Microsoft Word II cild -meruze metnlerin toplusu son2



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə4/229
tarix16.11.2017
ölçüsü5,08 Mb.
#10432
1   2   3   4   5   6   7   8   9   ...   229

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



9

I növ təyini söz birləşmələrində fərqli quruluş özünü göstərir: temir (li) çalman (dəmir hasar), 

yarığı aynın (ayın işığı). 

Beləliklə, az nüfuza malik olan (əhalisinə görə) karaimlərin (o cümlədən çuvaşların) digər 

türk dilləri ilə hərtərəfli müqayisəsi türkoloji dilçiliyə xeyli yenilik gətirə bilər. 

 

ƏDƏBIYYAT 



 

1.Yusifov Mübariz. Türkologiyaya giriş. Bakı, «Nurlan», 2001 

2.Караимско-русско- польский словарь. М., 1974 

3.Лебедева Э.И. Очерки по истории крымских караимов-тюрков. Симфереполь, 2000 

4.Мусаев К.М. Грамматика караимского языка. М., 1964 

5.Мусаев К.М. Краткий грамматический очерк караимского языка. Москва, 1977 

6.Прик О.Я. Очерк грамматики караимского языка (крымский диалект). Махачкала:   

Дагучпедгиз, 1976 

7.Мусаев К.М. Лексика тюркских языков в сравнительном освещение. М., 1975 

8.Леви Б.З. Русско-караимский словарь. Симфереполь, 2005 

9.Баскаков Н.А., Зайончковский А., Шапшал С.М. Караимско-русско-польский словарь. 

М., 1974 

10.Мусаев К.М. Синтаксис караимского языка. М., 2003 

 

Ismail KAZIMOV 



 

Karaims and their language 

Summary 

Karaims Kipchak group of ethnically Turkic languages are included in the article and some of 

them are informed about the language features. Karaims could be converted into scattered 

nationwide live in their spoken languages. This language is melted under the influence of powerful 

information in separate areas at risk of disappearing. However, the Karaim language in Ukraine and 

settled in the main living areas on the basis of its own information, the task of the local accents. 

Karaim language dialects and Krakow on the basis of two main dialekt qalic funksionallasdıgı could 

arise from their common literary language. 

Key words: Karaim, north-east area, qalic dialect, Krakow dialect, spoken language 

 

İsmayıl Məmmədli, fil.ü.e.d., prof. 



AMEA Nəsimi adına Dilçilik İnstitutu, Tətbiqi dilçilik şöbəsinin müdiri  

ismayil.memmedli1946@mail.ru 

 

BİRİNCİ TÜRKOLOJİ QURULTAY: AZƏRBAYCAN DİLİNDƏ LÜĞƏTÇİLİK VƏ 



ORFOQRAFİYA MƏSƏLƏLƏRİ 

 

1926-cı il fevralın 26-dan martın 5-nədək yüksək dövlət səviyyəsində keçirilən Birinci 



Türkoloji Qurultay bütün türk xalqlarının həyatında əlamətdar, ictimai-siyasi, mədəni-elmi, tarixi 

əhəmiyyəti ilə yadda qalmışdır. Təsadüfi deyildir ki, qurultayda keçmiş SSRİ məkanının türk 

xalqları yaşayan bütün məkan və bölgələrindən, həmçinin xarici ölkələrdən dəvət olunmuş 131 

görkəmli türkoloq və başqa elm sahələrini təmsil edən alimlər də iştirak etmişlər (ümumi sayı 600 

nəfər olmuşdur). 

Bu gün Birinci Türkoloji Qurultayın keçirilməsindən 90 il keçir. İndi də  böyük inamla və 

qətiyyətlə demək olar ki, bu qurultay öz dövrünün siyasi-ictimai, sosial-mədəni, elmi həyatında 

əvəzolunmaz tarixi rol oynamışdır. Xüsusi vurğu ilə deyə bilərik ki, qurultayda toxunulan mə-

sələlərdən ən öndə duranı dil problemi olmuşdur. Qurultay keçirilərkən 17 iclası olmuşdur və həmin 

iclaslarda 37 məruzə dinlənilib müzakirə edilmişdir. 




I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



10

Məruzələrin yeddisi türk xalqlarının tarix və etnoqrafiyasına, mədəniyyətinə, ikisi 

ƏDƏBIYYATına vvə onun tədrisi problemlərinə həsr edilmişdir. Təbiidir ki, qurultay öz əsas işinə 

tarix, mədəniyyət, ƏDƏBIYYAT, etnoqrafiya, folklor kimi sahələrdən başladı. İlk məruzə ilə 

Türkoloji qurultayın təşkilat komitəsi tərəfindən dəvət olunmuş akad. V.V.Bartold çıxış etdi. 

Məruzəçilər öz dövrlərinə görə ən tanınmış, görkəmli alimlər – V.V.Bartold, A.Y.Krımski, 

S.F.Oldenburq, L.V.Şerba, A.N.Samoylloviç, N.İ.Aşmarin. S.E.Malov olmuşlar. 

Bir cəhəti də qeyd edək ki, XX əsrin ilk rübündə türkoloji qurultayın keçirilməsi elmi-türko-

loji mühitin yaranması, türkçülüyün etnososial potensialının güclü olması və türkçülük dü-

şüncəsinin inkişaf etməsi kimi bir dövrə, bir gerçəyə söykənməklə baş tutdu. 

Birinci Beynəlxalq Türkoloji Qurultayın diqqət mərkəzində duran əsas məsələlər: dil 

məsələsi, əlifba və orfoqrafiya məsələləri idi. Həmin məsələlərə qurultayın 6-cı, 7-ci, 9-cu, 10-cu, 

11-ci, 13-cü iclaslarında baxıldı. 13-cü iclasda əlifba layihələri səsə qoyuldu və latın qrafikalı əlifba 

7 səsə qarşı 101 səslə qəbul olundu. 9 nəfər səsvermədə iştirak etmədi. Onu da qeyd etmək maraq-

lıdır ki, I Beynəlxalq Türkoloji Qurultayın blankları qədim Orxon-Yenisey yazıları ilə verilmişdir. 

Türkoloji Qurultayda ümumilikdə 8 qətnamə və etnoqrafiya komissiyasının  1 qərarı qəbul 

olundu. Əgər bütövlükdə Türkoloji Qurultayın tarixi əhəmiyyətini ümumiləşdirmiş olsaq, onda belə 

qənaətləri göstərə bilərik. Qurultayda bütün türk tarixinın türk xalqları üçün indiyə qədər misli 

görünməmiş türkçülüyün əsası qoyulmuşdur. Belə ki, qurultay türkdilli xalqlar üçün  10 maddə, 81 

bənddən ibarət taleyüklü qətnamə qəbul etdi. 

1. Yeni Türk Əlifbası haqqında 2 bənd; 

2. Türk dillərinin öyrənilməsi və başqa dillərlə əlaqəsi haqqında 5 bənd; 

3. Türk dilinin (ana dilinin) tədrisi metodikası haqqında 11 bənd; 

4. Türk xalqlarının tarixinin öyrənilməsinin müasir vəziyyəti və ən yaxın vəzifələr haqqında 

12 bənd (söhbət 1926-cı ildə qurultayın keçirildiyi vaxtdan gedir). Bu haqda akademik 

V.V.Bartoldun (6 bənd) və akademik Oldenburqun təklifləri səsləndi. B.Çobanzadə həmin 

təkliflərin qətnamə kimi qəbul edilməsini faydalı saymış və onlar qəbul olunmuşdur. 

5. Ölkəşünaslıq məsələləri haqqında 4 bənd; 

6. Etnoqrafiya komissiyasının qətnaməsi 9 bənd; 

7. Türk dillərinin orfoqrafiyası haqqında 9 bənd; 

8. Təşkilat komissiyasının qətnaməsi 10 bənd; 

9. Türk dillərində elmi terminologiya sistemi haqqında 13 bənd. 

Bu gün bizi 90 illik bir zaman Birinci Türkoloji Qurultaydan ayırır. İndi də böyük inam və 

qətiyyətlə söyləyə bilərik ki, bu qurultay öz dövrünün ictimai-siyasi, mədəni-elmi, tarixi əhəmiyyəti 

ilə yadda qalmışdır. 

Qurultaydan 90 il keçsə də, onun gündəliyinin ana xəttini təşkil edən bir çox dil məsələləri 

bu günümüzdə müstəqillik illərində aktual və müasir səslənir, onun ideyaları, qərar və qətnamələri 

həyata keçirilir, orada edilən məruzələrin mətnləri öyrənilir. 

  1. Qurultayda L.B.Şerba, L.İ.Jirkov orfoqrafiyanın ümumi əsasları haqqında Qalımcan 

İbrahimov, Novşirovanov və F.Ağazadə türk dillərinin orfoqrafiyası haqqında çıxış etmişlər. 

  2. L.B.Şerbanın ”Orfoqrafiyanın əsas prinsipləri və onların ictimai mahiyyəti” mövzusunda 

məruzəsi dinlənildi. Məruzədə orfoqrafiya və onun qaydalarının təyinetmə imkanları nəzərdən 

keçirildi. Ayrı-ayrı sözlərin yazılış qaydalarının parametrləri; nitq vahidlərinin mənalı morfoloji 

hissələrinin verilməsi; dilin mənalı vahidlərinin düzgün yazılışı; söz birləşməsi və cümlələrin 

düzgün tərtibi, qanuni şəklə salınması; qrafik transkripsiya sistemində səsin və ya sözün yazılışı, 

eyni zamanda, qrammatik işarələr sisteminin qaydalarından bəhs olunurdu.  Onu da göstərmək 

lazımdır ki, akademik  L.Şerbanın bu fikirləri 1963-cü ildə çap edilmiş “Правила алфавита и 

орфография,  фонетика французского языка»   adlı kitabında olduğu kimi verilmişdir. 

3. Qurultayda türk dillərinin orfoqrafiyası barədə qətnaməni də qəbul edilməsi diqqəti çəkən 

cəhətlərdəndir. Qətnamənin məzmunu belədir: 

 1) Türk dillərində imla qaydalarına düzgün əməl etmək üçün 4 elmi prinsipdən istifadə 

olunur. Bu prinsiplər içərisində fonetik prinsip ən münasib prinsipdir.  Fonetik prinsip mənalı nitq 

vahidlərinin fonetik vahidini yazıda eynilə əks etdirir. Fonetik prinsipə əsasən sözün yazılışı onun 



Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə