Microsoft Word Investisiya f?aliyy?tini huquqi t?nziml?nm?si docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/57
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38174
1   ...   18   19   20   21   22   23   24   25   ...   57

yaranmış beynəlxalq rekonstruksiya və inkişaf (B.R. .B) bankı hesab olunur. Bu bankların 
hər ikisi BRETTON -BUDD konfransının qərarına əsas yaradılmışdır. 
Valyuta  münasibətləri  məsələsində  valyuta  dönərliyi  mərkəzi  yeri  tutur.  Valyuta 
dönərliyi  dedikdə,  hər  hansı  bir  milli  valyutanın  digər  valyutalara  dəyişdirilə  bilməsi 
nəzərdə tutur. Əgər, milli valyuta sərhədlərdən kənarda işlənə bilərsə, əməliyyat aləti ola 
bilərsə, deməyə imkan verir ki, dünya miqyasında əmtəə dövriyyəsi həyata keçirilə bilsin. 
Tarixi  baxımdan  “dönərlik”  və  yaxud  “sərbəst  konvertləşmə”  qızıl  standart  dövründə 
yaranmışdı. 
Bank  biletləri  məhdudiyyətsiz  qızıla  dəyişdirilə  bilirdi.  Valyutanın  qızıla 
dəyişdirilməsi birinci dünya müharibəsinə qədər mövcud olmuşdur. 1929- cu ildən isə hər 
bir ölkə qızıl tədavülüylə malik olmalıdır. Belə bir dönərliyi ancaq ABŞ dolları malikdir. 
1971-ci  ilədək  mərkəzi  banklar  vasitəsilə  qızıla  dəyişdirilirdi.  Deməli  hazırda  valyuta 
dönərliyini  2  növə  ayırmaq  olar:  tam  dönərlik,  qismən  dönərlik  həyata  keçirilir.  1958-ci 
ildən  Qərbi  Avropa  ölkələrində  qismən  dönərlik  həyata  keçirilir.  Ona  görədə  valyuta 
dəyərlərində “üzən” məzənnə deyilən məzənnədə mövcuddur. 
 
 
MÖVZU VII 
  NVEST S YA  FƏAL YYƏT NDƏ  BEYNƏLXALQ  MÜQAV LƏLƏR N 
HÜQUQ  STATUSU 
 
1.   kitərəfli investisiya müqavilələri 
2.  Beynəlxalq  investisiya  münasibətlərinin  regional  beynəlxalq  hüquqi  
tənzimlənmsi 
3. 
Enerji 
Xartiyasına 
Müqavilənin 
investisiya 
münasibətlərinin 
tənzimlənməsində əhəmiyyəti 
4.  nvestisiya münasibətlərinin Dünya Ticarət Təşkilatı çərçivəsində beynəlxalq 
hüquqi tənzimlənməsi 
5.  nvestisiya  fəaliyyətinin  qeyri-kommersiya  risklərindən  beynəlxalq  hüquqi  
təminat mexanizmi 
 
 
 
1.  kitərəfli investisiya müqavilələri 
 
  Xarici  kapital  qoyuluşu  üç  komponentdən:  qəbul  edən  dövlətin  siyasi  rejimindən, 
iqtisadi  inkişafın  sabitliyindən  və  hüquqi  təminatdan  asılıdır.  Hüquqi  təminatın  daha 
səmərəli  forması  isə  beynəlxalq  hüquqi  tənzimetmə  ilə  həyata  keçirilməkdədir.  Xarici 
investisiyaların  beynəlxalq  hüquqi  tənzimlənməsi  isə  özünün  başlanğıcını  ikitərəfli 
beynəlxalq  investisiya  müqavilələrindən  götürür.  kitərəfli  investisiya  sazişlərində  xarici 
sərmayənin müdafiə məsələləri ilə yanaşı, bir qayda olaraq, ümumi iqtisadi əməkdaşlığın 
və inkişafın genişləndirilməsi zərurəti ifadə edilir.  
  Azərbaycan  Respublikasının  AFR,  Norveç,  Pakistan,  Türkiyə  və  digər  dövlətlərlə 
bağladığı  nvestisiyaların qarşılıqlı müdafiəsi və təşviqi haqqında müqavilələri investisiya 
qoyuluşunun  təşviqini  nəzərdə  tutur.  Həmin  müqavilələrdə  qarşılıqlı  olaraq  tənzimetmə 


prinsipləri,  təminat  və  təhlükəsizlik,  mübahisələrin  həlli  ,  investorların  milli 
mənsubiyyətinin müəyyən edilməsi meyarları və s. məsələlər öz əksini tapıb.  
  AR ilə Türkiyə Respublikası arasında  nvestisiyaların qarşılıqlı təşviqi və qorunması 
haqqında  1994-cü  il  9  fevral  tarixli  Sazişin  Preambulasında  qeyd  edilir  ki,  daha  sıx 
ə
məkdaşlığı,  xüsusi  halda,  bir  tərəfin  digər  tərəfin  ərazisinə  qoyduğu  sərmayəyə 
münasibətdə,  onu  artırmaq  arzusu  ilə,  bu  investisiyaların  tənzimlənməsilə  bağlı  rejim 
haqqında  razılaşmanın  sərmayə  və  texnologiya  axınına  və  tərəflərin  iqtisadi  inkişafına 
şə
rait  yaradacağını  qəbul  edərək,  investisiya  qoyuluşuna  əlverişli  şərait  yaradılmasına 
kömək etmək və səmərəli investisiya rejimi yaratmaq haqqında razılaşaraq müvafiq Sazişi 
bağlamaq qərarına gəlirlər.  
  AFR  ilə  bağlanmış  Müqavilənin  Preambulasında  qeyd  olunur  ki,  Müqaviləni 
imzalamaqla  Tərəflər  qarşılıqlı  olaraq  digər  Tərəfin  ərazisində  vətəndaşlarının  və 
müəssisələrin  investisiya  qoyuluşu  üçün  əlverişli  şərait  yaratmaq  istiqamətində  səy 
göstərirlər.  
  Xarici investisiyalara münsibətdə qəbul edən dövlət ilk növbədə investorun mənsub 
olduğu  dövlətlə  fəaliyyətinin  şərtlərini  müəyyən  edərək  milli  qanunvericiliyinə  deyil, 
beynəlxalq  müqavilə  formasında  qarşılıqlı  tənzimetmə  formasına  üstünlük  verməkdədir. 
Həm  ikitərəfli,  həm  də  çoxtərəfli  sazişlərdə  investisiya  fəaliyyətinin  xüsusi  rejimi  ilə 
yanaşı,  müqavilələrdə  qarşılıqlı  olaraq  investorların  hüquq  subyekliyinin  tanınması  və 
dövlət (milli) mənsubiyyəti, qanunvericilik təminatları, bir sözlə beynəlxalq xüsusi hüquq 
münasibətləri  sferasında  meydana  çıxan  problemlərin  ümumi  hüquqi  tənzimlənməsi  əks 
olunur.  Bir  qayda  olaraq  beynəlxalq  müqavilələrdə  xarici  investorlar  üçün  kapital 
qoyuluşu  və  onunla  bağlı  fəaliyyətə  ədalətli,  bərabərhüquqlu  və  əlverişli  rejimin  təmin 
olunması üzrə dövlətin öhdəliyi ifadə olunur.  
  Ümumi  məsələlərlə  yanaşı  həmin  müqavilələrdə  investisiya  prosesinin  xüsusi 
məsələləri də təsbit edilir.  
  UNCTAD-ın  hesabatlarına  görə  dünyada  ən  çox  baölanan  sazişlərin  bir 
kateqoriyasını  məhz  ikitərəfli  investisiya  müqavilələri  təşkil  edir.  kitərəfli  investisiya 
sazişlərinin  qlobal  xaraqter  alması  onunla  əlaqədardır  ki,  istər  inkişafda  olan,  istərsə  də 
keçid  iqtisadiyyatlı  dövlətlər  qeyri-bərabər  beynəlxalq  iqtisadi  vəziyyətdə  çoxtərəfli 
beynəlxalq  investisiya  sazişləri  ilə  inkişaf  etmiş  dövlətlər  qarşısında  öhdəlik  daşımaq 
marağında deyillər. Buna görə də ikitərəfli sazişlər əsasən iqtisadi potensialı müxtəlif olan 
ölkələr  arasında  bağlanmış,  daha  sonra  isə  siyasi  etimaddan  asılı  olaraq  daha  da 
genişlənərək  ikitərəflilik  çoxtərəfliyə  transformasiya  edilir. 
kitərəfli  investisiya 
müqavilələrinin  Almaniya,  ABŞ,  Fransa,  Yaponiya  və  s.  modelləri  fərqləndirməməkdir. 
Bu sahədə daha çox sazişlər II Dünya müharibəsindən sonra xarici investisiyalara xüsusi 
zərurət duymuş AFR-ə məxsusdur.  
  Xarici  investisiyaların  təhlükəsizliyinin  təminat  sferasında  bir  qayda  olaraq  AFR, 
Yaponiya,  ABŞ  modelləri  diqqəti  cəlb  edir.  Əgər  ABŞ  təminat,  sığorta  sistemi  özünün 
“kvazıbeynəlxalq” xaraqteri ilə və ABŞ ilə ona mənsub şəxslərin xüsusi kapitalını qəbul 
edən  dövlət  arasında  beynəlxalq  investisiya  sazişlərinin  bağlanmasına  əsaslanırsa,  alman 
və  yapon  təminat  sistemi  isə  beynəlxalq  sazişin  mövcudluğundan  asılı  olmayaraq 
dövlətdaxili  təminatdan  çıxış  edir.  Hər  bir  halda  kapital  ixrac  edən  dövlət  qəbul  edən 
dövlətdə siyasi risklə bağlı vəziyyət yarandıqdan sonra özünün investoruna dəymiş zərəri 
ödəyir  və  subroqasiya  prinsipi  əsasında  qəbul  edən  dövlətə  qarşı  tələb  hüququ  həmin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə