Microsoft Word Insan huquqlari II kitab doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə11/56
tarix02.12.2017
ölçüsü2,86 Kb.
#13606
1   ...   7   8   9   10   11   12   13   14   ...   56

31 
 
Ümumən  dəyişikliklər  isə  Yer  kürəsinin  daxilində  mikro 
səviyyədə  ola  biləcəkdir.  Əgər  makro  dəyişiklik  gözlənilirsə, 
insanlar  da,  digər  canlılar  da  bu  dəyişikliyin  qurbanı  ola 
bilərlər. Həm də hərəkət varsa, mövcud nizamı dəyişə biləcək 
hər  hansı  bir  makro  dəyişikliyin  olması  da  gözlənilə  bilər. 
Kainatın  və  Günəş  sisteminin  tarazlı  sistemində -bu tarazlığı 
elementlər  və  onların  yaratdığı  məkanlar  və  məkanların 
içərisində  olan  məsafələr,  elementlərin  və  məkanların  özləri 
olan  kütlələr  nisbəti  meydana  gətirir-  hər  hansı  bir  ciddi 
dəyişiklik yarana bilərsə təbii ki, canlı aləm də bu dəyişikliyin 
obyekti  olmalıdır).  İnsanlar  hərəkətdədirlərsə,  deməli,  belə 
hesab  etmək  olar  ki,  yerdəyişən  elementlərin  cəmindən 
formalaşıblar.  Hərəkətdədirlərsə,  deməli,  enerjiyə  malikdirlər. 
Enerji  qəbul  edən  və  enerji  ötürənlərdir,  çünki  siqnallar 
mübadiləsindədirlər.  (Qeyd:  insanlar  hərəkət  məkanlarında 
həm canlılarla, həm təbiətin bərk materiyası ilə, həm də maye 
və qaz materiyası ilə təmasdadırlar. Bu baxımdan da insanlar 
torpağı,  daşı,  zəlzələni,  küləyi,  öz  aralarında  olan 
münasibətlər  tərzini  duya  bilərlər.  Zəlzələni,  vulkanları 
qabaqcadan  duymaq  imkanları,  eləcə  də  təhlükələri 
qabaqacadan  gələn  siqnallar  əsasında  duymaq  imkanlar 
insanlarda mövcuddur. Bu hissiyyat sadəcə olaraq dərəcələnə 
bilir.  Zəlzələni  qabaqcadan  duymaq  üçün  mexaniki  aparat 
(çox  həssaslığı  olan  aparat-çoxlu  sayda  siqnallar  qəbul 
etmək, 
qəbul 
edilən 
siqnalları 
fərqləndirmək 
və 
dərəcələndirmək 
imkanları 
olan 
ciahazlar, 
qurğular, 
avadanlıqlar)  əldə  etmək  üçün  insanların  əqli,  duyğusu  və 
intuisiyası  öyrənilməlidir.  Eyni  zamanda  Yer  üzünün  tərkib 
dəyişikliyi  nəzarətdə  saxlanılmalıdır.  Məsələn,  zəlzələ  enerji 
yığını  olduğundan  istər-istəməz  yığılan  məkanın  mövcud 
taraz  sisteminin  pozulmasını  qabaqcadan  xəbər  verməlidir, 
ə
lamətlərini  özündə  göstərməlidir.  Yer  üzərində-Yer  təkində- 
daxildəki  istiliyin  artması  hesabına  torpağın  yumşalması, 
suda  suyun  istiləşməsi,  bundan  da  qabarmaların  əmələ 


32 
 
gəlməsi, atmosferdə havanın qızması və təzyiq fərqləri, qeyri-
adi küləklərin meydana gəlməsi zəlzələlər haqqında müəyyən 
qədər  əvvəlcədən  xəbər  verə  bilər.  Zəlzələlər  özləri  ilə  istilik 
dalğalarını  Yerin  səthinə  gətirə  bilərlərlər.  Zəlzələlərin  baş 
verməsini  müşahidə  edən  cihazları  aeorocihazlar  kimi  daha 
çox  xassələndirmək  olar.  Yerüstü  cihazlar  aeorocihazlardan 
daha az  səmərəli  ola  bilər ).  Nəticə etibarilə hesab edə bilirik 
ki,  insanlar  hərəkət  edən  enerji  ünsürləridir  və  potensiala 
sahibdirlər. 
İnsanlar 
müəyyən 
maraq 
sferalarında, 
obyektlərində  (ayrı-ayrı  sahələrdə)  toplaşaraq  vahid  enerji 
mənbələrinin  ünsürləri  rolunda  çıxış  edirlər.  İnsanlar  eləcə  də 
fərdi  qaydada  enerji  daşıyan  ünsürlər  kimi  əhəmiyyətə 
malikdirlər.  
İnsan  hüquqlarının  dəyərləri  amili  insanların  enerji 
ünsürləri 
olmasından 
meydana 
gəlir. 
İnsanlar 
enerji 
mübadiləsini  təmin  etmək  üçün  qıda  qəbul  edirlər  və  öz 
yaşayışlarını  təmin  edirlər.  Bu  ehtiyaclardan  da  tələbatlar 
meydana  gəlmiş  olur.  Bununla  bərabər,  insanlar  mənəvi  aləm 
mübadiləsində də iştirak edirlər. İnsan hüquqlarına dair belə bir 
formal  məntiqdən  çıxış  etmək  olar.  Hərəkət  marağı,  maraq 
hüququ  yaradırsa,  hərəkət  enerji  verirsə,  deməli,  hüquq 
enerjidir, enerji yaradandır, enerji artmasına şərt verəndir
Hüququn  reallaşması,  yəni  gerçəkliklərdə  təzahür  etməsi 
hərəkətlərlə  bağlıdır.  Hərəkətlər  vasitələr  kimi  insanları  öz 
hüquqlarını reallaşdırmağa səbəb olur. Deməli, hərəkət-həm də 
məqsədyönlü və hamı tərəfindən pozitiv (müxtəlif məkanlarda 
olan hərəkətlər isə başqa məkanlar üçün neqativ) qıbul edilən 
hüququn  müəyyən  olunmasının  əsasıdır.  (Qeyd:  hüquq 
universallıqda hamı üçün pozitivdir, lakin məxsusilikdə, bu 
baxımdan  ayrı-ayrı  məkan  məsələsində  pozitiv-neqativ 
xassələrə malikdir. Deməli, hüququn məxsusiliyi mütləqdir, 
lakin  başqa  şəxsə  münasibətdə  mütləq  deyil.  Deməli,  əsas 
hüquq  elə  subyektiv  hüququn  özüdür  və  bu,  universal 
hüquqdan öz dəyərinə görə yüksəkdə qərarlaşıb). Hüquqlar 


33 
 
genişləndikcə  insanların  fəaliyyət  sferaları  da  genişlənir. 
Fəaliyyətin 
genişlənməsi 
elə 
hüquqların 
çoxalmasıdır. 
Hüquqların genişlənməsi inkişafa və fəaliyyətə müvafiq olaraq, 
iki  mühüm  aspektdə  mümkündür:  birincisi,  hüquqların 
fikirlərdə 
(düşüncələrdə) 
genişlənməsi, 
yəni 
hüquq 
nəzəriyyələrinin,  hüquq  baxışlarının  genişlənməsi,  ikincisi, 
fəaliyyətdən  irəli  gələrək  təcrübə  və  real  tələblər  əsasında 
nəzəri  baxışların,  dərketmələrin  genişlənməsi.  İkinci  istiqamət 
maddi-material hərəkətlərə (fəaliyyətə) və aşkarlama sayəsində 
əldə edilənlərə bağlı olur. Birinci daima və ümumi olaraq ikinci 
istiqamətdən  qabaqda  olur  və  inkişaf  proseslərinə  daha  çox 
şərtverici  və  təsiredici  amil  kimi  əhəmiyyət  kəsb  edir.  Birinci 
istqamət  arzu  olunan  və  istəniləndir,  eləcə  də  gələcək 
hüquqların  formalaşmasının  əsasında  dayanır.  İkinci  istiqamət 
hüquqların  reallaşmasının  əsas  faktorlarıdır.  Məsələn,  azad 
fəaliyyət,  peşə  ilə  məşğul  olmaq  hüququ  həmin  peşənin 
nəticələrindən 
(nəticə 
məhsullarından) 
istifadə 
etmək 
hüquqlarını  meydana  gətirir.  Məsələn,  avtomobili  istehsal 
etmək 
və 
bazarlarda 
istehlak 
məhsuluna 
çevirmək 
avtomobildən  istifadə  hüquqlarını  meydana  gətirir.  Lakin  hər 
bir  məhsulun  istehsalı  heç  də  həmin  məhsulun  kütləvi  olaraq 
istifadə  hüququnu  yarada  bilməz.  Məsələn,  silah  istehsalında 
iştirak  edən  şəxslərin  hər  biri,  eləcə  də  cəmiyyətdə  kütləvi 
olaraq  hər  kəs  (silah  istehsalı  proseslərində  iştirak  edib-
etməməsindən  asılı  olmayaraq)  silahdan  istifadə  hüququna 
sahib  ola  bilməz.  Burada  istifadə  hüququ  müəyyən  tərəflərə, 
məsələn,  dövlətin  silahlı  qüvvələrinə  və  ayrı-ayrı  immunitetli 
və  imtiyazlı  şəxslərə  xasdır.  Deməli,  belə  nəticə  əldə  olunur 
ki,  hər  bir  istehsal  hüququ  nəticədə  istifadə  hüququnu 
genişləndirə  bilmir,  əksinə  məhdudlaşdırır.  Buradan  da 
hüquqların 
bölgüsünə 
müvafiq 
olaraq 
universallıqdan 
universallıq,  məxsusilikdən  universallıq,  universallıqdan  isə 
məxsusilik  meydana  gəlir.  Dəyişmə  prosesi  elə  müxtəlif 
məkanlarda  hüququn  genişlənməsinə  və  daralmasına  xidmət 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə