Microsoft Word inzibati huquq doc



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə218/244
tarix08.09.2018
ölçüsü3,57 Mb.
#67060
1   ...   214   215   216   217   218   219   220   221   ...   244

 

405 


 

Azərbaycan  Respublikasına  digər  qanuni  əsaslarla  (turizm,  şəxsi  işi  ilə  bağlı, 

xidməti  ezamiyyətə  gəlmiş  və  sair  bu  kimi  müvəqqəti  xarakter  daşıyan  hallarla  əlaqədar 

gəlmiş)  gələn  əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  Azərbaycan  Respublikasında 

müvəqqəti olan hesab edilirlər. 

Mühacir-  bu  və  ya  digər  əsaslarla  yaşadığı  ölkəni  uzun  müddətə  tərk  edən  və 

Azərbaycan  Respublikasına  yaşamağa  gələn  əcnəbilər,  yaxud  vətəndaşlığı  olmayan 

şə

xslərdir. 



Ə

cnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  hüquqi  vəziyyəti  Azərbaycan 

Respublikasının  Konstiutsiyası,  “Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  hüquqi 

vəziyyəti haqqında”, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan 

Respulikasının  Qanunları  və  bu  Qanunlara  müvafiq  olaraq  qəbul  edilən  Azərbaycan 

Respublikasının digər qanunvericilik aktları, habelə Azərbaycan Respublikasının iştirakçısı 

olduğu beynəlxalq müqavilələr ilə müəyyən edilir. 

Azərbaycan  Respublikasının  Konstitusiyası,  “Əcnəbilərin  və  vətəndaşlığı  olmayan 

şə

xslərin hüquqi vəziyyəti haqqında” Qanun, Azərbaycan Respublikasının digər qanunları 



və Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələr ilə digər qaydalar 

müəyyən edilməyibsə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası 

vətəndaşları  ilə  bərabər  bütün  hüquqlardan  və  azadlıqlardan  istifadə  edirlər  və  bütün 

vəzifələri yerinə yetirirlər. 

Ə

cnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  hüquq  və  azadlıqlarının  həyata 



keçirilməsi  Azərbaycan  Respublikasının  milli  mənafeyinə  zidd  olmamalıdır.  Əcnəbilər  və 

vətəndaşlığı  olmayan  şəxslər  Azərbaycan  Respublikasının  Konstitusiyasının,  Azərbaycan 

Respublikasının  qanunlarının  və  digər  qanunvericilik  aktlarının  tələblərinə  riayət  etməli, 

Azərbaycan xalqının adət- ənənlərinə hörmət etməlidirlər. 

Xarici  dövlət  onun  ərazisində  Azərbaycan  Respublikası  vətəndaşlarının  hüquq  və 

azadlıqlarının  həyata  keçirilməsinə  məhdudiyyət  qoyduqda  Azərbaycan  Respublikasının 

Qanunu  ilə  Azərbaycan  Respublikasının  ərazisində  eyni  məhdudiyyətlər  həmin  dövlətin 

vətəndaşları üçün müəyyən edilə bilər. Belə qanun onun qəbul edilməsinə əsas olan hallar 

aradan qaldırıldıqda ləğv olunur. 

Ə

cnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  onların  sosial  və  əmlak  vəziyyətindən, 



irqindən,  milli  mənsubiyyətindən,  cinsindən,  dilindən,  dinə  münasibətindən,  fəaliyyətinin 

növü  və  xarakterindən  və  digər  hallardan  asılı  olmayaraq  Azərbaycan  Respublikasında 

qanun və məhkəmə qarşısında bərabərdirlər. 

Azərbaycan Respublikası ərazisindəki əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin 

hüquq  və  azadlıqları  yalnız  Azərbaycan  Respublikası  Konstitusiyasında  müəyyən  edilmiş 

qaydada məhdudlaşdırıla bilər. 

Ə

cnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  Azərbaycan  Respublikasının 



qanunvericiliyi ilə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasına daimi yaşamaq 

üçün mühacirətə, yaxud müəyyən müddətə işləməyə gələ bilər və həmçinin onun ərazisində 

müvəqqəti ola bilərlər. 

Ə

cnəbilər və vətəndaşlığı olmayan  şəxslər  aşağıdakı hallarda mühacirətə  icazə  ala 



və Azərbaycan Respublikası ərazisində daimi yaşamağa gələ bilərlər: 

  Azərbaycan Respublikasının vətəndaşları ilə yaxın qohumluğu olduqda; 



  Azərbaycan Respublikasında daimi yaşayan şəxslə nigahda olduqda; 

  Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda. 




 

406 


 

Daimi yaşayış üçün, yaxud müvəqqəti işləməyə gəlmiş əcnəbilərə və vətəndaşlığı 

olmayan  şəxslərə  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  olunmuş 

qaydada müvafiq sənədlər verilir. 

Digər  qanuni  əsaslarla  Azərbaycan  Respblikasının  ərazisində  olan  əcnəbilər  və 

vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında müvəqqəti olan hesab edilirlər. 

Azərbaycan  Respublikası  ərazisində  müvəqqəti  olan  əcnəbilər  və  vətəndaşlığı 

olmayan  şəxslər  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  qeydiyyata  alınmalıdırlar  və 

onlar üçün müəyyən olunmuş müddətlər qurtadıqdan sonra Azərbaycan Respublikasını tərk 

etməlidirlər. 

Azərbaycan  Respublikası  ərazisində  cinayət,  inzibati  və  digər  hüquqpozma 

törətmiş  əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  Azərbaycan  Respublikasının 

qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 

Ə

cnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında aşağıdakı 



olma  qaydalarını  pozduqları  hallarda  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə 

nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar: 

  Azərbaycan Respublikasında olmaq üçün müvafiq sənədləri olmadıqda; 



  Azərbaycan Respublikasında etibarsız sənədlər əsasında yaşadıqda; 

  qanunvericilikdə  müəyyən  edilmiş  hərəkət  etmə,  yaşayış  yeri  seçmə  və 



qeydiyyat qaydalarına riayət etmədikdə; 

  işə düzələrkən müəyyən edilmiş qaydaları pozduqda; 



  olma  müddəti  qurtardıqdan sonra  Azərbaycan  Respublikası  ərazisini vaxtında 

tərk etmədikdə; 

  Azərbaycan Respublikası ərazisindən tranzit keçidi qaydalarına əməl etmdikdə 



və s.  

Azərbaycan  Respublikası  qanunvericiliyinin  tələblərini  pozan  əcnəbilərin  və 

vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan  Respublikasında  olma  müddətləri  qısaldıla 

bilər.  Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan  Respublikasında  olma 

müddətlərinin qısaldılması haqqında qərarı müvafiq dövlət orqanları qəbul edir. 

Milli təhlükəsizliyin təmin olunması, ictimai asayişin mühafizəsi, əhalinin səhhəti, 

hüquqları  və  mənafelərinin  qorunması  zəruriliyi  olduqda  və  həmçinin  Azərbaycan 

Respublikasının  əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  hüquqi  vəziyyəti  haqqında 

qanunvericiliyinin  tələbləri  kobud  surətdə  pozulduqda  əcnəbilər  və  vətəndaşlığı  olmayan 

şə

xslər  bir  gündən  yeddi  günədək  müddətə  müvafiq  dövlət  orqanının  qərarına  əsasən 



Azərbaycan Respublikası hüdudlarından kənara çıxarıla bilər. 

Ə

cnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan  Respublikası 



hüdudlarından  kənara  çıxarılması  Azərbaycan  Respublikası  nzibati  Xətalar  Məcəlləsi  ilə 

müəyyən  edilmiş  qaydada  həyata  keçirilir.  Əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər 

Azərbaycan  Respublikası  hüdudlarından  kənara  çıxarılması  haqqında  qərarda  müəyyən 

olunmuş  müddətdə  Azərbaycan  Respublikası  ərazisini  tərk  etməlidir.  Əcnəbilərin  və 

vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan  Respublikasında  olma  müddətlərinin 

qısaldılması və Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması Daxili  şlər 

Nazirliyinin müvafiq qurumları tərəfindən həyata keçirilir. 

Ə

cnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan  Respublikası 



hüdudlarından  kənara  çıxarılması  haqqında  qərardan  məhkəməyə  şikayət  verilə  bilər. 

Ş

ikayətin verilməsi qərarın icrasını dayandırmır. 




Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   214   215   216   217   218   219   220   221   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə