Microsoft Word ilyas met doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə4/49
tarix15.07.2018
ölçüsü1,06 Mb.
#55675
1   2   3   4   5   6   7   8   9   ...   49

Èëéàñ Òàïäûã 
 
14 
 
 
İlyas Tapdıq şeirlərindən deyimlər 
 
İlyasam, el üçün qaynayır qanım, 
Elsiz kimə gərək şeirim, dastanım, 
Bu barlı-bəhrəli Azərbaycanın 
Bir kiçik parçası Gədəbəydədir! 
 
**** 
Çəkdiyi dağları sinədən silməz, 
Bəla çaylarına körpü çəkilməz... 
Sirri içindədir – fələk də bilməz,  
Açmayıb nə qədər falı bu dünya! 
 
**** 
Ömür qopar bir gün tağdan –  
Qədrini bilmək yaxşıdır. 
Qorxa-qorxa yaşamaqdan, 
Mərdliklə ölmək yaxşıdır. 
 
**** 
Sökən olma, qardaş, sökən, 
Baltalama dirəyini, pərdəni; 
Təzə yurdda çəkmə 
Köhnə yurdun dərdini! 
 
**** 
Səhnədə şöhrət də, faciə də var, 
Böyük bir həyatdır səhnə aləmi. 
 
 
 
Áèáëèîãðàôèéà 
 
15 
**** 
Ac nəfsin ömrünə qənim kəsilən 
Tamahkardan ibrət götürməyəcəm! 
 
**** 
Şeirimin canıdır bu el, bu Vətən, 
Boş sözü bu elə ötürməyəcəm! 
 
**** 
Adlar batır, yeni adlar törəyir
Ocaq sönür, yurdda otlar göyərir. 
Doğmalardan qorxunc yadlar törəyir, 
Qoyma  arta, vədəsində bil dərdi. 
 
**** 
Yolunda kim daş qırar 
Yola çəkər bulağı –  
Suyu şirin deyilsə?! 
 
**** 
Dayanıb daş olduq əli qoynunda:  
Quruyan ağacın sahibi kimdir? 
Çinar torpağında, palıd yurdunda 
Ağacı quruyan yollar yetimdir! 
 
**** 
Bu yalan dünyaya doğru gəlməyim 
Bəlkə bu dünyaya yamanlığımdı. 
Əlimdən yapışan yaxın həmdəmim, 
Nakam uşaqlığım, cavanlığımdı. 
 
**** 
Hara çəkir bu dünyanı yedəklər? 
Bilən varmı, dərdi nədir, səri nə?! 
Öz oduna özü yanan ürəklər 
Sərniyərmi çəkilməklə sərinə?! 


Èëéàñ Òàïäûã 
 
16 
 
**** 
İnsan kaş ki, dünyanı 
Nəğmələrlə yatıra, 
Nəğmələrlə oyada! 
 
**** 
Unutmayın eldə ana-bacı var, 
Çiçəklərin xırman-xırman tacı var. 
Gorbagora qahmar çıxan payçı var, 
Ay-ulduzlu pak nişanı qoruyun! 
 
**** 
Üçrəngli bayrağımız, 
Paytaxtımız, gerbimiz, 
Himnimiz, dinimiz var. 
Dünya həsəd aparan 
Sərvətimiz, varımız, 
Şəhid qanı çilənən 
Torpağımız, ağrımız, 
Taleyi daşdan keçən 
Soyumuz-elimiz var. 
 
**** 
Gecə-gündüz öz xeyrini güdənin 
Bu millətdən danışmağa haqqı yox! 
Tamahının yedəyində gedənin 
Səxavətdən danışmağa haqqı yox! 
 
**** 
Ac olsan da aclığını bildirmə, 
Nəfsin üçün vüqarını öldürmə, 
Sınaq olar – dostu-yadı güldürmə, 
Danışılar şenliyini unutma. 
 
Áèáëèîãðàôèéà 
 
17 
**** 
Heç fikir eləmə -  
 artmadın asan, 
Çoxları həyatda yerini tutmur. 
Çalış əməlindən sıxılmayasan, 
Xəcalət tərini günəş qurutmur. 
 
 
**** 
Mən İlyasam, bir həmdəmim yar idi, 
Xəyalıma yerlər, göylər dar idi. 
Cavan idim, bir ürəyim var idi, 
Ata oldum, üç paradır ürəyim.   
 


Èëéàñ Òàïäûã 
 
18 
 
 
Görkəmli şəxsiyyətlər 
İlyas Tapdıq haqqında 
 
İlyas Tapdığın əsərlərini oxuyanda adam özünün maraqlı və 
cazibəli bir müsahib ilə üz-üzə  gəldiyini duyur və yenicə tanış 
olduğu bu həssas müsahibi axıracan dinləməyə çalışır. 
Mir Cəlal, 
Görkəmli yazıçı, 
Əməkdar elm xadimi  
 
İlyas Tapdığın yaradıcılıq məziyyətlərindən biri dilinin 
sadəliyi, təbiiliyi və  səmimiliyidir.  İlyas həyat eşqinin həvəsini 
adi sözlərlə deyil, təsvir vasitəsilə verərək bədii lövhələr yaradır. 
Məmməd Rahim,  
Xalq şairi 
         
 Çoxdur dağlarında qızıl, dəmir, mis, 
        Gədəbəy dünyaya tanışdır artıq. 
        Gəzdik dağlarını qarış-qarış biz,  
        Qızıldan qiymətli İlyas Tapdıq! 
Osman Sarıvəlli
Xalq şairi  
 
İlyas Tapdıq dedikdə ehtiraslı, vətənpərvər, proletar, beynəl-
miləlçilik ruhuyla dolğun  şeirlərin istedadlı  şairini tanıyıram. 
İlyas Tapdıq təzə söz deməyə, öz oxucularını düşündürməyə səy 
edən istedadlı  şairdir.  İlyas Tapdıq çox gözəl bilir ki, tələbkar 
oxuculara, bədii cəhətdən kamil, rəngarəng boyalarla müəyyən 
zəmanəmizin nəbziylə vuran, ürəklərə yol tapan şeirlər gərəkdir. 
İlyas Tapdıq axtarışdadır. İlyas Tapdıq gənclik şairidir. 
Süleyman Rüstəm,  
Xalq şairi 
Áèáëèîãðàôèéà 
 
19 
Sakitlik, həlimlik  İlyas  şeirinə xas olan cəhətdir. Onun 
şeirində qanadlı, ibarəli, dəbdəbəli sözlərə, ifadələrə rast gəlmək 
olmur. Sözlər hamısı adi, sadə, hisslər sakit və həlimdir. Bu İlyas 
şeirinin zahiri tərəfidir. Bu sakit zahirin içində qəribə bir çılğınlıq 
və narahatlıq da gizlənir. Mən deyərdim  əsl poeziyanın özü, elə 
bu narahatlıq və  çılğınlıqdır.  Şairin özü də  əsl sənəti, dalğaların 
ahəngindəki çılğınlıqda görür.  
İlyasın yaradıcılığı folklordan, xalq yaradıcılığından qidala-
nır. Onun elə  şeirləri var ki, bunlar bayatıdan, aşıq  şeirlərindən 
seçilmir. 
...İlyas heç zaman özünü gözə soxmağa çalışmır. Başını aşağı 
salıb öz mütəvazi işi ilə məşğuldur. İlyas verdiyindən danışmaz, 
amma aldığını dönə-dönə  təkrar edər. Allahın ona verdiyinə o, 
hər zaman şükran olmuşdur. Ona görə də yazır:  
Görüb vurulmağı mənə göz verib,  
Ana təbiətə təşəkkürüm var. 
Bəxtiyar Vahabzadə, 
Xalq şairi  
 
Ədəbiyyat tariximizdən bizə məlumdur ki, bir şeiriylə, hətta 
bir beytiylə  də yaddaşlara  əbədi həkk olunan şairlər olub, tam 
səmimiyyətimlə deyirəm, bu illər  ərzində heç nə yazmamış 
olsaydınız, təkcə “Gədəbəydədir”  şeiriylə  ədəbiyyat tariximizdə 
əbədi yaşamaq haqqı qazanardınız. Qara sazın yaddaşına köçən 
şairlər ölmür, İlyas müəllim! Vaqiflər, Vidadilər, Xəstə Qasımlar, 
Səməd Vurğunlar kimi! 
Şairin kimliyi, şəxsiyyətini görmək və duymaq istəyirsənsə 
onun doğulduğu torpağı yaxından tanımaq gərəkdir. Bu fikri 
hansı alim səsləndiribsə çox düzgün fikirdir. Mən İlyas Tapdıqla 
onun doğulduğu torpaqda, yer üzünün həqiqi cənnəti Gədəbəydə 
bir neçə  dəfə olmuşam. Ona görə deyirəm ki, İlyas Tapdığın 
yaradıcılığı bizə təbiət qədər əzizdir.  
Zəlimxan Yaqub, 
Xalq şairi 
   


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə