Microsoft Word Insan huquqlari II kitab doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə19/56
tarix02.12.2017
ölçüsü2,86 Kb.
#13606
1   ...   15   16   17   18   19   20   21   22   ...   56

55 
 
təmin  edilməsinə  yönəlir.  Sistemli  normalar  təşkil  olunur. 
Məsələn,  Normativ  hüquqi  aktlar  haqqında  Azərbaycan 
Respublikasının Konstitusiya  Qanununda  yazılır ki, (maddə 6) 
normativ  hüquqi  aktlar  onların  iyerarxiyasının  müəyyən 
edilməsi,  qarşılıqlı  uzlaşdırılması,  habelə  daxili  uzlaşdırma  ilə 
səciyyələnən və ictimai münasibətlərin hüquqi tənzimlənməsini 
təmin  edən  Azərbaycan  Respublikasının  müvafiq  qanunlar 
külliyyatının hazırlanması yolu ilə vahid sistemə salınır.
1
  
Hüquq  normalarının  müəyyən  olunması  və  qaydaların 
tərkibi  əsasən  fəaliyyət  imkanlarından  asılı  olur.  İnsanların 
təbii  hüquq  və  azadlıqları  öz  növbəsində  digər  hüquqlar  üçün 
ümumiləşdirici  kateqoriyalar  kimi  çıxış  edir.  İnsan  hüquqları 
üzrə  hadisələr  bu  baxımdan  fəlsəfi-elmi  məna  kəsb  edir  və 
fəlsəfənin  obyekti  kimi  öyrənilə  bilir.  Fəlsəfi  kateqoriyalar  bir 
şərtləndirici,  bölücü,  səbəb  və  nəticələri,  başlanğıc  və  sonları, 
eləcə də təyinatları müəyyən edən vasitələr kimi həm də insan 
hüquqlarının  tərkiblərinin  ayrıd  edilməsində  böyük  məna  kəsb 
edir.  İnsan  hüquqlarının  xassələnməsində,  hüquqi  hadisələrin 
törənməsində  (aktların  yerinə  yetirilməsində)  məhz  fəlsəfi 
kateqoriyalar böyük mənalar daşıyır və mühüm müəyyənedici, 
yeni istiqamətlərverici, bağlayıcı, şərtləndirici, səbəb və nəticə 
verici,  başlanğıc  və  son  edən  əsaslarla  funksiya  kəsb  edir. 
Hadisələrin  xassələri  insan  hüquqlarının  universallığını  və 
məxsusiliyini  meydana  gətirir.  Bütün  hadisələrdə,  hadisələrlə 
əlaqələrdə  universal  baza  hüquqlar  bir  prinsip  kimi 
dəyişməzdir,  lakin  bir  çox  hadisələrdə  isə  məxsusilik  tətbiq 
olunur  ki,  bu  da  universal  hüquqların  məhdudlaşmasının 
əsasında dayanır.  Lakin məhdudlaşma tam olaraq sona çatmır. 
Məsələn,  Azərbaycan  Respublikasının  Cinayət  Məcəlləsinin 
Humanizm  prinsipləri  adlanan  9-cu  maddəsində  yazılır  ki, 
cinayət  törətmiş  şəxsə  tətbiq  edilən  cəza  və  digər  cinayət-
                                                 
1
 Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının 
Konstitusiya Qanunu. 21 dekabr 2010-cu il. “Azərbaycan” qəzetində dərc 
edilmişdir (17 fevral 2011-ci il), №37 


56 
 
hüquqi  xarakterli  tədbirlər  cismani  əzab  vermək  və  ya  insan 
ləyaqətini  alçaltmaq  məqsədi  daşıya  bilməz.
1
 Buradan görünür 
ki,  ağırlaşdırıcı  hallar  –cəzalar  belə,  insanın  özündə  ləyaqəti 
əks 
etdirən 
universal 
təbii 
baza 
hüquqlarını 
heçə 
endirməməlidir. 
Hadisələrin  xassəsi  dedikdə,  hadisələrin  baş  verməsinin 
müxtəlif  istiqamətli  əsasları  (tərkib  komponentləri)  nəzərdə 
tutulmalıdır. Hadisələrin təsirlərinin əsasları da xassələrinə aid 
edilməlidir.  İnsan  hüquqlarının  təmin  olunmasında  nəzəri 
əsaslar  məhz  bütün  hadisələrin  (hüquqla  bağlı  olan) 
əsaslanmasında  kompleks  vasitələr  kimi  çıxış  edir.  Burada 
ekstrapolyasiya  prosesləri  baş  verir,  hüquqi  nəticələr  digər 
hüquqi  başlanğıclar  və  nəticələr  üçün  şərtləndirici  əhəmiyyət 
kəsb  edir.  Sahələr  genişlənir.  Bu  baxımdan  da  hüquqi  biliklər 
nəzəri  aspektlər  olaraq  genişlənir.  Hadisələrin  sistem  və 
müstəvidə  digər  hadisələrlə  qarşılıqlı  vəhdəti,  şərtləndirici 
məzmunu  də  onun  xassəsini  meydana  gətirir.  İnsan  hüquqları 
da  insanların  fəaliyyət  müstəvilərinin  bazasında  dayanır.  Bu 
fəaliyyət müstəvilərinin formalaşmasında nəzəri bir mühit kimi 
böyük məna kəsb edir.  
Hadisələrin  xassələri  onların  əlamətlərindən  (proseslərin 
formasından)  büruzə  verir.  Hadisələrin  xassələri  başlanğıc  və 
nisbi  sonluqlarda,  təsir  məkanlarında  və  digər  bu  kimi  hallarda 
formalaşır.  Hadisələrin  xassələri  hadisələr  haqqında  bilikləri 
meydana gətirir. Hər bir prosesin siqnal axını (zərrəciklər axını, 
zərrəciklər  dalğası)  meydana  gəlir.  Siqnal  elə  hərəkətdə  olan 
əlamətlərin  meydana  gəlməsini  əks  etdirir.  Bu  baxımdan  da 
hesab  etmək  olar  ki,  hər  bir  hərəkət  vəziyyətinin  öz  siqnalı 
(zərrəcik  axın  xassəsi)  meydana  gəlir.  Buradan  da  belə  bir 
məntiqi nəticəyə gəlmək olur ki, biliklər hərəkətlərdən (zamanda 
vəziyyətlər  alan  hərəkətlərdən,  meydana  gələn  əlamətlərdən) 
                                                 
1
 Azərbaycan Respublikasının Cinayət Məcəlləsi. Azərbaycan 
Respublikasının Məcəllələr Külliyyatı. Azərb. dilində. Bakı-Qanun-2000, 
880 səh., səh. 13 


57 
 
asılı  olur,  onlardan  törəyir.  Kainatın,  təbiətin,  ətraf  aləmin  və 
ictimai 
münasibətlər 
sferalarının 
bütün 
tərəfləri 
məhz 
biliklərdən, məlumatlardan ibarətdir. Çünki biliklər hadisələr və 
aşkar  olunmuş  gerçəkliklər  olaraq,  müəyyən  mütləq  varlıq  və 
qeyri-müəyyən  mütləq  varlıqların  əks  olunmasının  şərtidir. 
Biliklər obyektlər haqqında məlumatlardır. Obyektlər sonsuzdur, 
ona  görə  də  biliklər  də  sonsuzdur.  Biliklərin  öyrənilməsi 
prosesləri və hadisələrin qavranılması hadisələri də sonsuzdur.  
Hərəkətdə  və  sükunətdə  olarkən  hər  bir  duruş  vəziyyətinin 
öz  siqnal  axını  vardır.  Bu  baxımdan  da  hərəkətlərin  ardıcıllığı 
ardıcıl  axınları  meydana  gətirir,  əlamətlər  ardıcıllığını  ortaya 
çıxarır  və  bu  da  siqnalların  meydana  gəlməsinin  əsaslarını 
yaradır. 
Biliklərin 
şaxələnməsi 
hadisələr 
zəncirinin 
genişlənməsinə aid olur və hadisələr zəncirinin aşkarlanmasında 
təzahür edir.  
Biliklər  əlamətləri  ifadə  etmək  vasitələridir.  Biliklər 
qaydaları  yaradır,  elmi  araşdırmaların  sistemli  yanaşmalarını 
meydana  gətirir.  Hər  bir  elmin  öyrənilməsi  üsulları  onun 
araşdırma  metodlarını  formalaşdırır.  Araşdırma metodları da öz 
növbəsində  formulaları,  qaydaları üzərə  çıxarır.  (Qeyd: sistemli 
biliklər  oxşar  hadisələrin  təsnif  olunmasında,  onun  səbəblərinin 
aşkar  olunmasında  mühüm  əhəmiyyət  kəsb  edir.  Oxşar 
hadisələrin  cəmindən  elə  fərqli  hadisələr  meydana  gəlir.  Bu  da 
sistem  daxilində  olan  mürəkkəbliyin  meydana  gəlməsinin 
əsaslarını  yaradır).  Məsələn,  təcrübəyə  əsaslanan  biliklər  eyni 
cür  xəstəliklərin  müxtəlif  şəxslərdə  (əlamətlərinə  görə) 
aşkarlanmasında  (diaqnoz  qoyulmasında)  mühüm  rol  oynayır. 
Qaydaların (diaqnostik metodların) eyni və oxşar hallarda tətbiqi 
oxşar  xəstəliklərin  aşkarlanmasına  imkanlar  yaradır.  Eləcə  də 
qanunvericilik  sənədləri  və  təkrarlanan  istintaq  hərəkətləri 
(bundan  meydana  gələn  qaydalar)  cinayətlərin  üstünün 
açılmasında bir model əhəmiyyətini kəsb edir. Cinayət prosesual 
məcəllələri  də  məhz  bu  əsasda  formalaşır.  Hər  bir  elmin 
öyrənilməsində  vahid  məntiqi  əməliyyatlardan  istifadə  olunur. 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə