Microsoft Word ilyas met doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə5/49
tarix15.07.2018
ölçüsü1,06 Mb.
#55675
1   2   3   4   5   6   7   8   9   ...   49

Èëéàñ Òàïäûã 
 
20 
Dahi Belinski deyirdi ki, “Uşaq  şairi olmaq yox, doğulmaq 
lazımdır”. Son 50 ilin uşaq poeziyasını İlyas Tapdığın yaradıcılığı 
olmadan təsəvvür etmək mümkün deyil. 
Azərbaycan uşaq  ədəbiyyatının, xüsusən  şeirinin istedadlı 
nümunələrində məhz bu cəhət, yəni sözün ən sadə, lakin emosio-
nal təsir baxımından tez sirayət edən, rahat qavranılan, yaddaqa-
lan,  təmtəraq, elitarlıq və quramaçılıqdan uzaq xəlqi çalarından 
istifadə etmək bacarığı özünü göstərir. M.Ə.Sabirin, A.Səhhətin, 
A.Şaiqin uşaq  şeirlərində formalaşan və Azərbaycan uşaq poe-
ziyasının M.Seyidzadə, M.Rzaquluzadə, T.Elçin, X.Əlibəyli kimi 
görkəmli nümayəndələri tərəfindən cilalanıb inkişaf etdirilən 
həmin poetik xətt bu gün M.Əliyev, T.Mahmud, İ.Tapdıq, Z.Xəlil 
kimi uşaq  şairlərinin  əsərlərində estetik bir leytmotiv rolunu 
oynayır və uşaq poeziyasının effektli mütaliə və idrak materialına 
çevrilməsinə münbit zəmin yaradır.  
Elçin, 
Xalq yazıçısı 
    
Ötən yüzillikdə  uşaq  ədəbiyyatı sahəsində iki yazıçımızın 
gərgin  əməyini xüsusilə qeyd etmək istərdim. Onlardan biri XX 
yüzilliyin I yarısında bütün varlığı ilə öz yaradıcılığını  uşaq 
ədəbiyyatının inkişafı və zənginləşməsinə sərf etmiş, Fərhad kimi 
külüngünü yerə qoymamışdır. Bunlardan biri, adı  uşaqların dili-
nin  əzbəri olan Abdulla Şaiqdirsə, ikincisi, onun zəngin  ənənə-
lərini davam etdirən, bu sahədə xeyli uğurlu əsərlər müəllifi kimi 
tanınan İlyas Tapdıqdır. 
Məmməd Araz,  
Xalq şairi  
 
Əziz  İlyas, sizi Rusiya yazıçılarının çoxmillətli qardaşlığı 
adından 50 illiyiniz münasibətilə təbrik edirik. Sizin uşaqlar üçün 
yaradıcılığınızı, poetik və  tərcüməçilik istedadınızı yüksək qiy-
mətləndiririk. Sizə cansağlığı, xoşbəxtlik, yaradıcılığınızda mü-
vəffəqiyyətlər arzulayırıq!  
S.Mixalkov, A.Aleksin, V.Aleksandrov  
Áèáëèîãðàôèéà 
 
21 
İlyas Tapdığı  mən həm sevə-sevə, həm də ondan öyrənə-
öyrənə  tərcümə edirəm. O, Azərbaycan folklorunu gözəl bilir. 
Özü də müdrik bir nağılçıdır – poetik nağılçı. Mən sidq ürəkdən 
deyirəm, o, bizim Rusiyanın Marşak, Mixalkov, Borto, Prilejaye-
va kimi uşaq ədəbiyyatı korifeyləri ilə bir sırada dayana bilər. 
Valentin Berestov, 
rus şairi 
   
Uşaqlara təbiəti sevdirən, onun mahiyyəti, faydası, tükənməz 
zövq mənbəyi olması barədə  ağıllı yazılan  əsərlərin dəyəri çox-
dur. İlyas Tapdıq uşaq psixologiyasını və təbiəti dərindən duyur. 
Bu iki keyfiyyət onun “Təpələr” adlı kitabına topladığı  şeirlərin 
bədii vəhdətində aydın görünür. Onun təbiətə dair uşaq  şeirləri 
pillə-pillə qalxan yaradıcılıq yolunda əlvan çiçəklər kimidir.  
Qasım Qasımzadə,  
şair, ədəbiyyatşünas 
 
İlyas Tapdığın uşaq  əsərləri Mirzə  Ələkbər Sabir, Abdulla 
Şaiq, Abbas Səhhət, Rəşid  Əfəndiyevlə başlayan uşaq poeziya-
mızın davamı kimi çox ibrətlidir. Dilinin saflığı  və  təmizliyi, 
süjetlərin təbiiliyi, tərənnüm etdiyi ideyaların əhəmiyyətliliyi eti-
barilə bu əsərlər uşaq  şeirimizin  İlyas Tapdığını  qələm yoldaş-
larından təmamilə fərqləndirir. 
Zahid Xəlil, 
professor 
  
Azərbaycan uşaqları ona görə xoşbəxtdirlər ki, onların İlyas 
Tapdıq kimi gözəl şairi var.  
M.Prilejayeva 
rus uşaq yazıçısı 
 
İlyas sevilən şairdir. Şeirləri sərhədlər keçir, ürəklərdən-ürək-
lərə yol alır, musiqi ilə qovuşur, mahnılara çevrilir, aşıqların 
sazında gül açır, güllənir. 
İlyas – ürək şairidir. Poeziyanın ünvanı ürəklərdir. 


Èëéàñ Òàïäûã 
 
22 
İlyas Tapdığın bütün yaradıcılığı  Vətənlə, ana torpaqla, ulu 
xalqımızla bağlıdır. O, uca səslə deyir: “Şeirimin canıdır bu el, bu 
Vətən!”. 
İlyas Tapdıq xalq məhəbbəti qazanmış söz ustadıdır. 
Nahid Hacızadə,  
yazıçı 
 
“Bənövşə xatirinə kol dibinə iz düşdü”- İlyasın misrası yaz-
dırıb mənə “Bənövşələr”  şeirimi.  İlyasın hər  şeir kitabı bir qəm 
bənövşəyə oxşayır, təzə tər, ətirli şeirlərindən hər şöz, hər misra 
ürək kimi çırpınır”.  
Xalq poeziyasına, aşıq  şeirinə yaxından bağlılıq, vurğunluq 
onun poeziyasına xüsusi bir oynaqlıq, səmimiyyət gətirir. 
Hüseyn Arif,  
 Xalq şairi 
   
İlyas Tapdığın poeziyası son 50-55 ilin Azərbaycan şeirinin 
keçdiyi yolun mənzərəsi barədə müəyyən təsəvvür yaradır. Təkcə 
uğurları ilə deyil, hətta çətinlikləri ilə birgə. Və bu mənzərədə 
İlyas Tapdığın da öz yeri görünür. İlyas Tapdığın  ən gözəl və 
deyərdim ki, şah şeiri elə Gədəbəyə həsr olunub.  
 Vaqif Yusifli, 
 Əməkdar incəsənət xadimi 
 
Təbiət və sadə insan əməyinin təsviri  İlyas Tapdığın  şeirlə-
rinin  əsas xüsusiyyətlərini təşkil edir. Bu onun Vətənə, vətən 
torpağına geniş və rəngarəng mənzərələrinə, qurub yaradan insan-
larına vurğunluğundan irəli gəlir.  
İlyas Tapdıq təbiət gözəlliyi ilə insannın  ənəvi gözəlliyini 
vəhdətdə təsvir etməyi bacarır.  
Şəmşad Rza  
şair, publisist 
 
İlyas Tapdıq sanki öz oxucularının  əlindən tutub onları 
“niyələrinin” cavabını axtarmağa aparır. Sadə, anlaşıqlı bir dildə 
Áèáëèîãðàôèéà 
 
23 
onlarla söhbətə başlayır.  Şair uşaqla uşaq kimi danışmır. Belə 
olsaydı böyüklər uşaq gözündə öz marağını itirərdi. Babaların 
nağılları ona görə əfsunludur ki, qocalar özünəməxsus hikmətlə, 
müdrikliklə danışıblar.  İlyas Tapdığın  şeirlərində bu mənada da 
bir özünəməxsusluq vardır.  
Nüsrət Kəsəmənli
şair, publisist 


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə