Microsoft Word Insan huquqlari II kitab doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə10/56
tarix02.12.2017
ölçüsü2,86 Kb.
#13606
1   ...   6   7   8   9   10   11   12   13   ...   56

28 
 
Mühakimə  fərdi  olur  və  universal  prinsiplərə  söykənir.  Eyni 
zamanda  fərdi  olaraq  universallığa  da  təsir  edir.  O  mühakimə 
universallığa daha çox təsir edir ki, dərin əqli nəticələri özündə 
əks  etdirir.  Buradan  da  belə  bir  nəticə  hasil  olur  ki,  dərin  əqli 
mühakimə fəlsəfənin əsası, başlanğıcı və nəticəsi hesab olunur. 
Dərin  əqli  mühakimənin  məhsulu  olan  fikirlər  hər  zaman 
insanlığı  müşayiət  edir  və  baza  olaraq  təsiredici  kriteriya 
rolunda  çıxış  edir.  Əqli  nəticələrin  məhsulları  olan  fikirlər 
bütün  hallarda  ətraf  üçün  təsiredici  əhəmiyyət  kəsb  edir.  Bu 
baxımdan  da  insan  özü  haqqında,  öz  başlıca  funksiyası  və 
məqsədi  haqqında,  eləcə  də  təbiət  və  bütünlükdə  kainat 
haqqında  dərin  düşüncələrin  sahibinə  çevrilə bilir. Buradan da 
ontoloji  və  qnoseoloji,  həmçinin  epistemoloji  aspektlər 
meydana gəlir. Fəlsəfə və elmin əsas funksiyaları obyekti məhz 
dərindən dərk etməni təmin etməkdən ibarətdir. Dərindən dərk 
etmənin  də  əsası  daha  çox  tərkibləri  tapmaqdan  və  onlar 
arasında  olan  əlaqələri  aşkar  etməkdən  ibarətdir.  Aşkarlama 
(müəyyənetmə)  prosesi  məhz  sistemli  xarakter  alır.  Bu 
xarakteri  anlayışa  (aşkarlıq  anlayışına)  məntiqi  əməliyyatlar 
verir.  Məntiqi  əməliyyatlar  fəlsəfə  və  elm  arasında  körpü 
yaradır  və  vəhdət  şəkilində  elmi  fəlsəfəyə,  fəlsəfəni  isə  elmə 
transformasiya  edir.  Məntiq  burada  bağlayıcı  və  məzmun, 
tərkib və forma dəyişdirici kriteriya rolunda çıxış edir.  
İnsan  kainatın  (təbiətin)  ünsürüdür,  bildiyimiz  qədər  onun 
hələlik  son  mükəmməl  şüurlu  canlı  varlığıdır.  Canlıdır,  ona 
görə  ki,  bu  varlığın  (canlı  kimi)  əlamətlərini  hiss  etdirən 
siqnalları  vardır  və  bir  forma  kimi  mövcud  olan  strukturu 
(quruluşu)  hərəkət  vəziyyətindədir.  (Qeyd:  ümumiyyətlə, 
kainatda  tam  hərəkətsizlik  ola  bilməz.  Bütün  elementlər, 
maddələr, materiyalar məhz ümumhərəkətin tabeçiliyindədir, 
ümumhərəkəti  yaradandır.  Sadəcə  olaraq  elementlərin 
hərəkətlərinin müəyyən qüvvələrin təsiri sayəsində dərəcələri 
vardır.  Bu  baxımdan  da  bərk  materiyalar  da  canlıdırlar, 
hərəkətdədirlər, lakin az dərəcəli canlıdırlar. Bərk materiyaya 


29 
 
su və ya da qaz halında maddə dəydikdə öz canlılığını artırır. 
Eləcə  də  bərk  materiyalar  sürətlə  toqquşduqda  hər  ikisində 
enerji sürətli hərəkətləri yaradır. İki bərk materiyanın sürətli 
toqquşması  həmin  materiyaları  dağıdaraq  alov  və  qaz  çevirə 
bilər.  Bu  baxımdan  da  canlını  artıran  enerjinin  artmasıdır. 
Enerji 
artması 
da 
elementlərin 
hərəkətidir, 
axının 
güclənməsidir. 
Hərəkət 
isə 
yüngülləşmədən, 
yəni 
elementlərin yüngülləşməsindən meydana gəlir. Yüngülləşmə 
isə  elementin  parçalanaraq  öz  tərkibində  olan  hissəcikləri 
itirmədən ortaya çıxır. Yüngülləşən elementlər təzyiq altında-
təzyiqi  də  digər  materiyalar,  elementlər  yaradır-az  təzyiqli 
məkana  doğru  hərəkət  edirlər.  Nəticədə  hərəkət  sayəsində 
enerji  yaranır,  artır.  Sükunət  halı  nisbidir,  ona  görə  də 
enerjisizlik  də  nisbidir.  Yüngül  materiya  bərk  materiyaya 
toxunduqda  bərk  materiyanın  tərkib  strukturuna  daxil  olur, 
onu  öz  məkanından  dağıtmağa,  aralamağa,  başqa  məkana 
doğru  itələməyə  çalışır.  Nəticədə  bərk  materiyanın  ağır 
elementləri  yüngülləşməyə,  məkan  olaraq  yerini  dəyişməyə 
başlayır.  Bu  dəyişməıdən  də  canlanma  artır.  Canlanma 
elementlərin  öz  məkanlarından  başqa  məkanlara  üfiqi  və 
ş
aquli əsaslarla keçməsindən, yeni məkanlar əldə etməsindən 
meydana  gəlir.  Hər  şey  hərəkət  vəziyyətində  olduğundan 
təkamül prosesləri baş verə bilir. Təkamüll prosesləri element 
strukturunun  və  məkanının  dəyişməsindən  meydana  gəlir. 
Təkamül  daxili  və  xarici  təsirlərdən,  enerji  tətbiqindən 
formalaşan  prosesə  çevrilir.  Təkamül  prosesləri  sayəsində 
mövcud  olan  elementlər  strukturları  xarici  təsirlər  sayəsində 
öz  formasını  itirir  və  yeni  forma  alır.  Təkamülün  meydana 
gəlməsində  kainat  dəyişikliyi  və  təbiət  dəyişikliyi  rol  oynaya 
bilir.  Canlı  aləm  mikro  məkanda  makro  məkanın  təsirləri 
sayəsində  dəyişikliyə  məruz  qala  bilir.  Təbiətin  təkamül 
prosesləri  kainatın  əmələ  gəlməsi,  yəni  başlanğıcının  olması 
və  dəyişməsi  proseslərinin  əsaslarını  sübuta  yetirmiş  olur. 
Lakin elə də hesab etmək olar ki, kainatın başlanğıcı və sonu 


30 
 
məlum  deyil,  təbiətin  təkamül  prosesləri  sadəcə  olaraq  təbiət 
hadisələrinin –külək, yağış, qar və bunların əmələ gətirdikləri 
sel,  quraqlıq  nəticələri  və  s.  kimi  hadisələrin ardıcıl qaydada 
bir-birini əvəzləməsindən ortaya çıxır. Məsələn, Yer kürəsinin 
tarixi  onun  üzərində  təbiət  hadisələrinin  dəyişməsi  ilə 
meydana  gələn  səth  dəyişmələri  ilə  izah  edilə  bilir.  Təkamül 
proseslərindən çıxış edərək hesab etmək olar ki, insanların da 
təkamülü  prosesləri  baş  verir.  Bu  məntiqlə  insanları  gələcək 
dəyişikliklər  gözləyir.  Lakin  kainatda  mütləq  başlanğıc  və 
mütləq  sonun  bəlli  olmaması  prinsipi  isə  onu  deməyə  əsas 
verir  ki,  əslində  makro  aləmdə-kainatın  tərkibində-  elə  bir 
dəyişiklik  baş  verməyəcəkdir.  Ancaq  Yer  üzərində  təbiət 
hadisələri  və  insanların  şüurları  və  əqli  nəticələrin,  empirik 
nəticələrin  təbiətə  təsdirləri  müəyyən  dəyişiklikləri  ortaya 
qoya  biləcəkdir.  Bu  dəyişikliklər  anatomik  və  fizioloji-
psixoloji  amillərə  söykənə  biləcəkdir  və  bu amilləri meydana 
gətirə biləcəkdir. Bu prizmadan çıxış edərək hesab etmək olar 
ki,  kainat  elementlərində  də  müəyyən  qədər  dəyişikliklər  baş 
verə  bilər.  Lakin  kainatda  vahid  enerji  və  vahid  qüvvə, 
qüvvənin  makro  məkanda  ümumən  itməməsi  onu  deməyə 
ə
sas  verir  ki,  kainat  elementlərində,  kainatın  tərkibi  olan 
Günəş  sistemində  dərk  etdiyimiz  qədər  köklü  dəyişikliklərin 
olması gözlənilə bilməz. Bu baxımdan da qənaətə gələ bilərik 
ki,  mövcud  sistem  daha  çox  əbədidir.  Bu  yanaşma  isə  onu 
deməyə  əsas  verir  ki,  insan  cismən  təbiətin  ruhən  isə 
kainatın-fövqəltəbiətin-  məhsulu  olaraq  qalacaqdır.  Yer 
üzərində  dəyişiklik  Yer kürəsinin  forma və məzmununa təsir 
edəcək  qədər  böyük  həcmdə  yox,  sadəcə  olaraq  planet  üzrə 
daxilən  kiçik  həcmdə  olaraq  müşahidə  olunacaqdır.  Onu  da 
ə
lavə  etmək  lazımdır  ki,  çox  ehtimal  ki,  Yer  kürəsində  biz 
canlıların  mövcudluğuna  təhlükə  olaraq  azmış  planetlər, 
asteroidlər və kometalar təhlükə ola bilər. Onların Yer kürəsi 
ilə  ehtimal  oluna  bilən  toqquşmaları  sayəsində  nizamın 
qarışması  canlı  aləmin  də  məhvinə  gətirib  çıxara  bilər. 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə