Microsoft Word Investisiya f?aliyy?tini huquqi t?nziml?nm?si docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/57
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38174
1   ...   27   28   29   30   31   32   33   34   ...   57

bir tərəfdən, diplomatik müdafiənin həyata keçirilməsi zərurətini ifadə etməklə xaricilərin 
ə
mlak hüquqlarının müdafiəsini əsaslandırırsa, digər tərəfdən, qəbul edən, inkişafda olan 
dövlətin suverenliyini təsdiqləmişdir.  
 
2. Xarici investisiyaların milliləşdirilməsi 
və əldə olunmuş gəlirlərin sərbəst köçürülməsi problemi  
 
  Dövlətin  xarici  investisiyanı  milliləşdirmək  hüququ  beynəlxalq  hüququn  ən 
mübahisəli məsələlərindən bir olaraq qalmaqdadır. Milliləşdirmə müxtəlif ad və formada 
qəbul edilməkdədir. Beynəlxalq hüquq ədəbiyyatında milliləşdirməni bəzən ekspropriasiya 
ilə eyniləşdirirlər.  nvestisiya təminatları üzrə çoxtərəfli agentliyin təsis edilməsi haqqında 
1985-ci il Seul konvensiyasında qeyd olunur ki, səğorta ediləni qəbul edən dövlətdə xüsusi 
mülkiyyət  hüququndan  və  investisiya  fəaliyyətinin  nəticəsi  olan  gəlirlərdən  məhrum 
edəcək  hər  hansı  bir  qanunvericilik  hərəkəti  və  ya  hərəkətsizliyi  ekspropriasiya  kimi 
qiymətləndirilir. UNCTAD-ın sənədlərində milliləşdirmənin formaları kimi  
  - birbaşa milliləşdirmə; 
  - sənayenin müəyyən sahələrinin milliləşdirilməsi; 
  - xüsusi məqsədlər üçün yığımlar; 
  - sürünən (gizli) milliləşdirmə fərqləndirilir.  
  Hüquqi baxımından birbaşa milliləşdirmə məcburiyyət qarşısında ictimai təlabatdan 
irəli  gələrək  xarici  investorun  mülkiyyətinin  bütünlüklə  müsadirəsini  nəzərdə  tutur  və 
dövlətin  öz  iqtisadiyyatı  üzərində  nəzarəti  tam  ələ  alınması  zamanı  baş  verir.  Konkret 
sahələrin  birbaşa  milliləşdirməsi  iqtisadiyyatının  müəyyən  sahələrində  dövlət  inhisarının 
bəyan edildiyi zaman baş verir. Xüsusi məqsədlər üçün yığımlar isə, sənayenin müəyyən 
sahəsində tam inhisar fəaliyyəti həyata keçirən hüquqi şəxsə qarşı tətbiq olunan tədbirlər 
başa düşülür.  
  Bəzən  sinonim  kimi  istifadə  edilən  milliləşdirmənin  ekpropriasiyadan  fərqi  ondan 
ibarətdir ki, milliləşdirmə sənayenin konkret sahələrində aparılan və kütləvi milliləşdirmə 
zamanı isə kompensasiyanın ödənilməsi nəzərdə tutulmur.  
  Beynəlxalq  hüquq  ədəbiyyatında  xarici  mülkiyyət  hüququnun  məhdudlaşdırılması 
formaları üzrə konkret mövqe olmasa da, onları növbəti qaydada fərqləndirmək olar: 
  - milliləşdirmə xarici hüquqi və ya fiziki şəxsə məxsus olan əmlakın ictimai mənafe 
naminə götürülməsidir. Milliləşdirmə haqqında qərarı xüsusi dövlət orqanı qəbul edir. Ilk 
milliləşdirmə  faktı  qeyd  etdiyimiz  kimi  1938-ci  ildə  Siciliya  kralının  kükürd  istehsalı 
sahəsində dövlət inhisarının  yaradılmasına  təsadüf  edir.  Daha sonra  Çində  (1911),  Sovet 
Rusiyasında (1918), Meksikada (1938) və digər ölkələrdə tətbiq edilib.  
  -  rekvizisiya  məcburiyyət  qarşısında  əvəzi  ödənilməklə  xarici  mülkiyyətin 
müvəqqəti müsadirəsidir. Müsadirə səbəbi kimi fors-major halları çıxış edir.  
  -  konfiskasiya  cinayət  bə  ya  hüquqpozma  hallarında  sanksiya  kimi  tətbiq  olunan 
müsadirə formasıdır. O əsasən yerli və ya beynəlxalq arbitrajlar tərəfindən tətbiq olunur. 
nzibati və ya mülki hüquqi məhsuliyyət kimi də çıxış edə bilər.  
  -  ekspropriasiya  ictimai,  sosial,  iqtisadi,  mədəni  və  digər  zərurətdən  irəli  gələrək 
ə
vəzi tam, ədalətli və çevik qaydada ödənilməklə zarici mülkiyyətin müsadirəsini nəzərdə 
tutur.  lk  ekspropriasiya  hadisəsi  1928-ci  ildə  Polşa  hökuməti  tərəfindən  Çorzof 
sahəsindəki  alman  fabrikinin  müsadirəsi  olmuşdur.  Ekspropriasiya  qanuni  və  ya  qeyri-


qanuni  ola  bilər.  Qeyri-qanuni  ekspropriasiya  zamanı  götürülən  əmlakın  əvəzində  tam, 
ə
dalətli və adekvat kompensasiya verilmir.  
  Xarici  əmlakın  hüququnun  məhdudlaşdırılması  üzrə  fəaliyyətin  fərqləndirilməsi 
dövlətdaxili  qanunvericilik  üçün  də  xarakterikdir.  Xarici  investisiyaların  müdafiəsi 
haqqında Azərbaycan Respublikasının 1992-ci il Qanununda da milliləşdirmə təsbit edilib. 
Qanunun  XI  maddəsində  qeyd  olunur  ki,  Azərbaycan  Respublikasında  xarici  investisiya 
Azərbaycan  Respublikasının  xalqına  və  dövlət  mənafelərinə  zərər  vuran  müstəsna  hallar 
istisna 
olmaqla 
milliləşdirilmir. 
Milliləşdirmə 
haqqında 
qərarı 
Azərbaycan 
Respublikasının  Milli  Məclisi  qəbul  edir.  Təbii  fəlakət,  qəza,  epidemiya,  epizootiya  və 
fövqəladə xaraqter daşıyan bütün başqa hallar istisna olmaqla xarici investisiya rekvizisiya 
edilmir.  Rekvizisiya  haqqında  qərarı  Nazirlər  Kabineti  qəbul  edir.  Milliləşdirmə  və 
rekvizisiya  tədbirləri  tətbiq  edildikdə  milliləşdirilmiş  və  ya  rekvizisiya  olunmuş  əmlakın 
bu  tədbirlər  görüldüyü  vaxtakı  real  dəyərinə  uyğun  tam,  ədalətli,  adekvat  və 
gecikdirilmədən xarici valyuta ilə kompensasiyası ödənilir.  
  Beynəlxalq  iqtisadi  hüquqda  milliləşdirmənin  sürünən  və  gizli  formaları 
fərqləndirilir.  Milliləşdirmənin  gizli  formaları  dedikdə  dolayı  yola  xarici  investoru 
mülkiyyət hüququndan məhrum etmək başa düşülür. Vergilərin artırılması, qanunvericilik 
qaydalarının ağırlaşdırılması, idxal-ixrac məhdudiyyətlərinin qoyulması, inzibati əsaslarla 
qiymət  siyasətinin  tənzimlənməsi,  bank  hesablarına  həbs  qoyulmasi,  əmək  haqqının 
həddən  artıq  qaldırılması  tələbi,  kompaniyanın  idarə  heyətinin  yerli  menecerlərlə  əvəz 
olunması  və  s.  kimi  tədbirlər  milliləşdirmənin  sürünən  formasının  elementləri  kimi 
qiymətləndirilir.  
  Xarici  investisiyanın  qorunmasında  gəlirin  və  sərmayənin  sərbəst  formada 
repatriasiyası xarici investor üçün prinsipial məsələlərdən biridir. Buna görə kapital ixrac 
edən  dövlətlər  investisiya  fəaliyyətinin  nəticəsi  olan  gəlirlərin  sərbəst  formada 
köçürülməsinə  ciddi  zəmanət  tələb  edirlər.  Sərmayələrin  təşviqi  və  qarşılıqlı  forması 
haqqında müqavilələrdə bu məsələni tənzim edən xüsusi müddəalar təsbit edilir.  
  Azərbaycan  Respublikasının  Macarıstan  respublikası  ilə  2006-cı  il  Sərmayələrin 
təşviqi və qorunması haqqında Müqaviləsinin 6-cı maddəsində qeyd edilir: 
  1)  Razılığa  gələn  Tərəflər  sərmayələrə  və  gəlirlərə  dair  ödəmələrin  sərbəst 
köçürülməsinə  icazə  verəcəklər.  Köçürmələrin  sərbəst  dönərli  valyutada  və  heç  bir 
məhdudiyyət  və  ləngitmə  olmadan  sərmayə  qoymuş  tərəfin  qanunvericiliyinə  uyğun 
olaraq  həyata  keçiriləcək.  Belə  köçürmələr  xüsusi  halda,  lakin  istisna  olmamaqla 
aşağıdakıları nəzərdə tutacaqdır:  
  a) sərmayələri saxlamaq və artırmaq üçün kapital və əlavə məbləğlər; 
  b)  sərmayədən  əldə  edilən  pul  vəsaitləri  və  xüsusi  hada,  lakin  istisna  olmaqla 
mənfəət, faiz, kapital artımı, dividentlər, royaltilər və qonorarları daxil edən gəlirlər; 
  c) kreditlərin qaytarılması üşün vəsaitlər; 
  d) tam və ya qismən satışdan və ya sərmayələrin ləğv edilməsindən gələn gəlirlər; 
  e)  sərmayələri  qoyulmuş  tərəfin  qanunvericiliyinə  müvafiq  olaraq  sərmayələrlə 
bağlı xaricdə çalışan fiziki şəxslərin əmək və digər oxşar hüquqlarının gözlənilməsi; 
  f) zərərə və ekspropriasiyaya görə kompensasiyalar və s.  
  2)  Köçürmələr  hər  Tərəfin  qanunvericiliyinə  müvafiq  olaraq,  sərmayəçinin  bütün 
ə
laqədar maliyyə öhdəliklərinin icrasından sonra həyata keçiriləcəkdir.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə