Microsoft Word Investisiya f?aliyy?tini huquqi t?nziml?nm?si docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/57
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38174
1   ...   20   21   22   23   24   25   26   27   ...   57

  Avropada  kapitalın  liberal  fəaliyyət  rejiminin  əsası  hələ  1994-cü  ildə  Belçika, 
Lüksemburq  və  Hollandiya  arasında  bağlanan  Gömrük  ttifaqı  haqqında  Sazişə  təsadüf  
edir.  Müvafiq  saziş  1957-ci  il  qtisadi  ittifaqın  yaradılması  haqqında  müqavilə  ilə  daha 
sərbəst iqtisadi məkanın yaradılmasına zəmin hazırlamışdı. 1957-ci il Müqaviləsinin 4-cü 
maddəsində qeyd edilir ki, hər hansı bir məhdudiyyət olmadan müvafiq dövlətlər arasında 
kapitalın sərbəst hərəkəti təmin olunmalıdır. Fiziki şəxslərin hərəkət sərbəstliyi qəbul edən 
müvafiq dövlətin rezidentləri üçün nəzərdə tutulan rejimlə müəyyən edilir (m.2). 
  Qeyd etmək lazımdır ki, istər bu Müqavilə, istərsə də Avropa  ttifaqı Birliyinin təsis 
olunması haqqında Roma müqaviləsi (m.67, 70) kapitalın sərbəst hərəkətini prinsip olaraq 
bəyan etsə də, tam sərbəstliyi realizə etməmişdir. Belə ki, hər iki sazişdə kapitalın və işçi 
qüvvəsinin  sərbəst  hərəkəti  iqtisadi  birliyin  mövcudluğu  üçün  zəruri  olan  səviyyə  ilə 
müəyyən edilirdi. Məsələn Roma Müqaviləsinin 67.1 maddəsi kapitalın hərəkətini tənzim 
edərək  “bütün  maneələrin  götürülməsini”  tələb  etsə  də,  yenədə  həmin  maddədə  əlavə 
şə
rtlər nəzərdə tutulurdu və qeyd edilirdi ki, məh dudlaşdırmalar ümumi bazarın fəaliyyəti 
üçün zəruri olan həddə kimi götürülür.  
  1992-ci il Avropa  ttifaqı haqqında Maastrix Müqaviləsi kapitalın hərəkət rejiminin 
liberallaşdırılması  haqqında  yeni  müddəaları  təsbit  edir.  Müqavilədə  qeyd  edilir  ki,  üzv 
dövlətlər,  həmçinin  üzv  dövlətlərlə  üçüncü  dövlətlər  arasında  kapitalın  hərəkətinə  olan 
bütün maneələr aradan götürülür (m.73(b)). Bu müqavilədə kapitalın sərbəst hərəkəti üçün 
geniş təminat sistemi yaradılsa da, müəyyən istisnalar da nəzərdə tutulur (m.73(f)). 
     Avropa  ttifaqı çərçivəsində investisiyaların tənzimlənməsi: 
-  qarşılıqlı kapital qoyuluşunun tam liberallaşdırılması;  
-  iştirakçı ölkələrin müəssisələri üçün vahid qanunvericiliyin formalaşdırılması; 
-  qarşılıqlı olaraq investisiyaların stimullaşdırılması üzrə tədbirlərin müəyyən 
edilməsi; 
  -  vahid  hüquq  qaydası  çərçivəsində  fəaliyyət  göstərən  müəssisələrin  qovuşmasının 
dövlətüstü qaydalarının işlənib hazırlanması; 
  - üçüncü dövlətlərlə digər inteqrasiya qanunları arasında investisiya əməkdaşlığının 
ümumi qaydalarının hazırlanması üzrə istiqamətləri nəzərdə tutur 
Xarici 
investisiyaların tənzimlənməsi üzrə Avropa  ttifaqının iştirakı ilə müasir dövrün ən aktual 
sazişlərindən biri hazırlanmışdır. Avropa Enerji Xartiyası və Enerji Xartiyasına Müqavilə 
enerji  sektorunda  investisiyaların  təhlükəsizliyi  və  liberal  rejimin  yaradılması 
istiqamətində əhəmiyyətli rola malikdir 
  Avropa  ttifaqının  digər  əməkdaşlıq  formu  Afrika,  Karib  hövzəsi  və  Sakit  okean 
ölkələri ilə Loma (Toqo) konvensiyaları əsasında yaradılıb. Həmin sazişdə Avropa  ttifaqı 
bazarlarına  inkişafda  olan  ölkələrin  məhsullarının  qarşılıqlıq  olmadan  preferensial  çıxışı 
müvafiq  ölkələr  ixrac  gəmilərini  stabil  saxlamaq  üçün  kənd  təsərrüfatı  məhsulları  üçün 
STABEKS  və  xammal  üçün  SISMIN  fondlarından  subsidiya  almaq,  həmçinin  müxtəlif  
humanitar,  sosial  yardım  almaq  hüququ  təsbit  edilib.  Əgər  I  Loma  Konvensiaysı  (1975) 
investisiya əməkdaşlığının ümumi prinsiplərini müəyyən edirdisə, IV Konvensiya (1989) 
investisiya əməkdaşlığının daha yeni məsələlərini reqlamentləşdirir . 
  nvestisiyaların sərbəst yerdəyişməsində xüsusi fəaliyyət  mexanizmi əsasən inkişaf 
etmiş  ölkələrin  regionlararası  klubu  kimi  çıxış  edən  OECD-yə  məxsusdur.  1976-cı  il 
Bəyannaməsinə əsasən transmilli korporasiyaların fəaliyyətini xarici investisiya fəaliyyəti 
ilə  birlikdə  tənzimləməklə  xarici  kapitallı  müəssisələr  üçün  milli  rejim,  transmilli 


korporasiyaya  rəhbərlik  üçün  tövsiyələr  təsbit  edilib.  Bəyannamənin  1991-ci  il 
redaksiyasında  digər  məsələlərlə  yanaşı  dövlətin  iqtisadiyyata  birbaşa  müdaxiləsi 
zəiflədilib.  Birtərəfli  əsasda  birbaşa  xarici  investisiyalara  nəzarətin  zəiflədilməsi  də  irəli 
sürülüb.  
  OECD  üçün  birbaşa  xarici  investisiyalar  xüsusi  əhəmiyyət  kəsb  etdiyindən  bu 
problemə  həmişə  önəmli  yer  verilir.  Belə  ki,  Kapitalın  hərəkətinin  liberallaşdırılması 
Məcəlləsi  və  Cari  “görünməyən”  əməliyyatların  liberallaşdırılması  Məcəlləsi  qəbul 
edilmişdir.  Birinci  qeyd  etdiyimiz  Məcəllə  (1961)  sərhədlərin  şəffaflığı  prinsipinə 
ə
saslanır.  Məcəllədə  müəssisələrin  idarəçilik  fəaliyyətində  iştirakı  nəzərdə  tutulmayan 
investisiyalar  birbaşa  investisiyalara  aid  edilmir.  Məcəllə  məcburi  hüquqi  qüvvə  kəsb 
etməklə  

investisiyaların hərəkətində, yeni məhdudiyyətlər tətbiq etməməyə; 

yalnız təhlükəsizliyin təmin edilməsi istiqamətində tətbiq ediləcək tədbirlərlə bağlı 
öncədən xəbərdarlığın edilməsinə əsaslanır.  
  OECD  çərçivəsində  transmilli  korporasiyanın  fəaliyyəti  ilə  bağlı:  beynəlxalq 
transmilli  korporasiyalar  üzrə  Komitə  və  Gizli  əməliyyatlar  və  kapitalın  hərəkəti  üzrə 
Komitə  də  təsis  edilmişdir.  Bu  komitələrin  tərkibinə  OECD-nin  üzv  dövlətlərinin,  o 
cümlədən  Avropa  ttifaqının  siyasətçiləri  daxildirlər.  Komitələrin  birgə  iclaslarında 
üçüncü dövlətlərdən müşahidəçilər də iştirak edə bilərlər. Əgər birinci komitənin üzvləri 
üzv-dövlətlrin  nümayəndələridirsə,  ikinci  komitədə  OECD-nın  Şurası  tərəfindən  təyin 
edilən müstəqil ekspertlər yığılır.  
OECD  xarici  investisiya  fəaliyyətinin  tənzimlənməsində  bir  qayda  olaraq  özünün 
üzvlərinin  yüksək  iqtisadi  inkişaf  səviyyəsinə  uyğun  olaraq  daha  liberal  tənzimetmə 
mexanizmindən,  investisiyanın  daha  geniş  anlayışından  çıxış  etməkdədir.  Bu  siyasətə 
ə
saslanaraq 1995-ci ildə  nvestisiyalar üzrə çoxtərəfli Sazişin hazırlanmasına başlanmışdır. 
Sazişin  hazırlanmasında  qeyri-hökumət  təşkilatları,  transmilli  korporasiyalar,  ictimai 
xadimlər,  hüquqşünaslar  da  fəal  iştirak  etmişlər. ctimaiyyətin  atmaqda  olan  maraqını 
nəzərə  alaraq  müvafiq  layihə  1997-ci  ildə  Dünya  Ticarət  Təşkilatına  verilmişdir. 
Problemin Dünya Ticarət Təşkilatı çərçivəsində həlli isə mümkün olmamışdır.  
nvestisiyalar  üzrə  çox  tərəfli  saziş  layihəsi  üçün  mütərəqqi  məsələlərdən  biri 
investisiya  anlayışını  geniş  aspektdə  müəyyən  edilməsidir.  nvestisiya  anlayışı  özündə 
müəssisələrdə iştirakı daşınmaz əmlak, portfel investisiyaları, qeyri-maddi əmlak və digər 
maliyyə  vəsaitlərini  də  birləşdirir.  Qeyd  olunur  ki,  Sazişin  məqsədinə  görə  investisiya 
dedikdə,  investorun  mülkiyyətində  və  ya  nəzarətində  olan  istənilən  aktivlər,  o  cümlədən 
müəssisələr (hüquqi şəxs qismində qeydiyyata alınmış və ya digər qurumlar, fəaliyyətinin 
məqsədindən,  mülkiyyət  formasından  asılı  olmayaraq,  Saziş  iştirakçısı  olan  dövlətin 
hüquq normaları əsasında təsis edilən, fəaliyyət göstərən, həmçinni kommersiya və qeyri-
kommersiya, dövlət və xüsusi, səhmdar cəmiyyəti, məhdud məsuliyətli cəmiyyət, ortaqlıq, 
birgə  müəssisə,  fərdi  sahibkarlıq,  filial  və  assosasiyalar,  təşkilatlar);  səhmlər,  istənilən 
digər  iştirak  forması  və  onunla  bağlı  istənilən  hüquqlar:  öhdəlik  üzrə  sənədlər,  borc 
öhdəlikləri və borcun digər kreditlənmə forması və onunla bağlı bütün hüquqlar, həmçinin 
obyektlərin  tikintisi  üzrə  müqavilələr,  idarəçilik  və  istehsal,  hasilatın  pay  bölgüsü 
müqavilələri;  istənilən  pul  tələbi  və  müqavilə  öhdəliklərinin  naturada  icrası  ilə  bağlı 
tələblər; əqli mülkiyyət hüququ; qanundan və ya müqavilədən, eyni zamanda konsessiya, 
lisenziya və icazədən yaranan hüquqlar və bütün digər maddi və qeyri-maddi, daşınar və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə