Microsoft Word Investisiya f?aliyy?tini huquqi t?nziml?nm?si docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/57
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38174
1   ...   14   15   16   17   18   19   20   21   ...   57

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyənləşdirdiyi qaydada istismara qəbul 
olunur.  Tender  –  hər  hansı  bir  işin,  xidmətin  ən  səmərəli  üsul  və  aşağı  xərclə  yerinə 
yetirilməsi  üçün  iddiaçılar  arasından  birinin  (bir  neçəsinin)  seçilərək,  həmin  işin 
(xidmətin)  müqavilə  əsasında  ona  (onlara)  həvalə  edilməsi  məqsədilə  keçirilən 
müsabiqədir.  (Tender  haqqında  Azərbaycan  Respublikası  Qanunu.  Azərbaycan 
qəzeti.11.04.1997.  stehsal  növünün  təşkili  üçün  texniki,  texnoloji,  kommersiya  və  digər 
biliklərin  məcmusu  nou-hau  adlanır.  Çoxillik  əkmələrin  salınması  və  becərilməsi  üzrə 
məsrəflər  iki  mərhələdə  həyata  keçirilir.  Birincidə  -  əkmələrin  salınması  üzrə  ,  ikincidə  
çoxillik  əkmələrin  məhsuldar  dövrünə qədər becərilməsi  üzrə məsrəflər.  Layihə  -  axtarış 
işləri  üzrə  kapital  qoyuluşuna,  layihə-smeta  sənədlərinin  gətirilməsinə,  layihə 
tapşırıqlarının,  texniki  layihənin,  smetamaliyyə  hesablamalarının,  işçi  sxemlərin 
hazırlanmasına xərclər aid edilir. Sair kapital işlərinə və məsrəflərə tikintidə yerdəyişmə, 
torpaq sahələrinin yaxşılaşdırılması üzrə xərclər aid edilir.  
nvestisiya  qoyuluşunun  maliyyələşdirilməsi  mənbələri    xüsusi  borc  və  büdcə 
vəsaitlərinə  ayrılır.  Maliyyələşdirilməsi  mənbələrindən  asılı  olaraq  investisiya  qoyuluşu 
mərkəzləşdirilmiş  və  mərkəzləşdirilməmiş  qoyuluşlara  ayrılır.  Mərkəzləşdirilmiş 
investisiya  qoyuluşu  əsasən  büdcə  vəsaiti  hesabına  yerinə  yetirilir.  Xüsusilə  də 
sahələrarası  istehsalın  inkişafına  yeni  tikintiyə  və  s.  yönəldilir.  Mərkəzləşdirilməmiş 
investisiya qoyuluşu isə xüsusi vəsait və bank krediti hesabına yerinə yetirilir.  nvestisiya 
qoyuluşunun  maliyyələşdirilməsinin  xüsusi  mənbələrinə  aiddir:  mənfəətdən  bu  məqsədə 
ayırma;  səhm  buraxılışından  səfərbər  edilən  vəsait;  icarə  haqqı  əsaslı  tikintidən  daxili 
resursların  səfərbər  edilməsi;  əsas  istehsal  fondları  üçün  nəzərdə  tutulan  amortizasiya 
ayırması; artıq və lazımsız əsas fondların satışından gəlir; məhsuldar və iş heyvanlarının 
çıxdaş edilməsindən gəlir və s.  nvestisiya qoyuluşunun maliyyələşdirməsi mənbələrindən 
ə
n əsaslısı amortizasiya ayırmasıdır.  
2.  nvestisiyanın maliyyələşmə mənbəyi kimi amortizasiya 
Ə
sas  fondların  təzələnməsi  ilə  əlaqədar  olan  xərclərin  ödənilməsinin,  müəssisənin 
özünü maliyyələşdirilməsinin əsas mənbəyi  müəssisənin xüsusi vəsaitidir. Bu vəsait əsas 
fondların bütün xidməti müddətində amortizasiya ayırmaları şəklində yığılır. Amortizasiya 
ayırmaları  müəssisənin  öz  maliyyə  resursları  içərisində  başlıca  yer  tutur.  Amortizasiya 
ə
sas  fondların  fiziki  və  mənəvi  aşınmasının  pul  ilə  ifadəsidir.  Amortizasiya  əsas  fondlar 
sıradan  çıxdıqda  onları  tam  dəyişmək  məqsədilə  həyata  keçirilir.  Məhsul  satışından  əldə 
edilən  gəlirin  bir  hissəsi  (amortizasiya  ayırmaları  həcmində)  amortizasiya  fonduna  daxil 
olur.  Amortizasiya  fondu  –  əsas  istehsal  fondlarının  amortizasiya  ayırmaları  hesabına 
formalaşır  və  köhnəlmiş  əsas  fondların  bərpasına  və  yeni  əsas  fondların  alınmasına 
yönəldilən pul vəsaitidir. Amortizasiya ayırmalarının məbləği məhsulun istehsal xərclərinə 
(maya dəyərinə) daxil edilir və bununla da məhsulun qiymətinin üzərinə keçir. Müəssisə 
amortizasiya  ayırmaları  məbləğini  yığmağa  borcludur.  Bu  baxımdan  müəssisə  həmin 
məbləği məhsulun satış pulundan ayıraraq amortizasiya fonduna keçirməlidir. Müəssisənin 
illik amortizasiya ayırmalarının kəmiyyəti əsas fondların dəyərindən, onun tərkibindən və 
amortizasiya normasından asılıdır. Amortizasiya hər ay hesablanır, yəni daimi və fasiləsiz 
xarakter daşıyır. Fondun vəsaiti dövri olaraq xərclənir yəni vəsaitin xərclənməsi normativ 
xidmət  müddətinin  başa  çatması  ilə  əlaqədar  onların  təkrar  istehsalı  prosesində  həyata 
keçirilir.  Bu  anadək  həmin  vəsaitlər  azad  olur  və  əsas  fondların  təkrar  istehsalı  üçün 
maliyyə  resursları  mənbəyi  kimi  istifadə  edilə  bilər.  Amortizasiya  ayırmaları  sistemində 


ə
sas  problemlərdən  biri  də  amortizasiya  ayırmaları  normalarının  təkmilləşdirilməsi,  əsas 
fondların,  xüsusən  onların  aktiv  hissəsinin    maşın  və  avadanlıqların  sürətli  amortizasiya 
metodundan  istifadə  edilməsidir.  Amortizasiya  ayırmalarının  məbləği  amortizasiya 
normasına  görə  müəyyən  edilir.  Amortizasiya  norması  əsas  fondların  hazır  məhsulun 
üzərinə  hər  il  keçirilən  hissəsini  əks  etdirir.  Amortizasiya  norması  aşağıdakı  düsturla 
hesablanır: F  – FL An= ───── ·100 TN ×F  burada, An – amortizasiya norması; F  – 
ə
sas  fondların  ilk  dəyəri,  man.;  FL  –  əsas  fondların  ləğv  etmə  dəyəri,  man.  TN  –  əsas 
fondların normativ xidmət müddətidir (amortizasiya müddəti), il. Amortizasiya normasının 
səviyyəsi  əsas  fondların  aşınmış  hissəsinin  bərpa  edilməsi  üçün  lazım  olan  resursların 
həcmini  müəyyən  edir.  Amortizasiya  normasının  köməyilə  əsas  fodların  dövretmə  sürəti 
tənzimlənir, onların təkrar istehsalı prosesi intensivləşdirilir. Amortizasiya norması və əsas 
fondların qrupları üzrə bu normaların diferensiallaşdırılması vasitəsilə müəssisədə texniki 
və  istehsal  siyasəti  həyata  keçirilir.  Torpaq,  incəsənət  əsərləri,  nadir  tarixi  və  memarlıq 
abidələri  olan  binalar,  qurğular  və  köhnəlməyə  məruz  qalmayan  aşağıdakı  aktivlər 
amortizasiya  olunmur:  -  elmi-tədqiqat,  tədris  və  təcrübə  məqsədi  üçün  kabinetlərdə  və 
laboratoriyalarda istifadə edilən avadanlıqlar, eksponatlar, nümunələr, fəaliyyətdə olan və 
olmayan  modellər,  maketlər  və  başqa  əyani  vəsaitlər;  -  məhsuldar  heyvanlar; 
heyvanxanalarda  və  digər  analoji  müəssisələrdə  olan  heyvanat  aləminin  eksponatları;  - 
istismar  vaxtı  çatmayan  çoxillik  əkmələr;  -  kitabxana  fondları,  kinofondlar,  səhnə 
rekvizitləri,  muzey  sərvətləri;  -  istismara  yaralı  olmasına  baxmayaraq  tam  amortizasiya 
olunmuş  əsas  vəsaitlər;  -  konservasiya  edilmiş  əsas  vəsaitlər;  -  ümumi  istifadədə  olan 
avtomobil yolları; - istismara verilməmiş anbarda olan əsas vəsaitlər. Amortizasiya olunan 
aktivlər  üzrə  illik  amortizasiya  normaları  aşağıdakı  kimi  müəyyən  edilmişdir:  1.  binalar, 
tikililər və qurğular – 7 faizədək;  
2. maşınlar, avadanlıq və hesablama texnikası – 25 faizədək; 
 3. nəqliyyat vasitələri – 25 faizədək;  
4. iş heyvanları – 20 faizədək;  
5.  geoloji  kəşfiyyat  işlərinə  və  təbii  ehtiyatların  hasilatına  hazırlıq  işlərinə  çəkilən 
xərclər – 25 faizədək;  
6.  qeyri-maddi  aktivlər  –  istifadə  müddəti  məlum  olmayanlar  üçün  10  faizədək, 
istifadə  müddəti  məlum  olanlar  üçün  isə  illər  üzrə  istifadə  müddətinə  mütənasib 
məbləğlərlə;  
7. digər əsas vəsaitlər – 20 faizədək. 
 Əsas  vəsaitlərin  kateqoriyaları  üzrə  amortizasiya  ayırmaları  hər  kateqoriyaya  aid 
ə
sas  vəsaitlər  üçün  müəyyənləşdirilmiş  amortizasiya  normasını  həmin  kateqoriyaya  aid 
ə
sas  vəsaitlərin  ilinin  sonuna  qalıq  dəyərinə  tətbiq  etməklə  hesablanır.  Hər  hansı 
kateqoriyaya  aid  olan  əsas  vəsaitlər  üzrə  müəyyən  olunmuş  amortizasiya  normalarından 
aşağı  norma  tətbiq  olunduqda,  bunun  nəticəsində  yaranan  fərq  növbəti  illərdə 
amortizasiyanın  gəlirdən  çıxılan  məbləğinə  əlavə  oluna  bilər.  Amortizasiyanın 
hesablanması  üçün  əsas  vəsaitlərin  ilin  sonuna  qalıq  dəyəri  aşağıdakı  kimi 
müəyyənləşdirilir:  Əsas  vəsaitlərin  ilin  sonuna  qalıq  dəyərinə,  yəni  həmin  il  üçün 
hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyərinə cari ildə daxil olmuş 
ə
sas  vəsaitlərin  dəyəri  və  təmir  xərclərinin  məhdudlaşdırmadan  artıq  olan  hissəsi  əlavə 
edilir,  il  ərzində  təqdim    edilmiş,  ləğv  edilmiş  və  ya  qalıq  dəyəri  100  manat  və  ya  ilkin 
dəyərin 5 faizindən az olduqda əsas vəsaitlərin qalıq dəyəri çıxılır. Əsas vəsaitlərin təqdim 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə