Microsoft Word Insan huquqlari II kitab doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə6/56
tarix02.12.2017
ölçüsü2,86 Kb.
#13606
1   2   3   4   5   6   7   8   9   ...   56

16 
 
koordinatlarda  razılaşmaları  meydana  gətirə-gətirə  inkişafı 
təmin edən amilə çevrilir.  
İnsan hüquqları dialektik əsaslarla inkişaf edir, öz tərkibini 
müəyyənləşdirərək  genişləndirir.  İnsan  hüquqları  yeni-yeni 
ideyalarda  meydana  gəlir.  Bu  ideyalar  həm  material  aləmin 
inkişafında mövcud olur, həm də nəzəri baxışlarda inkişaf edir. 
Hər  iki  istiqamətdə  vəhdətlik  var.  Hər  iki  istiqamətin  özündə 
bir  əlaqəlilik  mövcuddur.  Eyni  zamanda iki istiqamət arasında 
vəhdət  meydana  gəlir.  İnsan  hüquqlarının  dialektik  əsası 
tərəflərin  hüquqlarının  müdafiə  eləməsində  də  meydana  gəlir. 
Məsələn,  məhkəmə  prosesləri,  çəkişmələri  elə  dialektik 
məzmunu  ortaya  qoyur  və  aşkarlamanı  müəyyən  mərhələyə 
qədər  açılmanı  formalaşdırır.  Tərəflər  arasında  hüquqi 
mübahisələr,  həqiqi  hüquqların  aşkarlanmasına  gətirib  çıxarır. 
Hesab  etmək  olar  ki,  dialektika  epistemoloji  biliklərin 
formalaşmasının  kökündə  dayanır.  Dialektika  sübutların 
aşkarlanmasının  və  sübutlar  zəncirinin  meydana  gəlməsinin 
bazasında  dayanır.  Həqiqi  hüquqlar  dialektik  tərkib  olaraq 
istinadlara,  koordinat  nöqtələrinə  söykənir.  Hesab  edə  bilərik 
ki, həqiqət elə ədalətin özündədir. Həm də aşkarlıq mənasında 
həqiqət  qeyri-ədalətdədir.  Hər  bir  aşkar  olunan  şey  eyni 
koordinatdan  ədalətli  ola  bilməz.  Koordinatların  dəyişməsi  ilə 
ədalət  mütləqlikdən  nisbiləyə  və  əksinə  doğru  keçidlər  edir. 
Ədalətin  axtarışı  isə  tərəflərin  mübarizələrinin  nisbi  son 
hədəfidir. Məsələn, son dövrlərdə Ukrayna böhranı ilə əlaqədar 
olaraq  Qərblə  Rusiya  arasında  beynəlxalq  hüquq  əsas 
götürülməklə  haqlı  tərəflərin  aşkar  olunması  uğrunda  gərgin 
mübarizələr  davam  edir.  Hər  iki  tərəf  öz  siyasətinin  haqlı 
olduğunu  və  hərəkətlərinin  hüquqi,  ədalətli  olduğunu  bəyan 
edir.  Hələlik  dialektik  gərginliyin  sonuna  yaxınlaşılmayıb. 
Burada  dialoq  yaranır  və  dialektik  qaydada  hüquqların 
aşkarlanması  və  genişlənməsi  prosesləri  həyata  keçirilir.  Bu 
mübarizə  sonda  həqiqətin  aşkarlanması  və  yeni  həqiqətlərin 
meydana  gəlməsi  ilə  bitə  biləcəkdir.  Buradan  belə  nəticə 


17 
 
meydana  gəlir  ki,  inkişaf  əslində  yeni  həqiqətlər  zəncirini 
özündə  ehtiva  edən  bir  prosesdir.  Həqiqətin  isə  mütləq  son 
həddi  yoxdur,  hərəkət  davam  etdikcə  həqiqət  də  aşkarlana-
aşkarlana davam edir. Həqiqətlərin aşkarlanması prosesləri elə 
məhz dialektik qaydada təmin olunur. Ümumiyyətlə isə həqiqi 
biliklər  və  həqiqətlər  mütləq  olmaqla  bərabər,  həm  də 
nisbidirlər;  çünki  proseslərin  gedişatı  məzmun  və  forma 
baxımından  daima  dəyişəndir.  Dəyişkənlik  düşüncələrdə  və 
əməldə  nəticələr  olaraq  yenilikləri  meydana  gətirir.  (Qeyd: 
həqiqətin özü də subyektlərə münasibətdə universal və məxsusi 
ola bilər. Universal həqiqətlər o həqiqətlərdir ki, əslində bütün 
insanların  daxillərində  təbii  olaraq  mövcuddir.  Bütün  dəyişən 
proseslərdə  meydana  gələn  gerçəkliklərdən  asılı  olmayaraq 
həmin  gerçəkliklərə  münasibətdə  baza  (hamının  yanaşdığı 
nisbi bir forma) bir həqiqət var. Bu həqiqət də qəbul etməkdən 
və razılaşmadan meydana gəlir. Məxsusi həqiqətlər də  əslində 
universal  həqiqətlərdən  tam  kənara  çıxa  bilməz.  Çünki 
insanların  özləri  elə  təbii  nizama  tabedirlər.  Dəyişənləri 
sadəcə  olaraq  qəbul  edirlər  və  bütün  dəyişənlərdə  həqiqət  bir 
dəyər norması kimi tətbiq olunur. Bununla yanaşı, hesab etmək 
olar ki, tarazlığın pozulması ilə meydana gələn gerçəkliklər də 
vardır.  Bu  aşkarlıqlar  əslində  elə  sərf  edən  tərəflər  üçün 
ədalətli görünür, çünki ondan fayda götürürlər. Bu tarazlıqlar 
sərf  edən  tərəflər  üçün  faydalı  həqiqətlər  hesab  olunur.  Digər 
tərəf üçün isə faydasız həqiqətlərdən ibarətdir).  
İnsan  hüquqlarının  dərk  olunmasının  sistemli  mahiyyəti 
həm də onun strukturlaşmasında özünü göstərir. Strukturlaşma 
proseslərində  məqsədlər  və  vəzifələr,  funksiyalar  və  əhatə 
predmetləri  şərtləndirici  qaydada  və  sistemli  əsaslarla 
strukturlaşdırılır, 
iyerarxik 
olaraq 
qruplaşdırılır. 
İnsan 
hüquqlarının 
nəzəri 
fikirlərdə 
və 
hüquqi 
normalarda 
strukturlaşması  prosesləri  həm  onun  tərkiblərinin  meydana 
gəlməsinin  (aşkar  olunmasının)  əsaslarını  təşkil  edir,  həm  də 
şaxələnməsini  üzərə  çıxarır.  Strukturlaşma  bir  proses  modeli 


18 
 
kimi bütün sahələrdə tətbiq olunur. Strukturlaşmanın özü də bir 
sistemləşdirici 
model 
rolunu 
oynayır 
və 
təfəkkürün 
konstruksiyasına  çevrilir.  Təfəkkürün  konstruktiv  mahiyyəti 
insan  davranışında  və  obyektə  yanaşmada  özünü  büruzə  verir. 
Təfəkkürün  konstruksiyası  məhz  quruculuq  və  yaradıcılıq 
qabiliyyətinin formalaşmasında əks olunur.  
Obyektlər 
üzərində 
olan 
resurslar 
isə 
insanların 
hüquqlarının 
aşkarlanması 
dərəcəsini 
və 
hüquqların 
aşkarlanmsı  kəmiyyətini ifadə  edir.  Hüquqların  fəlsəfi-məntiqi 
metodlarla  dərk  olunması  onun  mahiyyətinin  müəyyən 
səviyyələrdə  başa  düşülməsini  və  hüquqların  faydalı  dəyərlər 
kimi  istifadəsini  zəruri  edir.  Dərk  etmək  həmçinin  hüquqların 
nizamlı  prinsiplər  kimi  insanların  fəaliyyətini  tənzim  edən 
vasitələr  kimi  anlaşılmasının  bazasında  dayanır.  Dərk  etmək 
hüququn  insanlar  üçün  gündəlik  yaşadıqları  məkanlarda,  bu 
baxımdan  ailədə,  cəmiyyətdə  və  dövlətdə  faydasını  müəyyən 
etməkdən ibarətdir.  
Hüquq  insan  fəaliyyətinə  müvafiq  olaraq  hər  zaman 
genişlənir,  sistemlərdə  daxilən  müəyyən  stereotiplərdən 
təmizlənir  və  yenilənir.  Bu  baxımdan  da  dərk  olunmanın 
zaman  amili  meydana  gəlir.  Gələcək  zaman  hüquqları 
anlayışı  formalaşa  bilir.  İnsan  hüquqları  insan  həyatında  baş 
verən  dəyişikliklərə  müvafiq  olaraq  daima  yeni  əsaslarla 
aşkarlanır.  Bu  aşkarlanma  isə  hüququn  baza  mahiyyətinə 
xidmət  edir.  Yəni  hər  bir  anda,  məqamda  baza  hüquq  və 
azadlıqların  təmin  edilməsi  əsas  prinsipə  çevrilir.  Gələcək 
hüquq  fəlsəfi  konsepsiyası  dövlətin  və  cəmiyyətin  gələcək 
zamanda  fərdə  verə  biləcəyi  hüquqi  dəyərlərdən  asılı  olur. 
Hüquqi  dəyərlər  maddi-mənəvi  mövqeni  və  statusu  müəyyən 
edir.  Hər  bir  zaman  anında  dövlətin  öz  vətəndaşlarının  və 
xaricilərin  hüquqlarını  müdafiə  edə  bilmək  imkanlarının 
trayektoriyası  məhz  gələcək  hüquqi  inkişafın  trayektorik 
bağlılığını  meydana  gətirir.  Gələcək  hüquq  anlayışının 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə