Microsoft Word Insan huquqlari II kitab doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə25/56
tarix02.12.2017
ölçüsü2,86 Kb.
#13606
1   ...   21   22   23   24   25   26   27   28   ...   56

73 
 
nəzəriyyəsi  olaraq,  dərketmə  prosesində  obyekt  və  subyektin 
qarşılıqlı  əlaqələrini  öyrənir,  həmçinin  həqiqi  biliklərə  olan 
münasibəti,  insanlar  tərəfindən  dünyanın  dərk  olunması 
imkanlarını,  biliklərin  həqiqi  və  düzgünlük  kriteriyasını 
öyrənir.  Qnoseologiya  insanların  dünyaya,  onun  başlanğıc 
şərtlərinə  və  ümumi  əsaslarına  olan  şüurlu  (idraki,  əqli) 
əlaqələrinin  (münasibətlərinin)  mövcudluğunu  tədqiq  edir.
1
 
Qnoseologiya  ikinci  aspektdə  fəlsəfi  dissiplin  (fənn)  olaraq, 
tədqiqat  predmeti  kimi  dərketmənin  bir  formasını-elmi 
formasını-  müəyyən  edir.  Bu  hallarda  epistemologiya  termini 
işlədilir.  Fəlsəfədə  qnoseologiyanın  əsas  prinsipləri  kimi 
bunlar qəbul edilir: fikir və varlığı eyniləşdirmək (dünyanı dərk 
etmək  prinsipi);  dərketmə  prosesinin  dialektikası;  ictimai 
praktika  (dünyanın  dərk  olunması  əsasları).  Əsas  bölmələri 
bunlardır: əks olunma haqqında təlim; obyektiv dünyanın dərk 
olunması  haqqında  təlim;  dərk  etmənin  mənşəyi  və  inkişafı 
haqqında  təlim;  dərketmənin  əsası  kimi  təcrübə  haqqında 
təlim;  həqiqət  və  onun  düzgünlüyü  (səhihlik)  haqqında  təlim; 
insanın, cəmiyyətin şüurlu (dərketməyə əsaslanan) fəaliyyətinin 
mövcud  olduğu  forma  və  metodlar  haqqında  təlim. 
Dərketmənin əsas formaları: hissi dərketmə-duyğu, qavrayış, 
təqdimetmə;  rasional  dərketmə-  başa  düşmə  (anlayış), 
mühakimə,  əqli  nəticə;  irrasional  formaları-intuisiya  və 
başqaları; təsəvvür (elmi), fantaziya (elmi).
2
 
 
Biliklərin qruplaşması, ontoloji xüsusiyyətləri əhatə etməsi 
və sistemləşməsi qnoseoloji təlimlərlə də (idealizm əsasları ilə 
də)  həyata  keçirilir.  Ontologiya  və  qnoseologiya  anlayışları 
ümumi  biliklərdə,  demək  olar  ki,  başlanğıc  tezislərdə  birləşir, 
nəticə  etibarilə  cəmləşmiş,  bu  baxımdan  ümumiləşmiş  və 
xüsusiləşmiş  məzmun  alır.  Buradan  da  analizlərdə  özlərini 
                                                 
1
 Онтология, гносеология, аксиология, антропология, как основные 
разделы философии. Цифровая библиотека по философии. 
www.filosof.historic.ru/books/item/f00/s00/z0000000/st001.shtml 
2
 Гносеология. Философия. www.labrip.com/dop_t1r16part1.html 


74 
 
göstərir.  Ontoloji  biliklər  material-maddi  aləmin  bazasında 
özünə  yer  alır,  qnoseoloji  biliklər  isə  bu  biliklərə  olan 
yanaşmaları əks  etdirir. Çünki varlıq olmadan material biliyin, 
həmçinin  onun  yuxarı  mərhələsi  olan  mənəvi  biliyin 
formalaşması qeyri-mümkündür. Ontoloji və qnoseoloji biliklər 
sistemləşir  və  tərkib  strukturlarına  çevrilir.  Hər  iki  bilik 
vəhdətdədir  və  biri  mövcudluğun  izahını,  digəri  isə 
mövcudluqdan  irəli  gələrək  fəaliyyətin  əsaslarının  izahını 
verir.  Ontologiya  varlğı  izah  edir,  onun  daxili  aləmini 
açmağa  çalışır.  Qnoseologiya  isə  daha  çox  varlığın 
hərəkətlərinin  əsaslarını  və  bu  əsasların  idealizmə 
ə
saslanmasının  istiqamətlərini  izah  edir.  Qnoseologiya 
ontologiyanın,  ontoloji  biliklərin  tərkibindən  formalaşır. 
Hüquqi  biliklərin  qnoseoloji  mənası  isə  hüquq  daşıyıcısı  olan 
tərəflərin  fəaliyyətinin  məram  və  məqsədlərindən  meydana 
çıxır. Hər iki biliyin sistemləşdirilməsi və vahid istiqamətlərdə 
və  mərkəzlərdə  cəmləşməsi  məhz  varlığın  ümumi  təlimini 
meydana  gətirir.  Ontologiya  varlığın  qeyri-müəyyən  tərkibini 
araşdırmanı,  qnoseologiya  isə  varlığın  fəaliyyətinin  qeyri-
müəyyən hissəsini araşdırmanı qarşısına məqsəd qoyur. Hər iki 
bilik  istiqamətinin  predmeti  və  obyekti  varlıq  üzərində 
cəmləşir.  Bununla  da  bu  iki  bölgü  şərti  xarakter  kəsb  edir  və 
əslində hər iki istiqamət  elə ontoloji biliklərin formalaşmasına 
xidmət  göstərir.  Ontoloji  biliklər  qnoseoloji  biliklərin 
genişlənməsinə  də  xidmət  göstərir.  Məsələn,  varlığın  özünün 
öyrənilməsi  sayəsində  onun  fəaliyyətinin  əsasları  da  obyekt 
kimi  tədqiqata  cəlb  olunur.  Ən  əsası  isə  odur  ki,  nəyisə 
öyrənmək elə həmin şeyin özünü bir varlıq kimi –mücərrəd və 
konkret varlıq kimi, öyrənməkdən ibarət olur.  
İnsanlar  öz  hüquqlarını  təmin  etmək  üçün  yaxşıları 
axtarırlar  və  onların  maraqlarına  cavab  verənlər  elə  reallıqla 
ideallığın  vəhdətində  meydana  gəlir.  Nəzəri  fikirlər  daha  çox 
insanların  istək  və  arzularını  ifadə  etdiyindən  qnoseoloji 
əsasları  özündə  cəmləşdirir.  Nəzəri  fikirlərin  reallıqda  əks 


75 
 
olunması,  həm  də  yüksək  formada  əks  olunması,  yəni  tətbiqi 
üçün  imkanlar  və  şəraitin  yetişməsi  tələb  olunur.  Ontologiya 
varlığı  bir  məkanda  axtarır,  qnoseologiya  isə  məkandan  da 
xaricə çıxara bilir. Bu, əsasən, gələcəklə vəhdətin yaranmasına 
xidmət edir. Ontoloji biliklərin qnoseoloji biliklərlə vəhdəti və 
qnoseoloji  biliklərin  ontoloji  bilikəri  tamamlaması  baza 
etibarilə  hüququn  gələcək  əsaslarının  formalaşmasına  xidmərt 
edir.  İdeal  biliklər  daha  çox  gələcəyin  təmin  olunmasına 
əsaslanır. 
  
Hüququn ontoloji əsaslarla dərk olunması  
 
Bu  məsələyə  əvvəlcə  bir  qədər  yanaşılma  edilibdir.  Ali 
düşüncəli  varlıq  öz-özünü  dərk  edir.  Dərk  edərək  özünün  və 
əməlinin  mahiyyətini  başa  düşür,  aşkarlayır.  Özü  və  əməli 
arasında  vəhdəti,  səbəb  və  zərurəti,  əməli  nəticəni  axtarır. 
Ontologiya  rasional  təfəkkür  təlimi  olaraq  sistemli  qaydada 
insanın  təbiətlə  təmaslarında  mənaları  aşkarlayır.  Hüququn 
ontologiyası  (hüququn  daşıyıcısı  olan  insanlar  haqqında 
təlimlər və bir də istiqamət kimi hüquq haqqında təlimlər) elə 
hüquq  subyektlərinin  maraq  və  ehtiyaclarından  irəli  gələn 
subyektiv  əsaslı  mövcudluğunun  elmi  əsaslarla  sistemli 
qaydada  izahıdır.  Bu  elmi  əsas  şəbəkəli  xassəyə  malikdir  və 
çoxaspektliliyi özündə  cəmləşdirir. İnsanlar öz aləmlərini dərk 
etmək  üçün  daxillərində  olan  qaranlıqları  silsilə-silsilə  açmağı 
üstün  tutmalı  olurlar.  Bu  da  nəticədə  şəbəkəli  və  pilləli  dərk 
etmənin  əsaslarını  meydana  gətirmiş  olur.  İnsanlar  özlərini 
təcrübələrə,  əmək  fəaliyyətinə  söykədərək  dərk  etməni  üstün 
tuturlar. Bu anda empirik əsaslı dərketmə meydana gəlir. Ətraf 
aləm, insanların təmas qurduqları aləm elmi əsaslarla, material 
aləmin  əks  olunmaları  ilə  dərk  olunur.  Əks  olunma  sayəsində 
(məsafə  baxımından  siqnalların  mənbəyə  çatma  dərəcəsi 
baxımından) insanlar obyekt olaraq yaxın məkanları, həmçinin 
uzaq  məkanları  dərk  edirlər.  Bu  dərketmə  onlara  siqnallarla 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə