Microsoft Word II cild -meruze metnlerin toplusu son2



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə228/229
tarix16.11.2017
ölçüsü5,08 Mb.
#10432
1   ...   221   222   223   224   225   226   227   228   229

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



459

Üstündə cоşan kiryələrin həpsinə bihiss, 

Həp lеvsi-riya dalğalanır zərrələrində. 

Bir zərrəyе-səfvət bulamazsan içərində 

Həp lеvsi-riya, lеvsi-həsəd, lеvsi-tənəffü. (2,187) 

Əsərlərinin qadağan edilməsinə baxmayaraq, qələmindən çıxan incilər gənclər arasında 

əldən-ələ keçmiş və qısa zamanda əzbərlənmişdir. Əsərləri Azərbaycanda da yayılmış Tofiq Fikrət, 

eyni zamanda, bir çox şairlərimizin yaradıcılığına, dünyagörüşünə, təxəyyülünə təsir göstərmişdir 

ki, bunların  içərisində  Hüseyn Cavidi xüsusi qeyd etmək olar. Azərbaycan ədəbiyyatının söz və 

fikir zadəganı olan, “Gözəllik naminə, sevgi naminə” yazan böyük sənətkar indiyə qədər 

ədəbiyyatda təkrar işlənən süni misraların sayını çoxaltmadı, həyatı bahasına olsa da, Cavid gözəllik 

və sevgi şairi idi, eləcə də qaldı. Cavidin Tofiq Fikrət və onun yaradıcılığı ilə tanışlığı ədibin 

Türkiyədə təhsil aldığı illərə təsadüf edir. Bu zaman Tofiq Fikrət artıq yaradıcılığının ikinci 

dövründə idi və “cəmiyyət üçün sənət” anlayışını irəli sürərək, ictimai mövzulara toxunan şeirlər 

yazırdı. Bu da gənc Cavidə təsir etməyə bilməzdi. 

Ümumiyyətlə, Cavidin həyatında və dünyagörüşünün inkişafında İstanbul Universitetində 

1906-1909-cu illərdə keçən tələbəlik illəri mühüm mərhələ təşkil edir. Ədəbiyyat fakültəsində təhsil 

alan Cavid dövrün ictimai-siyasi məsələlərinə, ədəbi proseslərinə biganə qalmamış, “bana elm 

lazımdır, şəhadətnamə deyil” deyərək, yalnız fakültə dərsləri ilə kifayətlənməmiş, eyni zamanda 

Namiq Kamal, Ziya Paşa , Rza Tofiq kimi dövrün qabaqcıl, vətənpərvər ziyalıları ilə yaxından tanış 

olmuşdur. Hələ 1903-cü ildən “Şərqi- Rus” qəzetində ara-sıra məqalələrlə çıxış edən Cavidin 

İstanbulda tələbə ikən “İrşad” qəzetində “Növhə”, “Füyuzat” dərgisində isə “Bir ahiməzlumanə” 

adlı şeirləri çap olunmuşdur.  Cavidin İstanbulda təhsil alması, türk poeziyasını dərindən öyrənməsi 

onun şeirlərində Anadolu şivəsinə məxsus ifadələrin artmasına səbəb olmuşdur. Şairin orada ikən 

qələmə aldığı “Rəqs”, Pəmbə çarşaf”, “Uyuyor”, “Ah yalnız sən” və s. şeirlərində və  1913-cü ildə 

Tiflisdə nəşr olunan “Keçmiş günlər” adlı şeir kitabında toplanan  nümunələrində də Anadolu 

şivəsinin müəyyən əlamətləri özünü göstərir. Lakin İstanbul mühitindən ayrıldıqdan sonra şairin 

əsərlərində Anadolu şivəsinə məxsus əlamətlər get-gedə azalmış, nəhayət, davamlı bir prosesdən 

sonra təxminən aradan qalxmışdır. Türkiyədə təhsil illərində yazılan “Yadi mazi”, “Bir ahi-

məzlumanə” şeirlərinin quruluşunda müəyyən orijinallıq vardır. Bu şeirlər hər iki üslubun - klassik 

lirika və xalq-aşıq lirikası üslublarının qovuşuğundan yaranmışdır. Xalq-aşıq poeziyasında olduğu 

kimi, şeirlər bəndlərdən ibarətdir. Lakin bəndlərin arasında klassik lirikadakı beytlərə bənzər cüt 

misralar verilmişdir. Dördlüklər çox vaxt çarpaz qafiyə üsulu ilə, beytlər isə məsnəvi formasmda 

qafiyələndirilmişdir: 

Ey Vətən! Ey könül pərəstarı! 

Yar ümidim, qüsura bakmayasan. 

Bizə tərcih edib də əğyarı, 

Burakıb nari-hicrə yıkmayasan. 

Səni bu hala saldı qəflətimiz, 

Daha əhv et! Yetər nədamətimiz. (5) 

Cavid təsirləndiyi türk şairlərinin ideyalarını öz yaradıcılığında  əks etdirməklə yanaşı, 

onların əsərlərindən sitatlar da gətirmişdir. Məsələn, “Hərb və fəlakət” şeirində müəllimi Rza 

Tofiqin “İttihad və tərəqqi” cəmiyyətinin üzvü olmasını əks etdirmişdir. H.Cavid 1914-cü ildə 

Məhəmməd Tahir Menemenlizadədən təsirlənərək, onun 1896-cı ildə yazdığı “Uyuyor” şeirinə 

nəzirə yazmışdır. Bundan başqa Tofiq Fikrətin “Rubabi-şikəstə”sindəki “Əncəli hikmət; Əzməyən 

əzilir” fikrini H.Cavid özünün Qars və Otluda zülmə məruz qalanlara ithaf etdiyi “Məzlumlar için” 

şeirində “Bir həqiqət bu: “əzməyən əzilir!..” deyə təsdiqləmişdir. 

Hüseyn Cavidin Tofiq Fikrətdən təsirlənərək yazdığı şeirlərdən biri “Yad-ı Mazi” şeiridir.  

Bu şeirdə Tofiq Fikrətin “Mazi...Ati” misrasıyla başlayan şeirindəki kimi həyat-ölüm 

qarşılaşdırması dursa da, Caviddə fərqli olaraq bədbinlik hökm sürür. Hər iki şairin gələcəyə 

baxışları fərqlidir. Əgər Tofiq Fikrətdə gələcək “ pür səhər”dirsə, Caviddə qaranlıq gecədir. Hüseyn 

Cavidin “Qız məktəbində” şeirində Tofiq Fikrətin “Mahallebim ve mektebim” şeirinin təsirinə rast 

gəlinir. Hər iki şair qızların təhsilinə önəm vermiş və bunu öz şeirlərində əks etdirmişdilər. Hər iki 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



460

şeir dialoq əsasında qurulmuş, sualları cavablandıran isə məktəbli qız olmuşdur. Lakin Cavid dini 

ön plana çıxartmışdır.  

“Ninem sordu: Şermin kimi 

Çok seversin?- O, ninemi! 

-Başka? –Babamı şübhesiz, 

-Daha? İzin verirseniz 

Sayayım: mahallebimi, 

Sütlacımı, şekerimi, 

Hep şekerlemelerimi; 

Biraz da gevrek severim… 

Fakat en çok mektebimi

Mektebimi pek severim…” (4, 584) 

Caviddə isə : 

“-Kuzum, yavrum! Adın nedir? 

-Gülbahar 

Bu dünyada senin en çok sevdiğin 

Kimdir, kuzum, söyler misin? 

-En çok sevdiğim ilkin 

O Allah ki, yeri-gökü, insanları halk eyler. 

-Sonra kimler? 

-Sonra onun gönderdiği elçiler. 

-Başka sevdiklerin nasıl, yok mu? 

-Var.. 


-Kimdir onlar? 

Anam, babam, muallimem, bir de bütün insanlar. (3,156) 

Cavidin  “Öksüz Ənvər” şeiri ilə Tofiq Fikrətin “Hasta çocuk” şeirləri arasında da oxşarlıq 

vardır ki, burada-birinci şeirdə anasını 8 gündür itirən Ənvərin acısını müəllimi anlamır, çarəsiz 

qalırsa, ikinci şeirdə 8 gündür xəstə yatan uşağın anasının çarəsizliyi əks olunur. Tofiq Fikrət 

Balıkəsirdə baş vermiş zəlzələdən təsirlənərək yazdığı “Verin zavalılara” başlıqlı şeirində öz acısını, 

hüznün əks etmişdir.  

“Sizin kalbiniz elbet acır, değil mi? Verin, 

Verin şu dullara, yoksul kalan şu eytâma, 

Verin enînine gâyet, şu bir yığın beşerin”(4,520) 

Hüseyn Cavid də bir fəlakət qarşısında səssiz qalmamış - Qars ətrafında günahsız qətlə 

yetirilən insanlara acımış və bunu öz şeirində əks etdirmişdir. Və bu şeirdə də Tofiq Fikrətin təsiri 

hiss olunur. 

“Verin!... Verin de, evet, susturun şu feryadı, 

Aman! Esirgemeyin merhametle imdadı. 

Verin! Verin!.. Gözü yollarda bir yığın beşerin, 

Ne hayret, ah! Esersiz mi bunca ah ü enin” (3,76) 

Bundan başqa Hüseyn Cavidin “Rəqs”, “Bakıda” və yaxud “Məsud və Şəfiqə”, “Bir rəsm 

qarşısında” kimi şeirləri ilə Tofiq Fikrətin “La dans Serpantin”, “Süha ve Pervin”, “Resminin 

karşısında” şeirləri yaxından səsləşir. 

Tofiq Fikrətin təsiri Cavidin  nəinki şeirlərində, hətta dramaturgiyasında da özünü göstərir. 

Onun “Peyğəmbər” dramında Tofiq Fikrətin dil və üslubunun izləri var. Burada skeletin tarixin 

simvolu kimi işlənməsi Tofiq Fikrətdən götürülmüşdür. Türkiyə mühitindən bəhs edən “Uçurum” 

əsərində isə yenə də eyni üslubu görürük. Məhz İstanbul mühitinin təsirindəndir ki, Cavid sonralar 

Alp Arslan, Məlikşah (“Xəyyam”), Əmir Teymur, Yıldırım (“Topal Teymur”)  və “Atilla”, 

“Çingiz”(həbsi zamanı NKVD nümayəndələri tərəfindən götürülmüşdür) kimi türk dünyasının 

məşhur sərkərdələrinə, dövlət xadimlərinə həsr edilmiş əsərlərin müəllifi olmuşdur. Bu təsirlər, bu 

mühit onun həyatı bahasına olsa da, dünyagörüşünün formalaşmasında mühüm rol oynamaqla 

bərabər, onu ümumbəşərlik zirvəsinə qaldırmışdır. 



Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   221   222   223   224   225   226   227   228   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə