382
yanğın təhlükəsizliyi və dövlət yanğın nəzarəti sisteminin təşkilinin hüquqi əsasını və
prinsiplərini müəyyən edir.
“Əhalinin radiasiya təhlükəsizliyi haqqında” 1997-ci il 30 dekabr tarixli Azərbaycan
Respublikasının Qanunu radioaktiv şüa mənbələri sahəsində qəzasız fəaliyyətin, əhalinin
radiasiya təhlükəsindən qorunması və sağlamlığının mühafizə edilməsinin hüquqi əsaslarını
müəyyən edir.
“Ekoloji təhlükəsizlik haqqında” 1999-cu il 8 iyun tarixli Azərbaycan Respublikasının
Qanununun 1-ci maddəsinə uyğun olaraq, ekoloji təhlükəsizlik insanın və cəmiyyətin həyati
vacib maraqlarının, ətraf mühitin ona antropogen və təbii təsirlər nəticəsində yaranan
təhlükələrdən qorunmasının təmin edilməsidir.
“Texniki təhlükəsizlik haqqında” 1999-cu il 2 noyabr tarixli Azərbaycan
Respublikasının Qanunu təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının hüquqi,
iqtisadi və sosial əsaslarını müəyyənləşdirir, həmin obyektləri istismar edən hüquqi və fiziki
şə
xslərin bu obyektlərdə baş verə biləcək qəzaların qarşısını almağa və baş vermiş qəzaların
nəticələrini aradan qaldırmağa yönələn fəaliyyətini tənzimləyir.
Beləliklə, II suala yekun olaraq göstəririk ki, şəxsiyyətin, cəmiyyətin və dövlətin
daxili və xarici təhlükələrdən müdafiə olunması sizə təhlükəsizlik anlayşının açıqlanmasına
ə
sas verdi.
SUAL 3.
Müdafinə
sahə
sində
dövlə
t idarə
etmə
sinin anlayış
ı və
təş
kilati-hüquqi formaları
18 oktyabr 1991-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının dövlət
müstəqilliyi haqqında Konstitusiya Aktının 29-cu maddəsində göstərilir: “Azərbaycan
Respublikasını müdafiə etmək Azərbaycan Respublikası vətəndaşının müqəddəs borcudur.
Qanunla müəyyən edilmiş hüdudlarda və növlərdə hərbi xidmət məcburidir”.
Azərbaycan Respublikasının müdafiəsinin təşkilinin əsaslarını möhkəmləndirən əsas
hüquqi akt 26 noyabr 1993-cü il tarixli “Müdafiə haqqında” Azərbaycan Respublikasının
Qanunudur. Bu Qanunun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının müdafiəsi
dedikdə, dövlətin müstəqilliyinin, ərazi bütövlüyünün, suverenliyinin və əhalinin
təcavüzdən qorunmasının təmin olunması məqsədilə dövlət tərəfindən həyata keçirilən
siyasi, iqtisadi, hüquqi, hərbi və sosial tədbirlər sistemi başa düşülür”.
Azərbaycan Respublikasının müdafiəsinin məqsədi, hər hansı bir vaxtda və şəraitdə
Azərbaycan Respublikasına qarşı hərbi basqının qarşısını almaq və mümkün təcavüzü
silahla dəf etmək üçün bütün zəruri şərtlərin yaradılmasıdır.
Azərbaycan Respublikasının müdafiəsi Silahlı Qüvvələrin, iqtisadiyyatın, əhalinin,
ə
razinin müdafiəyə daim hazır olmasına əsaslanır və dövlətin hərbi doktrinasına uyğun
olaraq təşkil edilir. Azərbaycan Respublikasının hərbi doktrinası Silahlı Qüvvələrin
quruculuğunda “müdafiə yetərliyi” prinsipi ilə müəyyənləşdirilir və Azərbaycan
Respublikası heç bir dövlətə qarşı ərazi iddiasının olmamasına və əgər təcavüz obyekti
olmasa beynəlxalq hüquqa əsaslanan öhdəliklərdən başqa heç vaxt heç, bir dövlətə qarşı
birinci hərbi əməliyyatlara başlamayacağına əsaslanır.
Azərbaycan Respublikasının müdafiəsinin təşkili aşağıdakılardan ibarətdir:
♦
dövlətin hərbi siyasətinin və doktrinasının formalaşdırılması;
383
♦
təcavüzün qarşısının alınması üçün beynəlxalq aləmdə müvafiq tədbirlərin
görülməsi;
♦
taktiki hərb elminin inkişafı;
♦
müdafiə və hərbi quruculuq məsələlərinin hüquqi tənzimlənməsi;
♦
silahlı
qüvvələrin
strukturunun
hazırlanması,
formalaşdırılması
və
təkmilləşdirilməsi, zəruri sayının təmin olunması, onların yüksək döyüş qabiliyyətinin,
döyüş və səfərbərlik hazırlığının saxlanması;
♦
dövlətin hərbi-texniki siyasətinin hazırlanması və həyata keçirilməsi, Silahlı
Qüvvələrin silah, hərbi texnika, ərzaq, geyim və digər material ehtiyatları ilə təmin
edilməsi;
♦
dövlət orqanlarının, iqtisadiyyatın və əhalinin müharibə dövründə fəaliyyət
göstərməsi üçün səfərbərlik hazırlığı;
♦
dövlət sirrinin və hərbi sirrin qorunmasının təmin edilməsi.
Müdafiənin əsasını Azərbaycan Respublikasının Silahlı Qüvvələri təşkil edir.
Azərbaycan Respublikasının Silahlı Qüvvələri 26 noyabr 1993-cü il “Azərbaycan
Respublikası Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən,
Azərbaycan Respublikasının suverenliyinin, müstəqilliyinin, ərazi bütövlüyünün və
maraqlarının silahlı müdafiəsinə, dövlətə olan silahlı basqının qarşısının alınmasına,
təcavüz zamanı isə onun dəf edilməsinə xidmət edir.
Azərbaycan Respublikası Silahlı Qüvvələri Azərbaycan Respublikası Milli
Məclisinin qərarı və Azərbaycan Respublikası Prezidentinin göstərişi əsasında öz təyinatına
ə
sasən vəzifələrin icra olunmasına cəlb oluna bilinər.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin quruculuğunun və fəaliyyətinin
prinsipial əsasını “qanunçuluq”, “nizami ordu”, “qarışıq komplektləşdirmə”, “kadr”,
“mərkəzləşdirilmiş və vahid rəhbərlik”, “yüksək hərbi intizam”, “daimi döyüş və
səfərbərlik hazırlığı”, “hərbi qulluqçuların sosial-hüquqi müdafiəsinin təmin olunması”
prinsipləri təşkil edir.
Azərbaycan Respublikasının Silahlı Qüvvələri quru qoşunlarından, hava
hücumundan müdafiə və hərbi-dəniz qüvvələrindən ibarətdir.
Təşkilati cəhətdən Azərbaycan Respublikası Silahlı qüvvələrin birliklərdən,
birləşmələrdən, hərbi hissələrdən, hərbi təşkilatlardan və hərbi təhsil müəssisələrindən
ibarətdir.
Azərbaycan Respublikası Silahlı Qüvvələrin strukturu, sayı, silahları Azərbaycan
Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən
təsdiq olunur. Azərbaycan Respublikası Silahlı qüvvələrinin təminatı əsasən dövlət
büdcəsindən ayırmalar və Azərbaycan ordusuna xalqın köməkliyi adlı hesab vasitəsilə
həyata keçirilir.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, hərbi qulluqçularının hərbi-
vətənpərvərlik tərbiyəsi ümumbəşəri dəyərlər və Azərbaycan xalqının milli-tarixi ənənələri
ruhunda həyata keçirilir. Siyasi məqsədlər güdən hər hansı təşkilatların və həmkarlar
ittifaqlarının Azərbaycan Respublikası Silahlı Qüvvələrində fəaliyyət göstərməsinə icazə
verilmir. Müdafiə sahəsində idarəetmə silahlı qüvvələrdə ciddi mərkəzləşdirilmiş vahid
rəhbərlik və hərbi intizam əsasında qurulur.