Microsoft Word Insan huquqlari II kitab doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə15/56
tarix02.12.2017
ölçüsü2,86 Kb.
#13606
1   ...   11   12   13   14   15   16   17   18   ...   56

43 
 
İnsanların  təbiətə  olan  təsirləri  onların  hüquqlarını 
meydana gətirir. Hüquq həm təbiətdən gələndir, həm də qeyri-
təbiətdən  (fövqəltəbiətdən)  insanlara  veriləndir.  Deməli, 
hüquqlar  maddi  və  maddiyatın  yuxarısı  olan  mənəvi 
olmaqla  iki  sahəyə  ayrıla  bilir.  Hüququn  ümumən  inkişafı 
əks olunan siqnalların çoxalmasından meydana gəlir. Siqnallar 
şüuru artırır, təsirlər yeni təsirləri meydana gətirir. Yeni təsirlər 
yeni  hərəkətlərin  əsasını  təşkil  edir.  Bu  anda  hüququn  inkişafı 
zamana  və  şəraitə  -resurslara  bağlı  olur.  Hərəkət 
genişləndikcə  zaman  da  artır.  Deməli,  müddət  artdıqca 
hüquq  da  artır.  Bu  artma  müəyyən  sonluqlarda  dayanır. 
Yəni,  insanlar  müəyyən  yaşlardan  sonra  hüquqlarını  itirə 
bilirlər.  İnsanların  ölümü  fərdi  qaydada  hüquqların 
bitməsi ilə nəticələnir. Zaman genişləndikcə, trayektoriya üzrə 
artdıqca hüququn sonuna yaxınaşmaq olur. Deməli, zaman həm 
də hüquqları məhdudlaşdırır, sona çatdırır. Hüququn böyüməsi 
siqnallardan asılıdır və dərk etmənin geniş spektrinə əsaslanır.  
İnsan  özünəməxsus  olanları  (özündə  olan  siqnalları  və 
kənardan siqnallarla qəbul edilənləri) və özünün iradəsinə aid 
olanları (iradəni siqnalların vəhdəti və bu vəhdətdən irəli gələn 
kompleks nəticəsi formalaşdırır) dilinə gətirir. Dilə gətirilənlər 
şüurun  məhsuludur,  insanların  qavrama  prosesində  əldə 
etdiyinin emal nəticəsində təqdim etdiyidir. (Qeyd: intuisiyanı 
da  şüurun,  həm  də  daha  çox  inkişaf  etmiş  şüurun,  duyğu 
orqanları ilə daha çox məlumat qəbul edən və ötürən şüurun 
məhsulu  kimi  qəbul  etmək  lazımdır.  İntuisiya  həm  də  ideal, 
xəyali  şüurun  bir  məhsulu  kimi  qəbul  olunmalıdır).  Deməli, 
insanlar  daima  məlumatlar  mübadiləsində  olurlar.  (Qeyd: 
insanlar  qavrayırlar,  bununla  da  beyinlərində  oxşarlıqları, 
eynilikləri,  fərqlilikləri,  bütövü  və  tərkib  hissələri  ayırd  edə 
bilirlər.  Bu  kimi  proseslər  əlamətləri  formalaşdıran 
siqnallardan  meydana  gəlir.  Ümumiyyətlə,  bütöv  kainat 
sistemində  tam  bölgü,  tam  fərq  ola  bilməz.  Bunların  hamısı 
bütövün  içərisindədir.  Ayırma,  bölmə  şərtidir  və  bütövün 


44 
 
tərkibini  yaradandır.  Tam  eynilik  insan  şüurunun  qavrama 
məhsuludur.  Təbiətdə  tam  məkan  eyniliyi  yoxdur.  Hər  bir 
elementin  öz  yeri  var.  İnsan  da  eyni  şeyləri  ayrı-ayrı 
məkanlarda  dərk  edir.  Qavrama  və  uyğunluq  qavrama 
mənbəyində  olan  siqnallar  məkanından  asılıdır.  Belə  qəbul 
etmək  olar  ki,  hər  bir  siqnalın  beyində  öz  yeri  formalaşır. 
Ziddiyyəti  o  zaman  insan  dərk  edir  ki,  siqnalların  yeri 
dəyişmiş olur. Siqnal məkanına başqa uyğun olmayan siqnal 
daxil  olur.  Sistemdə  olan  ziddiyyətlər  qavrama  proseslərində 
iştirak  edən  və  əlamətləri  ötürən  siqnalların  öz  məkanında 
yerinə  oturmamasıdır.  Burada  tələblərin,  yəni  əlamətlərin 
tələbləri  prinsipləri  pozulur.  Tələblər  də  sistemləşmə  üçün 
lazım  olan  ünsürlərdən  meydana  gəlir.  Hüquqların  dərk 
olunması  proseslərində  olan  ziddiyyətlərin  aydınlaşdırılması 
prosesləri  də  bu  qaydada  həyata  keçirilə bilir. Burada inikas 
ə
lamətlərini  yaradan  obrazlar  arasında  olan  uyğunluqlar 
sistemləşməni,  sistemli  qaydada  dərk  olunmanı  meydana 
gətirir).  Bu  mübadilə  prosesləri  insanların  kontaktlarının 
əsaslarını  təşkil  edir.  İnsanlar  mövcud  varlığı  əks  etdirirlər, 
beyinlərində  materiyanı  qavrayırlar,  əlamətləri  olduğu  şəkildə 
ifadə  edirlər.  Gözə  görünə  bilən,  hiss  oluna  bilən  materiya 
insan  beynində  obrazlanır.  Obrazlanmanın  mütləq  tərəfləri, 
əlamətləri və sərhədləri olmalıdır. Siqnal düşən obyekt olmasa 
obrazlanma  da  ola  bilməz.  Gözə  görünə  bilənin  “bütün” 
əlamətləri  qavranılır,  dərk  olunur.  Gözlə  görünə  bilməyən 
materiyanın  əlamətləri  də  vardır.  Lakin  bu  əlamətlər  hər  kəs 
tərəfindən  gözlə  görünə  bilmir,  hiss  oluna  bilmir.  Əlamətlər 
vardırsa,  deməli, 
gözlə 
görünməyən 
(universal 
gözlə 
görünməyən)  istənilən  formanın  öz  quruluşu,  məzmunu, 
bunlardan  irəli  gələrək,  dadı,  iyisi  və  s.  kriteriyalar  yaradan 
əlamətləri  mövcuddur.  Buradan  irəli  gələrək  hesab  etmək  olar 
ki, müəyyən  materiyaların  quruluşu,  məzmunu olduğuna  görə, 
qeyri-müəyyən  materiyanın  da  quruluşu  və  məzmunu 


45 
 
mövcuddur. Gözlə görünənlər ümumi və obyektiv dərk olunan 
olurlar.  
Belə  qəbul  etmək  olar  ki,  materiya  aləmi  rasional  –elmi 
olduğundan, “qeyri-materiya” aləmi də rasional və elmidir. Bu, 
daha  çox  müəyyənliyə  çevrilmədə  meydana  gəlir.  “Qeyri-
materiya”,  “irrasional”,  “intuitiv”  sözləri  və  anlayışları 
nisbidir  və  bu  anlayışlar  qeyri-müəyyənliyin  müəyyənliyə 
çevrilməsi prosesləri ilə bərabər olaraq mütləqləşirlər. Deməli, 
hər 
şey 
mütləqdir, 
lakin 
əksəriyyət 
şeylər 
aşkar 
olunmadığından  qeyri-müəyyən  mütləqdir.  Ümumiyyətlə, 
“qeyri”  sözünün  özü  nisbidir.  Fərq  üçün  işlədilir.  (Məsələn, 
insan  hüquqlarına  dair  baxışlarda  “qeyri-hüquqi”  anlayışı 
mütləq  olmaqla  bərabər,  həm  də  nisbiləşir.  Qeyri-hüquqi 
anlayışı  bir  bucaqda  (bir  mövqedə)  mütləqdir,  digərində  isə 
nisbidir.  Qeyri-hüquqi  qəbul  olunan  şey  dərk  edilən  bucaq 
dəyişəndə  hüquqi  kimi  dərk  olunur.  Qeyri-hüquqi  anlayışı 
(qeyri-hüquqi  hərəkətlərin  ifadəsindən  irəli  gələrək  başa 
düşülən  anlayış)  müəyyən  bucaqlarda  mütləq  olaraq  “mənfi 
hüquq” kimi dərk oluna bilər. Lakin həmin bucaqdan görünən 
mənfi  hərəkətlər  digər  bucaqdan  müsbət  kimi  qələmə  verilir) 
Buradan  da  “qeyri-hüquqi”  sözünün  mütləq  və  nisbi  olması 
qənaətinə  gəlmək  olur.  Lakin  hüququ  bütün  insanlar  pozitiv 
dəyər  kimi  qəbul  etdiklərindən  “mənfi  hüquq”  anlayışı 
ümumən  qəbul  oluna  bilmir.  İnsan  hüquqları  pozitiv  aspektdə 
məkana,  zamana  və  resurslara  bağlı  olan  bir  dəyərə  çevrilir). 
Bu,  o  deməkdir  ki,  “yad”  olan  şey  tamamilə  yoxdur,  nisbi 
olaraq  yoxdur.  “Yad”  müəyyənliklərə  çevirmə  proseslərində 
doğmalaşır.  Bu  baxımdan  da  belə  qəbul  etmək  olar  ki, 
antonimlər əsasən müxtəlif bucaqlarda olan əkslərdir və əslində 
vahidin tərkibidir. Antonimlərin də öz sinonimləri mövcuddur. 
Bu 
baxımdan 
da  hüququn 
subyektivliyi 
müəyyən 
bucaqlarda  əksliklərdən  ibarətdir.  Lakin  bu  əkslik  əslində 
bütövlükdür.  Bu  bütövlük  də  obyektiv  hüquqdur.  Hüquqlar 
məkanlarda  fərqlənir.  Lakin  baza  etibarilə  insanın  bütün 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə