392
Diplomatik nümayəndəliklərin fəaliyyətinə diplomatik nümayəndəliyin başçısı
(diplomatik nümayəndə) rəhbərlik edir.
X N-in xaricdəki səfirliklərinə Azərbaycan Respublikasının Fövqəladə və
Səlahiyyətli səfiri, missiyaya (ikinci dərəcəli diplomatik nümayəndəliklərə) isə Azərbaycan
Respublikasının Fövqəladə və Səlahiyyətli nümayəndəsi və yaxud da Azərbaycan
Respublikasının işində vəkil edilmiş şəxs rəhbərlik edir.
Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli səfiri, Fövqəladə və
Səlahiyyətli nümayəndəsi vəzifəyə Azərbaycan Respublikası Prezidenti tərəfindən təyin
edilirlər. Azərbaycan Respublikası işində vəkil edilmiş şəxs isə Azərbaycan
Respublikasının xarici işlər naziri tərəfindən təyin edilirlər.
“Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi və “Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərinin
başçıları üçün dərəcələrin və diplomatik rütbələrin müəyyən edilməsi haqqında”
Azərbaycan Respublikası Qanununun qüvvədən düşmüş hesab edilməsi barədə 29 oktyabr
2002-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan
Respublikasının diplomatik nümayəndəliklərində işləyən diplomatik xidmət əməkdaşları
üçün aşağıdakı vəzifələr müəyyən edilir:
1. Fövqəladə və Səlahiyyətli səfir; Azərbaycan Respublikası-nın beynəlalq
təşkilatlardakı daimi nümayəndəsi;
2. müşavir-elçi; daimi nümayəndənin müavini;
3. müşavir;
4. birinci katib;
5. ikinci katib;
6. üçüncü katib;
7. attaşe.
Diplomatik personal, onların ailə üzvləri diplomatik immunitetə malikdirlər.
Olduqları ölkənin yurisdiksiyaları istisna olmaqla, onlar şəxsi və mənzil toxunulmazlığına
malikdirlər. Diplomatik personal və onların ailə üzvləri olduqları ölkənin vergilərindən,
rüsumlarından, şəxsi yüklərinin gömrük baxışından azad edilirlər. Onlar öz ölkələri ilə
maneəsiz əlaqə saxlamaq hüququna malikdirlər.
Azərbaycan Respublikasının X N-in xaricdəki orqanlarından biri də konsulluqlardır.
Azərbaycan Respublikası X N-in konsulluqları Azərbaycan Respublikasının digər
xarici dövlətlərlə qarşılıqlı razılaşma əsasında təşkil edilir. Konsulluqlar olduqları ölkənin
böyük şəhərlərində, dəniz və çay limanlarında fəaliyyət göstərirlər.
8 fevral 1994-cü il tarixində Azərbaycan Respublikasının “Konsul Nizamnaməsinin
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu
Nizamnamənin birinci maddəsinə əsasən Azərbaycan Respublikasının konsulluqları xarici
dövlətlərdə Azərbaycan Respublikasının, onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquq
və mənafeyini müdafiə edirlər. Xarici dövlətlərdə fəaliyyət göstərən konsulluqlar
Azərbaycan Respublikasının başqa dövlətlərə dostluq münasibətlərinin inkişafına, iqtisadi,
elmi texniki, mədəniyyət, ticarət, idman, turizm və digər əlaqələrinin genişlənməsinə
yardım göstərir.
Azərbaycan Respublikasının konsulluqları aşağıdakı orqanlardan ibarətdirlər:
♦
Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin konsul şöbələrindən;
♦
baş konsulluqlardan;
393
♦
konsulluqlardan;
♦
vitse-konsulluqlardan;
♦
konsul agentliklərindən.
Konsulluqlar öz gündəlik fəaliyyətlərini aşağıdakı normativ-hüquqi normalara
ə
saslanaraq həyata keçirirlər:
♦
Azərbaycan Respublikasının Konsul Nizamnaməsi;
♦
Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və konsulluqların
yerləşdiyi dövlətlərin qanunları;
♦
beynəlxalq müqavilələr;
♦
beynəlxalq adətlər.
Konsulluqlar Azərbaycan Respublikasının X N-in tabeliyində olaraq Azərbaycan
Respublikasının xaricdəki diplomatik nümayəndəliyi başçısının ümumi siyasi rəhbərliyi
altında fəaliyyət göstərirlər. Diplomatik nümayəndəliklərin konsul şöbələrinə şöbə
müdirləri başçılıq edir və onlar baş konsul və ya konsul adlanırlar.
Konsul yalnız “Konsul Nizamnaməsi” ilə nəzərdə tutulmuş funksiyaları yerinə
yetirə bilər. Lakin bu Nizamnamənin 6-cı maddəsinə əsasən konsul bu Nizamnamədə
nəzərdə tutulmamış başqa funksiyaları da yerinə yetirə bilər, bir şərtlə ki, həmin funksiyalar
Azərbaycan Respublikasının qanunvericiliyinə və konsulluğun olduğu dövlətin
qanunvericiliyinə zidd olmasın.
Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi olmayan dövlətdə, həmin
dövlətin razılığı ilə konsula diplomatik funksiyaların da yerinə yetirilməsi həvalə oluna
bilər. Konsulluğun yeri, dərəcəsi və konsul dairəsi onun yerləşdiyi dövlətlə razılıq əsasında
müəyyənləşdirilir. Xarici dövlətlərdə yerləşən bütün konsulluqlar üzərində Azərbaycan
Respublikasının Dövlət gerbinin təsviri və Azərbaycan Respublikasının dövlət dilində
konsulluğun adı olan möhürə malikdirlər. Bundan əlavə konsulluq yerləşdiyi binaya
üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan Azərbaycan
Respublikasının dövlət dilində və konsulluğun yerləşdiyi dövlətin dövlət dilində adı yazılan
lövhə vurulur. Konsulluq yerləşdiyi bina üzərində, öz igamətgahında, habelə nəqliyyat
vasitələrində Azərbaycan Respublikasının bayrağını qaldıra bilər.
Konsulluğun vəzifəli şəxsləri və konsulluğun əməkdaşları Azərbaycan
Respublikasının X N-də dövlət qulluqçularıdırlar və konsulluğun vəzifəli şəxsi yalnız
Azərbaycan Respublikasının vətəndaşı ola bilər. Vəzifəyə təyin edilərkən konsul
Azərbaycan Respublikasının X N-in Vəkalətnamə konsul potenti alır və vəzifəsinin icrasını
qəbul edən dövlətdən razılıq (ekzekvatura) alandan sonra başlayır. Əgər konsul hər hansı
səbəblərə görə öz funksiyalarını yerinə yetirə bilmirsə və ya onun yeri boşdursa, belə
hallarda yeni konsul təyin edilənədək konsul vəzifəsinin icrası həmin konsulluğun və ya
Azərbaycan Respublikasının həmin dövlətin ərazisindəki digər konsulluğun vəzifəli şəxsinə
və yaxud da Azərbaycan Respublikasının həmin dövlətdəki diplomatik nümayəndəliyinin
diplomatik heyəti üzvlərindən birinə həvalə edilir.
Konsul ona həvalə olunmuş funksiyaları şəxsən icra edir və ya onların icrasını
konsulluğun digər vəzifəli şəxsinə tapşırır.
Konsul digər dövlətin konsul funksiyalarını yalnız Azərbaycan Respublikası Xarici
ş
lər Nazirliyinin xüsusi göstərişi və qəbul edən dövlətin razılığı əsasında yerinə yetirə
bilər.