Microsoft Word Investisiya f?aliyy?tini huquqi t?nziml?nm?si docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/57
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38174
1   ...   26   27   28   29   30   31   32   33   ...   57

VIII FƏS L.  XARICI   NVEST S YA FƏAL YYƏT N N 
HÜQUQU  REJ M  
 
 
  1. Xarici investisiyaların beynəlxalq hüquqi tənzimlənməsinin inkişaf mərh 
2.  Xarici  investisiyaların  milliləşdirilməsi  və  əldə  olunmuş  gəlirlərin  sərb    
köçürülməsi problemi 
3.  nvestisiyanın anlayışı və konseptual fərqin beynəlxalq hüquqi əsası 
4. Beynəlxalq investisiya hüququnun prinsip və mənbələri 
 
1. Xarici investisiyaların beynəlxalq hüquqi tənzimlən- 
məsinin inkişaf mərhələləri 
 
  Hər  bir  kapital  müəyyən  bir  ərazidə  öz  inkişafının  ən  yüksək  həddinə  çatdıqda  o, 
yeni, daha geniş dövriyyə və iqtisadi effektivlik vəd edən xarici ərazilərə meyl edir. Xarici 
ə
razidə isə kapitalın və yaxud da investisiyanın bir sıra problemləri meydana gəlir. Xarici 
investisiya  münasibətləri  üçün  xaraqterik  xüsusiyyət  kimi  kapitalın  transsərhəd  hərəkəti 
prosesində onun ərazisindən kənara çıxması xarici yurisdiksiyada təminatlandırmanı tələb 
edirdi.  
  nvestisiya  münasibətlərinin  tarixinin  tətbiqi,  onun  inkişafının  öyrənilməsi 
investisiyanın beynəlxalq hüquqi tənzimlənməsi baxımından üxsusi əhəmiyyətə malikdir. 
Xüsusən  də,  xarici  investisiyaya  daha  çox  zərurat  duyan,  inkişafda  olan  dövlətlər  bu 
sahədə  öz  siyasətlərini  qurarkən  investisiya  münasibətlərinin  tarixi  inkişafının  ciddi 
araşdırılmasına xüsusi diqqət verirlər. 
  Xarici investisiya münasibətlərinin təzahürü XII əsr Avropa ölkələrinin (Florensiya, 
Genuya,  Venesiya  və  s.)  şəhər  dövlətlərinə  təsadüf  edir.  Bank  kapitalının  hərəkəti  və 
ticarət  münasibətlərinin  inkişafı  kifayət  qədər  riskli  bir  fəaliyyətolsa  dagəlirli  sahə  idi. 
Xarici  investisiya  münasibətlərinin  növbəti  inkişaf  mərhələsi  dəniz  ticarətinin,  yeni 
maliyyə  mühasibat  sisteminin,  yeni  səhimdarlar  cəmiyyətinin,  portfel  investisiya 
fəaliyyətinin  çiçəklənməsi  dövrünə  (xüsusən  də,  XV-XVII  əsrlərə)  təsadüf  edir. 
Müəssisələrin səhimdar cəmiyyətinə çevrilməsi də bu zaman baş verir. Metropoliyanın iri 
ticarət  kompaniyaları  tədricən  mənsub  olduğu  dövlətin  siyasi  rejimini  müstəmləkələrə 
“gətirməyə”  başlayırlar.  Qəbul  edən  asılı  ölkələrin  qanunverici  orqanlarına  təsir  etməklə 
daha əlverişli, imtiyazlı investisiya rejimləri əldə edirlər. Müstəmləkələr xarici investorlər 
üçün  kifayət  qədər  təminat  verdikləri  üçün  bu  zaman  xarici  investisiyaların  müdafiəsini 
nəzərdə  tutacaq  müstəqil  təminat  sisteminə  də  zərurət  yox  idi.  Əksinə,  müstəmləkə 
asılılığında  olmayan  və  müstəqil investisiya  siyasəti  yürüdən dövlətlərə  kapital qoyuluşu 
zamanı  investorun  mənsub  olduğu  dövlət  investoru  qeyri-kommersiya  riskləri  ilə  bağlı 
daha geniş investisiya fəaliyyətindən çəkindirirdi. Məhz problemin bu aspekti investisiya 
fəaliyyətinin beynəlxalq hüquqi tənzimlənməsi zərurəti ideyasın. 
lk  növbədə,  dövlətlərarsı  ikirətəfli  beynəlxalq  müqavilələrlə  xarici  investisiya 
fəaliyyətinin  prinsipləri,  normaları  müəyyən  edilirdisə,  daha  sonra  investorla  qəbul  edən 
dövlət  arasında  “konsessiya”  sazişləri  institutu  formalaşdırılır.  Daha  erkən  beynəlxalq 
müqavilələrlə (məsələn, Çin-Böyük Britaniya (1842), Çin-Fransa (1844), Çin-ABŞ (1844) 
və  s.)  dağ-mədən,  təbii  resusların  hasilatı  sferasında  konsessiya  fəaliyyətinin  prinsipləri 


müəyyən edilirdi. Xarici investisiyanın prinsipləri hələ 1815-ci il Vyana konqresi zamanı 
Avropa ölkələri və ABŞ tərəfindən hazırlanmağa başlanmışdır. Xarici təbəələrə və onların 
mülkiyyətinə  münasibətdə  beynəlxalq  minimal  standartların  müəyyən  edilməsi  və  qəbul 
edən  dövlətlər  tərəfindən  həmin  standartların  formalaşdırdığı  konsessiya  kontraktlarının 
qeyd-şərtsiz  gözlənilməsi  tələb  edilirdi.  Bu  zaman  qəbul  edən  dövlətin  məsuliyyəti 
konsepsiyası  xarici  investisiyalar  üçün  təminatlı  rejimi  nəzərdə  tutur  və  tədricən 
“Sivilizasiyalığın  beynəlxalq  minimal  standartı”  prinsipi  formalaşır  (46,  47).  Prinsipin 
formalaşmasını  sürətləndirən  həlledici  amillərdən  biri  kimi  xarici  kapitalın 
milliləşdirilməsi  olur.  lk  belə  tədbir  1838-ci  ildə  Siciliya  kralı  tərəfindən  ingilis 
konsessiyalarının  milliləşdirilməsi  olmuşdur.  Müvafiq  prinsip  üçün  qəbul  edən  dövlətin 
qanunlarına  hörmət,  beynəlxalq  hüquqa  uyğun  milliləşdirmə,  qanunçuluq,  yerli  hüquqi 
müdafiə  vasitələrinin  tətbiqi  və  s.  kimi  standartlar  fərqləndirilir.  XIX  əsrin  sonlarından 
müvafiq  konsepsiyaya  əks  olan,  yeni  bir  konsepsiya  meydana  gəlir.  Argentinalı 
hüquqşünas  Kalvonun  (1822-1906)  adı  ilə  bağlı  meydana  gələn  doktirinaya  görə  qəbul 
edən dövlət xarici şəxslərə özünün vətəndaşlarının malik olduğu rejimdən artıq hüquqlar 
verməyə  borclu  deyil.  Qeyd  olunur  ki,  qəbul  edən  dövlətin  kommersiya  dövriyyəsində 
iştirak edən qeyri-rezidentlər rezidentlərin malik olduğu analoji hüquları almaq hüququna 
malikdirlər,  amma  bundan  artıq  hüquqi  müdafiə  tələb  etmək  hüququna  malik  deyillər. 
Kalvo  doktirinası  beynəlxalq  minimal  standartların  əvəzinə  milli  standartın  anlayışını 
qəbul  edir  və  investisiya  fəaliyyətindən  yaranan  mübahisələrin  də  dövlətdaxili 
qanunvericilik əsasında milli məhkəmələr tərəfindən həll edilməli olduğunu, eyni zamanda 
vətəndaş  müharibələri  və  hərbi  çaxnaşmalarla  əlaqədar  xarici  əmlaka  dəyən  zərərə  görə 
dövlətin məhsuliyyət daşımasını bəyan edilirdi.  
  Beynəlxalq  minimal  standart  formulası  XX  əsrin  30-cu  illərinin  sonunda  Meksika 
hökuməti  tərəfindən  amerika  kompaniyalarının  da  daxil  olduğu  konsessiyaları 
milliləşdirilməkdən  sonra  yeni  məzmun  kəsb  edir.  ABŞ  dövlət  katibi  Kordell  Hall 
Meksika  hökumətindən  “çevik,  tam  və  ədalətli”  kompensasiyanın  verilməsini  tələb  edir. 
Sonradan  müvafiq  qayda  “Hall  formulası”  kimi  beynəlxalq  investisiya  hüququnda 
prinsipin  formasında  ifadə  edilir.  Əgər  kalvo  doktirinası  inkişafda  olan  dövlətlərin 
maraqlarının təminatına yönəlidrisə, Hall formulası isə inkişaf etmiş dövlətlərin xaricdəki 
kapital maraqlarının qorunmasını nəzərdə tuturdu.  
  Xarici investisiya münasibətlərinin beynəlxalq hüquqi tənzimlənməsi istiqamətində 
növbəti  mərhələ  XX  əsrin  30-cu  illərində  Millətlər  Liqasına  təsadüf  edir.  stər  Millətlər 
Liqası, istərsə də 1930-cu ildə beynəlxalq xüsusi hüququn məcəllələşdirilməsi üzrə Haaqa 
konfranslarında  da  xaricilərin  əmlakına  vurulan  zərərə  görə  dövlətlərin  məhsuliyyəti 
haqqında  məsələyə  baxılsa  da,  həmin  konfranslarda  da  nəticə  lədə  edilməmişdi.  Bu 
istiqamətdə  konsepsiyaların  hazırlanması  ayrı-ayrı  inkişaf  etmiş  dövlətlər  üçün  də 
xaraqterik olmuşdur.  Xüsusən də, 1030-cu  ildə  Harvard  univerisetində  (ABŞ)  hazırlanan 
xaricilərin  əmlakına  vurulan  zərərə  görə  dövlətlərin  məhsuliyyəti  haqqında  konvensiya 
layihəsini  qeyd  etmək  olar.  ABŞ-ın  bu  sahədəki  fəaliyyəti  II  Dünya  müharibəsindən 
sonrakı dövrdə daha da genişlənir və Avropanın bərpası istiqamətində “Marşal planının” 
tərkib hissəsi kimi siyasi risklərin sığortalanması ideyası irəli sürülür.  
  Siyasi  risklərin  beynəlxalq  müqavilə  əsaslı  təminat  sisteminin  yaradılmasına  kimi 
dövlətlərin  fərqli  mövqeyini  əsas  götürən  BMT  Beynəlxalq  Məhkəməsi  1970-ci  ildə 
özünün  “Barcelona  Traction  Light  and  Power  Company  Limited  Belgium  Spaik”  işində 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə