Microsoft Word Insan huquqlari II kitab doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə18/56
tarix02.12.2017
ölçüsü2,86 Kb.
#13606
1   ...   14   15   16   17   18   19   20   21   ...   56

52 
 
axını  ilə  beyində  əks  olunmasıdır.  Bu  proses  qavrama  ilə 
həyata  keçirilir.  Biliklər  iki  materiya  arasında  (insan  və  onun 
qarşılaşdığı digər material –maddi aləm arasında) ötürülmələrlə 
körpülər  yaradan  əsas  vasitələrdir.  Biliklər  zəncirvari  olaraq 
qəbul,  emal  və  ötürülmə  ilə  daima  təzələnir.  Material  aləmə 
insan təsirləri məhz biliklərin qəbul edilməsi, emal olunması və 
ötürülməsi  sayəsində  həyata  keçirilir.  Material  aləm  öz 
siqnalları  ilə  bu  siqnalları  qəbul  edən  insanların  təsirlərinə 
məruz  qalır.  İnsanlar  ətraf  aləmin  resurslarından  öz  maraqları 
üçün  nizamla  istifadəyə  üstünlük  verirlər.  Deməli,  insanlar 
təbiətə  təsir  edən  əsas  məxluqlardır.  İnsanlar  varlığı  olduğu 
şəkildə qəbul edirlər-bu, bir proses istiqamətidir; təbiətə təsirlər 
edirlər-bu,  digər  təsirlər  istiqamətidir.  Bu  iki  prosesin 
zəncirvari  qaydada  davam  etməsi  isə  öz  növbəsində  insan 
yaradıcılığının  və  quruculuğunun  inkişafına  və  təbiətə 
təsirlərinin  daha  da  artmasına  gətirib  çıxarır.  Bütün  bu 
proseslərdə  insanların  haqlı  olmaları  amili  mühüm  əhəmiyyət 
kəsb  edir.  İnsan  öz  hüquqlarını  ifadə  etməklə  haqlı  olmasını 
sübuta yetirir.  
Bütün 
məlumatlar 
(varlıq 
və 
hadisələr 
haqqında, 
proseslərlə  əlaqəli  olaraq)  biliklər  hesab  edilməlidir.  Sistemli 
məlumatlar  isə  elmin  formalaşmasının  əsasında  dayanır. 
Deməli,  elm  ardıcıl  təsirdən  meydana  gələn  və  ardıcıl  təsirləri 
yaradan  sistemli  biliklərin  əsasıdır.  Fəlsəfi-məntiqi  metodlar 
hüquqlarla  bağlı  elmi-nəzəri  biliklərin  meydana  gəlməsini 
təmin  edir.  Bu  baxımdan  da  şəbəkələşmə  özü  elə  hüquq 
elminin meydana gəlməsini təmin edir.  
Qəbul  edilən  siqnallar  beyinlə  obyekt  arasında  əlaqələrin 
yaranmasını  təmin  edir.  İnsanlarla  obyektlər  arasında  siqnal 
mübadilələri  sferaları  yaşanır.  Bu  sferalar  insanların  mövcud 
olduqları  bütün  məkanlarda  meydana  gəlir.  Bu  baxımdan  da 
hesab  etmək  olar  ki,  siqnallar  axınlardır,  zərrəciklərin 
cərəyanıdır,  dalğalarıdır.  Bu  dalğaların  kütləsi  (axın  həcmi) 
mövcud  olur  və  bu  axın  həcmi  də  dalğaların  qəbul  edilməsi 


53 
 
imkanlarını  çoxaldır.  İnsanların  beyin  tutumu  da  siqnalların 
axın  şəkilində  (yəni,  çox  miqdarda)  qəbulunun  əsaslarını 
meydana gətirir. Belə qəbul etmək olar ki, obyekt uzaqlaşdıqca 
siqnal da itir. Hər bir obyektin siqnal əhatəsi olur, zərrəciklərin 
yayılma  arealı  mövcud  olur.  Bu  arealdan  çox  uzaqlaşdıqda 
mövcud obyektlə onu qəbul edən subyekt arasında mübadilələr 
də  zəifləyir.  Obyektlərin  zərrəcikəri  bir-birinə  qarışır  və  bir-
birini  itələyir,  cəzb  edir.  Beyin  obyekt  siqnallarını  (dalğaları) 
özünə  cəzb  edir.  Yaxınlaşdıqca  bu,  daha  da  güclənir.  Beyin 
imkanları  geniş  olan  şəxslər  isə  daha  uzaqda  olan  obyektlərin 
axınlarını özlərinə nisbətən yaxın edə bilirlər. Bu baxımdan da 
hesab etmək olar ki, kainatda nə varsa, elə hamısı hərəkətdədir, 
enerjiyə  məxsusdur,  canlanır  və  zərrəcikləri  ətraflara  yayır. 
İnsanlar  kainatın  mikrokosmik  ünsürləri  olaraq  daima 
mübadilələr şəraitində biliklər qazanırlar. Biliklər dərk etməklə 
özlərinə  məzmun əldə  edirlər.  Təbiətin  aşkarlanması elə təbiət 
hadisələrinin 
məzmunlarının 
dərk 
olunması 
prosesidir. 
Proseslərin 
siqnalları 
beyində 
olan 
qaranlıq 
hissələri 
işıqlandırır.  Buradan  da  belə  bir  məntiqi  nəticəyə  gəlmək  olur 
ki,  siqnallar  beyinə  qəbul  edilir,  beyinin  öz  enerjisini  yaradır. 
Qəbul  olunan  siqnallar  beyində  oyadıcı  effektə  malik  olur. 
Kainat  mübadilələr  sistemindən  və  elementlərin  vahidliyindən 
asılıdır və kainat bu sistemin “bütövlüyünün” (burada bütövlük 
nisbdidir,  çünki  kainat  sonsuzdur) təcəssümüdür. Qəbul edilən 
siqnallar  hərəkətlərin  əsaslarını  təşkil  edir.  İnsanlar  qəbul 
edilən siqnallar vasitəsilə dərk edərək hüquqlarını ifadə etməyə 
çalışırlar.  Bu  dərk  etmək  prosesləri  fəlsəfi-məntiqi  metodlarla 
müəyyən  olunur.  Dərk  etmənin  özü tərkibləri meydana gətirir, 
səbəbləri və nəticələri, bu baxımdan başlanğıcları və sonluqları 
müəyyən edir. Həmçinin bölücü, ayırıcı kriteriyaları əks etdirir.  
Elementlərin müəyyən  axınlar üzrə hərəkətdə olması onun 
ardıcıl  əlamətlərinin  meydana  gəlməsini  (aşkarlanmasını) 
yaradır.  Hərəkətin çoxluğu əlamətin çoxluğunun şərtləndiricisi 
kimi  çıxış  edir.  Əlamətlər  həm  də  mütləq  və  nisbi  olaraq  itir. 


54 
 
Yeniləri  əvvəlkiləri  inkar  edir.  Hərəkətin  çoxluğu  hadisələrin 
çoxluğu  kimi  xassələnir  və  hadisələrin  çoxluğu  da  öz 
növbəsində  proseslərin  ardıcıllığının  əsasında  dayanır.  Hər  bir 
proses  öz-özlüyündə  cəmləşmiş  halda  əlamətləri  birləşdirir  və 
bu  baxımdan  da  bilik  mənbəyi  kimi  çıxış  edir.  Proseslərin 
sistemli  qaydada  beyində  əks  olunması  elə  elmi  biliklərin 
formalaşmasını  şərtləndirir.  Məlumatlar  arasında  olan  bağlılıq 
elə  sistemli  bağlılığın,  sahələrarası  struktur  bağlılığının 
əsaslarını  meydana  gətirmiş  olur.  Məsələn,  hüquq  normaları 
sənədlərində  -  məcəllələrdə  struktur  bağlılığı  görünür  və 
dialektik vəhdət mövcud olur.  
İnsan  hüquqları  və  bu  hüquqların  insanların  fəaliyyətindən 
asılı  olaraq  müxtəlif  sahələrdə  cəmləşməsi  elə  insan 
hüquqlarının insanların hərəkət əlamətlərinin (fəaliyyət və maraq 
xüsusiyyətlərinin)  xassələndiricisi  kimi  böyük  məna  kəsb  edir. 
Fərdin  öz  hüquqları  və  başqasının  hüquqları  fərdi  hərəkətlərin 
istiqamətlərini  müəyyən  edir.  İnsan  hüquqları  da  öz-özlüyündə 
hadisələr məcmuəsindən ibarətdir və bu hadisələr elə hüquqların 
təmin  olunmasına  əsaslanır.  İnsan  hüquqlarının  təmin  olunması 
vəziyyəti  və  imkanları  hadisələr  cəmini  özündə  əks  etdirən 
proseslərin  məcmuəsindən  asılı  olur.  İnsan  hüquqlarının  ardıcıl 
təminatı  və  bu  baxımdan qəbul edilən  normativ-hüquqi aktların 
yerinə yetirilməsi elə insan hüquqlarının prosesli qaydada yerinə 
yetirilməsinə  əsaslanır.  İnsan  hüquqları  hadisələr  və  aktlar 
cəmindən ibarət olduğundan xassələnir, bölgüyə aid olur, tərkib 
hissə kimi ünsürlərə xas olur.  
İnsan 
fəaliyyətinin 
tərkibi 
rəngarəng 
olduğundan 
hüquqların  da  tərkibi  çoxçalarlıdır.  Bütün  hallarda  və 
vəziyyətlərdə 
isə 
insanların 
baza 
hüquqlarının 
təmin 
olunmasına  xidmət  amili  dayanır.  Bütün  hüquqi  hadisələr 
(aktlar)  məhz  insanların  hüquqlarının  normativ  qaydalarla 
təminatına  hesablanır  və  hüquqların  təmin  olunmasını  əsas 
məqsəd  kimi  qarşıya  qoyur.  Bütün  universal  və  məxsusi 
hüquqi  normalar  insanların  universal  və  fərdi  maraqlarının 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə