Microsoft Word Investisiya f?aliyy?tini huquqi t?nziml?nm?si docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/57
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38174
1   ...   21   22   23   24   25   26   27   28   ...   57

daşınmaz  əmlak,  eləcə  də  onunla  əlaqəli  əmlak  hüquqları,  icarə,  ipoteka,  girov  və 
saxlamaq hüququ nəzərdə tutulur. 
nvestisiyalara üzrə çoxtərəfli Sazişin müddəaları hər hansı bir istisna olmadan bütün 
investorlara  və  investisiyalara  eləcə  də  daimi  nümayəndəliyin  əməliyyat,  idarəçilik 
fəaliyyətinə şamil edilir. 
Sazişdə  investorun  anlayışı  da  özünəməxsusluğu  ilə  diqqəti  cəlb  edir.  Sazişə  görə, 
investor  kimi  Saziş  iştirakçısı  olan  dövlətdə  daimi  yaşayan  və  ya  onun  vətəndaşı  olan 
fiziki  şəxslər,  eləcə  də  mülkiyyət  formasından  və  fəaliyyətinin  məqsədindən  asılı 
olmayaraq  iştirakçı  dövlətdə  onun  hüquq  normaları  əsasında  yaradılan  və  fəaliyyət 
göstərən  hüquqi  şəxslər  və  istənilən  digər  təşkilati-hüquqi  qurumlar  tanınır.  Təşkilati-
hüquqi qurumlar dedikdə, həm kommeresiya, həm də qeyri-komersiya, xüsusi və dövlət, 
həmçinin  səhmdar  cəmiyyətləri,  məhdud  məsuliyətli  cəmiyyət,  ortaqlıq,  birgə  müəssisə, 
fərdi sahibkarlıq, assosiasiya və təşkilatlar nəzərdə tutulur. 
Beynəlxalq  investisiya  münasibətləri  üçün  spesifik  regional  sazişlərdən  biri  də 
Amerika ölkələri-ABŞ, Kanada və Meksika arasında Şimali Amerika Azad Ticarət Zonası 
(NAFTA) haqqında 1994-cü il Saziş qeyd edilməlidir. 
NAFTA haqqında sazişin əsas məqsədini 
- azad ticarət zonasının formalaşdırılması əsasında qarşılıqlı ticarət dövriyyəsinin və 
kapital qoyluşunun yüksəldilməsi; 
-  ivestisiya,  xidmət,  əqli-mülkiyyət  hüquqlarının  müdafiəsi.  rəqabət 
siyasəti və 
sahibkarlığın sərbəst fəaliyyəti qaydalarının tənzimlənməsi əsasında müttəfiq firmalar 
üçün  sahibkarlıq  fəaliyyətinin  razılaşdırılmış  şərtlərinin  müəyyən  edilməsi  və  s. 
məsələlərin həlli təşkil edir. 
Sazişin  “ nvestisiya”  adlanan  XI  bölməsi  qarşılıqlı  kapital  qoyluşunda:  milli  rejim, 
daha əlverişlilik və ayrı-seçkiliyə yol verməmək prinsiplərini bəyan edir. Yenə də həmin 
bölmədə  xarici  fəaliyyətdən  əldə  edilən  gəlirin  sərbəst  köçürülməsi;  xarici  mülkiyyətin 
milliləşdirilməsi  mexanizmi  və  müvafiq  konpensasiyanın  verilməsi  qaydası;  investisiya 
mübahisələrinin  həlli qaydaları təsbit edilib
Sazişdə  GATT-1994  qaydalarına    uyğun  olaraq  inteqrasiya  qrumuna  daxil  olan 
ölkələrdə  keçid  dövründə  bütün  rüsumları,  qeyri-tarif  maneələrini,  investisiyalara 
münasibətdə  məhdudiyyətləri  ləğv  etmək,  əqli-mülkiyyət  hüququ  və  ətraf  mühitin  
mühafizəsi  sahəsində  hüquq  normalarını  harmonizasiya  etmək  nəzərdə  tutulur.  NAFTA 
çərçivəsində  investorlara  yeni  müəssisələrin  yaradılmasında  milli  rejimin  təqdim 
olunması, investisiyalarla bağlı bütün ödəmələr üçün dönərli valyutadan istifadə və gəlirin 
repatriasiyası, ekspropriasiyadan müdafiə mexanizminin yaradılması, hər hansı bir ticarət 
məhdudiyyəti qoymadan müəssisələrin təsis edilməsi və fəaliyyət göstərməsi üçün şəraitin 
yaradılması, maliyyə itkiləri zamanı mübahisələrin həlli üçün beynəlxalq arbitraj və digər 
prosedurlara  müraciət  hüququnun  formalaşdırılması  üzv  dövlətlərin  qarşılıqlı  ticarət, 
investisiya dövriyyəsini kifayət dərəcədə yüksəltmişdir. 
NAFTA –nın təsis sazişi üçün xarakterik xüsusiyyət ondan ibarətdir ki, ümumi hüquq 
sisteminə  uyğun olaraq investisiya  anlayışı daha da geniş  məzmun  kəsb edir.  nvestisiya 
anlayışına  kompaniyaların  fəaliyyətinə  aid  olan  müxtəlif  aktivlər,  o  cümlədən  səhmlər, 
firma öhdəliyi üzrə zərüri olan maddi və qeyri-maddi aktivlər, həmcinin daşınmaz əmlak, 
kapital öhdəliyi ilə əlaqəli faizlər, eləcə də tikinti üzrə kontraktlar və s. daxildir. 


Müəssisələrin  milli  mənsubiyyət  məsələsində  inkorparasiya  prinsipi  qəbul  edilsə  də 
nəzarət  paketi  nəzəriyyəsi  də  istifadə  edilir.Sazişdə  qeyd  olunur  ki,  müvafiq  dövlətin 
investoru  olmaq  üçün  həmin  razılığa  gələn  dövlətin  qanunvericiliyinə  uyğun  olan 
müəssisənin  və  ya  onun  filialının  yaradılması  vacibdir.  Bu  zaman  belə  bir  tələb  də  irəli 
sürülür  ki,  müəssisə  NAFTA  üzvü  olan  ölkələrin  vətəndaşlarının  nəzarətində  olmalıdır. 
Müəssisəyə  inteqrasiya  qrupuna  daxil  olmayan  ölkənin  investorları  tərəfindən  nəzarət 
həyata  keçirildikdə  inkorporasiya  prinsipi  bir  şərtlə  nəzərə  alınmaya  bilər  ki,  müəssisə 
investorun ölkəsində elə bir ciddi sahibkarlıq fəaliyyət ilə məşğul olmasın. 
Xarici  investorların  fəaliyyətinə,  xüsusən  də,  daxilolma  şərtlərinə  münasibətdə  biri-
digərini  tamamlayan  milli  rejim  hə  daha  əlverişlilik  prinsipi  təqdim  edilir.  Müvafiq 
prinsiplər müəyyən standartlara (rejimlərə):  
- ədalətli və bərabərhüquqlu rejimə; 
- investorların hüquq və maraqlarının müdafiəsinə əsaslanır. 
nvestisiya  fəaliyyəti  müəyyən  hallarda  məhdudlaşdırıla  bilər.  Belə  ki,  ümumi 
istisnaya  görə  milli  təhlükəsizlik,  bütün  dünyada  sülhün  təmini,  ictimai  qaydanın 
qorunması  naminə  məhdudiyyətlər  tətbiq  edilə  bilər.  Eyni  zamanda  Dünya  Ticarət 
Təşkilatı  hüquqna  uyğun  olaraq  NAFTA  çərçivəsində  müəssisələrə  yerli komponentlərin 
istifadəsi  üzrə  tələblərə,  o  cümlədən  idxal  və  satış  həcmini  məhdudlaşdırmaq  və  s.  kimi 
tələblərə yol verilmir  
Bəzi  regional  investisiya  sazişləro  özünün  qeyri-liberal  xarakteri  diqqəti  cəlb  edir. 
Buna  misal  olaraq  1973-cü  il  And  sazişi  qeyd  edilə  bilər.  Məhz  bu  faktı  nəzərə  alaraq 
nvestisiyalar üzrə Cənub-şərqi Asiya dövlətinin Assosiasiyası 1987-ci il Sazişində birbaşa 
xarici  investisiyalar  üçün  liberal  rejim  haqqında  müddəa  təsbit  edir.  Bu  məsələdə 
dövlətdaxili  qanunvericiliyin  təkmilləşdirilməsi  zərurətini,  həmçinin  birbaşa  xarici 
investisiyaların  cəlb  edilməsini  stimullaşdırmaq  məqsədilə  1995-ci  ildə  Banqkoqda 
ASEAN ölkələrinin dövlət başçılarının görüşündə birbaşa xarici investisiyaların təşviqi və 
ə
məkdaşlıq üzrə fəaliyyət proqramı qəbul edilib  
 
3. Enerji Xartiyasına Müqavilənin  
investisiya münasibətlərinin tənzimlənməsində 
ə
həmiyyəti 
 
Enerji  Xartiyasına  Müqavilədə  həm  investor,  həm  də  investisiya  məfhumuna  geniş 
açıqlama  verilir.  Razılığa  gələn  tərəfin  qüvvədə  olan  qanunvericiliyinə  uyğun  olaraq 
müvafiq  dövlətin  ərazisində  yaşayan  və  ya  vətandaşlığa  malik  olan  fiziki  şəxslər  (m.  1 
(7));  müvafiq  dövlətin  qanunvericiliyinə  uyğun  olaraq  təsis  olunmuş  müəssisə  və  ya 
təşkilat (m. 1 (7)) investisiya münasibətlərin subyekti kimi xarakterizə olunur. 
nvestisiya anlayışına isə investor tərəfindən birbaşa və ya dolayısı ilə idarə edilən və 
ya ona məxsus aktivlərin bütün növləri kimi-maddi və qeyri-maddi, həmçinin daşınar və 
daşınmaz  əmlak  və  digər  əmlak  hüququları  kimi,  icarə,  ipoteka,  girov  və  əmlakın 
saxlanılması hüquqları; kompaniya və ya  müəssisədə pay (iştirak) formaları və ya səhm, 
həmçınin  öhdəlik,  paylı  müəssisənin  və  ya  kompaniyanın  borc  öhdəliyi,  tələb  hüququ; 
enerji  sektorunda  hər  hansı  təsərüfat  fəaliyyətini  həyata  keçirmək  üçün  qanuna  əsasən 
verilən  istənilən  lisenziya  və  icazə  (m.  1  (6))  və  ya  kontrakt  üzrə  qanuna  uyğun  təqdim 
edilən istənilən hüquq, gəlirlər, əqli mülkiyyət aid edilir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə