Microsoft Word II cild -meruze metnlerin toplusu son2



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə2/229
tarix16.11.2017
ölçüsü5,08 Mb.
#10432
1   2   3   4   5   6   7   8   9   ...   229

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



5

 

BÖLMƏ 5  



 

TÜRK LÜĞƏTÇİLİYİ, DİALEKTOLOGİYASI, QRAMMATİKASI  

 

İsmayıl Kazımov, fil.ü.e.d., prof. 



AMEA Nəsimi adına Dilçilik İnstitutu, 

 Müasir Azərbaycan dili şöbəsinin müdiri  

 

KARAİMLƏR VƏ ONLARIN DİLİ 



 

Karaimlər qıpçaqlardır. Əhalisinin sayı yüz mindən çox olan karaimlər türk dillərinin Şimal-

Qərb arealına daxildir. Tatarlar, başqırdlar, çuvaşlar da bu arealdadır. «Şimal-Qərb dilləri ərazi 

cəhətdən Cənub-Qərb və Şimal-Şərq dillərindən müəyyən dərəcədə uzaq olsa da dillərin ümumi 

genealoji və tipoloji yaxınlığı onların müasir quruluşunda da özünü büruzə verir. Bu əlaqələr, 

həmçinin dillərin daxili strukturundakı oxşar və fərqli cəhətlər hər hansı dil materialının təhlilində 

özünü qabarıq şəkildə göstərir. Ayrı-ayrı dil areallarında olduğu kimi bu arealda da məskunlaşmış 

türk xalqlarının həmin ərazidə yerləşməsi prosesi özünəməxsus tarixi və sosial hadisələrlə bağlıdır» 

(1, s.291).  

Karaim dili və ya türkcəsi danışıq dili kimi işlədilir. Yəhudi dinindən olan karaimlər Litva, 

Ukrayna və Polşanın bir sıra şəhərlərində yaşayırlar. Onların ədəbi dilləri, demək olar ki, yoxdur, 

lakin yazıları mövcuddur. Əvvəllər ibrani, sonralar isə kril əlibasından istifadə etmişlər. Əhalinin 

1989-cu ildə həyata keçirilən ümumi siyahıya alınmasına görə keçmiş SSRİ –də 2602 nəfər karaim 

yaşamışdır. Onların 21 %-i karaim dilindən istifadə etmişdir. 

Türkoloqlar karaimlərin türk dilləri arasındakı yerini müəyyənləşdirməyə çalışarkən fərqli 

yanaşmalar irəli sürmüşlər. V.Radlov onların türkçələşmiş bir Fin-Uqor dili ola biləcəyi ehtimalı 

üzərində durarkən, J.Ramstedt və N.Poppe karaim dilinin (çuvaş dili kimi) türkcə ilə monqolca 

arasında körpü vəzifəsini yerinə yetirən bir dil olduğunu sübuta yetirmək istəmişdilər. 

 Xalqın  düşüncəsində  «karay», «karaylar» qədim türk etnosları olan kerey, kereitlərlə 

əlaqədardır. Vaxtı ilə karaim etnosoları Xəzər xaqanlığı ərazisində yaşamışlar. Xaqanlıqda müasir 

balkarlar\malkarlar, qaraçaylar, krım tatarları, çuvaşlar, başqırdlar, kumıklar, krımçaklar, noqaylar 

və qazaxlar da yaşamışlar. 

Öz antropoloji tipinə görə karaimlər balkarlara, qaraçaylara, çuvaşlara yaxındırlar. 

Antropoloji əlamətləri, yaxın əlaqələri dil göstəriciləri ilə də əsaslandırmaq olur. Karaimlər qədim 

türk adlarını (Tenri, göy və s.) qoruyub saxlaya bilmişlər. 

Karaimlər həm də Ukraynada yaşayan azlıqlardan biridir. Karaim dili bir sıra dialektlər 

əsasında formalaşmışdır. Həmin dil bir qədər poleveslərin dilinə də yaxındır (Codex Cumanicus- 

XIII əsr). 

Karaim dilinin tədqiqi ilə Rusiyada, keçmiş Sovetlər İttifaqında, eləcə də xarici ölkələrdə 

V.V.Radlov, A.N.Samoyloviç, V.A.Qordlevski, S.M.Şapşal, V.İ.Filonenko, V.Kokenay, 

N.A.Baskakov, K.Foya, K.Musayev və b. məşğul olmuşlar. 

 İlk dəfə olaraq türkologiyada karaim dilinin türk dilləri arasında yerini A.N. Samoyloviç 

müəyyənləşdirmiş və bu dili təsnif etmişdir. 

 Karaim dilinin öyrənilməsinə XIX əsrin axırlarından başlanılmışdır. Bu dövrdə karaim dili 

V.V.Radlov və Polşa alimi Jan Qjeqovski tərəfindən tədqiq edilmişdir. XX əsrin 20-30- cu illərində 

karaim dili V.A.Qordlovski, polşa alimi T.Kovalski və A.Zayançkovski tərəfindən öyrənilmişdir. II 

Dünya müharibəsində karaim dilinin tədqiqi bir qədər səngimişdir. Müasir dövrdə karaim dili, 

demək olar ki, araşdırılmır. 

 Karaimlər Krım, Polşa, Rusiya və Ukrayna karaimləri olmaqla 4 yerə bölünür. Krım 

karaimlərinin şeir və mahnılarında onların xəzərlərlə qohumluq əlaqələrini sübut edən faktlar 

çoxdur. 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



6

Bu dil sistematik şəkildə təsvir olunub. Həmin dil haqqında qısa bir mətnə diqqət yetirək: 

«Kray tili- birisi tiurk uluslarnyn eski tilliarinan. Any bijik üriatkian erianliarimiz dahy özgia-die 

bijlikliarinin üvriatkianliari az tiuviul tiergiadliar da inçkialiadlar. Tiek bilmiavçiuliargia karay 

tilin ajuruç bastyrhan üriatiuv bitikliar joch edi...» (Tiuziuvçiu). 

Karaimlər azsaylı türk xalqlarından biridir. Karaimlər özünü karay, karaylar adlandırırlar. 

Onlar karaizmə (din) sitayiş ediblər. Sonra bu söz etnonimə, etnotoponimə çevrilib. 

 

Kara sözü- qədim yəhudi dillərində «oxumaq», karaim isə- «oxucu» mənasındadır. 



Karait\karaim sözləri ekvivalentlərdir. Güman ki, bizim işlətdiyimiz «qarə», qiraət» sözləri də 

həmin mənşədəndir. 

 Karaimlər Litvada və Rumiyada da yaşayırlar. Karaim dili slavyan dillərinin əhatəsinə inkişaf 

etmişdir. Onlar slavyan dillərindən geniş dairədə bəhrələnmişlər. 

 Karaimlərin bir hissəsi Trakalda konsenrasiya olunub (170 nəfər). Böyük əksəriyyət karaim 

ana dilindən məhrum edilib. Ana dilini yaxşı bilmir. Onlar məktub yazıblar ki, «bizim artıq öz 

dilimiz yoxdur. Biz rus dilində, yaxud litva, polyak və ukrayin dilində danışırıq. Qəbir daşlarımızın 

üzərindəki yazılar da yad dildədir- rus, litva, polyak və ukrayin dillərindədir. Familiyalarımız, 

əsasən, ukrayin soyadlarından ibarətdir. Ukrayin dilinin təsiri ilə soyadlarımız formalaşmışdır» 

Öz ana dillərini itirmə təhlükəsi bədii ƏDƏBIYYATda da öz əksini tapmışdır. XX əsrin 30-

cu illərində S.Rudkovskinin «Dostiar» («Друзъя») pyes-komediyasında qarışıq slavyan-karaim dili 

satira atəşinə tutulmuşdur. 

Karaim dilinin tarixi əlaqələri ayrı-ayrı türk dilləri ilə yaxın olmuşdur, bu folklor örnəklərində 

də görünür: 

Laрa-lapa kar yava, 

Эrbi baba koy soya, 

Xazar oqlu at çaba, 

Baylarımız toy çala. (Azərbaycan dilinə tərcüməsi: Lopa-lopa qar yağar, Erbi baba qoyun 

soyar, Xəzər oğlu at çapar, Bəylərimiz toy çalar) 

Bu şeir və mahnı xəzər dövləti dövrünü əks etdirir. 

 Karaimlər yəhudi, latın və rus əlifbasından istifadə etmişlər. Karaim dilinin bəzən yazısı 

olduğu da göstərilir. Amma əhatəsində olduğu dildə onların övladları təhsil alırlar. Ukraynada 

yaşayan karaimlər qaliç dialektində danışırlar. Deyilənə görə, karaimlər XX əsrə qədər öz dillərini 

qoruyub saxlamışlar. Artıq bu dil itmək üzrədir. Bunun bir sıra səbəbləri mövcuddur. Birinci səbəbi 

karaimlərin sosial həyatının tarixi şəraitində axtarmaq lazımdır. Digər başlıca səbəb karaimlərin 

örtülü, qapalı həyat sürmələri, cəmiyyətdən qaçmaları ilə əlaqədardır. Bu, onlar üçün bir sosial bəla 

olmuşdur. Bu gün sosial problemin dil baxımdan doğurduğu reallıqlar da həmin səbəblə bağlıdır. 

Onlar adamlara yovuşmamışlar. Qaradinməzlik karaim adamları üçün bir əlamət sayılmışdır. Ancaq 

müəyyən qərarları özləri müstəqil olaraq çıxarmışlar və s. Onlar icma şəklində yaşamışlar. Bütün 

işlər- dinə və mədəniyyətə dair işlər icmanın çıxardığı qərarla həll edilmişdir. 

 Qeyd olunduğu kimi, karaimlərin vahid, normalaşdırılmış ədəbi dili mövcud deyildir. Onların 

xüsusi ədəbi dilləri olmadığı üçün yaşadıqları ölkənin ədəbi dilindən istifadə edirlər. Məsələn, 

Ukrayna karaimləri Ukrayna ədəbi dilindən, Polşa karaimləri polyak ədəbi dilindən, Rusiya 

karaimləri rus ədəbi dilindən və s. istifadə edirlər. 

 1959-cu ildə əhalinin siyahıyaalınmasına görə Sovet İttifaqında 5900-ə qədər karaim var idi. 

Doğma dildə danışanlar 16, 5 faiz təşkil edirdi. Onlar Litvada (Trakay, Vilnus şəhərlərində), şərqi 

Ukraynada (Qaliç İvano-Frankovsk vilayətində) yaşayırlar. Karaimlərin bir çoxu xarici ölkələrdə də 

yaşayırlar. 

 Karaim dilini əhatə edən üçdilli lüğət 1974-cü ildə nəşr edilmişdir (2). 

 Karaim dilini öyrənmək üçün türkoloqlar müxtəlif mənbələrə müraciət etmişlər: 1) danışıq 

dili materiallarına; 2) qonşu dillərin güclü təsirini əks etdirən sənədlərə. Bu materiallar hələ 1957- 

1963-cü illər arası toplanmışdır. 

Karaimlərin soyadları maraq doğurur. Onlar «oqlı» sözündən istifadə edir: Abram-Oqlı, 

Abraoqlı. 




Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə