Microsoft Word Investisiya f?aliyy?tini huquqi t?nziml?nm?si docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/57
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38174
1   ...   28   29   30   31   32   33   34   35   ...   57

  3)  Sazişin  məqsədləri  üçün  digər  razılaçmanın  olmadığı  təqdirdə  valyuta  kursu 
köçürməni  həyata  keçirən  maliyyə  institutu  tərəfindən  (sərmayəni  qəbul  edən  dövlətin 
qanunvericiliyinə  müvafiq  olaraq)  ümumilikdə  istifadə  edilən  və  dərc  edilən  kurs  kimi 
müəyyən edilir.  
  nvestisiya  sahəsində  bağlanan  müqavilələrdə  pul  köçürmələrini  nizama  salan 
müxtəlif mexanizmlərdən istifadə edilir: 
  -  investisiya  fəaliyyətin  nəticəsində  əldə  olunmuş  gəlirlərin  beynəlxalq 
müqavilələrdə nəzərdə tutulmuş qaydada maneəsiz, gecikdirilmədən və dönərli valyutada 
köçürülməsini təmin edən müqavilələr; 
  -    pul  köçürmələrinin  milli  qanunvericiliklə  nizama  salanmasını  nəzərdə  tutan 
müqavilələr; 
  -  bu  münasibətlərin  nizama  salınmasında  istinad  ediləcək  hüququ  göstərməyən 
müqavilələr; 
  Beynəlxalq  müqavilələrdə  fərqli  nizamasalma  metodunun  tətbiqi  dövlətin  maddi, 
maliyyə vəsaitinə nəzarəti əldə saxlamaq istəyi ilə bağlıdır. 
 
3.  nvestisiyanın anlayışı 
və konseptual fərqin bynəlxalq hüquqi əsası 
 
  Xarici  investisiya,  kapital  qoyuluşu  kateqoriyalarının  aşıqlanması,  ilk  növbədə, 
investisiya  termininin  mahiyyət  və  məzmununu  nədən  ibarət  olduğunun  araşdırılması 
zərurətini  yaradır.  nvestisiya  –  “invstment”  –  ingilis  dilində  kapital  qoyuluşu  mənasını 
ifadə edir.   
  Beynəlxalq  hüquq  ədəbiyyatında  xarici  investisiya  fəaliyyəti  C.Şvarsenberqer,  E. 
Nouququ,  V.  Belikjan  və  d.  müəlliflər  tərəfindən  “investisiya”,  “kapital  qoyuluşu”, 
“birbaşa  investisiya”,  “portfel  investisiya”  və  d.  terminlərin  məzmun  və  mahiyyəti 
istiqamətində  geniş  təhlil  edilmişdir.  C.Şvamberqer  xarici  investisiyalara  orta  və  uzun 
müddətli  kredit  və  borclar,  idxal  üçün  nəzərdə  tutulan  avadanlıq  və  xidmət,  həmçinin 
istənilən əmlak, o cümlədən xaricdə şəxsin birbaşa və dolayısı ilə malik olduğu istənilən 
hüquq  və  maraqlarını  aid  edilir.  C.  Şvarsenberq  investisiya  üçün  ümumi  xaraqterik 
xüsusiyyət  kimi  onun  əmlak  kateqoriyasına  aid  olmasını  və  əmlak  ilə  sinonim  təşkil 
etməsini qeyd edir.  
  Xarici  investisiyanın  əmlak  kateqoriyası  kimi  ifadə  edilməsi  investorun  əmlak 
hüquqlarının  mütləq  hüquqi  müdafiəsi  konsepsiyasını  şərtləndirir.  Bu  halda  xarici 
investisiyaların  hər  hansı  bir  ekspropriasiayaya  məruz  qalması  və  yaxud  da  belə  tədbir 
olarsa,  “Hall  formulasına”  uyğun  olaraq  kompensasiya  ilə  müşayət  olunması  nəzərdə 
tutulur  (186).  Əmlak  hüquqlarının  məhdudlaşdırılması  beynəlxalq  hüquqi  əsasa  malik 
olmalıdır.  nsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında 1950-ci il Avropa 
konvensiyasının  1  saylı  1952-ci  il  Protokolunun  1-ci  maddəsində  qeyd  edilir  ki,  hər  bir 
fiziki və hüquqi şəxs özünün mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. 
Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri 
ilə nəzərdə tutulan şərtlər istisna olmaqla özünün əmlakından məhrum edilə bilməz.  
Ə
mlak  hüquqları  beynəlxalq  hüquqla  və  qanunla  yalnız  “ictimai  maraq”  naminə 
məhdudlaşdırıla bilər. Qeyd edilən qayda milliləşdirmənin əsas şərti olmaqla investisiyanı 
əş
ya-hüquq məzmunundan, fundamental insan hüquqları məzmununa transformasiya edir.  


  Beynəlxalq hüquq ədəbiyyatında xarici investisiyaların əmlak kateqoriyalarına daxil 
edilməsilə yanaşı onların formaları da fərqləndirilir. Beynəlxalq təcrübəni tədqiq edərək E. 
Nouququ  qeyd  edir  ki,  xarici  investisiya  qoyuluşu  əsasın  birbaşa  investisiya  formasında 
həyata  keçirilir.  Birbaşa  və  portfel  investisiyalar  müəssisələr  üzərində  həyata  keçirilən 
nəzarət  mexanizmi  ilə  fərqləndirilir.  Protfel  investisiyalardan  fərqli  olaraq  birbaşa 
investisiyalar xarici kompaniyaların filiallarına ümumi və hərtərəfli kommersiya nəzarətini 
nəzərdə tutur.  
  A.  Q.  Boqatıryev  investisiyaların  əmlak  xaraqterinin  prinsipial  əhəmiyyətini 
vurğulayaraq  qeyd  edir  ki,  xarici  investisiya  bir  dövlətin  ərazisindən  çıxarılaraq  digər 
dövlətin  ərazisində  müəssisələrə  (işə)  qoyulan  müxtəlif  forma  və  növlərdə  olan 
mülkiyyətdir. 
  Xarici  investisiyalar  üçün  nəzərdə  tutulan  imtiyazlı  rejim,  qanunvericiliyin 
dəyişilməzliyindən təminat uzunmüddətli inkişafı təşviq etməlidir. Xarici investorlar üçün 
kommersiya marağı uzunmüddətli inkişaf layihələrinin realizəsinə yönəlməklə sosial fayda 
məzmununa malik olmalıdır.  
  Müasir  beynəlxalq  təcrübədə  xarici  investisiyaların  anlayışı  geniş  məzmunda 
müəyyən edilməklə, onların kommersiya, sahibkarıq xaraqteri ifadə edilir. Eyni zamanda 
xaricdən  gələn  əmlak  dəyərlərinin  hamısı  xarici  investisiya  kimi  qəbul  edilmir.  Xüsusən 
də,  qısamüddətli  kommersiay  kreditləri,  məqsədli  olmayan  dövlət  borcları,  sponsor 
daxilolmaları və d. oxşar xarici mənşəli vasitələr xarici investisiya kimi qəbul edilmir və 
müvafiq olaraq həmin resuslar xarici investisiya fəaliyyətini tənzim edən qanunvericiliyin 
güzəşt və imtiyazlarına malik ola bilməz. 
  Beynəlxalq  hüquqda  investisiyanın  daha  konkret  və  geniş  anlayışı  Enerji 
Xartiyasına  Müqavilə  üçün  xaraqterikdir.  Müqavilənin  1  (6)  maddəsində  investisiya 
anlayışına  əşya  və  qeyri-əşya,  həmçinin  istənilən  əmlak  hüquqları,  pul  vəsaitləri  və 
kontrakt  öhdəliyinin  yerinə  yetirilməsi  üzrə  tələb  hüququ,  kapital  qoyuluşundan  əlavə 
edilən  gəlir,  həmçinin  qanuna  və  ya  kontrakta,  eləcə  də,  istənilən  lisenziya  və  icazəyə 
uyğun  verilmiş  istənilən  hüquq  aid  edilir.  Kontrakt  və  lisenziyalar  investisiya 
kateqoriyasına  aid  edilməklə  onlara  öhdəlik  mənbəsi  kimi  deyil,  əmlak  və  ya  aktiv  kimi 
baxılır. Beynəlxalq investisiya hüququnda bərqərar olmuş bu konsepsiyanın əsası ümumi 
hüquq sistemli ölkələrin (o cümlədən ABŞ-ın) qnunvericilik təcrübəsinə təsadüf edir 
 
nvestisiya  təminatları  üzrə  çoxtərəfli  Agentliyin  təsis  edilməsi  haqqında  Seul 
Konvensiya  Agentliyin  sığorta  mexanizminə  düşən  investisiyaları  növbəti  qaydada 
təsnifləndirir. Birbaşa kapital qoyuluşu qismində səhm əldə etməklə müxtəlif formalı orta 
və  uzunmüddətli  investisiyalar  qəbul  edilir.  Birbaşa  kapital  qoyuluşunun  meyarları 
Agentliyin  Direktorlar  Şurasının  baxışına  əsasən  müəyyən  edilir.  Direktorlar  Şurası 
birbaşa kapital qoyuluşunun yeni formaları kimi servis, idarəetmə müqavilələrini, franşiza 
sazişlərini, lisenziya, maliyyə icazəsi (lizinq) haqqında müqavilələri, hasilatın pay böldüsü 
sazişlərini fərqləndirir.  
  Beynəlxalq  invüstisiya  fəaliyyətinin  səmərəli  tənzimlənməsi  baxımından 
dövlətdaxili  investisiya  investisiya  qanunvürisiliyi  də  müvafiq  investisiya  formalarını 
təsbit  etməlidir.  Xarici  investisiya  anlayışının  dəqiqləşdirilməsi  bir  neçə  aspektdə  xüsusi 
ə
həmiyyət kəsb edir: 
  - xarici investisiyaların və xarici investisiyalı müəssisələrdə çalışan əcnəbi işçilərin 
gömrük rüsumlarında azad edilməsi; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə