Microsoft Word II cild -meruze metnlerin toplusu son2



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə226/229
tarix16.11.2017
ölçüsü5,08 Mb.
#10432
1   ...   221   222   223   224   225   226   227   228   229

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



455

sınaqdan keçirən türk yazıçılarının ədəbiyyat və roman ilə bağlı yazılarını oxuyan zaman görürük 

ki, Avropa ədəbiyyatını və romanını savadlılığın ən yüksək səviyyəsi, türk ədəbiyyatı nümunələrini 

isə geriliyin bir işarəsi sayırdılar.(7: s.12) 

Roman yazma sahəsində Tənzimat yazıçılarının ikisi (Ahmet Mithat və Namık Kemal) əsas 

olaraq qəbul edilir; çünki Tənzimat romanı bu iki yazıçının təsiri ilə inkişaf etmişdir. Ahmet Mithat 

əfəndi romanlarında xalqa bir kitabxana təqdim etməyə çalışmış və sənətə, texnikaya diqqətlə 

yanaşmamışdır. Onun məqsədi xalq arasında bir mütaliə  mədəniyyəti formalaşdırmaq, məlumat 

vermək və onu maarifləndirməkdir. Namık Kemal isə daha çox ədəbi dəyər daşıyan və Ahmet 

Mithata görə texniki baxımdan az da olsa daha çox uğur əldə etmiş və ilk ədəbi roman olan 

“İntibah”ı  yazmışdır. Amma unutmamalıyıq ki, “İntibah” da “Hancerli Hanım” hekayəsinin izləri 

vardır (7: s.30). 

Ahmet Mithat ədəbiyyat və incəsənət ilə cəmiyyəti təlimləndirməyi qarşısına məqsəd 

qoymuşdur. Bu məqsədlə Aleksandr Düma, Paul de Kokun əsərlərini tərcümə edən Ahmet Mithat 

əfəndi “əcnəbi romanlardan yararlanmaqla, birlikdə onları  öz mentalitetinə uyğunlaşdırmağa da 

çalışırdı. Ahmet Mithat Əfəndi romanla bağlı “Haydut Montari” adlı əsərinin müqəddiməsində bu  

sözləri deyir: “Biz gah Aleksandr Dümaya, gah oğluna, gah Paul de Koka çatana qədər bir çox 

Avropalı yazıçının əsərlərini gah tərcümə, gah da uyğunlaşdıraraq romanı əfəndilərimizə  bir qədər 

bəyəndirmişik” . 

Ahmet Mithat Əfəndinin Qərbə olan münasibəti romanlarında da əks olunmuşdur. 

Qəhrəmanları türk olan romanları (Parisde bir türk, Mesail-i Muğlaka, Demir bey) ilə bərabər 

mövzusu, qəhrəmanları və məkanı ilə birlikdə tərcümə təəsüratı bağışlayan romanları da 

(“Diplomalı qız”, “Haydut Montari”, “Cellat”, “Altın Aşıkları”) mövcuddur. Yazıçı, qərb 

ədəbiyyatına və xüsusilə romanına olan marağını “Monte Kristo”nu xatırladan “Hasan Mellah”ın ön 

sözündə belə dilə gətirir: “Hasan Mellah” yaxud “Sır içində Esrar” sərlövhəli hekayəni qələmə 

aldım. Tərcümə deyildir, hətta təqlid belə deyil. Əsərin Aleksandr Dümanın əsrinə nisbətlə mində 

bir dərəcəsini də tapa bilməyəcəksiz”(366). 

Tənzimat dövrü yazıçıları qərb ədəbiyyat nümunələri, xüsusilə fransız ədəbiyyatı 

yazıçılarından çox təsirlənmişlər. Bunun nəticəsində Rodos adasında sürgündə yaşayarkən Ahmet 

Mithat əfəndidə roman yazma həvəsi yaranmışdır.  “Hasan Mellah”, “Hüseyn Fellah”, “Dünyaya 

ikinci gəliş”, “ Felatun beyle Rakım efendi” bu illərin məhsuludur. Bu dövrdə qərb ədəbiyyatından 

osmanlı ədəbiyyatına bir çox yenilikər daxil oldu. Avropada elm texnikanın inkişafı və bunun 

nəticəsində yaranan yeni texniki məhsullar romanlarda da görünməyə başladı. Əhməd Mithatın 

“Hayret”də Avropadan gələn alət və əşyalara tez-tez rast gəlinir. Xüsusilə teleqraf ən çox istifadə 

olunanlardan biridir. Bir xəbərləşmə aləti olan teleqraf roman qəhrəmanlarının həyatını 

asanlaşdırması baxımından ön plana çıxır. “Hayret”də Neapol xalqı Misyö Sarpsonun harda 

olduğuna aid xəbərləri Neapol teleqraf mərkəzindən gözləyirlər. Parisdə bir türk adlı romanda 

teleskop, durbin və fotoaparat diqqəti cəlb edir. Nasuh, Marsilyada şəhərin hər tərəfini əzbərləmək 

üçün bütün alətləri istifadə edir. Kitabxanalar və kitab Avropa mədəniyyətinin ayrılmaz hissələri 

idi. bu özünü osmanlı romanlarında da göstərirdi. Ahmet Mithatın “Acayib-i alem” əsərində 

Avropadakı bir kitabxana təsvir olunub. Ahmet Mithatın “Karnaval” adlı romanında şəxsi kiçik 

kitabxanalarla nəhəng dövlət kitabxanaları qarşılaşdırılır. Şahnaz xanımın müəlliməsi Madam 

Mirsakın kitabxanası olduqca zəngindir (5: s.140). Amma Şahnaz xanım müəllimənin ona tapşırdığı 

dərslərə maraq göstərməzdi. Ancaq onun kitabxanasına gizlicə girər ordan roman kitablarını 

oğurlayıb, gecə oxuyardı. 

Recaizade Mahmut Ekremin“Araba Sevdası”nda Bəhruz Bəy Pəriveşə yazacağı məktub 

üçün kitabxanadakı bir çox kitabı nəzərdən keçirir. Bəhruz bəykitabxanadan iki kitab götürür. 

Müraciət etdiyi kitablar rarsında Jan Jak Russonun müəllifi olduğu kitabın da adı çəkilir . 

Bəhruz bəyin öz kitabxanası Avropa sayağıdır.  Bəhruz bəy öz kitabxanasına köhnə kitabları 

yaraşdırmadığından bu kitabları xidmətçilərin mərtəbəsinə qarma-qarışıq şəkildə atmışdır . Səyahət 

və əyləncə məkanları qərbdən gələn başqa bir ənənə idi. bu ənənə osmanlı romanlarına da 

keçmişdir. “Araba sevdası”nda Bəhruz bəy, Misyö Piyer ilə qumar oynayır. Hər an Periveşi 

düşündüyü üçün oyuna uyğunlaşa bilmir”.(8: s. 54) 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



456

Namık Kemalın “İntibah”əsərinda isə Əli bəy Mehpeykerin tələsinə düşdükdən və Dilaşubla 

başına gələnlərdən sonra kiçik içkili məclislərə davam etməyə başlayır. “Əli bəy o qədər pis 

vəziyyətə düşmüşdü ki, artıq əyləncə məkanlarının sahiblərini aldadır, qumar stolundan pul da 

oğurlayırdı. Dostunun ona nəsihət verməsini belə ələ salır və heç kimin sözünü ciddi qəbul etmirdi. 

Nabızadə Nazım “Zəhra” romanındakı Subhi də əyləncə həyatına elə alışır, gününü 

şənliklərdə, teatrlarda keçirir. Bəzən fransız teatrlarına, bəzən Verdiyə, təpəbaşına, Kristala, bəzən 

də qarşısına çıxan hər hansı konsertə gedirdi. 

Tənzimat dövrü romanlarında İstanbulun əyləncə həyatı olduqca ətraflı şəkildə təsvir 

olunmuşdur. Bu baxımdan, xüsusilə Beyoğlu Avropa şəhərlərindən geri qalmır (9: s.168). Qadınlı, 

kişili, rəqsli, əyləncəli, karnavallı, qumarxanalı və başqa dövrün əyləncə dünyasına hakim olur. 

Tənzimat dövrü romanların həm mövzular baxımından həm də romanlar forma, dil , Üslub 

baxımından avropadan təsirlənmişlər. 

 Üçüncü hədəf mətbuat idi. Bu dövrdə Osmanlı ədəbiyyatına daxil olan yeni janrların 

içərisində digərləri ilə müqayisədə mətbuatın əhəmiyyəti daha böyükdür. Çünki məqalə, lətifə, 

xəbər, müsahibə, xatirə, elan, tədqiqat və başqa janrıların yaranmasında və inkişafında qəzetin payı 

çoxdur. 

İlk Osmanlı qəzeti olaraq qəbul olunan “Takvim-i vekayi” 1831-ci ildə nəşr olunmağa 

başlamışdır. Amma Osmanlı torpaqlarında daha əvvəllər bəzi bülleten və qəzetlər diqqət 

çəkməkdədir. “Tərcüman-ı Əhval”ın ilk sayında çıxan “Mukaddime” (22 oktyabr 1860) üzərində ən 

çox müzakirələr aparılan yazılardandır. Çünki ilk müstəqil qəzetin ilk yazısıdır.  Bu yazıda Şinasi 

xalqın düşünmə və yazma ilə yanaşı xəbər alma azadlığını vurğulayır. Daha əvvəllər bu mövzuda 

Osmanlı sosial həyatında hər hansı bir cəhdin olmadığını vurğulayır. Mədəni və sivil millətlərin 

düşüncə və siyasi azadlığına sahib olduğunu, onların da bu qəzet ilə ilk addımı atdığını dilə gətirir. 

Bu yazının sonunda isə xalqın asanlıqla oxuyub anlaya biləcəyi bir “qəzet dili”nin olmasını 

məsləhət görür. Qısa, amma məzmun olaraq bir xeyli dolğun olan bu məqalə, Şinasinin ilk nəsr 

nümunələrindəndir. Tənzimatdan sonra türk ədəbiyyatçıları arasında Şinasidən sonra əsl mənada 

tənqid nümunələri yazan Namik Kemaldır. Onun yeni türk ədəbiyyatının bir növ bəyannaməsi kimi 

qəbul edilən “Lisan-ı Osmaninin edebiyatı hakkında bazı mülahazatı şamildir” adlı məqaləsindən 

başlayaraq “Bahar-ı Daniş” müqəddiməsi, “İntibah” romanının müqəddiməsi, “Tahrib-i Harabat ve 

Takib” traktatı(risalə), “İrfan paşaya məktub”, “Mes Prisons muahezenamesi”, “Talim-i edebiyat 

üzerine bir risale” ilə “Celal mukaddimesi”ndə  dağınıq halda da olsa tənqidi fikirlərin bir çoxuna 

rast gəlinməkdədir.(2: s.89-102) 

Adı çəkilən bütün bu müqəddimə, risalə və məqalələrdə Namık Kemal bir yandan divan 

ədəbiyyatını tənqid edir, digər yandan da yeni meydana çıxan ədəbiyyatı və yeni bəzi ədəbi janrları 

müdafiə edir. Osmanlı mətbuatının yaradıcılarından biri də Ziya paşadır. Onun “Muhbir” və 

“Hürriyət” qəzetlərində çap etdirdiyi məqalələr o dövrdə həm məqalə janrını formalaşdırıb inkişaf 

etdirdi, həm də insanlara cəmiyyətə tənqidi tərəfdən baxmağı aşıladı. “Veraset Məktubları” 

məqaləsi Hürriyət qəzetində çap olunmuşdu. Bu məqalə öz dövrü üçün tənqidin ən gözəl nümunəsi 

və Ziya paşanın Bab-ı Aliye  endirdiyi ən böyük zərbələrdən idi. Ziya paşanın hadisələri və əhalinin 

vəziyyətini izah etmə tərzi nə qədər yenilikçilik kimi qiymətləndirildisə də, Tanpınar burada “şantaj 

kokusu aldığını” qeyd edir. Qəzetlərlə birgə Osmanlının tanış olduğu başqa bir nəsr nümunəsi 

yumoristik mətnlərdir. Teodor Kasab efendi tərəfindən 1869-cu ildə nəºr olunan “Diyojen”, türk 

mətbuat tarixində ilk müstəqil yumor qəzeti hesab olunurdu. Həftəlik olaraq çıxan və Namik 

Kemalnın yazılarının dərc olunduğu bu qəzet məsələni zarafatla, yumoristik üslubla oxucuya 

çatdırırdı (12). 

Nəticə: Beləliklə, Tənzimat dövründə ədəbiyyatın qarşısına qoyulan hədəflər arasında yer 

alan qərbsayağı bir ədəbiyyat yaratmaq tapşırığının nəticəsi kimi yeni nəsr növləri yarandı. Bu nəsr 

növləri- daha əvvəl olmayan- romanlar, hekayələr, tərcümələr, məqalələr, tənqidlər idi.  Hədəfin 

nəticəsi kimi Namiq Kamalın, Əhməd Mithatın romanları, qərb ədəbiyyatından olunan tərcümələr, 

dövrün romanları haqqında qəzetlərdə çap olunan tənqidlər göstərilə bilər. 



Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   221   222   223   224   225   226   227   228   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə