386
♦
başqa dövlətlərin silahlı qüvvələri ilə əməkdaşlıq edir;
♦
Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hallarda müdafiə
məsələlərinə aid normativ aktlar qəbul edir və onların icrasına nəzarət edir;
♦
qüvvədə olan qanunvericiliyə müvafiq surətdə hərbi xidmətin keçilməsini təşkil
edir, hərbi qulluqçuların və onların ailə üzvlərinin sosial və hüquqi təminatlarını təmin edir;
♦
hərbi qulluqçuların və təşkilatların fəaliyyəti zamanı ətraf mühitin mühafizəsi
haqqında Azərbaycan Respublikası qanunvericiliyinin icrasını təmin edir.
Müdafiənin idarəetmə orqanları sisteminə hərbi komissarların rəhbərlik etdikləri
şə
hər, rayon, şəhərdə rayon hərbi komissarlıqları da daxildir. Hərbi komissarlıqlar hərbi
mükəlləfiyyətlilərin qeydiyyatını aparır, hərbi xidmətə çağırışları təşkil edir. Onlar
həmçinin gənclərin hərbi xidmətə hazırlığı məsələləri ilə məşğul olur, kütləvi müdafiə,
hərbi vətənpərvərlik tədbirləri keçirirlər.
Qüvvədə olan qanunvericiliyə əsasən, yerli dövlət orqanlarının müdafiənin
idarəolunması ilə bağlı müəyyən səlahiyyətləri vardır. Bu səlahiyyətlər onlar tərəfindən
tabeçilikdə olan ərazi çərçivəsində və hərbi idarəetmə orqanları ilə sıx qarşılıqlı əlaqədə
həyata keçirilir.
Yerli dövlət orqanlarının və bu istiqamətdəki fəaliyyəti, onlar tərəfindən öz
ə
razilərində müdafiə sahəsində qanunvericilik və digər hüquqi aktlara riayət və icra
olunmasını təmin etməyi nəzərdə tutur.
26 noyabr 1993-cü il tarixli “Müdafiə haqqında” Qanuna əsasən, yerli komissarlıqlar
vətəndaşların hərbi xidmətə, hərbi toplanışa çağırışını təşkil edir; səfərbərlik hazırlığının
müdafiə tələblərinin təmin edilməsi ilə əlaqədar məsələləri həll edir; yaşayış və xidməti
binalar ayırır, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi hissələrinə,
müəssisələrinə, təhsil müəssisələrinə məişət-kommunal və digər xidmətlər göstərir; çağırışa
qədər olanların hərbi hazırlığında və əhalinin hərbi-vətənpərvərlik ruhunda tərbiyə
olunmasında
köməklik
göstərir;
hərbi
qulluqçuların,
çağırışçıların,
hərbi
mükəlləfiyyətlilərin, hərbi xidmətdən təxris olunmuş şəxslərin və onların ailə üzvlərinin
sosial-hüquqi müdafiəsi haqqında qanunvericiliyin icrasını təmin edirlər. Qeyd etmək
lazımdır ki, müdafiə məsələləri haqqında Azərbaycan Respublikası qanunvericiliyinin
pozulmasında təqsiri olan dövlət orqanları, idarə, müəssisə və təşkilatların vəzifəli şəxsləri
və vətəndaşlar qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunurlar.
Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında
qanunvericiliyin vəzifələri hərbi vəzifənin əsaslarını, gənclərin hərbi xidmətə hazırlıq
qaydalarını, hərbi xidmətə çağırışın və qəbulun şərtlərini və qaydalarını, hərbi vəzifəlilərin
və çağırışçıların hərbi uçot qaydalarını, səfərbərlik üzrə çağırışın və səfərbərlikdən
tərxisetmə üzrə buraxılmanın əsaslarını müəyyənləşdirmək, eləcə də Silahlı Qüvvələr üçün
kadrlar hazırlamaq onların daimi döyüş və səfərbərlik hazırlığını saxlamaqdır.
Vətənin müdafiəsində iştirak etmək və hərbi xidmət hər bir vətəndaşın Konstitusiya
vəzifəsi olmaqla bərabər, həm də onun müqəddəsi borcudur.
N Ə
T C Ə
Azərbaycan xalqı tarixinin ən mürəkkəb eyni zamanda ən şərəfli dövrünü yaşayır-
müstəqilliyin çətin yolları ilə irəliləyərək hörmətli Prezidentimiz .Əliyevin rəhbərliyi
387
altında demokratik, sivil bir cəmiyyət qurur. Bu isə ölkənin ictimai-siyasi, iqtisadi, hərbi,
mədəni həyatının bütün sahələrində köklü islahatlar və təhlükəsizlik sistemində həyata
keçirilən hüquqi islahatlar artıq həmin arzuları reallığa çevrib. Belə ki, bu sahələri əhatə
edən qanunvericilik aktları ilə ayrı-ayrılıqda siz tanış oldunuz.
Mövzunun birinci sualının əhəmiyyəti ondan ibarətdir ki, Milli Təhlükəsizlik
sahəsində idarəetmə şəxsiyyətin, cəmiyyətin və dövlətin əsas maraqlarının daxili və xarici
təhlükələrdən qorunması məqsədi ilə həyata keçirilir. Biz onu da qeyd etdik ki,
təhlükəsizliyi təmin edən orqanlar üzərində idarəetməyə ümumi rəhbərlik Azərbaycan
Respublikasının Prezidenti tərəfindən həyata keçirilir. Milli təhlükəsizlik xidməti
orqanlarının vahid mərkəzləşdirilmiş sisteminə rəhbərliyi isə mərkəzi icra hakimiyyəti
orqanlarından biri olan MTN həyata keçirir.
Mövzunun ikinci sualında dövlət sərhədi anlayışı, onun mühafizəsi, mühafizə
rejimləri və nəhayət dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd qoşunları, o
cümlədən Dövlət Sərhəd Xidməti haqqında hüquqi biliklər əldə edəcəksiniz.
Üçüncü sualda isə qeyd edildi ki, Azərbaycan Respublikasının müdafiəsi Silahlı
Qüvvələrin, iqtisadiyyatın, əhalinin, ərazinin müdafiəyə daim hazır olmasına əsaslanır və
dövlətin hərbi doktrinasına uyğun olaraq təşkil edilir. Sualın açıqlanmasında onu da qeyd
etdik ki, Azərbaycanın Silahlı Qüvvələri quru qoşunlarından, hava hücumundan müdafiə,
hərbi hava və hərbi-dəniz qüvvələrindən ibarətdir. Silahlı Qüvvələrə rəhbərliyi Silahlı
Qüvvələrin Ali Baş Komandan kimi Azərbaycan Respublikası Prezidenti və həmçinin
Azərbaycan Respublikasının hökuməti həyata keçirir. Bilavasitə rəhbərliyi isə Müdafiə
Nazirliyi həyata keçirir.
MÖVZU № 20 “ XAR C ŞLƏR SAHƏS NDƏ
DÖVLƏT DARƏETMƏS ”.
P L A N:
G R Ş
7.
Xarici işlər sahəsində dövlət idarəetməsinin anlayışı, prinsipləri və təşkilati-hüquqi
formaları.
8.
Azərbaycan Respublikasının Xarici şlər Nazirliyi-xarici işlər sahəsində idarəetməni
bilavasitə həyat keçirən orqan kimi.
9.
Azərbaycan Respublikasına gəlmək və Azərbaycan Respublikasından getməyin
inzibati-hüquqi nizamlanması.
N Ə
T C Ə
Ə
D Ə B Y Y A T:
27.
Azərbaycan Respublikasının Konstitusiyası.
28.
“Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında”
Azərbaycan Respublikasının Qanunu, 13 Dərslik. mart 1996-ci il. Sonrakı əlavə
dəyişikliklərlə.