Microsoft Word Insan huquqlari II kitab doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə51/56
tarix02.12.2017
ölçüsü2,86 Kb.
#13606
1   ...   48   49   50   51   52   53   54   55   56

155 
 
yaratmaqdan 
ibarət 
olur. 
Qavramanın 
konstruktiv 
xüsusiyyətləri faktları əlaqəli və izahlı şəkildə analiz etməkdən 
və yeni-yeni analiz nəticələrini meydana gətirməkdən ibarətdir. 
Konstruktivlik 
elə 
beyinin 
yaradıcı 
sistemləşdirici 
funksiyasıdır.  Konstruktivlik  aşkarlamanı  həyata  keçirir. 
Aşkarlama  da  mərhələ-mərhələ  həyata  keçirilir.  Fazalarla 
aşkaretmə sistemi mövzunu daxildən və kənardan genişləndirir 
və  mövzunun  başqa  mövzularla  daxili  və  xarici  əlaqəsini 
mərhələ-mərhələ axtarır və aydınlaşdırır.  
Metodologiya  metodlar  cəminin  ifadəsidir,  metodların  və 
obyektlərin 
öyrənilməsi 
kompleksidir. 
Metodologiyanın 
tərkibinin 
çoxçalarlı 
olması 
onun 
istiqamətlərinin 
və 
qruplaşmalarının 
çoxçalarlı 
olmasından 
irəli 
gəlir. 
Metodologiya  obyekti  öyrənən,  onun  nəticələrinin  faydasını 
qruplaşdıran,  təsnif  edən  idrak  metodlarının  öyrənilməsi 
haqqında  biliklərdir,  təlimlərdir.  Məntiqi  üsullar  idrak  üsulları 
olaraq  elə  metodoloji  üsullardır.  Bu  üsullar  elmi  meydana 
gətirir.  Onun  tərkib  obyektlərinin  daxilini  aşkar  edir.  (Qeyd: 
obyekti  idrak  məntiqi  üsullarla  qavrayır.  Burada  müşahidə, 
təcrübə  sayəsində  aşkarlama  və  müəyyənetmə  prosesləri 
ə
sasən  məntiqi  üsullarla  həyata  keçirilir.  Metodlar  obyektlər 
rolunda  çıxış  edən  hadisələrə,  faktlara,  fikirlərə  yanaşma 
üsullarıdır.  Metodlar  özləri  də  obyektləri  sahələr  üzrə 
öyrənməni  meydana  gətirir.  Qruplaşdırmaq,  təsnif  etmək, 
müqayisə  etmək, 
bu 
baxımdan 
səbəbləri, 
nəticələri, 
başlanğıcları  və  sonları,  eləcə  də  tərkibləri  müəyyən  etmək 
bütün 
metodologiyada 
ə
sas 
prinsipdir. 
Sistemlərin, 
strukturların  tərkibi  olan  elementləri  sistemlərdə  vertikal 
(zenit),  sağa  və  sola  doğru  horizontal  əsaslarla,  eləcə  də 
“kvadrat”,  “üçbucaq”,  “kub”  şəkilində  əlaqələr  qurmaqda 
ə
saslandırmaq  metodologiyanın  başlıca  məqsədidir.  Həndəsi 
təxəyyül  sistemlərin  formalarla  öyrənilməsinin  əsaslarını 
təşkil  edir).  Məntiqi  üsullar  araşdırma  və  nəticələrə  gəlmək 
yollarıdır.  Metodologiyanın  başlıca  funksiyası  sistemdəki 


156 
 
elementlər  arasında  olan  əlaqələrin  fəlsəfi  kateqoriylarala 
müəyyən  olunmasını  (aşkarlamanı)  təmin  etməkdən  ibarətdir. 
Sistemin  özünü  də  elə  məhz  həmin  elementlər  təşkil  edir. 
Metodologiyanın  başlıca  funksiyası  həm  də  yeni-yeni 
sistemləri  aşkarlamaqdan  ibarətdir.  Burada  bir  və  ya  da  bir 
neçə  sistemin  aşkarlanması  öz  ardınca  yeni-yeni  sistemləri 
aşkar  edir.  Bununla  da  yeni-yeni  elm  istiqamətlərinin 
formalaşdırılması 
əsas 
məqsəd 
kimi 
metodologiyanın 
qarşısında durur. Metodoloji sistemalogiyanın formalaşması isə 
vəzifələri  müəyyən  edir.  Vəzifələr  metodoloji  üsullarla 
müəyyən olunur.  
Elmin  mənimsənilməsi  və  aşkar  olunması  onunla  məşğul 
olan  tədqiqatçının  funksiyalarından,  sistemli  yanaşmasından, 
bu  baxımdan  da  qabil  olduğu  istedaddan,  bilik  və  savadlılıq 
səviyyəsindən,  uyğunluğu  dərk  etmək,  ziddiyyətləri  duymaq, 
obyektləri  düzgün  dəyərləndirmək  bacarığından  və  topladığı 
faktları  qruplaşdırmaq  bacarığından  və  düzgün  məntiqi 
mühakimələr  irəli  sürmək  və  məntiqi  –inandırıcı  və  rasional 
nəticələrə 
gəlməkdən 
asılıdır. 
Elm 
tədqiqatçının 
funksiyalarında,  fəaliyyətində  meydana  gəlir.  Tədqiqatçının 
funksiyası  onun  vəzifələrində,  məqsədlərində  özünü  büruzə 
verir.  Tədqiqatçı  sübutayetirmə  funksiyasını  elə  sübutlardan 
faktlardan  asılı  edir,  faktlara  bağlayır.  Ya  mövcud  faktları 
təsdiq  edir,  ya  da  yeni  faktları  aşkarlayır.  Ümumilikdə  isə 
faktların  xassələrini  öyrənir.  Sübutayetirmə  funksiyasının 
yerinə  yetirilməsi  isə  metodlarla-məntiqi  deduktiv  və  induktiv 
metodlarla,  həyata  keçirilir.  Sübutayetirmə  bir  proses  olaraq 
əsasən  nəticələrin,  gəlinmiş  qənaətlərin  sistemləşməsini, 
qruplaşmasını, təsnif olunmasını həyata keçirməkdən ibarətdir. 
Burada  isə  əlamətlərin  müqayisə  obyekti  olması  əsas  şərtə 
çevrilir. Müqayisə edərkən fəlsəfi kateqoriyalar əsas götürülür. 
Müqayisələr  zaman,  məkan,  tərkib,  təyinat  üsulları  və 
istiqamətləri və s. kriteriyalar üzərində qurulur.  


157 
 
Hər  bir  hadisə  və  fakt  təklikdə  və  qrup  şəkilində,  yəni 
ümumi  əlaqələrdə  öyrənilir.  Ümumiyyətlə  isə  tam  olaraq 
təklikdə və əlaqəsiz qaydada heç nə öyrənilə bilməz. Çünki hər 
şey  sistemdə  şərtlənir  və  cəmlənir.  Təkin  əlamətləri  sistemin 
əlamətlərindən,  eləcə  də  yanındakı  elementlərin  əlamətləri  ilə 
şərtlənir.  Bir  element  öz  tərkibini  başqa  elementlə  əlaqədə 
görür. Digər məkanlara keçid də digər sistemlərə keçidə səbəb 
olur. “Tək” həm mütləq, həm də nisbidir. “Tək” öz məkanında 
mütləq, bitişik məkanda isə həm mütləq, həm də nisbidir, yəni 
bitişik  məkanda  dəyişir.  Bu  dəyişmə  onun  forma  və 
məzmununda  da  özünü  göstərə  bilir.  Ola  da  bilər  ki,  tək  olan 
şey  məkan  dəyişməsi  zamanı  öz  tərkibini  tam  da  dəyişməsin. 
Məsələn,  “1”  ədədi  bir  nəzəri  idrakın  tərkibi  kimi  bütün 
məkanlarda  fikir  obyekti  və  vasitəsi  olaraq  eynidir.  Sözlər 
eynidir.  Məsələn,  “yaxşı”  və  “pis”,  “Mübət”  və  “mənfi”, 
həmçinin 
“neytral” 
sözləri 
bütün 
məkanlarda 
və 
münasibətlərdə  eyni  söz  olaraq  qalır.  Təfəkkür  sözlərdən 
istifadə  edərək  fərdi  və  ümumi  şəkildə  predmeti  və  obyekti 
dəyərləndirir.  Təkin  əlaməti  də  çoxluqda  bildirir.  Müqayisə 
obyektləri  olmadan  təki  müəyyən  etmək  də  çətindir, 
ümumiyyətlə  isə  mümkünsüzdür.  Tək  özünün  sağında  və 
solunda,  aşağısında  və  yuxarısında  olanlarla  bağlıdır.  Bu  da  o 
deməkdir  ki,  elm  bütövlükdə  “element”  və  “məkan” 
kateqoriyasına tabedir. Hər bir elementin, zərrəciyin öz məkanı 
mövcuddur.  “Zaman”  isə  burada  hadisələrə  bağlıdır  və  bu  da 
hadisələrdə  iştirak  edən  “qüvvə”  məsələsindən  asılıdır. 
“Kəmiyyət”  kateqoriyası  tərkibdən  və  elementlərin  məkan 
tutumundan asılıdır.   
Elm  hadisələri  obyekt  kimi  götürür.  Hadisələrin  baş 
verməsi  hadisələrdən  meydana  gəlir  və  hadisələrlə  də 
nəticələnir.  Bu  baxımdan  səbəb-  hadisə,  nəticə  -hadisə  olur. 
Səbəb  və  nəticə,  başlanğıc  və  son  adlanan  fəlsəfi 
kateqoriyaların burada nisbi olması, yəni, əlaqələndirici, keçici 
olması amili meydana gəlir.  


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə