Microsoft Word Insan huquqlari II kitab doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə49/56
tarix02.12.2017
ölçüsü2,86 Kb.
#13606
1   ...   45   46   47   48   49   50   51   52   ...   56

148 
 
xidmət  etməsi  üçün  dərketmənın  xassələrini  meydana  gətirir. 
Obyektivlik  real  imkanlara  söykənir,  real  vəziyyəti  və  real 
mümkün  gerçəklikləri,  aşkarlıqları  əks  etdirir.  Obyektivlik 
pozitivlikdə  öz  əksini  tapır.  Subyektivlik  də  pozitivliyə 
söykənir.  Hüququn  müsbət  mahiyyəti  həm  obyektiv,  həm  də 
subyektiv  yanaşmalarda  özünü  göstərir.  Müsbət  hərəkətlər 
yalnız  hüquqa  əsaslanır.  Subyektivlik  isə  bir  tərəfdən, 
obyektivlikdən meydana gəldiyinə görə, eləcə də obyektivliyin 
tərkibi  olduğundan,  müsbət  olmalıdır,  digər  tərəfdən, 
obyektivliyi yaratdığına görə pozitiv əsaslara söykənməlidir.  
Mövzuda  insan  hüquqları  qarşılıqlı  şərtləndirici  əsaslarla, 
kriteriyalarla dərk olunur; 
-insan  hüquqları  insanların  daxili  təbiətini  ifadə  edən  və 
insanların  maddi-mənəvi  aləmlə  təmaslarını  meydana  gətirən 
mənəvi  dəyərlərdən  ibarətdir.  Mənəvi  dəyərlər  müsbət  və 
faydalı olduğundan hüquqlar da müsbət və faydalıdır;  
-insan  hüquqlarının  sistemli  fəaliyyəti  insanların  sistemli 
münasibətlərindən və fəaliyyətlərindən asılıdır;  
-insan  hüquqlarının  dərk  olunmasında  obyekt  olaraq 
ontoloji  varlıq  kimi  insanların  özləri  və  onların  təbii  xassələri 
dayanır.  İnsan  öz  hərəkətlərinin  təbiiliyi  ilə  öz  hüquqlarının 
dərk olunmasını təmin edir. Hüquqların obyektiv və subyektiv 
mahiyyəti  insanların  təbii  xassələrinə  söykəndiyindən  dərk 
olunur ; 
-insan  hüquqlarının  dərk  olunmasında  nəzəri  sistemli 
təlimlər,  biliklər  mühüm  rol  oynayır  və  insan  qnoseoloji 
üsullarla və sistemalogiyaya müvafiq olaraq, həmçinin rasional 
və irrasional qaydalarla öz hüquqlarını dərk edir. Nəzəri fikirlər 
və  sistemli  şaxələnmə  məhz  insan  hüquqlarının  tərkibini 
genişləndirir,  mənasını  böyüdür.  Nəzəri  fikirlər  məhz  insan 
təfəkküründə öz hüquqlarına dair imperativ qaydaları meydana 
gətirir.  Hüquq  nəzəriyyələri  müxtəlif  istiqamətlərin,  baxışların 
əsasında dayanır; 


149 
 
-insan  hüquqları  öz  fərdi  zənginliyini  həm  də  universal 
hüquqlardan  ibarət  olan  sinergetik  vəhdətdən  götürür. 
Universal  hüquqların  tərkibi  olan  fərdi  hüquqlar  həm  də 
insanların  fərdi  olaraq  hüquqlarının  sərhədlənməsini  təmin 
edir.  İnsan  hüquqlarının  fərdi  tərkibi  kollektiv  münasibətlərdə 
daha da genişlənir; 
-insan  hüquqlarının  vertikal  və  horizontal  tərkibinin 
genişlənməsi  əsasən  fəlsəfi  kateqoriyalarla  müəyyən  olunur. 
Fəlsəfi  kateqoriyalar  burada  müəyyənetmə  funksiyasını  yerinə 
yetirir. Məkan, zaman,  gerçək imkanlar, tərkib, bütöv, zərurət, 
inkişaf  kimi  kriteriyalar  məhz  insan  hüquqlarının  əhatəli 
qaydada  dərk  olunmasına  əsaslanır.  İnsan  hüquqlarının 
universal  və  məxsusi  qaydada  dərk  olunmasında  məxsusi-
subyektivlik də böyük rol oynayır.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


150 
 
Ə
LAVƏ: 
 
Elmi -tədqiqatın metodoloji əsasları 
 
Hər  bir  obyekt  metodlarla  öyrənilir.  Metodlarla  ardıcıl 
öyrənmə 
mövzunu 
(predmeti) 
formalaşdırır. 
Metodlar 
öyrənmə  və  öyrədilmə  üsulları  olaraq  sistem  xarakterinə 
malikdir.  (Qeyd:  obyekt  öyrənilir,  öyrənildikcə  öyrənmə 
metodları  tətbiq  olunur.  Tətbiq  olunduqca  da  yeni  metodlar 
əmələ  gəlir.  Metodlar  burada  həm  öyrənir,  həm  də  obyekti 
öyrənəni  öyrədir.  Eləcə  də  metodların  tətbiqi  sayəsində 
meydana gələn bilikləri və üsuları digər öyrənənlər üçün tətbiq 
edir).  Hər  bir  obyektin  öyrənilməsi  proseslərinə  başlanılması 
sistemli  olaraq  ardıcıl  qaydada  metodların  tətbiqini  tələb  edir. 
Burada  proseslərin  özləri  də  müxtəlif  trayektoriylar  üzrə 
formalaşır.  Metodlarda  formulalar  (düsturlar),  modellər  tətbiq 
olunur.  Tək  istiqamətli  metodlarla  yanaşı  (bir  sahəni  öyrənə 
xüsusi  metodlar),  ayrı-ayrı  istiqamətləri  əhatə  edən  bə 
birləşdirən  qarışıq  metodlardan  da  istifadə  olunur.  Metodlar 
bütün hallarda sistemdaxili əlaqələri və sistemlərarası əlaqələri 
axtarır.  Burada  əlaqələrin  və  bağlılığın  xassələrinin  müəyyən 
olunması  məqsədlərə  çevrilir.  Metodlar  vəzifələri  müəyyən 
edir.  Vəzifələr  də  metodlarla  məqsədlərə  çatmanın  əsaslarını 
təşkil  edir.  Metodlarda  biliklər  tətbiq  olunur  və  bu  tətbiq 
sayəsində yeni biliklər qazanılır.  
Metodlar ümumi və məxsusi olmaqla iki hissəyə bölünür. 
Bütün  obyektlərin  öyrənilməsində  universal  metodlar  tətbiq 
olunur.  Məsələn,  tərkibin  öyrənilməsi  üçün  “tək”in  və 
“cəm”in  müəyyən  olunması,  xassələndirilməsi  (formalarının 
izah  edilməsi,  məzmunların  müəyyən  edilməsi)  elə  universal 
qaydanın  baza  istiqamətini  meydana  gətirir.  Material  aləmdə 
tərkib  bütövə  olan  kimyəvi-fiziki  tətbiqlər  sayəsində  öyrənilir. 
Burada ayrıma, məkanda xassələndirmə kimi müqayisəli idrak 
prosesləri (deduksiyaya  söykənən qavrama prosesləri və tətbiq 


151 
 
üsulları)  həyata  keçirilir.  Hər  bir  tərkib  hissəyə  də  elə  öz 
məkanında və tərkibində bütöv kimi baxılır. Ən kiçik bölünənə 
qədər  materiyada,  elementlərdə  bütöv-tək  və  tərkib  dialektik 
vəhdəti  mövcud  olur  və  xassələri  aydınlaşdırmaq  imkanları 
meydana  gəlir.  Tərkiblərin  əldə  edilməsi,  müəyyən  olunması 
və 
aşkarlanması 
müəyyən 
struktura, 
formaya 
kənar 
elementlərin  daxil  edilməsi  üsulları  da  tətbiq  olunur.  Bu  anda 
forma  dəyişikliyə,  məkan  və  tərkib  dəyişikliyinə  məruz  qalır. 
Bu  dəyişiklik  elə  əslində  tərkiblərdən  yeni  tərkiblərin  əldə 
edilməsi  prosesinə  səbəb  olur,  yəni  nəticə  yenə  də  dəyişikliyi 
meydana gətirir.  
İctimai  məsələlərdə  tərkiblər  də  bütövlə  birlikdə  dialektik 
(əlaqəli  vəhdət,  əlaqəli  istiqamət,  əlaqəli  məkan,  əlaqəli 
xüsusiyyət  -forma)  qaydada  öyrənilir.  Hər  bir  tərkib  öz 
məkanında  xassəsinə  görə  müəyyən  olunur,  əlamətləri  ilə 
aşkarlanır. Bir tərkibi əlamətləndirmək üçün onunla bağlı olan 
digər  əlamətverici  kriteriyalardan  istifadə  olunur.  Çünki 
əlamətlər  fərqləndirici  görünüşlərinə  görə  müəyyən  oluna 
bilirlər.  Tərkiblər  həm  də  müxtəlif  məkanlarda  yerdəyişmə 
edərkən  xassələri  ilə  müəyyən  olunur.  Tərkiblərin  məxsusi 
xassələri  onların  universal  xassələri  ilə,  yəni  sistemin 
tərkibində olan xassələri ilə birlikdə öyrənilir. Bu baxımdan da 
bütövün,  bir  neçə  tərkibin  birləşməsindən  meydana  gələn 
sistemin  xassələri  öyrənilir.  Onu  da  nəzərə  almaq  lazımdır  ki, 
sistemlilik və hərəkət hər bir məkanda mövcud olan elementlər 
toplusunda mövcud olur. Hərəkət olan yerdə xassə də mçövcud 
olmalıdır.  Bu  baxımdan  hər  bir  hərəkət  sisteminin  xassəsinə 
universal  əsaslarla  yanaşılır.  Yəni,  metodlar  bütün  hallarda 
tərkib axtardığına görə eynidir, oxşardır.  
Tərkiblər və bütövlər material aləmdə və şüurlarda, idrakda 
müəyyən  olunur.  Şüurun  bölgü  xüsusiyyətləri  elə  idrakın, 
qavramanın  tərkibini  əks  etdirir.  Məsələn,  insanlar  riyazi 
üsullarla  beyinlərində  tərkibləri  (hissələri)  və  bötüvü  yarada 
bilirlər.  Bütövü  parçalaya  bilirlər,  yeni  tərkib  hissələr  və 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə