Microsoft Word inzibati huquq doc



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə220/244
tarix08.09.2018
ölçüsü3,57 Mb.
#67060
1   ...   216   217   218   219   220   221   222   223   ...   244

 

409 


 

G   R   Ş 

10.

 Təhsil sahəsində dövlət idarəetməsinin anlayışı və təşkilati-hüquqi əsasları.  



11.

 Ali  təhsil  müəssisələrinin  hüquqi  vəziyyətləri,  növləri  və  onların  fəaliyyətinə 

rəhbərliyin həyata keçirilməsi qaydası 

12.


 Polis Akademiyası-dövlət ali təhsil müəssisəsi kimi. 

Ə T   C Ə 

 

 

Ə

 D Ə B   Y Y A T: 

 

31.


 Azərbaycan Respublikasının Konstitusiyası. 

32.


 “Təhsil haqqında”Azərbaycan Respublikasının Qanunu.19 iyun  2009-ci il. 

33.


 “Ali  təhsil  müəssisələrinin  Əsasnaməsinin  təsdiq  edilməsi  haqqında”  Azərbaycan 

Respublikası Nazirlər Kabinetinin Qərarı.30 mart 1995-ci il. 

34.

 “Azərbaycan  Respublikasında  təhsil  sisteminin  təkmilləşdirilməsi  haqqında” 



Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 13 iyun 2000-ci il. 

35.


 “Azərbaycan  Respublikasının  təhsil  sahəsində  islahat  proqramının  təsdiq  edilməsi 

haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. 15 iyun 1999-cu il. 

36.

 “Dövlət  gənclər  siyasəti  haqqında”  Azərbaycan  Respublikası  Prezidentinin  Fərmanı. 



29 iyul 1999-cu il. 

37.


 “Azərbaycan  Respublikası  Təhsil  Nazirliyinin  yaradılması  haqqında”  Azərbaycan 

Respublikası Prezidentinin 747 №-li Fərmanı, 2 sentyabr  1993-cü il. 

    8.  A.Abdullayev, F.Nağıyev. “ nzibati hüquq”. Dərslik. Bakı, 2008. 

    9. E.Abdullayev.    ″ nzibati hüquq″. Dərslik. Bakı, 2007. 

 

  10.V.M.Monax,  Ö.S.Aduşmin,  Z.A.Baqişaev.“Rossiyskoe  admi-nistrativnoe  pravo”.  



Dərslik.        M., 1997-ci il. 

   11.A.P.Alexin,  A.A.Kormolitskiy,  E.M.  Kozlov.      “Administratisnoe  pravo  Rossiyskoy 

Federaüii”. Dərslik.   M., 1997-ci il.  

   12.  A.P. Korenev.  “Administrastivnoe pravo”. Dərslik.  M., 1999-cu il.  

 

 

 



 

 

 

G   R   Ş 

Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyat fəaliyyətinin mühüm bir sahəsidir. 

Təhsil  sahəsi  elə  bir  sahədir  ki,  cəmiyyət  üzvlərinin,  əhalinin,  demək  olar  ki,  tam 

ə

ksəriyyəti bu sistemlə bağlıdır. Təhsil sahəsi cəmiyyət üzvlərinin tam əksəriyyətini həm 



maraqlandırır,  həm  də  onların  bu  və  ya  digər  şəkildə  iştirakını  tələb  edir.  Təhsil  sahəsi 

cəmiyyətin xüsusi, intellektual cəhətini əks etdirən bir sahədir. 

Mövzunun əhəmiyyətini dərk edərək mövzunu plan üzrə iki hissəyə bölürük. Birinci 

hissədə  təhsil  sahəsində  dövlət  idarəetməsinin  anlayışını,  onun  konstitusiya-hüquqi 

ə

saslarını  açıqlamaqla  yanaşı,  təhsilin  növlərini,  onların  xarakteristikasını  açıqlayacağıq. 



Burada  biz,  həm  də  təhsil  sisteminin  təkmilləşdirilməsi  sahəsində  dövlət  tədbirləri,  bu 


 

410 


 

sahənin  fəaliyyətini  tənzimləyən  qanunvericilik  aktları  haqqında  qeyd  edəcəyik.  Birinci 

sualda  bunlarla  yanaşı  təhsil  sistemində  dövlət  idarəetməsinə  ümumi  və  bilavasitə 

rəhbərliyi həyata keçirən orqanlar barədə hüquqi biliklər əldə edəcəksiniz. 

Mövzunun  ikinci  sualında  D N-in  ali  təhsil  müəssisəsi  olan  Polis  Akademiyası 

dövlət ali təhsil müəssisəsi kimi haqqında olacaqdır. Ölkəmizdə aparılan hüquqi islahatlar, 

demokratikləşdirmə, 

habelə 


idarəetmə 

mexanizminin 

və 

təhsil 


sisteminin 

təkmilləşdirilməsi  prosesi  daxili  işlər  orqanları  üçün  ixtisaslı  kadrlar  hazırlayan  D N-in 

təhsil  müəssisələrinin  də  beynəlxalq  standartlara  uyğunlaşdırılmasını  tələb  edir.  Bu 

məqsədlə daxili işlər orqanlarının ali hüquq təhsilli mütəxəssislərə olan tələbatını ödəyən 

Polis Akademiyasının vəzifələri, hüquqları, strukturu və Akademiyaya rəhbərlik haqqında 

ə

ldə etdiyiniz biliklər əlbəttə ki, əhəmiyyətli olacaqdır. 



Beləliklə, mövzumuzun birinci sualının açıqlanmasına keçək. 

 

 

 

 

 

SUAL  I.  Təhsil  sahəsində  dövlət  idarəetməsinin  anlayışı  və  təşkilati-hüquqi 

ə

sasları.  

 

Təhsil  cəmiyyətin  bütün  üzvlərini  əhatə  edən,  onları  daim  düşündürən,  dövlətin, 



dövlətçiliyin  təməlində  duran  ümummilli  məsələdir.  YUNESKO  XXI  əsri  “Təhsil  əsri”- 

“ ntellekt əsri” elan etmişdir. 

Azərbaycan  halqının  ümummilli  lideri  H.Əliyev  qeyd  etmişdir:  “Azərbaycanda 

yaranmış təhsil sistemi bizim böyük sərvətimizdir və XXI əsrə biz müstəqil olaraq, həmin 

bu sərvətlə, həmin bu böyük potensialla başlamışıq…” 

Bu  mənada  Azərbaycan  əhalisinin  2  milyonundan  çoxunu  təhsil  prosesinin  birbaşa 

iştirakçısı  olan  təhsil  alanlar  və  təhsil  verənlər  təşkil  edir.  Belə  bir  şəraitdə  təhsilin  bu 

günü, sabahkı taleyi hər bir Azərbaycan vətəndaşını, bütövlükdə Azərbaycan dövlətini hər 

an  maraqlandıran  prioritet  sahədir.  Azərbaycan  təhsilinin  inkişafını  qabaqcıl  ölkələrin 

təhsil sistemlərinə inteqrasiyasız, onlardan təcrid edilmiş şəkildə təsəvvür etmək mümkün 

deyildir. 

Azərbaycanın dövlət müstəqilliyinə qovuşması təhsil sahəsində beynəlxalq əlaqələrin 

genişlənməsinə real şərait yaratmışdır. 

Təhsil cəmiyyətin və dövlətin inkişafında mühüm rol oynayan, strateci əhəmiyyəti ilə 

fərqlənən  fəaliyyət  sahəsidir.  Təhsil  hüququ  vətəndaşların  əsas  konstitusion 

hüquqlarındandır. 

Təhsilin ümumi  məsələləri Azərbaycan Respublikasının hakimiyyət orqanları, eləcə 

də onun mərkəzi və yerli hakimiyyət orqanlarının səlahiyyətlərinə aid edilmişdir. 

 Azərbaycan  Respublikası  Konstitusiyasının  42-ci  maddəsi  “Təhsil  hüququ” 

adlandırılmış və özündə aşağıdakıları müəyyən etmişdir: 

I. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır. 

II. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. 

III. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. 



Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   216   217   218   219   220   221   222   223   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə