384
Azərbaycan Respublikası Silahlı Qüvvələrinə rəhbərliyi Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi Azərbaycan Respublikasının Prezidenti və
Azərbaycan Respublikası hökuməti həyata keçirir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinə əsasən Azərbaycan
Respublikasının Prezidenti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş
Komandanı kimi aşağıdakı səlahiyyətlərə malikdir:
♦
Azərbaycan Respublikası Milli Məclisinin təsdiqi üçün hərbi doktrinanın və hərbi
quruculuq konsepsiyasının layihələrinə, silahların və hərbi texnikanın dövlət inkişaf
proqramına, Silahlı Qüvvələrin ümumi strukturu və sayı haqqında təkliflərini təqdim edir;
♦
Müdafiə nazirini vəzifəyə təyin edir və vəzifədən azad edir;
♦
ali zabitlər tərəfindən tutulmalı olan hərbi vəzifələrə hərbi qulluqçuları təyin edir,
habelə vəzifədən azad edir: “ordu generalı” hərbi rütbəsinin verilməsi barədə Azərbaycan
Respublikası Milli Məclisinə təqdimat verir;
♦
qanunla nəzərdə tutulmuş hallarda hərbi rütbələr verir;
♦
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi məktəblərini, ali məktəblərin
hərbi kafedralarını və elmi-tədqiqat təşkilatlarını yaradır və ləğv edir;
♦
Azərbaycan Respublikası Konstitusiyası və qanunları hüdudlarında müvafiq
orqanların müdafiə sahəsində səlahiyyətlərini, təşkilini və fəaliyyət qaydasını
müəyyənləşdirir və onların fəaliyyətinə rəhbərlik edir;
♦
birgə müdafiə və hərbi əməkdaşlıq, kollektiv təhlükəsizlik və tərksilah məsələləri
barəsində danışıqlar aparır və Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini
imzalayır;
♦
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin inkişaf, səfərbərlik, yerləşdirilmə və
tətbiq planlarını, iqtisadiyyatın və idarəetmənin səfərbərlik planlarını, Azərbaycan
Respublikasının mülki müdafiə planını və ərazi müdafəisi haqqında Əsasnaməni təsdiq
edir;
♦
Azərbaycan Respublikasının bütün ərazisində və ayrı-ayrı yerlərdə hərbi vəziyyət
tətbiq edir, Azərbaycan Respublikası hərbi basqına məruz qaldıqda isə müharibə vəziyyəti
elan edir və bu məsələləri dərhal Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə
təqdim edir, ümumi və ya qismən səfərbərlik və səfərbərlik üzrə çağırılanlar barədə
tərxisetmə elan edir;
♦
“Hərbi vəziyyət haqqında” Qanuna müvafiq olaraq hərbi dövrün dövlət idarəçilik
orqanlarını yaradır və ləğv edir;
♦
hərbi əməliyyatlar aparılması barədə Azərbaycan Respublikasının Silahlı
Qüvvələrinə əmr verir;
♦
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təyinatı ilə bağlı olmayan
vəzifələrin icrasına cəlb edilməsi barədə Azərbaycan Respublikası Milli Məclisinə təqdimat
verir;
♦
Azərbaycan Respublikası vətəndaşlarının müddətli hərbi xidmətə çağırılması və
müddətli hərbi xidmət qulluqçularının ehtiyata buraxılması barədə fərmanlar verir;
♦
hərbi qulluqçuların hərbi geyim formasının geyilməsi və fərqlənmə nişanlarının
sancılması qaydasını təsdiq edir;
385
♦
Azərbaycan Respublikasının Prezidenti müdafiə sahəsində dövlət siyasətinin
formalaşdırılması üçün məşvərətçi orqan yarada bilər. Belə orqanın səlahiyyəti Azərbaycan
Respublikasının Prezidenti tərəfindən müəyyənləşdirilir.
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinə əsasən, Azərbaycan
Respublikasının Nazirlər Kabineti aşağıdakı səlahiyyətlərə malikdir:
♦
silahlı qüvvələrin vəziyyətinə görə məsuliyyət daşıyır;
♦
silahlı qüvvələrin silah, hərbi texnika, döyüş sursatı və başqa vasitələrlə təchiz
olunmasını təşkil edir;
♦
müdafiə və silahlı qüvvələrin ehtiyatları üçün maddi-texniki, ərzaq, geyim və digər
ehtiyacların həcmini müəyyənləşdirir;
♦
səfərbərlik ehtiyatlarına maddi sərvətlərin toplanması planını təsdiq edir;
♦
ölkə iqtisadiyyatının səfərbərlik hazırlığına və səfərbərlik üzrə işə başlanmasına,
onun hərbi vəziyyət şəraiti reciminə keçirilməsinə rəhbərlik edir;
♦
mülki və ərazi müdafiəsinin ümumi planlaşdırılmasını təşkil edir və onun yerinə
yetirilməsinə nəzarət edir;
♦
hərbi komissarlıqların fəaliyyət və maddi texniki təchizat qaydasını müəyyən edir;
♦
silahların və strateci materialların ixracı üzərində nəzarəti təşkil edir;
♦
vətəndaşların hərbi uçot, ixtisasları üzrə və zabit kadrlarının hazırlanması
qaydasını, sənaye və başqa müəssisə və təşkilatlarla hərbi nümayəndəliklərin yaradılması
və fəaliyyət qaydasını müəyyənləşdirir;
♦
hərbi qulluqçuların hərbi qulluqdan ehtiyata və ya istefaya buraxılmış şəxslərin,
onların ailələrinin sosial və hüquqi təminatlarına dair qanunvericiliyin icrasını təmin edir.
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə bilavasitə rəhbərliyi Azərbaycan
Respublikasının Müdafiə Nazirliyi həyata keçirir. Müdafiə Nazirliyi Azərbaycan
Respublikası Silahlı Qüvvələrinə və yerli hərbi idarəetmə orqanlarına rəhbərlik edən dövlət
orqanı olub, onların inkişafına, həmçinin müdafiə vəzifələrinin yerinə yetirilməsinə,
hazırlığına görə məsuliyyət daşıyır və öz fəaliyyətində Azərbaycan Respublikası
Prezidentinə tabedir.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi aşağıdakı səlahiyyətlərə malikdir:
♦
hərbi siyasi vəziyyəti qiymətləndirir və hərbi təhlükənin dərəcəsini
müəyyənləşdirir;
♦
silahlı qüvvələrin quruculuq və inkişafı üzrə dövlət proqramının layihələrini
hazırlayır və Azərbaycan Respublikası Prezidentinə təqdim edir;
♦
qoşunların döyüş, əməliyyat-taktiki və mənəvi-psixoloci hazırılığına rəhbərlik edir;
♦
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin hərbi vətənpərvərlik
ruhunda tərbiyəsini təşkil edir;
♦
hərbi elminin inkişafına rəhbərlik edir, tədqiqatları təşkil edir və həyata keçirir;
♦
hərbi texnikanın və digər hərbi əmlakın yaradılması, istehsalı və təmiri barədə
dövlət sifarişlərini verir;
♦
vətəndaşların hərbi xidmətə hazırlanması məsələlərinə dair qüvvədə olan
qanunvericiliyin icrasında iştirak edir;
♦
hərbi vəzifələrin hazırlanmasını və təkmilləşdirilməsini, vətəndaşların həqiqi
müddətli hərbi xidmətə çağırılmasını, hərbi qulluqçuların ehtiyata buraxılmasını, toplanışa
çağırılmasını, səfərbərliyi və səfərbərlikdən təxris etməni planlaşdırır və təşkil edir;