Microsoft Word Investisiya f?aliyy?tini huquqi t?nziml?nm?si docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/57
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38174
1   ...   13   14   15   16   17   18   19   20   ...   57

investorların  cəlb  edilməsi  zəruriyyətə  çevrilir.  Məhz  buna  görə  də,  müasir  bazar 
iqtisadiyyatı  şəraitində  respublikamızda  xarici  ölkələrin  marağına  və  Azərbaycan  milli 
iqtisadiyyatının  inkişafına  tam  uyğun  olaraq,  qarşılıqlı  investisiya  qoyuluşlarının  həyata 
keçirilməsi imkanı yaradılır. 
 Cəmiyyət  üzvlərinin  artmaqda  olan  sosial-iqtisadi  tələbatının  ödənilməsi  mövcud 
istehsal potensialından tam və səmərəli istifadə edilməsini bir vəzifə kimi qarşıya qoyur. 
Bu  baxımdan  xarici  investisiya  qoyuluşlarının  rolu  və  əhəmiyyəti  son  dərəcə  yüksəlmiş 
olur. Ölkədə makroiqtisadi göstəricilərin yüksəldilməsi milli daxili məhsulun strukturunda 
aparıcı  sahələrin,  xüsusilə,  strateji  sahələrin  rol  və  əhəmiyyətinin  getdikcə  artırılmasını 
tələb edir. Bu cəhətdən, respublikaya xarici investisiya qoyuluşlarının artırılması və onun 
dövlət  tərəfindən  tənzimlənməsi,  iqtisadiyyatın  inkişafında  lazımi  proporsiyaların  təmin 
edilməsi böyük elmi və praktiki əhəmiyyət kəsb edir. 
Bütün  b  unlarla  yanaşı  dövlət  investisiya  fəaliyyətinin  tənzimlənməsində  müxtəlif 
metodlardan  (iqtisadi  mexanizmlərdən)  daha  fəal  istifadə  etməlidir.  Bu  mexanizmlərə 
ə
sasən aşağıdakıları aid etmək olar: 
 
vergitutma  subyektlərinin  və  obyektlərinin,  vergi  dərəcələrinin  və  güzəştlərinin 
fərqləndirildiyi vergi sisteminin tətbiqi; 
kredit  və  amortizasiya  siyasətinin  həyata  keçirilməsi,  o  cümlədən  əsas  fondların 
sürətli amortizasiyası yolu ilə. Amortizasiya üzrə güzəştlər, ayrı-ayrı iqtisadi sahələr, əsas 
fondların və avadanlığın müxtəlif növləri və elementləri üçün dəyişkən və fərqli müəyyən 
edilə bilər. 
ayrı-ayrı  region,  sahə  və  istehsalatların  inkişafı  üçün  subvensiya,  subsidiya  büdcə 
borclarının verilməsi; 
dövlət norma və standartlarının müəyyənləşdirilməsi; 
antiinhisar tədbirlərin görülməsi; 
mülkiyyətin dövlətsizləşdirilməsi və özəlləşdirilməsi; 
torpaqdan, sudan və başqa təbii ehtiyatlardan istifadə şərtlərinin müəyyənləşdirilməsi; 
qiymətqoyma siyasətinin həyata keçirilməsi; 
investisiya layihələrinin ekspertizasının keçirilməsi; 
başqa tədbirlər. 
Həmçinin,  investisiya  fəaliyyətinin  dövlət  tənzimlənməsinə  dövlət  investisiyasının 
idarə  olunması,  habelə  investisiya  fəaliyyəti  şərtlərinin  tənzimlənməsi  və  bu  şərtlərə 
investisiya fəaliyyətinin bütün subyektləri tərəfindən əməl edilməsinə nəzarət daxildir. 
Dövlət  investisiyasının  idarə  olunması  respublika  və  yerli  hakimiyyət  və  idarəetmə 
orqanları tərəfindən həyata keçirilir və büdcə, büdcədənkənar vəsaitin və həmin orqanlar 
tərəfindən  cəlb  edilən  başqa  vəsaitin  planlaşdırılmasından,  investisiyanın  şərtlərinin 
müəyyənləşdirilməsindən və bunlarla bağlı digər məsələlərin həllindən ibarətdir. 
 
MÖVZU V 
  NVESTISIYANIN MALIYYƏLƏŞDIRILMƏSI MƏNBƏLƏRI 
1  nvestisiya qoyuluşunun maliyyələşdirilməsi mənbələri  
2.  nvestisiyanın maliyyələşmə mənbəyi kimi amortizasiya 
Əsas vəsaitlərin təmirinin maliyyələşdirilməsi və kreditləşdirilməsi  
1.  nvestisiya qoyuluşunun maliyyələşdirilməsi mənbələri 


nvestisiya – gəlir (mənfəət) və ya sosial səmərə əldə etmək məqsədilə sahibkarlıq və 
digər  fəaliyyət  növləri  obyektlərinə  qoyulan  maliyyə  vəsaitindən,  habelə  maddi  və 
intelektual sərvətlərdən ibarətdir.  
nvestisiya  obyektlərinə  qiymətli  kağızlar  (səhmlər,  istiqrazlar  və  s.),  iqtisadiyyatın 
bütün sahələrində yeni yaradılan və modernləşdirilən əsas fondlar və dövriyyə vəsaitləri, 
məqsədli  pul  əmanətləri,  elmi-texniki  məhsul  və  mülkiyyətin  digər  obyektləri,  əmlak 
hüququ  və  intellektual  mülkiyyət  hüququ  aid  edilir.  nvestisiya  fəaliyyəti  subyektləri 
(investorlar) hasilat, tikinti, innovasiya və maliyyə kapitalı dövriyyəsi siferasına daha çox 
diqqət yetirirlər.  nvestisiyalaşmanın əsas istiqamətləri kimi aşağıdakıların fərqləndirilməsi 
məqsədəuyğundur.  stehsalın  genişləndirilməsinə,  istehsal  infrastrukturunun  inkişafına, 
modernləşdirməyə,  material  ehtiyatlarının  artırılmasına,  sosial  infrastrukturunun 
inkişafına,  elmə,  kadr  hazırlığına  investisiyalar.  nvestisiya  proseslərin  əsas  kapitalın 
artırılması  və  yeniləşdirilməsi,  innovasiyalı  inkişafı,  sturuktur  təkmilləşmələrinin  həyata 
keçirilməsinə  və  istehsalın  səmərəliyini  yüksəldən  digər  bu  kimi  vəzifələrin  icrasına 
yönəldilir. Ümumiyyətlə, investisiya qoyuluşlarını gələcəkdə gəlir əldə etmək üçün bu gün 
pul  vəsaitlərinin  maddi  aktivlər  və  ya  qiymətli  kağızlar  əldə  edilməsinə  sərfi  kimi 
xarakterizə  etmək  olar  və  xarakteristikadan  bəllidir  ki,  investisiyalar  real  və  maliyyə 
investisiyalarına  bölünür.  Maliyyə  investisiyaları    səhm,  istiqraz,  opsion  və  s.  qiymətli 
kağızlar  alqısı  ilə  bağlıdır.  nvestisiyaların  təsnifatı  Kapital  qoyuluşu    əsas  fondların 
bərpasına və inkişafına yönəldilən material, əmək və pul vəsaiti məsrəfidir. Təkrar istehsal 
üzrə  kapital  qoyuluşu  istehsal  və  qeyri  istehsal  təyinatlı  qoyuluşlara  bölünür.  stehsal 
təyinatın qoyuluşlara istehsal qurğularının tikintisinə və avadanlıqlarına, su təsərrüfatı və 
meliorasiya  qurğularına,  kənd  təsərrüfatı  texnikasının  və  inventarların  gətirilməsinə, 
çoxillik əkmələrin və bağların salınmasına və s. xərclər aid edilir. Mədəni-məişət təyinatlı 
obyektlərin  tikintisinə,  mənzil-kommunal  təsərrüfatına  məsrəflər  qeyri-istehsal  təyinatlı 
kapital qoyuluşuna aid edilir. Kapital qoyuluşunda əsas yeri 1-ci qrup təşkil edir. Ona görə 
ki,  o  istehsal  prosesində  həlledici  rol  oynayır.  Digər  tərəfdən  kənd  təsərrüfatı  istehsalı 
imkanının  yaxşılaşdırılması  kəndin  sosial  problemlərinin  həlli  ilə  bilavasitə  əlaqədardır. 
Buna  görə  qeyri-istehsal  təyinatlı  kapital  qoyuluşu  hər  il  genişləndirilməlidir.  Kapital 
qoyuluşu  növlərinə  görə  tikinti-quraşdırma  işlərinə  məsrəflərə,  quraşdırma  tələb  edən  və 
etməyən maşın və avadanlıqların, Real investisiyalar  nvestisiyalar Təhlükəsizlik və təbiəti 
mühafizə  stehsalın  genişlənməsi  layihələri  Digər  layihələr  Qiymətli  kağızlar  alqısı 
stehsalın  modernləş-  məsi  layihələri  Portfel  investisiyalar  Yeni  istehsallar  və  yeni 
bazarlarla  bağlı  layihələr  stehsalın  saxlanması  layihələri    inventar  və  alətlərin 
gətirilməsinə  məsrəflərə;  çoxillik  əkmələrin  salınmasına  və  becərilməsinə  məsrəflərə; 
layihə-axtarış  işlərinə;  obyektlərin  inventar  dəyərinə  aid  edilən  sair  kapital  qoyuluşuna 
məsrəflərə bölünür. Tikintiquraşdırma işləri iki üsulla podrat və təsərrüfat üsulu ilə yerinə 
yetirilir.  Podrat  üsulla  işləri  lazımi  texnika  ilə  təcriz  edilmiş,  yüksək  ixtisaslı  kadrlara 
malik  ixtisaslaşmış  tikinti  təşkilatları  yerinə  yetirir.  nvestisiya  fəaliyyəti  haqqında 
(Azərbaycan  Respublikası  Qanunu)  qanuna  uyğun  olaraq  əsaslı  tikintidə  işləri  yerinə 
yetirmək üçün dövlət investorlara (investisiya fəaliyyətini həyata keçirənlərə) sifariş verir. 
Sifariş  veriləndə  bir  qayda  olaraq,  müəssisə  və  təşkilatlar  üçün  bu  sifarişin  iqtisadi 
səmərəliliyi  nəzərə  alınır.  Sifariş  müsabiqə  (tender)  yolu  ilə  verilir.  Həmçinin  tikinti 
işlərində  investorlara  dövlət  sifarişi  verilərkən,  qanunvericiliklə  müəyyən  güzəştlər  də 
nəzərdə  tutula  bilər.  şlər  başa  çatandan  sonra  Respublika  dövlət  sifarişi  obyektləri 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə