Microsoft Word II cild -meruze metnlerin toplusu son2



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə3/229
tarix16.11.2017
ölçüsü5,08 Mb.
#10432
1   2   3   4   5   6   7   8   9   ...   229

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



7

Aqa sözünü adın əvvəli və sonunda işlədirlər: Abraqamoviç-Aqa,, Aqa, Aqalık, Aqa-Kefeli

Aqa-Neyman, Aqa-Çudakov, Abıkoviç, 

Xüsusi səciyyəli adlardan istifadə: Aylık, Ayni, Alan, Babay, Babacan, Baloban, Bektaş, 

Bondar, Boru, Yarımbaş, Yamaşa, Şuşman və s. 

Şəxs adları karaimlərdə türk, ərəb, qədim Avropa, fars, yunan mənşəlidir (3) 

oviç-eviç- şəkilçisi familiyalarda çox işlədilir: Azareviç, Abraxamoviç. 

Karaimlər SSRİ dövründə Vülnus, Trakay, Panevejis, Qaliç, Lusk Evpatoniya, Baxçasaray, 

Feodosiya və s. şəhərlərdə yaşayırlar. 

 Krım karaimlərinin dili yaxın qonşuları krım tatarlarının dilinə assimliyasiya olunmuşdur. 

Bununla belə, bir sıra özünəməxsus fonetik və leksik özəllikləri də qoruyub saxlamışdır. 

 Litva və Ukraynada karaimlər XIV əsrin sonu, XV əsrin əvvəllərində məskunlaşmışlar. 

Onların –karaimlərin şərq dialekti bu bölgələrin danışığı əsasında yaranmışdır. 

 Karaimlər ancaq 3 dialektdə danışırlar: krım, trakay və qaliş. Bu dialektlər arasında müəyyən 

fərqlər var. Məsələn, getmək feili trakay dialektində yür, qaliç dialektində yur; mənə əvəzliyi trakay 

dialektində  maya, qaliç dialektində mana şəklində təzahür edir. Bu dilin leksikasında trakay 

dialektində  «quyu» sözü kuyuv, qaliç dialektində həmin söz kuyduk şəklində. İnək sözü trakayda 

sıyır, qaliçdə inek formasında özünü göstərir və s. 

 Ukraynada yaşayan karaimlərin dillərində arxaik xüsusiyyətlər də qorunub saxlanmışdır; 

həmin sözlər intervokal mövqedə çıxış edir: aka, yokarı, sekiz, dokız, daq \tav (meşə, dağ), ağız 

(avuz), denuz\tenuz və s. 

 Ukrayna  karaimləri  «Qözlerim qörmez oldu» -«gözlərim görməz oldu» (Baxçasarayda 

yaşayanlar) frazasını tez-tez işlədirlər. 

 Qaqauz dilində olduğu kimi, Ukrayna karaimlərinin də dilinin sintaksisində nisbi sərbəstlik 

özünü göstərir. Bu xüsusiyyət onu «tipik» türk dillərindən fərqləndirir. Bu dilin sintaksisinə də 

qonşu dillərin- məsələn, Ukrayna dilinin güclü təsiri olmuşdur. Bu dilin sintaktik özəlliklərindən 

biri məişət-danışıq dilinin əlamətlərini saxlamasıdır. Kitab dili- dini ƏDƏBIYYATların dilidir. 

Tövratın tərcümə dili bu baxımdan səciyyəvidir. 

 Karaim dilinin sintaksisi, başlıca olaraq, qədim yəhudi dilinin orijinal cümlə quruluşlarının 

kalkalaşmış formalarıdır. 

 Ukraynada yaşayan karaimlərin gənc nəsli rus dilində oxumağa böyük meyil göstərirlər, yerli 

əhali isə bu dildən nisbətən az istifadə edir. 

 Karaim dilinin sosial əsaslarında müəyyən dillərin təsiri danılmazdır. Məs.: 

Slavyan dillərinin təsiri. Bu təsir XV əsrdən başlanmış və davam etmişdir. Karaim dili eyni 

vaxtda qohum slavyan dillərindən- Rus, Ukrayna, Belorus və Polyak dillərinin təsiririnə məruz 

qalmışdır. Məsələn, Trakay dialektində rus alınması olan «kirpiç» (kərpiç) sözü ilə yanaşı, eyni 

zamanda polyak alınması olan «üeqla» sözü də eyni məna üçün işlədilir. Müxtəlif sözlərdən də 

karaimlər eyni mənanı ifadə etmək üçün istifadə edirlər. 

Fonetik səviyyədə slavyan dillərinin təsiri. Karaim dili ilə başqa türk dilləri və qədim türk dili 

arasında özəlliklə səs dəyişmələri, fonetik hadisələr arasında mühüm fərqlər görünmür. 

Karaim dilinin fonetik sistemi xeyli miqdarda slavyan tələffüz normaları ilə əhatə olunub. 

Trakay və Qaliç dialektlərində fərqlər: keldi\kelqi, muc\kuc, maya\mana, baş\bas, terejya\tereze və 

s. 

Sintaksisdə slavyan dillərinin təsiri ilə sintaktik vahidlərin bəziləri deformasiyaya məruz 



qalmışdır. 

Həmin dil bu baxımdan bir sıra özünəməxsus cəhətləri, həmçinin də çoxlu türk dillərinə 

məxsus olan tipik əlamətləri itirmişdir. Trakay dialektində vokalizm sistemi rus dilinin təsiri ilə 

dəyişkənliyə məruz qalmışdır. Məs.: yu, yo: üv-yüv-yuv «ev»; köz- küöz-yüoz və s. 

 Konsononantizm sistemində Trakay dialektindəki sağır nun (n) slavyan dillərinin təsirindən 

adi n-səsinə çevrilmişdir. 

 

Slavyan dillərindən alınan leksik alınmalar karaim dilinin fonetik qanunlarına 



uyğunlaşdırılmışdır: mığla «мгла», xiren «xren», istep «стер» bervenə «юревно» və s. 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



8

 Müasir karaim dilində vurğu praktik şəkildə sözün müxtəlif hecaları üzərinə düşür ki, bu da 

slavyan dillərinin təsiri hesab edilir. 

 Morfoloji səviyyədə slavyan dillərinin təsiri. K.M.Musayev, O.Prik bu dili qrammatik 

səviyyədə araşdırmış, fundamental bir əsərlər ortaya qoymuşlar (4; 5; 6) 

 -ar\-şar bölüşdürmə sayını yaradan şəkilçi, -lay,-ley – zərf düzəldən şəkilçi, -mayın (-madın \-

matın) feili bağlama göstəricisi,-yir indiki zaman şəkilçisi bu dilin qıpçaq mənşəli olduğunu sübut 

edən faktlardandır. 

Əksər slavyan elementləri karaim dilinin morfoloji sisteminə daxil olmuşdur. Bəzi 

sözyaradıcılığı və sözdəyişdirici modellər slavyan tipli modellərdir. Karaim dilinə məxsus müstəqil 

və köməkçi sözlərə lazım olan slavyan dilinin şəkilçilərini, sözönlərini artırmaq ənənəsi də 

yaranmışdır. Slavyanizm karaim dilinin müxtəlif nitq hissələrinə öz təsirini göstərmişdir. Məsələn, 

Ukrayna dilindən bu dilin Qalıç dialektinə kiçiltmə mənalıi - inu (-unğ) şəkilçisi keçmişdir: kız-

inu\kız-ina «qız», mam (a)-unö «mamoçka»; malax-unə «anqeloçek».  

 Karaim dilində şəxs kateqoriyası analitik üsulla formalaşır: Men karay-mın- men karay barm- 

men karay. 

 Karaim dilinin sifətlərində slavyan dillərinə məxsus nai şəkilçisi öndə işlənir: naiunlurax 

«naibolğşiy», naiterenrək «qluboçayşiy». 

 Mürəkkəb feil yaradıcılığında «slavyan feili + et» quruluşu məqbul sayılır: calet etti «on 

pocalel». 

Leksik səviyyədə slavyan dillərinin təsiri. Danışıq dili vasitəsi ilə karaim dilinə ərəb, fars, 

qədim yəhudi dillərindən, slavyan dillərindən sözlər keçmişdir. Məs.: bob, çerep, olenğ, moneta, 

nauk, plah, taneü, smola, peçğ, izba və s. 

Karaim dilinin leksikasında çoxlu sayda qədim türk sözləri qalmışdır: yav (yağ), tarlov (tarla) 

və s. 

Gün, həftə, ay, il və s. adlar özünəməxsusdur: yex kün (bazar günü), (yex) baş kün 



(bazarertəsi), şebbat (şapate kün) (şənbə günü), xan kün (xain kün, orta kün), ayna kün, baras kün 

(4-cü gün), bayram kün (5-ci kün); artarıx ay (aprel), kural ay (may), başkusxan (iyun), yaz ay 

(iyul), ulaq ay (avqust), sırıx (çirik) ay (sentyabr), ayrıxsı ay (oktyabr), küz ay (noyabr, 

axısqalılarda da belədir), soğum ay (dekabr), kış ay (yanvar), kara kış ay (fevral), syuvyunç ay 

(mart), artıx ay (mart-aprel) və s. 

Krım tatarlarının dilində üç üslub funksionallaşıb: 1) ədəbi dil, 2) kitab dili, 3) danışıq dili. 

Ədəbi dildə: ben qeldim, eytirm (mən dedim), danışıq dilində: men keldim, men aytırm və s.  

 Karaimlərdən bəziləri özlərinə məxsus sözləri unutmuş, həmin sözlərin əvəzinə rus, ukrayna 

və polyak dillərinə məxsus sözlərdən istifadə edirlər: qnezdo, skala, kaplə, rosa, pesok və s. (7) 

Sintaktik səviyyədə slavyan dillərinin təsiri özünü sözlərin əlaqələnməsi üsullarında daha çox 

göstərir. Məsələn, feillərlə idarədə slavyan dilləri ilə üst-üstə düşən məqamlar var: Men anı ozdum. 

Bu cümlənin rus dili ekvalenti Ə eqo pereqnal; kolunu onunu «pravuö ruku» və s. 

K.Musayev 30 ildən sonra (4) bu dilin sintaksisi üzərində tədqiqatlar aparmışdır. O, Şərqi-

Qıpçaq dillərinin bu budağı zəif öyrənildiyi üçün sintaktik quruluşu monoqrafik planda 

araşdırmışdır. 

 Həmin dilin materialları əsasında ikidilli, üçdilli lüğətlər yaradılmışdır (8, 148 s.; 9, 688 s.) 

Məlum olur ki, karaim dilinin sintaksisi əksər türk dillərinin sintaksisindən fərqlənir, belə ki, 

tarixi inkişaf prosesində həqiqi sintaktik quruluşda hind-Avropa dillərinə, ələlxüsus da slavyan 

dillərinin sintaktik quruluşunun təsiri ilə bağlı əldə edilmiş yeni ideyalar (söyləmin formasından 

məzmununa doğru), sxemlərdə yaxınlıq (10), formal, kommunikativ, ekspressiv, semantik və 

funksional sintaksisin tədqiqi üzrə yaxşı nəticələr qazanılmışdır. 

Feili bağlama tərkibləri cümlədə bu dilə yaxın olan dillərdən, məsələn, qazax dilindən 

fərqlənir. Müq.et: Ol üyqe barıp ayttı (qaz.)- Ol üvqə bardı da ayttı (O, evə getdi və danışdı) 

Digər türk dilləri ilə müqayisədə söz sırasının pozulduğu hallar çox müşahidə olunur. Bu 

bəlkədə həmin dilin öz qanunauyğunluğundan irəli gəlir. Məs.: Şaqarı Troxnun (Troki şəhəri), 

Şaqarında Troxnun (Troki şəhərində), şaqarından Troxnun ( Troki şəhərindən), başı atnın (atın 

başı),İt yatat alnında ivnin (İt evin yanında uzanıb). 



Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə