Microsoft Word Insan huquqlari II kitab doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə22/56
tarix02.12.2017
ölçüsü2,86 Kb.
#13606
1   ...   18   19   20   21   22   23   24   25   ...   56

64 
 
reallaşması  mümkün  və  qeyri-mümkün  olan  reallığı,  yəni 
ideallığı  ifadə  edənlərdir.  Deməli,  biliklər  zamana  əsaslanır, 
zamanda  əks  olunur.  Hüquqa  münasibətdə  biliklər  onun 
subyektinin  maraq,  ehtiyac  və  tələbatlarını  əks  etdirən  və 
subyektin  özünü  xassələndirən  ontoloji  biliklər,  hüquq 
subyektiinin  fəaliyyəti  haqqında  mövcud  olan  qnoseoloji 
biliklər  və  hüququn  haqla  (Ulu  Tanrıdan  verilən  haqlar) 
əlaqəsini  əsaslandıran  teoloji  biliklər  kimi  tərkib  hissələrə 
ayrıla  bilər.  Hər  üç  istiqamət  təbii  və  pozitiv  hüquqların 
vəhdətini  özündə  əks  etdirir.  Bu  üç  şərti  istiqamət  hüquqi 
biliklərin  sinergizmini,  yəni  daha  çox  faydasını  və  geniş 
əlaqəsini  meydana  gətirir.  Ontoloji  –hüquqi  biliklər  insanların 
bioloji xüsusiyyətlərinə bağlıdır. Qnoseoloji biliklər fəaliyyətlə 
əlaqəlidir.  Teoloji-təbii  hüquqi  biliklər  isə  hüququn  hər  iki 
şərtləndirici  mənşə  amilinə  (mənbə  amilinə)  əsaslanır. 
Ontoloji-qnoseoloji-teoloji 
dərk 
etmə 
vəhdəti 
insan 
hüquqlarının  fəlsəfi-məntiqi  metodlarını  meydana  gətirir  və 
fəlsəfi-məntiqi  metodların  özündə  məüyyən  formulaları 
yaradır.  Biliklərin  müəyyən  olunması  standartları  da  öz 
növbəsində bütün hüquqi sahələrdə öz əksini tapır və müxtəlif 
obyektlərə söykənir.  
Bilik müşahidələrin məhsulu olaraq obyektiv və subyektiv 
əsaslarla  mövcudluğun  və  gerçək  hadisələrin  beyində 
obrazlanmasıdır.  İnsan  hüquqlarının  təmin  olunması,  bu 
hüquqların  insanların  təbii  vəziyyətlərinin  ifadəsi,  hüquqi 
müdafiə  məsələləri  məhz  müşahidələrə  əsaslanan  biliklərin 
meydana  gəlməsini  şərtləndirir.  Bilik  hadisələrin  gerçək 
mahiyyətinin  müəyyən  mərhələdə  və  səviyyədə  dərk 
olunmasıdır  və  dərk  olunma  formasının  ifadələrdə  (bilik 
mənbələrində,  bilik  verən  məlumat  mənbələrində)  öz  əksini 
tapmasıdır. 
Biliklər 
araşdırma 
sayəsində 
əldə 
edilən 
müəyyənliklərin  ifadə  olunmasıdır.  Bilik  xassə  və  əlamət 
müəyyən  edəndir.  Bilik  varlığın  ontologiyasının  (varlığın 
xassəsinin təsnifi ) əsasıdır. Ontoloji biliklər sayəsində var olan 


65 
 
şeylər (vasitələr) baş beyində obrazlı qaydada əks olunur. Əks 
olunmuş siqnallar obrazlı şəkildə dərk edilir. Biliklər hadisələr 
arasında  təbii  qanunauyğunluqların  dərk  olunmuş formada baş 
beyində  əks  olunmasıdır.  Bilikər  sayəsində,  qəbul  edilən 
siqnallara  müvafiq  olaraq  psixi  vəziyyətlər (məsələn, stresslər, 
depressiyalar)  meydana  gəlir,  xarakter  formalaşır.  Deməli, 
insan  xarakteri  onun  əldə  etdiyi  siqnalların  daxili  genetik 
siqnallarla  vəhdətindən  ortaya  çıxan  bir  dəyər  və  nemətdir. 
Biliklər  insan  xarakterinin  formalaşmasına  öz  müsbət  və  şərti 
olaraq  mənfi  təsirlərini  göstərir.  Biliklər  sayəsində  zəka 
işıqlanır və bu amil də insan psixologiyasının formalaşmasında 
özünəxas  yer  alır.  Məsələn,  məktəb  sistemi  və  sistemli  olaraq 
biliklərin  mənimsənilməsi  uşaqların,  yeniyetmə  və  gənclərin 
təbiətinə təsir göstərir. Hətta qəbul etmək olar ki, insan bilikləri 
onların 
fizioloji 
xüsusiyyətlərinə 
də 
təsir 
edir 
və 
temperamentlərin  formalaşmasında  mühüm  rol  oynayır. 
Biliklər ekzoterik (populyar,  yəni  çoxları üçün aydın olan) və 
ezoterik  (daxili,  yəni  savadlı,  elmli,  aidiyyatı  sahələr  üzrə 
bilikli  adamlar  üçün  nəzərdə  tutulan)  olur.  İnsan  hüquqlarının 
normalar  şəkilində  əks  olunması  məzmun  etibarilə  ekzoterik 
məna  kəsb  edir  və  sadə  dildə  izah  olunur.  Bu  baxımdan  da 
qanunvericilik  aktları  sadə  dildə,  kütlə  tərəfindən  başa 
düşülməsi  asan  dildə  yazılır.  Çünki  normalar  insanların 
universal  və  fərdi  maraqlarının  ödənilməsinə  əsaslanır. 
Ezoterik  biliklər  daha  çox  terminləri,  anlayışları  özündə  əks 
etdirir.  (Qeyd:  insan  hüquqlarında  da  ezoterik  ifadələr  yer 
alır.  Lakin  bu  ifadələrin  açılışı  da  verilir.  Ekzoterik  biliklər 
isə  ümumi  dildə  və  sadə  üsullarla  izah  olunur).  Fəlsəfi-
ontoloji  və  fəlsəfi-  qnoseoloji  biliklər  məhz  ezoterik  olmaqla 
daha çox elmi mahiyyət kəsb edir. Çünki fəlsəfi məzmun tələb 
edir  ki,  biliklər  şərti  öz  sistemi  ilə,  eləcə  də  sistemlərarası 
qaydada  izah  olunsun.  Biliklərin  formalaşmasında  sistemlilik, 
fəlsəfi kateqorial  yanaşma və konseptuallıq mühüm əhəmiyyət 


66 
 
kəsb  edir.  Sadə  yolla  izah  olunmanın  təkmil  forması  elmi 
biliklərin əsaslarını təşkil edir.  
Biliklər  həm  də  məxsusi  (subyektiv)  izahlardır.  Bütövün 
tərkib hissələri haqqında müəyyən məlumatların əldə olunması 
və  bütöv  haqqında  yekunlaşdırılmış  məlumatlar  biliklərin 
əsasını təşkil edir. Biliklər bütövlə yanaşı, tərkibin də meydana 
gəlməsində  (tərkibin  də  izah  olunmasında,  elementlərin 
xassələndirilməsində)  mühüm  əhəmiyyət  kəsb  edir.  Biliklər 
sistemli  olur  bu  zaman,  əvvəlcə  də  qeyd  olunduğu  kimi,  elm 
istiqamətləri meydana gəlir. Biliklər həmçinin obyektiv reallığı 
həm  obyektiv  surətdə,  həm  də  subyektiv  əsaslarla  özündə  əks 
etdirir.  Obyektiv  və  subyektiv  dərketmə  əsasən  subyektin 
anlamaq  imkanlarından  meydana  gəlir.  Biliklər  sahələr  üzrə 
elm 
istiqamətlərini 
meydana 
gətirməklə 
sahələrin 
qruplaşmasını da yaradır. Bütün biliklər əlaqəlidir və insanların 
fəaliyyətinə 
və 
biliklərin 
obyektinə 
uyğun 
olaraq 
sistemləşdirilir.  Biliklər  inkar  olunur  və  bu  daha  çox  inkişaf 
sayəsində  meydana  gəlir.  Biliklər  definisiyaları  da  (nominal-
ad,  məna;  real-mahiyyət;  deskreptiv-izahlı;  genetik-mənşə, 
etimolgiya;  konkretlik-əksliklə  müqayisə),  yəni  onların  qısa 
məntiqi  təriflərini  də  meydana  gətirir.  Bu  təriflər  elmi 
sistemləşmənin  əsaslarını  formalaşdırır.  İnsan  hüquqları 
konseptual əsaslarla təriflərdən ibarət olaraq geniş şəkildə dərk 
olunur.  Burada  insan  hüquqlarının  dərk  olunmasında  dialektik 
vəhdət böyük rol oynayır.  
Biliklər  haqqında  təlimlər  yaranır,  baxışlar  qruplaşdırılır, 
cərəyanlar  meydana  gəlir.  Hüquqi  biliklər  elmi  yanaşma 
üsulları  vasitəsilə  də  genişlənir.  Burada  insan  hüquqlarının 
ayrı-ayrı  sahələr  üzrə  bölünməsi  və  bölünən  istiqamətlər  üzrə 
elmi-araşdırma  üsullarının  tətbiqi  məhz  hüququn  nəzəri 
baxımdan  genişlənməsinin  əsaslarını  meydan  gətirir.  İnsan 
fəaliyyəti  çoxaspektli  olduğundan  hüquqi  yanaşmalar  da 
çoxdur  və  hüququn  predmetinin  də  istiqamətləri  çoxluq  təşkil 
edir.  Deməli,  hüquqi  biliklər  genişənir,  mikro  dairələrdən 
kənarlara  çıxır  və  iqtisadi  və  siyasi  inkişafın  tələblərinə 
müvafiq  olaraq,  həm  bu  kimi  proseslərlə  tamamlanır,  həm  də 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə