Microsoft Word Insan huquqlari II kitab doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə17/56
tarix02.12.2017
ölçüsü2,86 Kb.
#13606
1   ...   13   14   15   16   17   18   19   20   ...   56

49 
 
hərəkətlərin  (fəaliyyətin)  nəticəsi  olaraq  artmaqda  olan 
sahələrdən meydana gəlir. Bu iki istiqamət arasında isə vəhdət 
mövcuddur.  Əslində  bu  iki  istiqamət  vahidin  tərkibdir. 
Hüquqlar  genişləndikcə,  fəaliyyət  sahələri  artdıqca  hüquq 
dəyərləri  də  artır.  Çünki  resurs  çatışmazlığı  və  fəaliyyət 
kasadlığı əslində hüququn realizə imkanlarını məhdudlaşdırır.  
İnsan  hüquqlarına  dair  fikirlər  insanların  yaşayış  tərzinə, 
yaşayış  prinsiplərinə  və  qanunauyğunluqlarına  söykənərək 
nəzəri  baxımdan  bilikləri  yaradan,  eləcə  də  də  biliklərdən 
meydana  gələn  ontoloji-qnoseoloji  bir  idrak  bütövüdür. 
Deməli, insan hüquqları analyışlarda nəzəri baxımdan həm 
də  metafizikanın  tərkib  hissələri  olan  bir  mücərrəd 
bütövdür.  (Qeyd:  insan  hüquqları  zəngindir  və  müəyyən 
olunan  və  qeyri-müəyyən  olunan  olmaqla  iki  baza  əsasa 
bölünə  bilir.  Əsas  hissə-mənbə  hissə  qeyri-müəyyən  olan 
hüquqdur,  “ehtiyatda  olan”  hüquqdur.  Bir  daha  qeyd  etmək 
lazımdır ki, hüququn inkişafı və müəyyənliyə çevrilməsi əsasən 
insan  fəaliyyətinin  genişliyi  ilə  əlaqədar  olur.  Fəaliyyətin 
genişliyi sərhədlər prinsipləri ilə (hər bir şəxsin hərəkətinin öz 
həddinin  olması  prinsipləri)  hüququn  genişlənməsinə  səbəb 
olur. (Əlavə üçün 1 saylı qrafikə baxmaq olar)). Fəaliyyətin 
genişliyi  ilə  yanaşı,  liberal  –yumşaq  münasibətlər  də 
hüququn  inkişafına  şərait  yaradır.    Hüquqda  bütövlük  ona 
görə mövcuddur ki, biliklər həm hüququn obyektini öyrənərkən 
meydana  gəlir,  həm  də  müvafiq  biliklər  subyektinin  (bilikləri 
özlərində  daşıyan  insanların)  təbii  xassəsindən,  təbii  xarakter 
və  fəaliyyət  mövcudluğundan  ortaya  çıxır.  İnsan  hüquqlarının 
fəlsəfi əhəmiyyəti təbii xarakterə və məzmuna malik olur, yəni 
insanların təbii quruluşları onların fəalliyyətinin təbii əsaslarını 
ortaya çıxarır. İnsanların təbiiliyi onların təbiətin daxili ünsürü 
olması  ilə  şərtlənir  Yəni,  təbiətin  əksi,  kainatın  əksi,  cəmi  elə 
insanlarda  mövcuddur.  Bu  baxımdan  hüquq  insanların 
hərəkətlərini  ifadə  edən  və  onları  həm  təbiətə,  həm  də 
cəmiyyətə  və  dövlətə  bağlı  edən  bir  dəyər  rolunu  oynayır. 


50 
 
Hüquq  insanların  maddi-mənəvi  statuslarını  müəyyən  edən 
səbəbverici amil rolunu oynayır. İnsan hüquqları təbii olduğuna 
görə  ontoloji-qnoseoloji  yanaşmalar  da  təbii  xüsusiyyətlərə 
malikdir.  Bu  yanaşmaları  insanlar  öz  daxillərinə  bağlayaraq 
edirlər.  Deməli,  ontoloji-qnoseoloji  metod  birləşmələri  də 
təbiilikdən  irəli  gələn  idrak  metodlarıdır.  İnsanların  bütün 
təhlilləri,  onların  bütün  yanaşmaları  təbiidir.  Qeyri-təbii  isə 
ümumiyyətlə  təbiinin  paralelidir,  həm  də  onun  davamıdır. 
Qeyri-təbii 
təbii 
olanın 
insanlar 
tərəfindən 
qismən 
dəyişməsidir.  Qeyri-təbii  mövcud  təbii  olanın  yaradıcılıq  və 
quruculuq  ilə  qismən  mövcud  vəziyyətdən  yeni  vəziyyətlərin 
əldə  olunmasıdır.  (Qeyd:  təbiət,  kainat  daima  hərəkətdədir, 
yeni  formalar  meydana  gəlir.  Hərəkətlər  yeni  formaları 
yarada bilir. Bu prinsipdən irəli gələrək hesab etmək olar ki, 
Günəş  sistemi  də  dəyişikliyə,  evalyusiyaya  uğrayır.  Bu  da 
Günəş  sistemindəki  gələcək  dəyişikliklərin  olması  ehtimalını 
meydana gətirir. Bu, o halda tam baş verə bilər ki, enerjinin 
təkrar  olaraq  öz  bütövünə  qayıtması  baş  verməsin.  Enerji 
paylaşması  olmasın.  Əgər  enerji  paylaşması  öz  miqdarında 
qalırsa,  onda  belə  qənaətə  gəlmək  olar  ki,  Yer  kürəsi  və 
Günəş  sisteminin  digər  tərkib  hissələrində  təkamül  baş 
verməyib. Gələcəkdə də baş verməyəcəkdir).  
Hüquq  hərəkətlərdən  meydana  gələrək  böyüyür,  inkişaf 
edir,  deməli,  törəmə  xassələrini  özündə  cəmləşdirir.  İnsan 
hüquqları  törəmədir,  bu,  insanların  təbiətə  olan  yeni 
əlaqələrindən,  baxışlarından  ortaya  çıxır.  İnsan  fəaliyyəti 
böyüdükcə  onun  hüquqlarında  da  müəyyən  zaman  anlayışı 
ortaya çıxır. Burada resurslara və bundan irəli gələn zamanlara 
müvafiq  olaraq  hüquqlar  da  böyüyür.  İnsan  fəaliyyəti 
böyüyürsə,  deməli,  insanın  daxili  və  xarici  siqnallar  sistemi 
mübadilələri  böyüyür.  Bu  baş  verəndə  hüquqlar  da  mücərrəd 
müstəvi  üzrə  şaquli  və  üfiqi  vəziyyətdə  genişlənir.  Bu 
genişlənmə  də  enerjini  yaradır.  Enerji  təkrar  olaraq  yeni 
hüquqlar  üçün  fəaliyyətin  əsaslarını  meydana  gətirir.  Deməli, 


51 
 
insan  hüquqlarının  inkişafı  enerjinin  artması  sayəsində 
meydana gəlir.  
İnsan  hüquqlarının  təbii  xassələri  (təbii  forması  və 
məzmunundan  ibarət  olan  tərkibi)  onların  nəzəri  inkişaf  xətti 
boyunca  genişlənməsinə  (hüquqi  fikirlərin  artmasına)  xidmət 
edir.  İnsan  fəaliyyəti  genişləndikcə  fəaliyyətə  yanaşmalara 
əsaslanan  fikirləri  də  genişlənir.  (Əlavə  üçün  2  saylı  qrafikə 
baxmaq  olar).  İnsan  hüquqları  bütün  sahələrdə  törəyir  və  bu, 
nəzəri  cəhətdən  mənimsəmək  və  öyrənmək  baxımından, 
bilikləri meydana gətirmək nöqteyi-nəzərdən təbii şəkildə artan 
prosesləri  özündə  cəmləşdirir.  İnsan  hüquqları  insanların 
fəaliyyətinin  böyüməsi  ilə  pozitiv  mənada  daima  genişlənir. 
İnsan  hüquqlarının  obyektiv  və  subyektiv  məzmunu  da  onun 
təbii  xassələrinə  malik  olur  və  hər  iki  halda  fəlsəfi  məzmun 
kəsb  edir,  düşüncələrin  fərdi  və  universal  prinsiplərinə 
əsaslanır.  Hüquqların  genişlənməsi  həm  ümumi  (burada  cəm 
halda  şəxslər,  insanlar),  həm  də  məxsusi  əsasları  özündə  əks 
etdirir.  İnsan  hüquqlarının  böyüməsi  və  onun  dərk  olunma 
proseslərində  artması  və  ifadələrinin  genişlənməsi  hüquqi 
biliklərin  meydana  gəlməsinə  səbəb  olur.  Hüquqi  biliklər  də 
faktlar (istinad faktları, həm də böyüdücü faktlar) rolunda çıxış 
edir.  Hüquq  insan  hərəkətlərini  təcəssüm  etdirir  və  onu 
müşayiət  edir.  Subyektivliklər  burada  rastlaşır.  Məsələn, 
insanların  hüquqları  bir  məsələdə  rastlaşır.  Rastlaşma  anında 
obyektivliklər meydana gəlir. Subyektiv hüquqların rastlaşması 
sayəsində müəyyən məkanlarda qarşılıqlı nizamlama prosesləri 
həyata 
keçirilir. 
Qarşılıqlı 
nizamlama 
prosesləri 
isə 
obyektivliyi meydana gətirir.  
Qeyd  olunduğu  kimi,  insan  hüquqları  özü  bilikdir. 
Bilik  hər  şeydən  öncə  hərəkətdə  olan  və  nisbi  hərəkətsiz 
vəziyyətində  (sükunətdə)  olan  mövcudluğun  (varlığın)  forma 
və məzmununun  (xassələrinin) siqnallar  vasitəsilə ötürülməklə 
insan  təfəkküründə  (beyin  reseptorları  ilə qəbul edilmə)  özünə 
yer  almasıdır.  Biliklər  varlığın  əlamətlərinin  kiçik  zərrəciklər 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə