66
qızıl əşrəfi göndərmişdi. Eyni zamanda Hüseynəli xan da Kartli-
Kaxetiyaya qarşı sultandan hərbi kömək gözləyirdi. O, Osmanlı
paşaları ilə və xüsusən də Qars paşası ilə də əlaqə saxlayırdı (48, 41,
43-44).
Hüseynəli xan bölgənin ən güclü hakimlərindən olan qubalı
Fətəli xanla da sıx əlaqə saxlayırdı. Rus arxiv sənədlərində göstərilir
ki, 1769-cu ilin fevralında Hüseyn xanın adamları hədiyyələrlə
Fətəli xanın sarayında olmuş, onu İrəvanı öz himayəsinə almağa
çağırmışdılar. Lakin Fətəli xan şəkili Hüseyn xanla müharibə
apardığından bu plan baş tutmamışdı (75, 59)
Sultandan hərbi kömək alacağına ümid edən Hüseynəli xan
Kartli-Kaxetiyaya vergi verməyi dayandırdı. Xanın bu hərəkəti II
İraklinin 1769-cu ildə yenidən İrəvana hücumuna səbəb oldu (187,
111). Qalaya sığınan Hüseynəli xan bu dəfə II İrakliyə güclü
müqavimət göstərmişdi. Bu yürüşdən Kartli-Kaxetiya çarı əliboş
qayıtdı.
Lakin Hüseynəli xan Osmanlı dövlətindən gözlədiyi hərbi
köməyi ala bilmədi. Çünki bu dövrdə rus qoşunu ilə müharibə apa-
ran osmanlıların vəziyyəti ağır idi. Məhz ona görə də, o, II İraklinin
yenidən İrəvana hücum edəcəyindən ehtiyat edərək Kartli-Kaxetiya
çarı ilə sülh bağlamağa məcbur oldu. 1771-ci ilin mayın 23-də rus
zabiti kapitan Yazıkov qraf N.İ.Paninə yazmış olduğu məktubda
İrəvan xanının atdığı addımı belə şərh edirdi: «İrəvan xanı öz
adamını çarın yanına göndərərək ondan sülh xahiş edir. Elə ki,
bizim qoşunlar (rus qoşunu – E. Q.) Gürcüstana daxil oldu, İrəvan
xanı çar İraklidən üz döndərərək sultana məktub göndərdi.
Məktubda o, sultandan Gürcüstana hücum etmək üçün qoşun və pul
xahiş edirdi. Lakin sultan bu köməyi etmədikdə, o, qorxudan
yenidən çar İraklinin təbəəliyinə keçir. Ona söz verir ki, keçən ilki
vergini ödəyəcəkdir» (158, 301-302). Beləliklə, 1771-ci ilin yayında
İrəvan xanlığı ilə Kartli-Kaxetiya çarlığı arasında sülh bağlanır.
İrəvan xanlığının Kartli-Kaxetiya çarlığına ödəyəcəyi təzminatın
miqdarı 30.000 rubl həcmində müəyyən edilir (293, 187).
67
Əlacsızlıqdan II İrakliyə yenidən təzminat vermək məcbu-
riyyətində qalan Hüseynəli xan bu vəziyyətlə barışmaq fikirində
deyildi. O, vəziyyətdən çıxmaq üçün bölgədə baş verən hadisə-
lərdən yararlanmağa çalışır, Kartli-Kaxetiya çarlığının təsirindən
çıxmaq üçün yollar axtarırdı. Tezliklə, onun bu istəyi baş tutdu.
Belə ki, XVIII yüzilliyin 70-ci illərin ortalarında Kartli-Kaxetiya
çarlığının qonşu dövlətlərlə münasibətləri pisləşdi. Bunun bir neçə
səbəbi vardı. Belə ki, Rusiya-Osmanlı müharibəsinin gedişində II
İraklinin ruspərəst siyasəti İsfahan hakimi Kərim xan Zəndlə onun
arasında düşmənçiliyə səbəb oldu. Hətta Kərim xan Zənd Kartli-
Kaxetiyaya yürüş etmək niyyətində idi. Lakin onun ölümü bu
yürüşün baş tutmasına imkan vermədi (247, 143, 154-156; 78, 116-
117).
İkinci ən mühüm amil bölgədə qubalı Fətəli xanın güclən-
məsi, Azərbaycan xanlıqlarını bir mərkəz ətrafında birləşdirmək
siyasəti, II İrakli ilə rəqbəti, bu mübarizədə İrəvan və Gəncə
xanlıqları ilə yaxınlaşması idi. Digər ən mühüm amil Osmanlı
dövləti ilə bağlı idi. Müharibədə məğlub olmasına baxmayaraq,
sultan gizli surətdə öz nümayəndələrini bölgəyə göndərərək,
Azərbaycan xanlarını rus-gürcü birliyinə mübarizəyə çağırmaqda
davam edirdi (57, 37-38; 55, 167-168). İrəvan xanlığı ilə həmsərhəd
olan Osmanlı dövləti anlayırdı ki, burada Kartli-Kaxetiya çarlığının
möhkəmlənməsilə, osmanlılara qarşı mübarizə aparmaq üçün rus-
gürcü bloku əlverişli meydan əldə edə bilər. Azərbaycan xanlarına
göndərilən məktublarda sultanı narahat edən məsələlərdən biri də,
İrəvan xanlığını hər hansı təhlükədən qorumaq idi. Məhz Osmanlı
siyasəti nəticəsində şəkili Məhəmmədhəsən xan, ərdəbilli Nəzərəli
xan, xoylu Əhməd xan sultana yazdıqları məktublarda Kartli-
Kaxetiya çarı İrəvana hücum edəcəyi halda ona qarşı ittifaqa
girəcəklərinə söz verirdilər (55, 168).
İrəvan xanlığı ilə Kartli-Kaxetiya çarlığı arasında münasi-
bətlərin gərginləşməsində II İraklinin apardığı siyasətin də böyük
rolu olmuşdu. Belə ki, II İrakli çarlığın bərbad halda olan iqtisadi
vəziyyətini düzəltmək, xəzinəni doldurmaq üçün hər dəfə İrəvan
68
hakiminə təzyiq göstərərək təzminatı artırmağa çalışırdı (249, 419).
P.Butkov yazır ki, Hüseynəli xan II İrakliyə ildə 30.000 rubl məb-
ləğində təzminat verməyi öhtəsinə götürsə də, sonralar bu
təzminatın miqdarı 40-50 min rubla çatdırıldı (107, c.2, səh, 75).
Bölgədə baş verən hadisələrin İrəvan xanlığı üçün əlverişli
olduğunu düzgün qiymətləndirən Hüseynəli xan 1776-cı ildə
yenidən Kartli-Kaxetiya çarlığına təzminat verməyi dayandırdı.
Onlar arasında yenidən düşmənçilik yarandı (213, 67; 187, 387). İlk
illərdə beynəlxalq vəziyyətin onun üçün əlverişli olmadığını dərk
edən II İrakli müvəqqəti olaraq gözləmə mövqeyində qaldı.
Lakin II İrakli çox gözləməli olmadı. 1779-cu ildə Kərim xan
Zənd vəfat etdikdən sonra Mərkəzi İranda qarışıqlıq yarandı. Digər
tərəfdən, Qarabağ xanı İbrahimxəlil xanla birləşən II İrakli 1779-cu
ildə iki dəfə qubalı Fətəli xanın qoşunlarını məğlub edə bildi (211,
432). Qubalı Fətəli xanı müəyyən müddətə zərərsizləşdirməyə
bacaran II İrakli onun müttəfiqi İrəvan xanlığına yürüş etmək
qərarına gəldi. İlk əvvəl İrəvan xanından təzminat tələb etdi. Lakin
Hüseynəli xan rədd cavabı verdi (86, 22). Xanın vergi verməkdən
imtina etdiyini görən II İrakli oğlu Levonla birlikdə 1779-cu il
sentyabrın 5-də 20 minlik qoşunla, bəzi məlumata görə isə 12 min-
lik qoşunla İrəvan xanlığına yürüşə başladı (218, 68; 90, 156). Onun
qoşununun tərkibində dağıstanlılardan ibarət 5 min nəfər muzdlu
döyüşçü də vardı (107, c.2, səh.73). Erməni tarixçisi T.X.Akopyan
II İraklinin qoşununun sayının 40 min nəfərə çatdığını və onun
çoxsaylı xalqlardan ibarət olduğunu qeyd edirdi (80, 54).
Hüseynəli xan bu dəfə də II İrakliyə müqavimət göstərmək
qərarına gəlmişdi. O, müdafiəni gücləndirmək məqsədilə İrəvana
yaxın kəndlərin əhalisini yenə də qalaya köçürtdürmüşdü. Əhalinin
müəyyən hissəsi isə Qars və Bəyazid paşalıqlarına qaçmışdı (215,
68-69; 86, 22). Müdafiəni möhkəmləndirdikdən sonra Hüseynəli
xan əvvəlcə Kartli-Kaxetiya qoşunlarına hələ sərhəddə ikən
müqavimət göstərmək qərarına gəldi. Lakin çoxsaylı qoşunun
qarşısında tab gətirə bilməyən İrəvan qoşunu qalaya çəkilərək
mübarizəni davam etdirdi. Kartli-Kaxetiya qoşunları sentyabrın 10-
Dostları ilə paylaş: |