Microsoft Word Insan huquqlari II kitab doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə50/56
tarix02.12.2017
ölçüsü2,86 Kb.
#13606
1   ...   46   47   48   49   50   51   52   53   ...   56

152 
 
bütövlər alırlar. Bu, beyinin konstruktiv funksiyasıdır. İnsanlar, 
belə  hesab  etmək  olar  ki,  material  aləmdən  kənarda  təkibi  və 
bütövü  anlaya,  dərk  edə  bilirlər.  Bu funksiyanı  material aləmə 
tətbiq  edirlər.  Deməli,  deduksiya  və  induksiya  əslində  elə 
material  aləmdən  asılı  olmayaraq  insanların  beyinlərində  bir 
ümumiləşdirici  və  xüsusiləşdirici  funksiya  kimi  mövcud  olur. 
Eyni  zamanda  həm  də  insanlar  duyğu  orqanlarına  malikdirlər. 
İnsanlar  gözlərini  açanda  təbiətə  açırlar.  Duyğu  orqanlarısız 
deyillər.  Onlar  ətraf  aləmin  tərkib  və  bütövlüyünü  dərk  etmək 
üçün  tərkib  və  bütövlərin  siqnallarını  qəbul  edirlər.  Əlamətlər 
və  onların  beyində  obrazlanması  məhz  idrakın  deduktiv  və 
induktiv  metodlarını  meydana  gətirir.  Duyğu  orqanlarına  görə 
insanlar  material  aləmlə  təmasda  (burada,  əqli,  iradi  və  hissi 
olaraq)  olurlar  və  material  aləmin  və  hadisələrin,  proseslərin 
fərqini duya bilirlər.  
Müəyyən 
məkanlarda 
elementlər 
arasındakı 
baza 
istiqamətlərin  müəyyən  olunması  da  ətraf  sistemlərdən  və 
elementlərdən  formalaşır.  Bununla  yanaşı,  hər  bir  obyektin 
öyrənilməsi  məxsusi  metodları  tələb  edir.  Məsələn,  maddənin 
tərkibinin  öyrənilməsi  kimyəvi  reaksiyaların  aparılması 
şəraitini  yaradan  laboratoriyaların  olmasını  tələb  edir.  Eyni 
zamanda  mexaniki  vasitələrin  sınaqdan  çıxarılması  üçün  də 
laborator məkanların, fiziki qurğuların, avadanlıqların və fiziki 
şəraitin olması labüddür. Sınaq laboratoriyaları fiziki-mexaniki 
avadanlığın  yaradılmasının  əsaslarını  təşkil  edir.  Lakin  bu 
məxsusi  metodlar  da  nəticə  etibarilə  universal  metodlara  zidd 
olmur. Bütün metodların tətbiqində başlıca məqsəd sistemlərin 
tərkib  elementlərini  və  onların  sistemdə  olan  xassələrini 
müəyyən  etməkdən  və  bu  müəyyənliyi  faydalı  istifadəyə 
yönəltməkdən  ibarətdir.  Bütün  metodlarda  tərkib  və  forma 
dəyişmələri  və  onların  əlverişli  istiqamətlərə  yönləndirilməsi, 
elementlərdən,  tərkib  hissələrdən  yeni  kosntruksiyaların  əldə 
edilməsi  vəzifə  və  məqsədlərdir.  Vəzifələr  və  məqsədlər 


153 
 
universal  kriteriyalardır  və  məxsusi  metodlarda  da  (ayrı-ayrı 
sahələrdə aparılan eksperimentlər zamanı) tətbiq olunur.  
Metodlar  təbii  mövcudluqdan  yararlanmanı  da  meydana 
gətirir.  Burada  artıq  insanların  təbiətə  təsir  edən  məxluqlar 
kimi 
mövcudluqları 
amili 
meydana 
gəlir. 
İnsanların 
qabiliyyətləri onların təbiət üzərində təsirlərini meydana gətirə 
bilir.  İnsanlarda  bu  qabiliyyət  təbiətdən  və  fövqəltəbiətdən 
gəlir.  İnsan  təbiəti  öyrənməyə  qadir  olan  məxluq  rolunu 
oynayır.  
Hər  bir  elm  sahəsində  obyektləri  müəyyən  etmək
müşahidələr aparmaqnəticələri gözləmək, başlanğıcları və 
sonları  müəyyən  etmək,  formalaşma  proseslərini  ardıcıl 
olaraq 
izləmək, 
bu 
baxımdan 
strukturlaşma 
və 
destrukturalizasiya 
proseslərini 
öyrənmək 
universal 
öyrənmə  metodlarının  tərkib  istiqamətləri  olaraq  xüsusi 
əhəmiyyət kəsb edir.  
Metodların 
öyrənilməsi 
qaydalarını 
bütöv 
halda 
sistemalogiyanın  (sistemlər  haqqında  təlimlərin)  tərkib 
hissəsi  kimi  qəbul  etmək  lazımdır.  Konstruktivlik  bütün 
tədqiqatlarda  əsasdır.  Konstruktivlik  qavramanın,  siqnalllar 
qəbul  etmənin  və  əks  olunmanın  əsaslarını  meydana  gətirir. 
Konstruktivlik  öyrənmə  modellərini,  formulalarını  meydana 
gətirir.  Konstruktivlik  funksiyası  və  qabiliyyəti  yanaşma 
qaydalarını  və  vərdişlərini  üzərə  çıxarır.  Konstruktivlikdən 
təcrübi  qaydalar  və  normalar  formalaşır.  Normalar  əsasən 
qaydalar  olaraq  bütün  tədqiqat  obyektlərində  və  tədqiqat 
proseslərində  tətbiq  olunur.  Ümumiyyətlə,  bütün  biliklərin 
öyrənilməsi  prosesləri  bütün  trayektoriyalar  üzrə  ardıcıl  və 
ə
laqəli-şərtləndirici  əsaslarla  həyata  keçirilir.  Sistemli 
yanaşmaların 
tətbiqi 
sistemalogiyanı 
meydana 
gətirir. 
Sistemalogiya  sayəsində  elmin  obyektini  öyrənən  üsullar 
sistemləşdirilir,  müəyyən  olunur.  Sistemlərin  tətbiqi  zamanı 
obyektlərin hərəkətlər əsasında tərkibləri aşkar olunur. Hər bir 
obyekt təfəkkür metodlarının tətbiqi sayəsində ətraf sistemlərlə 


154 
 
əlaqəli  olaraq  aşkarlanır.  Aşkarlanma  özü  elə  hərəkət 
prosesidir.  Deməli,  tədqiqat  da  hərəkətdə  olan  obyektin 
xassələrinin  hərəkətlərlə  müəyyən  olunması,  aşkarlanması 
prosesləridir. 
Hərəkətlərin 
məqamları 
(məkanlar 
üzrə 
vəziyyətləri)  aşkar  olunur  və  obyektin  müxtəlif  əlaqəli 
istiqamətləri  əks  olunur,  aşkarlanır.  Deməli,  tədqiqat  öyrənmə 
və  öyrətmə  proseslərinin  cəmindən  ibarət  olan  sistemli  bir 
prosesdir.  
Sistemləşdirmə  zamanı  tərkiblər  əsasən  qruplaşdırılır. 
Burada  qruplaşdırılmalar  da  müəyyən  kriteriyalara  əsasən 
həyata  keçirilir.  Kriteriyalar  müəyyən  rəqəmlər,  xassələr, 
əlamətlər,  kəmiyyətlər,  zaman  və  məkanlar  və  digər 
kateqoriyalar  əsas  göstərici  olmaqla  tətbiq  olunur.  Sistemli 
yanaşmaların 
tətbiqini 
meydana 
gətirən 
proseslər 
sistemalogiyanın  əsaslarını  formalaşdırır.  Burada  bir  obyektin 
(mövzunun) aşkar olunması zamanı tətbiq edilən kriteriya digər 
kriteriyaların  mövcudluğunu  da  meydana  gətirir.  Məsələn, 
hadisələrin  tarixi  aspektlərdə  aşkarlanması  zamanı  hadisələrin 
xronoloji  ardıcıllığı  ilə  şərh  olunması  zamanı  hadisələrin 
zaman və məkan əsasları ilə də şərh olunması zərurəti meydana 
gəlir  və  bu  zaman  məzmun  da  açılır,  hadisələrin  mahiyyəti 
işıqlanır.    Bütün  metodların  tətbiqi  halları  sistemlərin 
yaranması  hallarının  əsaslarını  təşkil  edir.  Metodların  tətbiqi 
sistemləri  əks  etdirməkdən  (aşkarlamaqdan)  və  aşkarlanmış 
obyektlərin təkrar aşkarlanması üçün yeni təfəkkür sistemlərini 
qurmaqdan  ibarətdir.  Deməli,  metodoloji  aspektlər  daima 
yüksəlməyə  doğru,  tərkibini  zənginləşdirməyə  doğru  davam 
edir. 
Bu 
baxımdan 
da 
sistemalogiyanın 
şaxələnməsi 
proseslərinin  ardıcıllığı  təmin  olunur.  Elm  burada  elə 
sistemalogiyanın 
(sistemalogiyanı 
da 
məntiqi 
təfəkkür 
əməliyyatları  səbəb  və  nəticə,  başlanğıc  və  son,  mahiyyət, 
forma və  zərurət  axtarmaqla  formalaşdırır) özü demək olur və 
sistemalogiyadan,  onun  tərkib  prosesləri  olan  qaydalara 
salmaqdan 
(təfəkkürdə), 
nizamlamaqdan 
və 
struktur 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə