Microsoft Word Insan huquqlari II kitab doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə12/56
tarix02.12.2017
ölçüsü2,86 Kb.
#13606
1   ...   8   9   10   11   12   13   14   15   ...   56

34 
 
edir.  Hüquqların  məhdudlaşdırılması  məsələləri  də  mövcud 
olur. Universallıqdan məxsusiliyə doğru hüquqlar məhdudlaşır. 
Məsələn, hər hansı bir kimyəvi məhsulun istehsalında müəyyən 
şəxslər  iştirak  edə  bilərlər.  Burada  məxsusiliyi  özündə  əks 
etdirən  universallıq  var.  Lakin  bu  kimyəvi  məhsuldan  hər  kəs 
istifadə edə bilməz. İstifadə xüsusi təyinatlı olmalıdır. Buradan 
da  belə  nəticələrə  gəlmək  olur  ki,  universal  hüquqlar  özündə 
baza  olaraq  məxsusi  hüquqları  görə  bilir.  Məxsusi  hüquqlara 
universal  hüquqlar,  universal  hüquqlara  isə  məxsusi  hüquqlar 
xidmət edə bilir. Universal hüquqlar tam bərabərliyi əks etdirə 
bilmir.  Yəni  hər  kəs  əslində  müxtəlif  imkanlara  sahib 
olmaqdan  irəli  gələrək  mütləq  hüquqlara  sahib  ola  bilməz. 
Məsələn,  fermerin  hüququ  ilə  qeyri-fermerin  hüququ  eyni  ola 
bilməz. 
Hüququn 
bərbarəliyi 
məsələsi 
sadəcə 
olaraq 
mənəviyyatın bərabərliyindən meydana gəlir.  
Fərdi  olaraq  real  təcrübələr  sayəsində  də  yeni  nəzəri 
fikirlər ortaya çıxa bilir. İkinci istiqamətdə maddi elementlər və 
onların  inikası  hüquqların  genişlənməsində  faktorlar  rolunda 
çıxış  edir.  Nəticə  etibarilə  hesab  etmək  olar  ki,  hüquqların 
genişlənməsi  iki  mühüm  istiqamətdə  həyata  keçirilir: 
birincisində  xəyal,  ikincisində  isə  inikas  formaları  həlledici 
rola  malik  olur.  Birinci  istiqamətdə  elə  düşüncələr  növbəti 
gələn düşüncələr üçün obyekt və inikas rolunu oynayır. Hər iki 
istiqamət təbii hüquqlar (insan haqları) məsələsini zəruri olaraq 
formalaşdırır. Nəzəri istiqamətlərin fövqəltəbiətin siqnalları ilə 
insanlara  verilən  dəyərlər  kimi  qəbul  edilməsi  önəmlidir.  Bu, 
daha  çox  idealizmə  uyğundur  və  fikirləri  material  aləmdən 
qabağa  ötürür,  burada  hüquqların  təmin  olunmasında  və 
meydana 
gəlməsində 
gələcək 
hüquqlar 
anlayışının 
formalaşmasını  meydana  gətirir.  Lakin  burada  da  tam  şəkildə 
material  aləmin  rolunu  inkar  etmək  olmaz.  Material  aləmin 
inikası  sayəsində  insanlar  daha  çox  real  siqnallar  (əlamətləri 
görünən  və  hiss  olunan)  əldə  edirlər  və  onların  şüurları 
təkmilləşir. 
Nəticə 
etibarilə 
hesab 
etmək 
olar 
ki, 


35 
 
fövqəlqüvvənin insanlara verdiyi hüquqlar da öz “yolunu” həm 
də material aləmdən sala bilir. Bu baxımdan hüquqların inkişaf 
proseslərinin  vəhdəti  meydana  gəlir.  Belə  bir  formal 
məntiqdən 
çıxş 
etmək 
olar: 
təbiət 
fövqəltəbiətin 
(makrotəbiətin) 
məhsuludur. 
İ
nsanlar 
təbiət 
və 
fövqəltəbiətin  ünsürləridirlər.  Hüquq  insana  xasdır. 
Deməli,  hüquqlar  təbiətdən  və  fövqəltəbiətdən  insanlara 
verilən  dəyərdir,  maddi-mənəvi  nemətdir.  Hüquq  şüurun 
məhsuludur.  Hüquq  dərketmə  obyektidir.  Şüur  insanlara 
təbiətdən  və  fövqəltəbiətdən  veriləndir.  Deməli,  hüquq 
fövqəltəbiətdən  və  təbiətdən  insanlara  verilən  dəyərdir, 
ş
üurun dərk etmə obyektidir.  
Hüquqların  fəaliyyətlə  vəhdət  şəkilində  genişlənməsi 
inkişafın  əsasında  dayanır.  İnkişafın  əsas  təkanverici  vasitəsi 
insanlar 
və 
onların 
şüurları 
ilə 
tamamlanan 
əqli 
qabiliyyətləridir,  bilik  və  bacarıqlarıdır.  Əqli  qabiliyyətlər  və 
şüur  insanlara  təbiətdən  və  fövqəltəbiətdən  verildiyindən,  belə 
nəticələrə  gəlmək  olar  ki,  təbiət  və  fövqəltəbiət  elə  inkişafa 
istiqamət  verən,  onun  əsasında  dayanan  əsas  tərəflərdir. 
İnsanlar  öz  hüquqları  ilə  həm  təbiətə,  həm  də  fövqəltəbiətə 
bağlıdırlar.  Hüquq+fəaliyyət=inkişaf  modeli  insanları  öz 
qabiliyyət və itedadlarına, bilik və bacarıqlarına immanent edir. 
İnsanlar  öz  hüquqlarını  dərk  etmək  üçün  iki  amili  əsas 
götürürlər: birincisi, insanlar təbiət üzərində öz təbii haqlarının 
olmasını  şüuru  olaraq  qəbul  edirlər;  ikincisi,  bu  haqları 
mənəvi-ruhi  aləmin  neməti  olaraqa  fövqəltəbiətə  bağlayırlar. 
Hər  iki  istiqamətin  vəhdətindən  maddi-mənəvi  hüququn 
bütövlüyü  meydana  gəlir.  (Ümumi  qrafikdən  də  bu 
yanaşmanı bir qədər konkretliliyi ilə dərk etmək olar). Hüquq 
təbiətdən  və  fövqəltəbiətdən  insanlara  siqnallar  vasitəsilə 
verilən  nemətdir.  İnsanlar  öz  fəaliyyətləri  ilə  öz  hüquqlarını 
genişləndirə  bilirlər.  Burada  subyektiv  hüququn  məcmusu 
obyektiv hüququn əsaslarını meydana gətirir. (Qeyd: belə qəbul 
etmək  olar  ki,  kainat  tam  sonsuzdur.  İnsan  mikrokainatdır, 


36 
 
mikrotəbiətdir.  Kainat  sonsuz  elementlərdən  və  bu  baxımdan 
da  siqnallardan  təşkil  olunub.  İnsanlar  fərdi  olaraq  makro 
mühitin  siqnallarını  tam şəkildə  qəbul  edə bilməzlər. Yəni, bir 
şəxs  bütün  siqnalları  qəbul  və  dərk  etmək  imkanlarına  malik 
ola  bilməz.  Kainat  siqnalları  insanlar  arasında  paylanır. 
Məcazi  mənada  belə  təsəvvür  edək  ki,  insanlar  dünya 
okeanının  içərisindədirlər.  Məkanın  böyüklüyünə  görə  dünya 
okeanının  dalğalarını  bütün  insanlar  eyni  səviyyədə,  eyni 
dərəcədə  görə  bilməzlər.  Çünki  müxtəlif  məkanda  yerləşmə 
amili  var.  Eləcə  də  insanlar  kainat  siqnallarını  eyni  dərəcədə 
qəbul  edə  bilməzlər.  Hər  bir  şəxs  məkana  müvafiq  olaraq  öz 
pay  siqnallarını  qəbul  edir.  Burada  element,  məkan,  siqnal 
amillərinin  vəhdəti  məsələsi  meydana  gəlir.  Bundan  da 
dialektik  inkarlar  formalaşır.  İnkarlar  subyektivlikdən 
formalaşır,  subyektivliyi  yaradır.  Subyektivlik  isə  kainat 
siqnallarının  sonsuzluğu amilinə  bağlı olur. Yəni, hər bir  şəxs 
universal  baxışlarla  yanaşı,  fərdi  baxışlara  da  sahibdir. 
Bundan  da  müxtəlif  baxış  bucaqları  meydana  gəlir.  Nəticə 
etibarilə  hesab  etmək  olar  ki,  tam  obyektiv  məkan 
siqnallardan  ibarət  olan  kainatın  özüdür.  İnsanlar  isə  fərdi 
olaraq  subyektiv  çıxış  edirlər.  Lakin  bu  subyektivlik  kainat 
obyektivliyinə  zidd  ola  bilməz).  Cəmiyyətdə  mövcud  olan 
obyektiv  hüquq  subyektiv  hüquqların  sərhədləri  ilə  müəyyən 
olunan məkanlardan ibarətdir.  
Nəzərə  almaq  lazımdır  ki,  hüqüq  bir  mücərrəd 
mexanizmdir. 
Dərinləşdikcə, 
qeyri-müəyyən 
hissələrinin 
çoxluğu  daha  da  dərindən  dərk  olunur.  (Qeyd:  dərindən  dərk 
etmək  mövcud  müəyyənlik  müstəvisi  ilə  qeyri-müəyyənlik 
müstəvisi  arasında  daha  çox  element  əlaqəsini,  məkan 
əlaqəsini  və  məkan  vəhdətini  aşkar  etməkdən  ibarətdir.  Bu  da 
elə  nəticədə  elmi-fəlsəfi  mahiyyəti  meydana  gətirir).  Obyektiv 
hüquq  da  bir  mexanizmdir,  sistemli  hərəkətlər  zamanı 
aşkarlanır.  Obyektiv  hüquq  subyektiv  hüquqlar  sisteminin 
cəmindən  meydana  gəlir.  Əgər  obyektiv  hüquq  nəzəri 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə