Microsoft Word Investisiya f?aliyy?tini huquqi t?nziml?nm?si docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/57
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38174
1   ...   22   23   24   25   26   27   28   29   ...   57

Müqavilənin  10-cu  maddəsində  nəzərdə  tutulur  ki,  razılığa  gələn  hər  bir  dövlət  öz 
ə
razisində  digər  razılığa  gəlmiş  dövlətin  investorlarına  idarəetmə,  istifadə,  sahiblik  və 
sərəncam vermədə hər hansı ayrı-seçkiliyə yol verməməli və stabil, bərabər, əlverişli  və 
şə
ffaf  şərait  yaratmaqla  investisiyaları  təşviq  etməlidirlər.  Müqavilənin  investisiya 
fəaliyyətinin  həyata  keçirilməsi  rejimi  ilə  bağlı  qeyd  olunur  ki,  heç  bir  halda  belə 
investisiyalara  beynəlxalq  hüquqla,  həmçinin  müqavilə  öhdəlikləri  ilə  təqdim  olunan 
rejimdən az əlverişli olan rejim təqdim olunmamalıdır (m. 10 (1)). Beynəlxalq təcrübəyə 
görə,  investisiya  sazişləri  bir  qayda  olaraq  ya  milli,  ya  da  əlverişli  rejimə  əsaslanır.  Bu 
müddəanın  təfsirindən  də  belə  bir  nəticə  əldə  etmək  olardı,  lakin  həmin  maddənin  3-cü 
bəndində nəzərdə tutulan müvafiq dövlətin öz  investorlarına və yaxud da istənilən razılığa 
gələn  üçüncü  dövlətin  investoruna  təqdim  olunan  rejimdən  az  əlverişli  olmayan  rejimin 
təqdim  olunmasına  çalışacaqlarını  qeyd  etmələri  (m.  10  (2))  həmin  normanın  “yumşaq 
hüquq” ( soft law) xüsusiyyəti ilə bağlıdır.  
Avropa  Enerji  Xartiyası  qeyri-ayrı-seçkilik  prinsipini  minimal  standartı  kimi  daha 
ə
lverişlilik prinsipini yalnız bəyan etmiş, milli rejim prinsipinə gəldikdə isə bu haqda Əsas 
sazişin  və  ya  Protokolun  qəbul  olunacağını  nəzərdə  tutur  (IV  bölmə:  Yekun  qaydalar). 
Müqavilənin 10-cu maddəsinin 4-cü bəndində qeyd olunur ki, 3-cü bənddə nəzərdə tutulan 
(yəni  milli  və  yaxud  da  daha  əlverişli)  rejimin  təqdim  olunması  ilə  bağlı  öhdəliyi  əks 
etdirən  Əlavə  Müqavilə  imzalanmalıdır.  Müqavilədə  investisiya  qoyuluşunun  ilkin 
mərhələsində  həmin  prinsiplərin  nəzərdə  tutulmaması  keçid  iqtisadiyyatlı  dövlətin 
çoxtərəfli  sazişlə  özlərini  xarici  investorun,  transmilli  korporasiyaların  qarşısında  enerji 
resurslarının hasilatı və idarəçiliyi kimi strateji bir sahədə öhdəlikləndirmək istəməməsi ilə 
bağlı olmuş müvafiq münasibətlərin rejimilə bağlı ikitərəfli sazişlərə üstünlük verilmişdir. 
Enerji Xartiyasına Müqavilədə daha əlverişlilik prinsipi yalnız investisiyaların təminat və 
təhlükəsizliyi  sahəsində  nəzərdə  tutulduğu  halda  ilkin  invsetisiya  mərhələsi  üçün 
differensiasiya olunmuş rejim ifadə edilib. 
Enerji  Xartiyasına  Müqavilənin  10-cu  maddəsinin  6  (b)  bəndində  qeyd  edilir  ki, 
razılığa  gələn  tərəf  istənilən  vaxt,  digər  razılığa  gələn  tərəflərin  investorlarının  enerji 
sektorunda təsərrüfat fəaliyyətinin bir hissəsinə və yaxud bütün növlərinə üçüncü bənddə 
göstərilən  rejimi  könüllü  olaraq  təqdim  etmək  öhdəliyi  götürə  biliər.  Belə  öhdəlik 
Katibliyə bildirilir və “VC  Əlavəsinə” daxili edilərək Müaqviləyə uyğun olaraq məcburi 
qüvvə kəsb edir. 
Enerji  Xartiyasına  Müqavilə  keçid  iqtisadiyyatlı  dövlətlərin  iqtisadi  maraqlarını 
təmin  etməklə  yanaşı,  həm  də  qlobal  iqtisadi  mexanizmilərin  təşviqini  nəzərdə  tutan 
GATT-1994 qaydalarına istinad edir. Buna misal olaraq üzv dövlətlər 
-  millin  qanunvericiliyə  görə  xarici  kapitallı  müəssisələrin  müəyyən  sayda  milli 
ə
mtəələrdən məcburi istifadəsini;  
- hüququları məhdudlaşdıran xüsusi ixrac qaydasını; 
- istehsal olunan əmtəələrin ixracına kvotanın qoyulmasını və s. təşviq edə bilməzlər. 
  Xarici  kapitalın  milliləşdirilməsi  zamanı  Müqavilə  ədalətli,  çevik  və  effektli 
konpensasiya formulasından çıxış edir. 
  Beynəlxalq  investisiya  hüququnda  “konpensasiyasız  ekspropripasiyaya  yol 
verməmək”  prinsipi  Müqavilə  üçün  də  xarakterikdir.  Müqavilənin13-cü  maddəsində 
milliləşdirməyə (ekspropripasiya) müəyyən hallarda  
  - dövlət maraqlarını təmin etmək məqsədi ilə; 
 
 
 
 
 
 


  - ayrı-seçkilik olmadan; 
  - zəruri hüquqi prosedurları gözləməklə; 
  - çevik, ədalətli və effektli konpensasiya verməklə yol verilir. 
nvestor milliləşdirmə həyata keçirən dövlətin qanunvericiliyinə uyğun olaraq həmin 
dövlətin  müvafiq  məhkəməsinə  və  ya  digər  səlahiyyətli  müstəqil  orqana  qiymətləndirmə 
və ödəmə ilə bağlı müraciət etmək hüququna malikdir (m. 13(2)). Müqavilədə müharibə, 
hərbi konflikt, vətəndaş itaətsizliyi və başqa analoji hadisələr zamanı dəymiş zərərə görə 
restitusiya  (ödəmə)  nəzərdə  tutulur  (m.12).  Əmlakın  məhv  olmasına  görə  çevik,  kifayət 
qədər  də  effektli  restitusiya  və  ya  ödəmə  rejimi  və  istənilən  tənzimetmə  növü  üçün 
ə
razisində müvafiq hadisələr baş vermiş dövlətin öz investorlarına, istənilən razılığa gələn 
digər  tərəfin  investorlarına  və  ya  üçüncü  dövlətin  investorlarına  təqdim  olunan  rejimdə 
daha əlverişli rejim təqdim edilir. 
  Beynəlxalq sazişlərdə  nvestisiya tədbirlərinin ticarət aspektləri üzrə Sazişdə olduğu 
kimi  tərəflərin  investorlarının  sərmayələrinə  ədalətli  və  bərabər  rejim  təqdim  etmək 
öhdəliyi  nəzərdə  tutulur  (m.10(1)).  Beynəlxalq  hüquqda  “ədalətli  rejim”  “hüquq, 
qanunvericiliyin  əsasında”,  “beynəlxalq  hüququn  mənbələrində  nəzərdə  tutulan  tələblərə 
müvafiq”,  “investisiya  idxal  edən  dövlətin  öhdəliklərinə  müvafiq”  qaydad  təfsir  olunur. 
“Bərabər”  rejim  isə  bütün  tərəflərin,  o  cümlədən,  investorun,  onun  mənsub  olunduğu 
investisiya  ixracçısı  və  investisiya  idxal  edən  dövlətin  maraqlarını  təmin  etməyi  nəzərdə 
tutur. 
  nvestisiyaların  müdafiəsi  və  yaxud  da  dəymiş  zərərə  görə  ədalətli  konpensasiya 
prinsipi  beynəlxalq  hüquqi  ifadəyə  malik  olduğu  kimi,  dövlətdaxili  hüquqla  da  təsbit 
edilib.  Xüsusi  mülkiyyətin  qanunla  qorunması  Prinsipi,  ilk  növbədə  konstitusiya  əsasına 
malikdir.  AR  Konstitusiyasının  13-cü  maddəsində  qeyd  olunur  ki,  AR-də  mülkiyyət 
toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 
  Konstitusiyanın 29-cu maddəsində isə dövlət və ictimai ehtiyaclar üçün mülkiyyətin 
özgəninkiləşdirilməsinə yalnız qabaqcadan olan dəyərini ədalətli qaydada ödəmək şərti ilə 
yol verilir, əmlakın tam müsadirəsinə isə icazə verilmir. Elə həmin maddədə mülkiyyətin 
məhkəmə  qaydasında  müdafiəsi  prinsipi  əks  olunub  (m.29.IV).  Bu  konsititusion  norma 
yalnız milli investorlar üçün deyil, həmçinin xarici sərmayəçilərə də şamil edilir. Belə ki, 
Konstitusiyanın 69.I maddəsi  əcnəbilər  və  vətəndaşlığı olmayan  şəxslər  üçün  milli rejim 
prinsipi nəzərdə tutur . Milli rejim prinsipi Xrici investisiyaların müdafiəsi haqında 1992-
ci il Qanunda və digər aktlarda da təsbit olunub. 
Azərbaycan  Respublikası  Konstitusiyasında  (1995)  xarici  investorlar  üçün 
qanunvericilik təminatı ilə bağlı müəyyən sistem fəaliyyət göstərir. 29-cu maddədə qeyd 
edilir ki, heç ki mülkiyyətçinin iradəsinin əksinə olaraq onu mülkiyyətindən məhrum edə 
bilməz. Yalnız məhkəmənin qərarı mülkiyyət hüququnun məcburi kəsilməsi üçün əsas ola 
bilər. 
Xarivi  investisiyaların  müdafiəsi  ilə  bağlı  digər  təminat  milliləşdirmə  və  ya 
ekspropriasiya baş verdikdən sonrakı prosesi əhatə edir. Beynəlxalq hüquq “təbii ehtiyatlar 
üzərində  dövlət  suverenliyi”  (AR  Konstitusiya,m.14)  hüququndan  doğan  dövlətin  xüsusi 
mülkiyyəti  milliləşdirmək  hüququnu  tanıyır  və  qəbul  edir,  lakin  beynəlxalq  hüquqda 
formalaşmış “ədalətli konpensasiya verilmədən milliləşdirilməyə yol verməmək” prinsipi 
milli  qanunvericilikdə  də  əks  olunub  (AR  Konstitusiyası,  m.29.IV)  və  həmin  prinsipə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə