toplusu son2



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə222/229
tarix16.11.2017
ölçüsü5,08 Mb.
#10432
1   ...   218   219   220   221   222   223   224   225   ...   229

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



447

Digər baxımdan bu sitatda parçalanmış Azərbaycanın ümumi mənzərəsi fonunda İran və 

indiki Ermənistan ərazilərində dədə-baba torpaqlarında yaşayan soydaşlarımıza “bir dəfə oturaraq” 

vətən birliyini təmin etmək diləyi qabardılır. Ümumiyyətlə, Azərbaycan dilinin müqəddəsliyi

Azərbaycan tarixi və xalqının qədimliyi, Azərbaycan mədəniyyətinin zənginliyi, Azərbaycan 

torpaqlarının bütövlüyü M.İbrahimov milli görüşlərinin əsasını təşkil edir: “Azərbaycan dilinin 

tarixi də böyük Azərbaycan xalqının və müqəddəs Azərbaycan torpağının tarixi qədər qədimdir.” 

(15, 55) 

C.Məmmədquluzadənin nəsri ilə bağlı təhlil “Poçt qutusu”, “Xanın təsbehi”, “Qurbanəli 

bəy”, “İranda hüriyyət” və “Usta Zeynal” hekayələrini əhatə edir. Bu bölümdə “Danabaş kəndinin 

əhvalatları” və “Quzu” əsərlərinin adları çəkilsə də bu əsərlər təhlil olunmamış, ümumi yaradıcılıq 

xarakteristikasında münasibət bir-iki cümlə ilə yekunlaşmışdır. Lakin yuxarıda adları sadalanan  

hekayələr üslub, süjet, mövzu, ideya və s. baxımdan təhlil olunmuşdur. M.İbrahimov 

C.Məmmədquluzadənin hekayələrini ədəbiyyatşünaslıqda bu gün üçün də əhəmiyyət kəsb edən 

məsələlər daxilində təhlilə cəlb edir. İlk növbədə bu təhlillərdə biz C.Məmmədquluzadənin kiçik 

hekayələr ustası kimi təqdim olunduğunun şahidi oluruq. Bu təqdimatda C.Məmmədquluzadənin 

portret (“Poçt qutusu”, “Usta Zeynal”, “Qurbanəli bəy”) və psixoloji (“Xanın təsbehi”, “Qurbanəli 

bəy”) hekayələr müəllifi kimi insan həyatı, Şərq ətaləti, xan-bəy zülmü, milli əsarət məşəqqətləri və 

s. cəhətlərin hansı ustalıqla təsvir etməsi açıqlanır. M.İbrahimov haqlı olaraq yazır ki, 

C.Məmmədquluzadənin sadə təsvirləri çox inandırıcı və təbiidir. “Çünki ədib heç bir şeyi 

uydurmamış, yalandan düzəltməmişdir. Hamısı həyati olmaqla bərabər, canlı hissiyyatla doludur. 

Yazıçı heç zaman öz müvazinətini, təmkin və sakitliyini itirmir. Bu, onun təsvirlərinin bədii 

qüvvəsini artıran bir xüsusiyyətdir. Lakin bu heç də o demək deyildir ki, C.Məmmədquluzadənin 

hekayələri daxili hərarət və həyəcandan məhrumdur. Əksinə, bu hekayələr insanda çox dərin 

həyəcan və hisslər oyadır. Sənətkar ümumiyyətlə süni boyalardan qaçdığı üçün onun 

hekayələrindəki lirika sağlam və dərindir. Onun gülüşü də, lirika və kədəri də təsirlidir, insanı 

yüksəldir, köhnə, durğun həyatı dəyişməyə çağırır.” (14, 153)  M.İbrahimov məhz bu prizmadan 

onun Novruzəlisini də (“Poçt qutusu”), Nəzərəlisini də (“Xanın təsbehi”), Qurbanəli bəyini də 

(“Qurbanəli bəy”), Kərbəlayi Məmmədəlisini də (“İranda hürriyyət”) təhlil edir, onlara həyatımızın 

reallıqları, milli varlığımızın bir parçası kimi yanaşır. Bu səbəbdən M.İbrahimov 

C.Məmmədquluzadə hekayələrində hər bir obrazın xarakterində şişirtmə və ifratın olmadığını kəşf 

edir. Məsələn, M.İbrahimov Usta Zeynal obrazını təhlil edərkən, onun həyatında hər şeyin 

mənasının “təvəkküldən” ibarət olduğunu önə çəkir. Ona görə də Usta Zeynalın hər şeyə biganə 

olmasının, dünya işlərinə maraqsız yanaşmasının səbəbini doğru olaraq bununla bağlayır. 

“Qurbanəli bəy” hekayəsinə M.İbrahimov daha çox dövrün ictimai və siyasi mənzərəsini əks 

etdirən əsər kimi qiymət verir. Qurbanəli bəyin “spasibo” deyimini gülüş vasitəsi kimi təhlil 

etməklə ona ictimai məna verir. Mütləqiyyət və işğal məmurlarına yerli satqınların “sədaqət və 

nəvazişlərinin” faciəsi kimi baxır. Buradakı faciə dinamizmin alt qatda cərəyan etdiyini bildirir. 

M.İbrahimov C.Məmmədquluzadə hekayələrindən danışarkən mühüm bir cəhət kimi onun hekayə 

yaradıcılığının sonrakı mərhələsində göz yaşı və faciənin azalmasını qeyd edir. Bunun səbəbini xalq 

kütlələrinin ictimai mübarizəyə qoşulması, öz haqlarını dərk etməsi ilə bağlayır. M.İbrahimov 

göstərir ki, müəyyən mərhələdən sonra C.Məmmədquluzadənin Usta Zeynalı və Novruzəlisi əvvəlki 

Usta Zeynal və Novruzəli deyildir. Buna misal olaraq M.İbrahimov yazıçının “Quzu” əsərini misal 

gətirir. “Quzu” hekayəsindəki Məmmədhəsən açıqgöz, ayıq, bacarıqlı, yeri gələndə isə hiyləgər 

təsiri bağışlayır. Artıq bu obraz ictimai aktivlik qazanan obrazlar sırasında tam fərqli təsir 

bağışlayır. M.İbrahimov bu halı C.Məmmədquluzadə yaradıcılığı üçün yeni mərhələnin əlaməti 

kimi xarakterizə edir.  

M.İbrahimov “Böyük demokrat” adlı tədqiqat əsərinin səkkizinci bölməsini 

C.Məmmədquluzadənin sovet dövrü yaradıcılığına həsr edir. C.Məmmədquluzadə bu hissədə sovet 

yazıçısı və jurnalisti kimi təqdim edilir. Burada müəyyən tərcümeyi-hal faktları, 

C.Məmmədquluzadənin Təbrizdəki jurnalistik fəaliyyəti, “Molla Nəsrəddin” jurnalını çap 

etdirməsi, 1921-ci ildə Azərbaycan Respublikası rəhbərliyinin dəvəti ilə Bakıya çağırılması və s. 

məsələlər epizodik şəkildə nəzərə çatdırılır. Bildiyimiz kimi, C.Məmmədquluzadə sovet 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



448

Azərbaycanı hökumətinin dəvətindən sonra Bakıya gəlmiş və ömrünün sonuna qədər (1932) bu 

şəhərdə yaşayıb yaradıcılıq fəaliyyətini davam etdirmişdir. Böyük ümid və sevinclə Bakıya gələn və 

sovet hakimiyyətinin qələbəsindən öz xalqı üçün çox şeylər gözləyən C.Məmmədquluzadənin 

ümidləri bir neçə ildən sonra puça çıxmışdır. Ona görə də C.Məmmədquluzadənin Bakı həyatının 

təxminən ilk yarısı ümidlərlə bağlı olduğu üçün yazıçının əsərlərində bu dövrü təqdir edən 

nümunələrə rast gəlmək mümkündür. Sonrakı mərhələdə isə sovet quruluşunu təqdir edən yazılara 

ya rast gəlinmir, ya da dövrü tərif edən bu yazılarda məcburiyyət hissi və könülsüzlük açıq-aydın 

hiss olunur. Bu halı düzgün qiymətləndirən akademik İsa Həbibbəyli belə yazırdı: “Ədib illər uzunu 

uğrunda çarpışdığı amallara heç olmasa sovet dövründə çatmağa can atmışdır. Lakin... ictimai-ədəbi 

mühitdə biganəliyin, laqeydliyin, tənhalığın burulğanına düşmüşdür.” (3, 359) 

M.İbrahimov isə C.Məmmədquluzadənin sovet dövrü ictimai və ədəbi-bədii fəaliyyətinə 

yüksək qiymət verir, ictimai fəaliyyət və sənətini şüurlu surətdə “zəhmətkeş xalqa, əməkçi 

bəşəriyyətə verdiyini” nəzərə çatdırır. Göründüyü kimi, M.İbrahimov C.Məmmədquluzadə 

yaradıcılığının və ictimai fəaliyyətinin sovet dövrünü təhlil edərkən bu dövrün ideoloji qadağaları 

şəraitində “məsələləri bütün açıqlığı ilə təhlildən keçirə bilməmişdir.” (3, 359) Lakin bütün bunlara 

baxmayaraq C.Məmmədquluzadənin yazıçı və jurnalist kimi möhtəşəm obrazını canlandıra 

bilmişdir. 

 

“Böyük demokrat”ın doqquzuncu bölməsi “C.Məmmədquluzadənin yaradıcılıq 



xüsusiyyətləri haqqında” və onuncu bölməsi isə “Bəzi yekunlar” adlanır. Hər iki bölümdə 

C.Məmmədquluzadəyə məxsus o keyfiyyətlərdən danışılır ki, bu məsələlər bu və ya digər dərəcədə 

əvvəlki səkkiz bölümdə təhlil olunmuşdur. Ancaq həmin məsələlər bu hissələrdə təkrar yox

ümumiləşmə səciyyəsindədir. Məsələn, C.Məmmədquluzadənin yaradıcılıq xüsusiyyətlərindən 

danışarkən varlığa realist münasibət, xəlqilik, sənətdə realizmin təzahürü, dil, millilik və bu kimi 

digər məsələlər ümumiləşdirilərək təhlil süzgəcindən keçirilir. “Bəzi yekunlar” bölümündə 

M.İbrahimov C.Məmmədquluzadə yaradıcılığı ilə əlaqədar gəldiyi nəticələri sadalayır. Dörd 

hissədən ibarət olan bu bölmədə isə C.Məmmədquluzadə böyük yazıçı, ölməz jurnalist, ictimai 

xadim, müəllim, alovlu vətənpərvər kimi dəyərləndirilir. 

 

ƏDƏBIYYAT 



 

1.

  Mir Cəlal. Azərbaycanda ədəbi məktəblər (1905-1917). Bakı: Ziya-Nurlan, 2004. 



2.

  Mir Cəlal. Hüseynov F. XX əsr Azərbaycan ədəbiyyatı. Bakı: Maarif, 1982. 

3.

  Həbibbəyli İ. Cəlil Məmmədquluzadə: mühiti və müasirləri (təkmilləşdirilmiş ikinci nəşri). 



Naxçıvan: Əcəmi, 2009. 

4.

  Həbibbəyli İ. Nuhçıxandan-Naxçıvana. Bakı: Elm-təhsil, 2015. 



5.

  Hüseynov F. Molla Nəsrəddin və mollanəsrəddinçilər. Bakı: Yazıçı, 1986 

6.

  Hüseynzadə Ə. Türk dilinin vəzifeyi-mədəniyyət / Füyuzat, 10 fevral, 1907, №9 



7.

  Hacıyev C.X. Molla Nəsrəddin. Bakı: Bilik cəmiyyəti, 1956 

8.

  Məmməd C.C. Cəlil Məmmədquluzadə. Bakı: Azərnəşr, 1966 



9.

  Məmmədov M. Cəlil Məmmədquluzadənin bədii nəsri. Bakı: Azərb. SSR EA nəşriyyatı, 

1963 

10.


  Məmmədov X. XIX əsr Azərbaycan ədəbiyyatı. Bakı: CBC nəşriyyatı, 2006 

11.


  Mirəhmədov Ə. Azərbaycan Molla Nəsrəddini. Bakı: Yazıçı, 1980 

12.


  Məmmədov X. "Əkinçi"dən "Molla Nəsrəddin"ə qədər. Bakı: Yazıçı, 1987 

13.


 Məmmədquluzadə C. Əsərləri (4 cilddə). IV cild. Bakı: Öndər, 2004 

14.


  İbrahimov M. Əsərləri (10 cilddə). IX c. Bakı: Yazıçı, 1982 

15.


  İbrahimov M. Ana dili – hikmət xəzinəsi. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1991 

16.


 Qarayev Y. Meyar-şəxsiyyətdir. Bakı: Yazıçı, 1988 

17.


 Şərif  Ə. “Molla Nəsrəddin” necə yarandı. Bakı: Yazıçı, 1986 

18.


 Zamanov A. Əməl dostları. Bakı: Yazıçı, 1986 


Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   218   219   220   221   222   223   224   225   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə