Microsoft Word Investisiya f?aliyy?tini huquqi t?nziml?nm?si docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/57
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38174
1   ...   23   24   25   26   27   28   29   30   ...   57

müvafiq  olaraq  investora,  o  cümlədən  xarici  investora  dəymiş  zərərinin  əvəzinin 
ödənilməsi mexanizmi təminat üçün hüquqi əsas yaradır. 
Müvafiq  prinsip  AR-in  neft  kontraktlarında  tərəflərin  hüquq  və  vəzifələrinin,  ilk 
növbədə,  hökumət  təminatlarının  əsasını  təşkil  edir.  Abşeron  dəniz  blokunun  kəşfiyyatı, 
işlənməsi  və  hasilatın  pay  bölgüsü  haqqında  Şevron  şirkətilə  ARDNŞ  arasında  1997-ci 
ildə bağlanmış Sazişdə qeyd edilir ki, Podratçı tərəflərin heç bir hüquqların mənafeyə və  
ə
mlakı  AR-in  hər  hansı  hakimiyət  orqanlarının  hər  hansı  hərəkətləri  nəticəsində 
ekspropriasiyaya,  milliləşdirməyə  və  ya  başqa  şəkildə  özgəninkiləşdirilməyəcəyinə 
təminat  verilir.  Lakin  “Təminat”  müddəalarına  baxmayaraq,  Podratçı  tərəfin  hər  hansı 
hüquqları,  mənafeləri  və  əmlakı  ekspropriasiya  edilərsə,  milliləşdirilərsə  və  ya  başqa 
şə
kildə  özgəninkiləşdirilərsə,  hökumətin,  əlverişli  konyuktura  şəraitində  əqdlə  maraqlı 
olan  alıcının  və  satıcının  mövcudluğu  şəraitində  nəqd  pulun  diskontlaşdırılmış  axınları 
metodunu  tətbiq  edərək  Podratçıya  müəyyən  edilmiş  tam  bazar  dəyərilə,  dollarla,  tam 
həcmdə,  dərhal  kompensasiya  verilməsini  təmin  edəcəyinə  Podratçı  tərəfin  göstərilən 
hüquqlarının,  mənafelərinin  və  əmlakının  tam  bazar  dəyərini  qiymətləndirmək  üçün 
mötəbər  beynəlxalq  nüfuza  malik  investisiya  bankını,  arbitraj  məhkəməsini  təyin 
edəcəyinə və s. təminat verir (Əlavə 5, m.1(e)). 
Xarici  investisiyalarının  müdafiəsi  yalnız  ekspropriasiya,  milliləşdirmə  ilə  bağlı 
məhdudlaşmır.  Həmçinin  qanunvericiliyin  dəyişilməzliyindən  (Kontraktın  23.2-ci 
maddəsi), valyutanın xaricə çıxarılmasından (192), hasilata sərəncam hüququ (m.19) və s. 
təminatlar da kontraktlarda əks etdirilib. 
 
4.  nvestisiya münasibətlərinin  
Dünya Ticarət Təşkilatı çərçivəsində 
beynəlxalq hüquqi tənzimlənməsi 
 
Xarici investisiyaların universal qaydad tənzimlənməsi GATT-ın Uruqvay (1986 
1994)  raunduna  təsadüf  edir.  Hərgah  xarici  kapital  qoyuluşunun  müxtəlif 
aspektlərinə, o cümlədən xarici investisiyaların maliyyə aspektlərinə Beynəlxalq Valyuta 
Fondunun təsis Sazişində (m.IV.b.3), ticarət aspektinə Tariflər və Ticarət üzrə Baş Sazişdə 
(GATT) münasibət ifadə edilib. Mübahisələrin həlli qaydaları, investisiya təhlükəsizliyi və 
qeyri-kommersiya  risklərinin  sığorta  mexanizmiləri  də  müxtəlif  vaxtlarda  universal 
qaydada  beynəlxalq  hüquqi  tənzimetmənin  predmetinə  daxil  edilmişdir.  Belə  ki,  1965-ci 
ildə  Dövlətlə  digər  dövlətin  şəxsləri  arasında  investisiya  mübahisələrinin  həlli  qaydaları 
haqqında  Vaşinqton  Konvensiyası  nvestisiya  Mübahisələrinin  həlli  üzre  Mərkəzi  təsis 
etmişdirs 
, bir qədər sonra 1985-ci ildə  nvestisiya təminatları üzrə çoxtərəfli Agentliyin təsis 
edilməsi  haqqında  Suel  Konvensiyasının  qəbulu  problemin  həllində  yeni  bir  mərhələnin 
başlanğıcını  qoymuşdur  .  Bilavasitə  investisiya  fəaliyyəti,  investisiyaların  daxilolma 
mexanizmi və diger bu kimi məsələlər müxtəlif səbəblərdən universal beynəlxalq hüquqi 
tənzimetmənin  obyektinə  daxil  edilməmişdir.  Yalniz,  Uruqvay  raundu  ilk  dəfə  bu 
məsələyə  müəyyən  bir  münasibət  bildirir.  Belə  ki,  digər  sazişlərlə  yanaşı  Xidmətlərlə 
ticarət  üzrə  Baş  Saziş  (GATS),  Investisiya  tədbirlərinin  ticarət  aspektləri  üzrə  Saziş 
(TRIMS) və Əqli mülkiyyətin ticarət aspektləri üzrə Saziş (TRIPS) qəbul edilir. Özünün 


məhdud  xarakterinə  baxmayaraq  TRIMS  bilavasitə  xarici  investisiya  qoyuluşunu  tənzim 
edən sənəd kimi qəbul edilməkdədir.  
   
 
   
BMT-nin  Havana  Ticarət  və  məşğulluq  üzrə  konfıransında  hazırlanan,  lakin 
hüquqi  qüvvəyə  minməyən  Beynəlxalq  Ticarət  Təşkilatının  Nizamnaməsinin  III  fəslində 
qeyd edilir ki, iştirakçı dövlətlər istər dövlət, istərsə də xüsusi beynəlxalq investisiyaların 
iqdisadi  inkişafın  yüksəldilməsində  əhəmiyyətini  qəbul  edərək  beynəlxalq  kapitalın 
fəaliyyətini  iqdisadi  baxımdan  stimullaşdırmaq  marağındadırlar.  ştirakçı  dövlətlər 
mövcud beynəlxalq sazişlərə riayət etməklə: 
          -  xarici  investisiyaların  dövlətlərin  daxili  işinə  qarışmaq  vasitəsi  olmaması 
üçün müvafiq tədbirlər görmək; 
- investisiyaların mümkün şərtlərini və həcmini müəyyən etmək; 
-  mövcud və gələcək  investisiyalara  münasibətdə  konkret hüquqi tələb və qaydaları 
müəyyən etmək və s. səlahiyyətində olduqlarını bəyan edirlər. 
Beynəlxalq  Ticarət  Təşkilatının  yaradılmasında  məqsəd  Beynəlxalq  Valyuta  Fondu 
və Beynəlxalq Yenidənqurma və  nkişaf Bankının ardınca beynəlxalq ticarət və investisiya 
münasibətlərinin  davamlı  tənzimlənməsini  təmin  etmək  təşkil  edirdi.  Bu  məqsəd 
Beynəlxalq Ticarət Təşkilatının Nizamnaməsində də təsbit edilmişdi. Bir qisim dövlətlərin 
maraqlarına cavab verməyən müvafiq layihə qəbul edilməsə də, problemin həllinə qismən 
də olsa, nail olmaq məqsədi ilə GATT qəbul edilir  
Xarici  investisiyaların,  o  cümlədən,  transmilli  korporsiyaların  fəaliyyətinin 
tənzimlənməsi,  həmçinin  onlara  nəzarət,  bir  qayda  olaraq  dövlətdaxili  qanunuvericiliklə 
təmin  edilirdi.  GATT-ın  qəbul  edilməsi  yalnız  ticarət  münasibətlərinə  deyil,  beynəlxalq 
investisiya  münasibətlərinin də hüquqi tənzimlənməsinə təsir  etmiş  olur.  GATT-ın qəbul 
edilməsi  problemin  universal  qaydada  beynəlxalq  hüquqi  tənzimlənməsinin  başlanğıcını 
qoyur. Məlum olduğu kimi, GATT iştirakçı dövlətlərə ticarət münasibətlərində yalnız tarif 
tənzimlənməsindən istifadə etməyə icazə verir. Şübhəsiz ki, investisitya münasibətlərinin 
kompleks tənzimlənməsi GATT çərçivəsində mümkün deyildi. GATT müddəaları müasir 
beybəlxalq  ticarət  münasibətlərində  yalnız  qarşılıqlı  tarif  məhdudlaşdırılmasına 
ə
saslandığından, bilavasitə xarici investisiyaları tənzim edə bilməzdi. Bunu nəzərə alaraq, 
ancaq  çoxtərəfli  ticarət  danışıqlarının  Uruqvay  raundunda  bu  məsələ  yeni  məzmunda 
gündəliyə gətirilir. TRIMS-in bir sıra məsələləri qeyri-müəyyən olaraq qalmaqdadır. 
Qəbul  edilmiş  Sazişin  ticarət  aspektli  “investisiya  tədbirlərinin”  anlayışı  da  qeyri-
müəyyənlik  yaradır.  Professor  A.Fatouros  yazırdı  ki,  çətin  təsəvvür  etmək  olur  ki, 
investisiyaya  aid  hansısa  tədbirlər  hər  hansı  bir  formada  ticarətə  aid  olmasın.  Onlar,  bir 
qayda  olaraq,  dövlətin  ərazisində  həmin  dövlətin  milli  maraqlarını  gözləmək  şərti    ilə 
transmilli  korporasiyaların  fəaliyyətini  stimullaşdırmalıdır.  nvestisiya  münasibətlərini 
tənzim  edən  və  Uruqvay  raundunda  qəbul  edilmiş    nvestisiya  tədbirlərinin  ticarət 
aspektləri  haqqında  Saziş  istər  məzmun  baxımından,  istərsə  də  ad  baxımından  tənqid 
edilmiş  və  qeyd  edilir  ki,  TRIMS  beynəlxalq  ticarətin  azadlığı  prinsipinə  zidd  olmaqla 
ticarətdə qeyri-tarif məhdudiyyətləri effektini yaradır. 
TRIMS  təbii  ehtiyatlar  üzərində  “ayrılmaz”    dövlət  suverenliyi  prinsipinə  uyğun 
olaraq  transmilli  korporasiyaların  ayrı-seçkilik  siyasətinə  qarşı  əsasən  inkişafda  olan 
ölkələrin  maraqlarına  yönəldiyinə  onun  bəzi  müddəaları  xarici  investor  üçün  müxtəlif 
məhdudlaşdırıcı  tələblərə  əsaslanır  və  müvafiq  dövlətlərin  milli  təhlükəsizliyin  təmin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə