Microsoft Word Insan huquqlari II kitab doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə13/56
tarix02.12.2017
ölçüsü2,86 Kb.
#13606
1   ...   9   10   11   12   13   14   15   16   ...   56

37 
 
baxışlarda,  təsəvvürlərdə  mücərrəd,  nəzəri  baxışlarda  real 
təcrübələrdə,  yəni  material  aləmlə  inikasda  sistemdirsə, 
subyektiv  hüquq  onun  tərkibidirsə,  onda  belə  qənaətə  gəlmək 
olar  ki,  insanlar  bir-birilərinin  hüquqlarından faydalanırlar.  Bu 
faydalanma  prosesləri  universallıq-məxsusilik  vəhdətindən 
meydana  gəlir.  (Qeyd:  ümumiyyətlə,  sistemsizlik  ola  bilməz. 
Tam  sistemsizlik  anlayışı  kainatın  ümumtəbii  sisteminə  zidd 
olan bir baxışdır. Sistemsizlik anlayışı müxtəlif koordinatlara, 
mövqelərə nəzərən meydana gələn bir vəziyyətdir. Sistemsizlik 
eyni  məkanda  dəyişən  istiqamətlər  fonunda  yeni  sistemlərin 
təzahürüdür.  Xaos  nizamın  başqa  bir  formasıdır.  Hüququn 
da sistemsizliyi yoxdur; çünki insan özü nizamlı bir quruluşa 
malikdir.  Hüquq  insana  xasdırsa,  deməli,  sistemli  bir 
mahiyyətə  malikdir.  Cinayət  törədən  şəxs  də  mövcud 
pozitivliyə  zidd  olan  hərəkət  edir.  Lakin  bu  hərəkət  də 
nizamdan ibarətdir. Hüquq normaları insanları baza etibarilə 
mövcud  tarazlı  sistemdən  çox  kənara  çıxmağa  qoymur. 
Hüquq  normalarının  tələbi  müxtəlif  anlarda  sistemliliyi 
yaratmaqdan  ibarətdir).  Obyektiv  hüquq  özü  elə  subyektiv 
hüququn  genişlənməsi  və  inikas  üçün  əsas  rol  oynayır. 
Məsələn,  konstitusiyada  normalar  şəkilində  əksini  tapmış 
hüquqlar  obyektiv  hüquqlar  mənbəyidir.  Bu  mənbə  özündən 
digər  hüquqların  şaxələnməsini  təmin  edən  hüquq  normalarını 
meydana  gətirmək  üçün  şərt  rolunu  oynayır.  Obyektiv  hüquq 
subyektiv  hüquq  üçün  mənbə  rolunda  çıxış  edir.  Obyektiv 
hüquqlar  subyektiv  hüquqlar  sayəsində  genişlənir.  Obyektiv 
hüquq  subyektiv  hüquqa  təsirlər  edir,  subyektiv  hüquq 
obyektiv  hüquqların  məcmusunun  meydana  gətirdiyi  enerji 
mənbəyindən qidalanır.  Bu anda inikas  artır. Siqnallar çoxalır. 
Subyektiv  hüquq  həm  subyektlərin  fəaliyyəti  cəmindən 
böyüyür,  həm  də  subyektiv  hüquqların  vəhdət  yaratdığı 
obyektiv  hüquqların  cəmindən  qidalanır.  Lakin  belə  qəbul 
etmək  olar  ki,  obyektiv  hüququn  mənşəyi  subyektiv 
hüquqlardan,  yəni  öz  tərkibindən  başlayır.  Deməli,  hüquqların 


38 
 
genişlənməsi  (cəmiyyətdə  və  təbiətdə)  əsasən  insanların 
fəaliyyətindən  asılıdır.  Onu  da  demək  yerinə  düşər  ki, 
insanların təbii hüquqları qeyri-reallaşmış, yəni  
qeyri-
müəyyən  qaydada  sonsuzdur.  Lakin  fəaliyyətin  genişlənməsi 
və 
ayrı-ayrı 
məkanlarda 
böyüməsi 
hüquqları 
qeyri-
müəyyənlikdən  müəyyənliyə  doğru  aşkarlayır.  Bu  aşkarlama 
da  fəaliyyət  sayəsində  meydana  gəlir.  Məsələn,  müəyyən  bir 
yaşayış məskənində həmin yaşayış məskəni üçün ilk dəfə olan 
bir  müəssisənin  açılması  həmin  müəssidə  yaşayış  məskəninin 
sakinlərinin işləmək hüququnu yaradır.  
Münasibət,  əlaqə  və  digər  fəaliyyət  kriteriya  rolunda  çıxış 
edir. Bu kriteriyanın özü elə inikas meydana gətirən faktordur. 
Hüquqların qeyri-müəyyənlikdən müəyyənliyə çevrilməsi, yəni 
yeni  hüquqların  aşkarlanması,  inikası  bir  çox  hallarda  əvvəlki 
hüquqları inkar  edir. Yeni şəraitlər və tələblər  yeni hüquqların 
ortaya  çıxmasına  zəmin  yaradır.  Məsələn,  inkişafın  yaratdığı 
yeni  şəraitlər  və  bu  şəraitləri  tənzimləmək  üçün  yeni  hüquq 
normalarını  özündə  əks  etdirən  qanunvericilik  sənədlərinin 
qəbul  edilməsini  zəruri  edir.  Bu  anda  əvvəlki  normalar 
dəyişikliyə  məruz  qalır  və  ya  da  tamamilə  qüvvəsini  itirir. 
Məsələn,  SSRİ-nin  dağılması  ilə  insanlar  ümumi  mülkiyyət 
olan  və  dövlətə  məxsus  olan  kolxozlarda  və  sovxozlarda 
işləmək hüquqlarını itirdilər. Çünki bu tip qurumlar, istehsal və 
əmək  münasibətləri  formaları  ləğv  olundu.  Deməli,  belə 
nəticələrə  gəlmək  olur  ki,  hüquqlar  ictimai-siyasi  münasibət 
qurumları olan obyektlər və subyektlərin yeni hüquqi əsaslarla 
dəyişmələri  sayəsində  həm  dəyişikliyə  məruz  qalır,  həm  də 
yeni normalarla əvəz olunur. Buradan da belə bir nəticə ortaya 
çıxır  ki,  insanlar  öz  hüquqlarını  öz  fəaliyyətləri  sayəsində 
meydana  gətirdikləri  dəyişikliklər  fonunda  həm  qazanırlar, 
həm  də  itirirlər.  Burada  dərk  olunma  prosesində  dayaq 
elementləri  kimi  elementlər  əlaqələrində  olan  sistematik 
dəyişikliklər fonunda meydana gəlir.  


39 
 
İnsan  “təbiətdə  hər  şey  var”  məkanının  içərisindədir. 
Kainatda  (təbiətdə)  o  şeylər  yoxdur  ki,  insanlar  onu  ixtira 
etmək  istəyirlər,  yəni  təbiətin  elementlərindən  öz  istəklərinə 
uyğun  olanı  düzəltmək  istəyirlər.  Bu  istedad,  qabiliyyət 
insanlarda 
varsa, 
deməli, 
insanların 
düzəltdikləri 
və 
düzəldəcəkləri  şeylər  də  təbiətin  məhsulu  olaraq  qalacaqdır. 
İnsanlar  öz  düzəltdiklərini  də  yalnız  təbiətdə  istifadə  edə 
bilirlər.  Deməli,  insanlar  ancaq  təbiətin  ünsürləri  olaraq 
qalırlar. Lakin insanlarda təbiətə təsir etmək qabiliyyəti həm də 
onu  deməyə  əsas  verir  ki,  insanlar  təbiətin  fövqünə  qalxmaq 
imkanlarına  malikdirlər.  Deməli,  insan  məxluqu  həm  də 
fövqəltəbiətin-makro  enerji  məkanının,  məhsuludur.  Təbiətdə 
ilkin 
elementlər 
(mənbə, 
baza 
elementlər) 
mütləq 
mövcuddur,  həmin  elementlərin  insanlar  tərəfindən 
istifadəsi və müəyyən formaların yaradılması isə əməldə və 
arzularda,  istəklərdədir.  Deməli,  təbiətdə  hər  şey  var,  bu 
şeylər  baza  –təbii  formadadırlar,  onların  insanlar  tərəfindən 
formalara salınması prosesləri isə sonsuzdur. Burada insanların 
təbiətin  özünün  üzərində  “davamçıları”  olması  qənaətinə 
gəlmək  olur.  Təbiətdə  insanların  arzu  etdikləri  bütün  formalar 
yoxdur. Buradan da belə bir məntiqi nəticələrə gəlmək olur ki, 
insanlar  kainatın  (təbiətin)  elementlərindən  istifadə  edərək 
təbiətin  üzərində  müəyyən  formalar  və  məzmunlar  yaratmaq 
qabiliyyətinə  malikdirlər.  (Qeyd:  insanlar  təbiətin  hər 
ş
eyindən  istifadə  edərək  özlərinin  yeni  şeylərini  yaradırlar. 
Bu  da  yenə  baza  olaraq  təbiət  elementlərinə  əsaslanır. 
İ
nsanlar  əsasən  mikro  məzmunda  forma  və  məzmun 
dəyişikliyi  həyata  keçirə  bilirlər).  Bu  istək  və  istedad 
insanları  bir  tərəfdən  təbiətin  üzərinə  qaldırır,  onun 
xaricinə  çıxarır,  digər  tərəfdən  də  onların  təbiətdən  asılı 
olması  qənaətini  ortaya  qoyur.  Yəni,  insanlar  öz  əldə 
etdikləri  formaların  bazasını,  tərkibini  təbiətdən  götürürlər  və 
istifadəsini 
də 
təbiətdə 
edirlər. 
Formalar 
düzəltmək 
məsələsində  şüur  material  aləmi  qabaqlayır  (fantaziyaların 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə