Microsoft Word Insan huquqlari II kitab doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə4/56
tarix02.12.2017
ölçüsü2,86 Kb.
#13606
1   2   3   4   5   6   7   8   9   ...   56

10 
 
mənəvi  hüquqları  meydana  gəlmiş  olur.  Onu  da  qəbul  etmək 
lazımdır  ki,  hissiyyatlarını  itirmiş  insan  bir  varlıq  kimi  insan 
ola  bilməz).  İnsan  hüquqları  sahəsində  olan  biliklər  empirik, 
nəzəri,  analitik,  sintetik  olmaqla,  elmi  (epistemoloji)  və 
gündəlik  məlumatları  özündə  əks  etdirməklə  adi  xarakterə 
malik olur. Hüquqi biliklər normativ və faktoloji də olur. Elmi 
biliklər  elmi  nəzəriyyələrdə  və  normativ-hüquqi  aktlarda  öz 
əksini  tapır.  Bu  həm  də  rasional  yanaşmaların  əsaslarını  təşkil 
edir.  Hüquqi  biliklər  həm  də  insan  hüquqlarının  təmin 
olunmasına  və  pozulmasına  yönələn  adi  (gündəlik  baş  verən 
məlumatları  özündə  əks  etdirən)  biliklərdən  ibarətdir.  Bu 
baxımdan hesab etmək olar ki, adi insan maraqlarına söykənən 
və onun hüququnu ifadə edən biliklərin sistemləşdirilməsi, yəni 
onun  tərkibinin  öyrənilməsi  metodlarının  əlaqəli  şəkildə 
müəyyən  olunması  bu  biliklərin  epistemoloji  əsaslarını 
meydana  gətirir.  Hüquqi  biliklərin  sistemləşdirilməsi  əsasən 
analitik  (tərkib  hissələrə  ayırma),  sintetik  (tərkib  hissələrin 
təfəkkürdə,  qavrayış  proseslərində  və  emalda  birləşdirilməsi) 
metodlarla  həyata  keçirilir  və  bununla  da  adi  biliklər  elmi 
biliklərə  (sistemləşdirilmiş,  vəhdət  təşkil  edən  biliklərə) 
çevrilir.  Hüquq  sahəsində  elmi  biliklər  müxtəlif  filosofların 
baxışlarında  öz  əksini  tapır.  Epistemologiya  elə  hüquq 
nəzəriyyəsi 
ilə 
gündəlik 
faktlar 
(insan 
ehtiyaclarının 
ödənilməsinə  söykənən  hadisələrdən  meydana  gələn  faktlar) 
arasında  bir  “körpü”  yaradır  və  obyekt  kimi  adi  insan 
hüquqlarının 
empirik 
təhlilini 
əsas 
götürür. 
(Qeyd: 
epistemologiya-yunan  sözü  olan  “epistema”  dan  götürülüb. 
Mənası “bilik” (burada təsdiq 
 olunmuş 
həqiqi 
bilik) 
haqqında  elm  deməkdir.  Burada  elmin  məqsədi  gündəlik 
praktiki  və  utilitar  (mənfəət,  fayda  güdən)  biliklərdən  fərqli 
olaraq  həqiqi  (epistem)  məlumatı  “istehsal”  etməkdən 
ibarətdir).
1
 
 
                                                 
1
 Эпистемология. Лебедев С.А. Философия науки: Словарь основных 


11 
 
Fəlsəfəşünaslar  hesab  edirlər  ki,  elmi  dərketmənin 
modelləri  var:  bunlar  empirik,  nəzəri  və  digərləridir.  Empirik 
fikir  tərəfdarlarına  görə  elmi  biliklərin  həqiqi  olmasının 
kriteriyaları,  əsasları  və  mənbələri  təcrübə  və  müşahidələrə 
əsaslanan empirik məlumatlardır.  Filosoflar pozitivistlər hesab 
olunan  Kont,  Mill,  Max,  Rassel,  Karnap,  Reyhenbax  və 
başqalarıdır. 
Nəzəri 
modelin 
tərəfdarları 
(R.Dekart, 
V.Leybnits,  İ.  Kant,  Hegel  və  başqaları)  isə  hesab  edirlər  ki, 
həqiqi  elmi  biliyin  kriteriyaları,  əsasları  və  mənbələri 
düşüncədir-mühakimə, əqil, intellektual intuisiya, deduksiya və 
təfəkkür  konstruksiyasıdır.
1
 A.  Puanlare,
 
Q.
 
Qaliley,  A. 
Eynşteyn  kimi  alimlər  isə  empirik  və  nəzəri  bilikləri  dialektik 
olaraq ümumi strukturda axtarıblar.
2
  
Belə  hesab  etmək  olar  ki,  insan  hüquqlarında  dair  bilikər 
də  empirik  və  nəzəri  hissələrin  strukturlaşmasından  meydana 
gələn biliklər hesab olunmalıdır. İnsanların maddi maraqlarına 
söykənən  və  insanların  sosial-siyasi-mədəni  aspektlərdə 
davranışını  sistemli  qaydada  müəyyən  edən  və  maddi  amilləri 
və faktoloji biliklərin obyekti kimi hadisələri, gerçəklikləri əsas 
götürən  biliklər  empirik,  insanların  mənəvi  dəyərlərini  əks 
etdirən  fikirlər  isə  nəzəridir.  Nəzəri  fikirlər  heç  də  empirik 
fikirlərdən  tam  fərqlənmir,  empirik  biliklərin  şərhi  elə  nəzəri 
aspektləri  özündə  cəmləşdirir.  Mənəvi  məsələlərdə  nəzəri 
fikirlər daha  çox  təbiidir  və  insanların haqlarını aşkar edəndir. 
İnsanlar  öz  haqlarını  geniş  dərk  edirlər,  lakin  onun  realizə 
imkanları real resurslara bağlı olur. Buradan insan hüquqlarının 
təmin  olunması  potensialı  anlayışı  formalaşa  bilir.  İmkanlar 
potensialları  böyüdür.  Hüquq  genişlənir  və  səlahiyyətlər  də 
artır. İnsan hüquqları sahəsində empirik biliklər məhz inkişafla 
meydana  gələn,  aşkarlanan,  bu  baxımdan  maddi  amillərə 
                                                                                                        
терминов.-М: Академический Проект,2004.-320 с. (Серия «Gaudemus») 
www. terme. Ru/dictionary/905/word/yepistemologiya. 
1
 Həmin mənbə. 
2
 Həmin mənbə. 


12 
 
söykənən  biliklərdir.  Eyni  zamanda  insanların  bioloji  varlıq 
kimi  əsaslarını  da  empirik  biliklər  öyrənir. Burada  biliklər  əks 
olunma  ilə  meydana  gəlir,  obyektlər  üzərində  dərketmə 
prosesləri  həyata  keçirilir  və  fəaliyyət  əks  olunmanı  yaradır. 
(Empirik  biliklər  daha  çox  induktiv  metodlarla,  nəzəri  biliklər 
isə  hipotetik-deduktiv  metodlarla  əldə  olunur.  Lakin  bu  iki 
istiqaməti  tamamilə  bir-birindən  ayırmaq  olmaz.  Onlar 
vəhdətdədirlər,  hər  ikisində  məntiqi  metodlar  tətbiq  olunur  və 
məzmundan  meydana  gələn  müəyyən  əqli  nəticələr  vardır). 
İnsan  fəaliyyət  göstərdikcə  öz  bioloji  məzmununu  açır  və 
bioloji  baxımdan  maddi  hüquqlarını  genişləndirir.  Maddiyyat 
üzərində  qurulan  və  real  zamanları  əks  etdirən  hüquqlar  məhz 
empirikdir  və  burada  real  gerçəkliklərlə  hüququn  təmin 
olunması səviyyəsi və dərəcəsi, eləcə də sahələri aşkar olunur. 
İnsan  hüquqlarını  etik  normalara  söykəyən  biliklər  isə  nəzəri 
biliklərdir  və  demək  olar  ki,  insanların  əsas  baza  hüquqları 
məhz  nəzəri  əsaslar  üzərində  qurulur.  Məsələn,  azadlıq 
hüquqları,  ailə  hüquqları,  mənəvi  hüquqlar  və  digər  bu 
kimi  hüquqlar  mənəvi-etik  dəyərlərlə  formalaşır.  Bu  baza 
hüquqlar  –mənəvi  dəyərlər-demək  olar  ki,  bütün  maddi-
material  aləmə  münasibətdə  və  əlaqədə  öz  mahiyyətini 
qoruyub  saxlayır.  Buradan  da  belə  nəticələr  hasil  olur  ki, 
təbii-mənəvi  hüquqlar  məhz  dəyişməz  dəyərlərdir  və 
insanların  statuslarını  müəyyən  edəndir.  İnsan  hüquqları 
onun  maddi-mənəvi  keyfiyyətlərinin  təməlində  dayanır  və  bu 
baxımdan  da  fəlsəfi-məntiqi  metodlarla  obyektlər  üzərində 
analitik, sintetik və empirik biliklər meydana gəlir. Həm də onu 
qeyd etmək olar ki, nəzəri fikirlərin özləri də elə faktlardır. Bu 
faktlardan  istifadə  məhz  həqiqi  biliklərin  yaranmasını  təmin 
edir.  Nəzəri  fikirlər  ona  görə  faktlar  rolunda  çıxış  edirlər  ki, 
onlara baxışlar eyni, oxşar və fərqli ola bilər, obyekt kimi qəbul 
oluna  bilər.  Nəzəri  fikirlər  həm  də  mütləq  empirik  olmaya 
bilər,  inkar  obyektinə  çevrilə  bilər.  Lakin inkar o demək deyil 
ki,  bu  biliklər  tam  da  həqiqətdən  uzaqdır.  Ümumiyyətlə  isə 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə