Microsoft Word II cild -meruze metnlerin toplusu son2



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə225/229
tarix16.11.2017
ölçüsü5,08 Mb.
#10432
1   ...   221   222   223   224   225   226   227   228   229

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



453

 

Ülkər Səmədova, magistr 



AMEA Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu 

Şərq-Qərb şöbəsi, kiçik elmi işçi 

ulcer@bakuhotspot.com 

 

TƏNZİMAT DÖVRÜ TÜRKİYƏ ƏDƏBIYYATINDA NƏSR 



JANRININ HƏDƏFLƏRİ VƏ NƏTİCƏLƏR 

Giriş. Tənzimat hərəkatının Türkiyənin modernləşmə prosesində yeri son dərəcə 

əhəmiyyətli  idi. Bernard Levis Tənzimatdan danışarkən yazır: “XIX və XX əsrlər dünyasında, 

Türkiyə ya modernləşmək, ya  da  məhv olma nöqtəsində idi. Nəticədə, Tənzimatçılar da bütün 

uğursuzluqları ilə birlikdə daha sonra həyata keçiriləcək köklü modernləşmə üçün vacib təməli 

atdılar. Həmin təməl Tənzimat fərmanı idi” Qeyd etməliyik ki, Tənzimat dövründəki Qərbliləşmə 

hərəkətləri “göydən düşmə” bir mahiyyət daşıdığından ictimai bir təmələ, bazaya dayanmırdı. 

Osmanlı ictimai strukturunda, Qərb dəyər və normalarına əsasən reallaşdırılan islahat, yəni 

Tənzimat fərmanı “Ziyalı” sinfi ilə “hökmdar”ın birgə işinin nəticəsi idi. Bu baxımdan Türkiyə 

tarixində Tənzimat adlanan bu islahat əslində ziyalı və idarəedici bütünləşməsinin ən yaxşı 

nümunəsi olmuşdur. 

Belə ki, XIX əsrdə Avropa ədəbiyyatından tərcümələrin dəqiq, tam siyahısı yoxdur. Bu 

mövzuda biblioqrafiya olaraq, istifadə edə biləcəyimiz yeganə qaynaq Seyfettin Özgenin 

Kataloqudur.(3: s.103). Bundan əlavə, bu əsrdə tərcümələrlə bağlı ən geniş araşdırma Ismail Habib  

Sevükün “Avrupa Edebiyyatı ve Biz” adlı kitabı və Sıdıka Yalçın Dilekin  Hacettepe 

Universitetində müdafiə olunan doktorluq dissertasiyası olan “XIX yüzyıl Türk Edebiyyatında 

Popüler Roman yazı” adlı işdir. (8: s.54-61) 

İlk roman tərcümələri haqqında daha geniş və əhatəli araşdırma Nihat Özönün “Türkçede 

roman hakkında bir deneme” adlı kitabında yer almışdır. İsmail Habib Sevük de “Avrupa edebiyyatı 

ve Biz” adlı iki cildlik əsərində 1938-ci ilə qədər ortaya çıxardığı müxtəlif mövzudakı tərcümə 

əsərlərini bir-biri ilə müqayisə edərək, sistemli şəkildə təqdim etmişdir. Dilek Yalçın “XIX yüzyıl 

Türk Edebiyyatında Popüler Roman”, Yadigar Türkeli “Tanzimattan sonra Türkçede Roman 

Tercümeleri (1860-1928)” kimi materiallarda sözügedən dövrdə tərcümə olunan əsərlər öz əksini 

tapmışdır (4: s.107). 

Bu fəsildə Rusiya daxil olmaqla bütün Qərb ədəbiyyatından tərcümə olunan romanlar 

tədqiqat obyektinə çevriləcək. Qeyd etməliyik ki, Dilek Yalçın  “XIX yüzyil Türk Ədəbiyyatında 

Popüler Roman” adlı araşdırmasında 372 tərcümə roman, İsmail Habib Sevük “Avrupa Edebiyatı 

ve Biz” 224 əsərində tərcümə roman, Yadigar Türkeli “Tanzimat sonrası Türkçede roman 

tercümeleri” adlı araşdırmada 457 tərcümə roman tədqiqata cəlb olunmuşdur.( 5: s.92-120) 

Metin Andın, Fevziyye Abbullah Tansel və çox saylı müxtəlif jurnallarda nəşr olunmuş 

məqalələri nəzərdən keçirməklə, mövzuda müəyyən dərəcədə məlumatlanmaq mümkündür. 

1860-1901-ci illər arasında başda Fransız ədəbiyyatı olmaqla İngilis, Alman, Rus, İtalyan, 

İspan ədəbiyyatından 457 roman tərcümə edilərək, Türk ədəbiyyatına qazandırılmışdır. Fransız 

ədəbiyyatından daha çox Xavier de Montepin, Jul Vern kimi yazıçıların əsərləri tərcümə edilmişdir. 

Qərb ədəbiyyatından edilən roman tərcümələri müxtəlif aspektlərdən Türk romanına təsir 

göstərmişdir. Türk romanının özünü təsdiqləməsində tərcümə romanlarının böyük təsiri olmuşdur. 

Tərcümə olunan əsərlərin böyük bir hissəsi sevgi, dedektiv, macəra, səyahət kimi mövzularda idi 

(10: s. 96). 

Qərb filosoflarının əsərlərindən tərcümə etdiyi məlum olan ilk türk müəllif Münif  Paşadır. 

O, Volter, Fenelon və Fontenelledən tərcümə etdiyi dialoqları “Muhaverat-ı Hikemiyye” adı altında 

toplayaraq, 1859-cu ildə nəşr etdirmişdir. Yenə Volter, Bosset, Qretridən etdiyi tərcümələri 

“Ruzname-i Ceride-i Havadis” və “Mecmua-i Fünun”  jurnallarında nəşr etdirmişdir. Bunlardan 

başqa “İlm-i Belağat” adlı əsərində  Sokrat, Aristotel, Siseron, Volter, Fenelon, Monteskyö, Rosse, 

Buffon, Fontenelle kimi yunan və qərbli filosof və ədəbiyyatçılardan çox sayda istinadlar etdiyi 




I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



454

kimi, Rossenin “Julie ou la Nouvelle Heloise” adlı əsərindən birinci məktubu tərcümə etmişdir. Bu 

tərcümə Mustafa Rəşid Paşa tərəfindən 1886-cı ildə “Muntehabat-ı Cedide” adlı antalogiyada  nəşr 

olunmuşdur (7: s. 299). 

Ahmet Vefik Paşa Volterin “Mikromega” adlı əsərini “Hikaye-i Hikemiyye-i mikromega” 

adı ilə tərcümə edərək, əvvəl “Diyojen”  jurnalında, sonra da kitab olaraq  1871-ci ildə nəşr 

etdirmişdir. Eyni əsəri bir il sonra  Direktör Ali bəy “Gülli Aqop” teatrı üçün pyes variantında 

tərcümə etmişdir. Ahmet Vefik Paşa daha əvvəl Yusuf Kamil Paşanın tərcümə etdiyi Fenelonun 

“Telemak” adlı əsərini 1880-ci ildə sadə bir dillə tərcümə edərək, əvvəlcə “Hüdavendigar” 

qəzetində ixtisar olunmuş variantda, sonra da eyni il kitab halında dərc etdirmişdir. (1: s.34-67) 

Ethem Pertev Paşa, 1865-1866-cı illərdə qələmə alaraq eyni ildə “Mecmua-i Fünun” da nəşr 

etdirdiyi “Baka-yi Şahsi və Neviye  Hizmet Azam-ı Vazaif-ı İnsaniyyet olduğuna dair makale” adlı 

yazısına Russo və Lord Edvardın intihar haqqındakı iki uzun məktubunu tərcümə edərək, daxil 

etmişdir. Paşanın  Russodan nəzmlə tərcümə etdiyi “Beka-yı Hayat” adlı tərcüməsi 1872-ci ildə 

“Cüzdan Məcmuəsı”ndə nəşr olunmuşdur. Bundan başqa Volterin bir münacaatını da tərcümə 

etmişdir.  

Namik Kemal Monteskyönün “Dissertation sur la des Romains” adlı əsərini “Romanın 

Esbab-ı İkbal ve Zevali” adı ilə tərcümə edərək, bir qismini  “Mirat Mecmua”sında nəşr etdirmiş, 

amma bir tam şəklində çap etdirə bilməmişdir. Yenə Monteskyönün “De İ Esprit des Lois” adlı 

əsərini “Ruhüş-Şerayi” adı ilə tərcümə etmiş, amma bunu da dərc etdirə bilməmişdir. Rossenin 

fransız ixtilasına çox böyük təsir edən ”Le Contrat Social” adlı əsəri “Şerait-i İctimaiye” (300), 

Kondorsetin “Progres des L esprit Humain” adlı əsəri “Tarihi Terakkiyat-i Əfkar-ı Bəşər” adı ilə 

tərcümə etmişdir. Ayrıca tərcümələri arasında Volneyin “Les Ruines”  (“Harabeler”) adlı əsərinin 

də olduğu qeyd edilir.  İbrahim Olgun “Namik Kemal Kuşağı ve I Meşrutiyet”  adlı məqaləsində 

Ebuziya Tevfik və Namık Kemalın çox sayda tərcümə əsərlərinin olduğunu, amma bunların böyük 

bir qisminin itdiyini bildirir (11: s. 16). 

Yahyalı K.Şükrü Fenelondan tərcümə etdiyi əsəri “Meşahir-i Kudema-yı Felasifenin 

Mücmelen Tercümelen Terceme-i Halleri” adı altında 1876-cı ildə nəşr etdirmişdir. 

Kemal Paşazadə Sait Bey Rossenin Dijon Akademiyasının hazırladığı anketdə birinciliyi 

alan, “Elmin inkişafının əxlaqın təmizliyinə xidmət edib-etmədiyinə dair” adlı məqaləsini tərcümə 

edərək, 1883-cü ildə “Fezail- i Ahlakiye ve Kemalati İlmiyye” adı ilə nəşr etdirmişdir. 

Ziya Paşa Rossenin “Emile ve Confessions” (itiraflar) adlı əsərini tərcümə etmişdirsə də, 

bunları nəşr etdirə bilməmişdir. “Emili”yə yazdığı girişi daha sonra Ebuziya Tevfik “Numune-i  

Edebiyat-i Osmaniye”də nəşr etdirmişdir.(9: s. 78) 

Qeyd etməliyik ki, Osmanlı yazıçıları Qərb romanını iki yolla tanıdırdılar. Birinci yol 

Fransızca və ya İngiliscə bilənlərin romanları orijinal dillərində oxumaları, ikinci yol isə 

tərcümələrdir. Osmanlı yazıçıları arasında xüsusilə Fransızca bilənlərin sayı olduqca çox idi.  

Bunların içində hətta Namık Kemal, Ziya Paşa, Ali Suavi, Samipaşazade Sezayi Fransa vətəndaşı 

idilər. Ahmet Mithat Əfəndi, Şemsettin Sami, Muallim Naci, Recaizade Mahmut Ekrem, Ahmet 

Rasim kimi yazıçılar fransızcanı Türkiyədə məktəblərdə və ya öz təşəbbüsləri ilə öyrənmişlər. Dil 

bilənləri nəzərə almasaq, Osmanlı cəmiyyətinin roman janrı ilə tanış olması tərcümələr yolu ilə 

olmuşdur (5: s. 67).  

Namık Kemalın başqa bir əsəri “İnkvizisiya tarixi” Çeril və Lavallinin əsərlərindən kiçik bir 

xülasə tərcümədir. Bu əsərdə dil bir az daha sadədir.  Dövrün  başqa bir əsəri “Emili” tərcümədir. 

Bu əsər Jan Jak Russonun  əsərinin Türk dilinə tərcüməsidir. Amma bu əsər indiyə qədər tam 

şəkildə əldə edilməmişdir. Ziya Paşa Molyerdən tərcümə etdiyi “Tartüf” adlı əsərini qafiyəsiz və 

sadə bir dillə tərcümə etmişdir. Bütün bunlar  ilk tərcümə nəsr nümunələri hesab olunur. Bu dövrdə 

tərcümə, adaptasiya və ya uyğunlaşma, ya da tam tərcümə istiqamətləri seçilmişdir. 

Ikinci yenilik Roman janrının ədəbiyyata daxil olması idi. Türk ədəbiyyatında romanın 

inkişafı qərbdə olduğu kimi, feodalizmdən kapitalizmə keçid dövründə, burjua sinfinin yaranması 

və inkişafı zamanında tarixi, ictimai və iqtisadiyyatın təsiri altında yavaş-yavaş inkişaf edən bir janr 

olaraq ortaya çıxmamışdır. Qərb romanından tərcümələr və təqlidlərlə, yəni yeniləşmənin bir 

parçası olaraq, meydana gəlmişdir. Şəmsəddin Sami, Namık Kemal, Ahmet Mithat kimi romanı ilk 



Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   221   222   223   224   225   226   227   228   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə