Microsoft Word Investisiya f?aliyy?tini huquqi t?nziml?nm?si docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/57
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38174
1   ...   25   26   27   28   29   30   31   32   ...   57

Müvafiq  olaraq  bu  halda  xarici  birbaşa  investisiya  anlayışı  xidmət  və  idarəçilik 
müqavilələrini,  lisenziya,  hasilatın  pay  bölgüsü  sazişlərini  əhatə  edir  MIGA  tərəfindən 
investora  təminatın  verilməsi  üçün  qəbul  edən  dövlətin  investisiyaya  razılıq  verməsi 
məcburi tələblərdən biridir. Belə bir qayda MIGA ilə qəbul edən dövlət arasında anlaşma 
yaratmağa xidmət edir. 
MIGA-nın təminatının subyekti aşağıdakılar ola bilər: 
-  bir  neçə  vətəndaşlığı  olduğu  halda  qəbul  edən  dövlətin  vətəndaşı  olmayan  dıgər 
üzv-dövlətlərin vətəndaşları; 
-  hüquqi  şəxs  və  ya  onun  əsas  müəssisəsi  üzv-dövlətin  əraisində 
yerləşməli və ya 
formalaşdırılmalı  və  yaxud  da  həmin  hüquqi  şəxsin  kapitalının  əsas  hissəsi  üzv-
dövlətlə və ya  onun vətəndaşlarına məxsus olmalıdır, bir şərtlə ki, həmin üzv-dövlət qəbul 
edən dövlət olmasın. 
MIGA  investisiya  layihələrinin  keyfiyyət  xarakteristikasını,  inkişaf  üçün  zərurətini 
yoxladıqdan sonra qəbul edən dövlətin razılığı olduğu halda onlara təminat verir. Yoxlama 
zamanı  investisiya  layihələri  iqdisadi  baxımdan  əsaslandırılmalı  və  investisiyanı  qəbul 
edən  dövlətin  bəyan  etdiyi  qaydalara,  həmçinin  qəbul  edən  dövlətin  bəyan  etdiyi  inkişaf 
prioritetlərinə və məqsədlərinə uyğunluğu müəyyən edilməlidir. 
nvestisiya  layihəsini  qəbul  edən  dövlətin  iqtisadi  inkişafı  aspektindən 
qiymətləndirilməsi zamanı qəbul edən dövlətə çatacaq vergi və yığımların miqdarı, ixrac 
gəlirlərinin həcmi, yeni iş yerlərin açılması, sosial mədəni proqramların mövcudluğu və s. 
nəzərə alınır. 
Konvensiyada  MIGA  tərəfindən  sığortalanan  4  növ  qeyri-kommersiya  riski  qeyd 
olunur. Qeyri-kommersiya risklərinin növləri kimi 
- ekspropriasiya və ya anoloji tədbirlərdən; 
- hərbi və vətəndaş itaətsizliyindən; 
- valyutanın xaricə köçürülməsinin qeyri-mümkünlüyündən; 
- qəbul edən dövlətin özünün kontrakt öhdəliyini pozmasından təminat verilir. 
Konvensiyada investorun mülkiyyətinin götürülməsi (milliləşdirilməsi), həm də onun 
kapital  qoyluşundan  əldə  etdiyi  gəlirlərdən  məhrum  edilməsi  başa  düşülür.  Tədricən  və 
yaxud  da  sürünən  ekspropriasiya  qismində  verilmiş  lisenziyanın  müddətinin 
uzadılmasından  imtina  edilməsi,  sərbəst  idxal-ixrac  əməliyyatlarının  keçirilməsinin 
qarşısının  müxtəlif  vasitələrlə  alınması,  eyni  zamanda  dolayası  ilə  iqtisadi  maneələrin 
yaradılması qəbul edilir.  
MIGA-ya  pozulmuş  hüquqların  ödənilməsi  ilə  bağlı  müraciət  etmək  üçün  iki  şərtin 
olması vacibdir: 
-  iddia üçün müəyyən vaxtın keçməsi; 
-  investorla  təminatçının  (MIGA)  arasında  üçüncü  şəxsin,  investorun, 
kreditçinin 
təminatçıya müraciəti vacibdir. 
Kreditorun  təminatçıya  müraciəti  sonuncunun  dövlətə  qarşı  tələb  hüququ  ilə  çıxış 
etməsinə zəmin verir. 
kinci  kateqoriya  risklərə  siyasi  məqsədə  çatmaq  üçün  istənilən  hərbi  fəaliyyət 
(inqılablar,  vətəndaş  müharibəsi,  dövlət  çevrilişi  və  s.  analoji  tədbirlər)  aid  edilir.  Bu 
hərəkətlər bilavasitə investora qarşı yönəlməlidir. 


Növbəti kateqoriya  risk  əldə edilən gəlirin,  valyutanın xaricə köçürülməsinin qeyri-
mümkünlüyü  ilə  bağlıdır.  Qeyri-mümkünlük  bu  halda  qəbul  edən  dövlət  tərəfindən 
valyutanın  xaricə  çıxarılmasının  məhdudlaşdırılması  və  ya  qarşısının  alınması  həmçinin 
valyutanın  dəyişmə  kursunun  diskriminasiya  qaydasında  passiv  həyata  keçirilməsi  başa 
düşülür. 
Konvensiyada  qeyri-kommersiya  risklərinin  dördüncü  kateqoriyası  dövlətin  özünün 
müqavilə  (kontrakt)  öhdəliyini  yerinə  yetirməməsi  ilə  bağlıdır.  Bu  zaman  investor 
məhkəmə  və  müvafiq  arbitraj  proseduruna  müraciət  etməli,  müvafiq instansiyada  sığorta 
müqaviləsindı nəzərdə tutulan müddətdə qərar qəbul edilmədiyi və nəhayət qəbul edilmiş 
qərarın təmin edilməsi mümkün olmadığı halda investor təminatçıya müraciət edir. 
Sonuncu  risk  investora  məhkəmə-arbitraj  proseduruna  çıxış  hüququnun  təmin 
edilməsi  ilə  bağlıdır.  Digər  risklərdən  fərqli  olaraq  müqavilə  öhdəliyinin  yerinə 
yetirilməməsi üzrə tələb hüququndan istifadə etmək müəyyən çətinliklər yaradır.  lk öncə 
qəbul  edən  dövlətin  investorla  münasibətdə  hansı  funksiyada-de  juri  qestionis,  yoxsa  de 
juri  imperii 
qismində  çıxış  etməsi  müəyyən  etdilməlidir.  Birinci  halda,  siyasi  risk 
problemi aradan qalxır və qəbul edən dövlət xarici investora qarşı onun qeyri-qanuni və ya 
müqaviləyə uyğun olmayan hərəkətinə qarşı cavab tədbiri kimi müqavilə öhdəliyini yerinə 
yetirməyə bilər. Məhz sığorta edən bu halı müəyyən edilməlidir. Məsələ ondadır ki, qeyd 
olunan  halda  tərəflərin,  xüsusən  də,  investorun  arbitraj  baxışına  müraciət  hüququ  istisna 
edilmədiyinnən problem qeyri-kommersiya, siyasi risk aspekti kəsb etmir. Əgər investorun 
arbitraja  müraciət  hüquq  pozularsa,  həmçinin  bu  hüquq  təmin  edilərsə,  məhkəmə 
süründürməçiliyi baş verərsə, eləcə də sonuncu da təmin edilərsə lakin qəbul edilmiş qərar 
yerinə  yetirilməssə  bu  halda  siyasi  risk  yaranmış  olacaq.  Bu  anda  MIGA-nın  sığorta-
təminat  sistemi  ilə  düşür.  Ümumiyyətlə,  qeyd  etdiyimiz  sistemin  işə  düşməsi  üçün 
tərəflərin,  qəbul  edən  dövlətlə  xarici  investorun  qeyri-bərabər  hüquqi  vəziyyətdə  olması 
zəruridir.  
MIGA  özünün  öhdəliklərinin  sığortalamaq  praktikası  ilə  yanaşı,  investora  birgə  və 
yenidən sığorta xidmətlərini də təklif etməklə bütünlükdə verdiyi təminatları istənilən fors-
major halından qorunmaq siyasəti yürüdür. 
Yenidən  sığorta  institutu  bir  tərəfdən,  dəymiş  zərərin  ödənilməsinə  xidmət  edirsə 
digər tərəfdən isə, hər bir halda investoraların hərtərəfli təminatına yönəldiyindən, onların 
xarici kapital qoyuluşunda marağını artırır ki, bu da son nəticədə inkişafda olan ölkələrə 
investisiya axınını sürətləndirməyə kömək edir.  
MIGA-nın  sığortada  iştirak  etməsi  xüsusi  sığortaçıların  həmin  layihələrdə  iştirakını 
genişləndirir. 
Konvensiya  MIGA-ya  mübahisələrin həllində vasitəçilik  etmək  səlahiyyəti  də  verir. 
MIGA-nın  vasitəçilik  fəaliyyəti  əsasən  Təşkilat  tərəfindən  sığortalanmış  investisiyalarla 
bağlı  olur.  Üzv-dövlətlərlə  investorlar  arasında  bübahisələrin  həllində  MIGA  xüsusi 
aftoritetə malikdir. 
nvestisiya  mübahisələrinin  həllində  MIGA-nın  vasitəçilik  funksiyası  mühüm 
ə
həmiyyət  kəsb  edir.  Agentlik  fəaliyyət  göstərdiyi  dövrdə  yalnız  bir  dəfə,  2002-ci  ildə 
ndoneziyada  investorun  fəaliyyəti  dayandırıldığı  zaman  konpensasiya  ödəyib.  Lakin 
indoneziya hökuməti sonradan MIGA-ya dəymiş zərəri ödəməli olmuşdur. Digər hallarda 
MIGA  həmişə  mübahisələrin konstruktiv həllinə  nail  olub ki, bu da ona  yüksək  aftoritet 
qazandırıb. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə