Microsoft Word inzibati huquq doc



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə219/244
tarix08.09.2018
ölçüsü3,57 Mb.
#67060
1   ...   215   216   217   218   219   220   221   222   ...   244

 

407 


 

Ə

cnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı vizalar əsasında Azərbaycan 



Respublikasına  gələ,  onun  ərazisində  ola,  tranzitlə  keçə  və  Azərbaycan  Respublikası 

ə

razisində olduqdan sonra gedə bilərlər. Vizaların aşağıdakı növləri mövcuddur: 



-

  giriş vizası; 

-

  qayıdış vizası; 



-

  tranzit vizası; 

-

  çıxış vizası. 



a)  Giriş  vizası  əcnəbilərə  Azərbaycan  Respublikasının  ərazisinə  ümumi  qaydada 

gəlmək  üçün  verilir.  Onun  etibarlıq  müddəti  birdəfəlik  giriş-çıxış  üçün  üç  gündən  üç 

ayadək, çoxdəfəlik giriş-çıxış üçün isə-bir ilədək müəyyən olunur. Bu müddətədə vizadan 

istifadə olunmazsa o, qüvvədən düşür. 

b)  Qayıdış  vizası  şəxsi  pasportu  olan  əcnəbilərə  Azərbaycan  Respublikasından 

gedərkən müraciət etdikləri halda yenidən Azərbaycan Respublikasının ərazisinə bir ayadək 

müddətə gəlmək üçün verilir. Bu viza Azərbaycan Respublikasından getmə günündən altı 

ay ərzində istifadə olunmazsa, qüvvədən düşür. 

c) Bir və ya çoxdəfəlik tranzit vizası başqa ölkələrə gedən əcnəbilərə Azərbaycan 

Respublikasının  ərazisindən  keçmək  üçün  verilir.  Tranzit  vizasında  gedişin  dayanacaqsız 

olması haqqında qeyd və ya möhür olmazsa onun sahibinə Azərbaycan Respublikasında ən 

çox 5 gün qalmaq imkanı verilir. 

ç) Çıxış vizası Azərbaycan Respublikasının ərazisində yaşayış üçün rəsmi icazəyə 

malik olan əcnəbilərə verilir. Çıxış vizasının verilməsi üçün dövlət rüsumu alınmır. 

Azərbaycan Respublikasında qalmaq üçün əcnəbilər vizalarında göstərilən müddət 

qurtaranadək  qabaqcadan  onun  uzadılması  məsələsini  həll  etməli  və  ya  ölkəni  tərk 

etməlidirlər. 

Viza  alınması  üçün  əcnəbilər  gəlişin  məqsəd  və  müddətini  göstərməklə  viza 

verilməsi  haqqında  ərizə  ilə  Azərbaycan  Respublkasının  səfirlikləri  və  konsulluqları 

vasitəsi  ilə  və  ya  birbaşa  Azərbaycan  Respublikasının  Xarici  şlər  Nazirliyinə  müraciət 

edərək  tələb  olunan  sənədləri  və  viza  verilməsi  üçün  dövlət  rüsumu  ödənilməsi  barədə 

qəbzi ərizəyə əlavə etməlidirlər. 

Viza  verilməsi  haqqında  əcnəbilərin  ərizələrinə  əlavə  edilən  sənədlərin  siyahısını 

Azərbaycan  Respublikasının  Xarici 

ş

lər  Nazirliyi,  onlardan  tutulan  rüsumların 



məbləğlərini isə Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. 

Viza  verilməsi  haqqında  əcnəbilərin  ərizələrinə  Azərbaycan  Respublikasının 

Xarici  şlər Nazirliyi və ya Azərbaycan Respublikasının səfirlikləri və konsulluqları onlara 

müraciət  olunduğu  gündən  ən  geci  bir  ay  keçənədək,  onların  səfəri  təcili  mülaicə,  yaxud 

Azərbaycan Respublikasında yaşayan qohumunun ağıo xəstəliyi və ya ölümü ilə bağlıdırsa, 

bu  faktları  təsdiq  edən  sənəd  təqdim  olunduqdan  ən  geci  48  saat  keçənədək  baxırlar. 

Ə

cnəbilərin  Azərbaycan  Respublikasından  getməsini  müvəqqəti  məhdudlaşdıran  hallarda 



viza  verilməsi  haqqında  xahiş,  səbəbləri  yazılı  şəkildə  ərizəçinin  nəzərinə  çatdırılmaqla 

rədd edilir və onun təkrar ərizəsinə imtinanı doğuran səbəblər aradan qaldırıldıqdan sonra 

baxılır. 

Viza  verilməsi  haqqında  ərizəyə  baxılmasında  süründür-məçiliyə  yol 

verilməsindən  və  ya  ərizəyə  baxmaqdan  imtina  edilməsindən  əcnəbilər  Azərbaycan 

Respublikasının müvafiq məhkəməsinə şikayət edə bilərlər. 




 

408 


 

Qanunun tələblərini pozaraq pasportsuz, vizasız və ya etibarlı olmayan pasport və 

digər  sənədlərlə  Azərbaycan  Respublikasının  sərhədini  keçən  əcnəbilər  geri  qaytarılırlar. 

Belə  şəxslərdən  pasport  və  sənədlərini  yolda  itirdiklərini  bildirənlərin  Daxili  şlər 

Nazirliyinin aparacağı təhqiqata qədər, lazım gələrsə isə ən yaxın rayonun icra hakimiyyəti 

başçısının müəyyənləşdirəcəyi yerdə yerləşdirmək şərti ilə qəbul edilməsi mümkündür. 

Pasporta yalan məlumatlar daxil edildikdə, pasport itirildikdə, qəsdən korlandıqda, 

oğurlandıqda,  saxtalaşdırıldıqda,  satıldıqda,  qanunsuz  hazırlandıqda  və  ya  istifadə 

edildikdə,  yaxud  ölkədən  getməyin  və  ölkəyə  gəlməyin  qanunla  müəyyənləşdirilmiş 

qaydaları  pozulduqda  təqsirli  şəxslər  Azərbaycan  Respublikasının  qanunvericiliyində 

nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyırlar. 

Beləliklə,  suala  nəticə  olaraq  göstərmək  olar  ki,  əcnəbilərin  və  vətəndaşlığı 

omayan  şəxslərin  hüquqları  dövlət  hakimiyyəti  orqanları  tərəfindən  pozulduqda  həmin 

hüquqlar  Azərbaycan  Respublikasının qanunvericiliyi  ilə  müəyyən  edilmiş  qaydada  bərpa 

edilir. 

 

 

Ə T   C Ə 

 

“Xarici işlər sahəsində dövlət idarəetməsi” mövzusunun biz hüquqşünaslar və polis 



ə

məkdaşları üçün həm nəzəri həm də təcrübi cəhətdən böyük əhəmiyyəti vardır. Sualların 

açıqlanması ilə siz hiss etdiniz ki, dövlətin qarşısında duran əsas vəzifələrdən biri də xarici 

işlər sahəsində dövlət idarəetməsinin təşkili və onun həyata keçirilməsidir. 

Bu  mövzunun  köməkliyi  ilə  xarici  işlər  sahəsində  dövlət  idarəetməsinin  həyata 

keçirilməsinə ümumi rəhbərliyin və bilavasitə rəhbərliyin həyata keçirilməsinin təşkilati-

hüquqi formalarını öyrənmiş olduq.  

Mövzumuzun  ikinci  sualının  köməkliyi  ilə  Xarici  şlər  Nazirliyinin  və  onun 

orqanlarının əsas vəzifələri, funksiyaları və hüquqları haqqında anlayış əldə etmiş olduq. 

Bundan əlavə biz öyrəndik ki, xarici dövlətlər ərazisində Azərbaycan Respublikası Xarici 

ş

lər  Nazirliyinin orqanları öz vəzifələrini,  funksiyalarını və hüquqlarını  hansı  normativ-



hüquqi aktlar əsasında həyata keçirirlər. 

Ə

n  nəhayət  onu  da  qeyd  etmək  lazımdır  ki,  Azərbaycan  Respublikası  öz 



müstəqilliyini  qazandıqdan  və  xarici  ölkələrlə  qarşılıqlı  əlaqələrini  genişləndirdikcə 

Azərbaycan  Respublikasına  gələn  xarici  vətəndaşların  və  vətəndaşlığı  olmayan  şəxslərin 

sayı gündən-günə artır. Ona görə də biz mövzumuzun üçüncü sualının köməkliyi ilə xarici 

vətəndaşların  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan  Respublikasına  gəlmək  və 

Azərbaycan Respublikasından getməklərinin əsaslarını və qaydalarını öyrənmiş olduq. 

Yuxarıda  göstərdiklərimizə  əsaslanaraq  qeyd  etmək  lazımdır  ki,  bü  günkü 

mövzumuzun hər bir hüquqşünas üçün qarşısında duran vəzifələrin yerinə yetirilməsində 

böyük əhəmiyyəti vardır. 



 

  MÖVZU  21 “ TƏHS L SAHƏS NDƏ DÖVLƏT  DARƏETMƏS ”. 

 

 

P L A N: 

 



Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   215   216   217   218   219   220   221   222   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə