72
İlk cəhdlərinin uğursuzluğa düçar olmasına baxmayaraq,
Hüseynəli xan məqsədinə nail olmaq üçün Tiflisə yeni-yeni nüma-
yəndə heyətləri göndərməkdə davam edirdi. O, II İraklinin yanına
oğlu Məhəmmədin də daxil olduğu üçüncü nümayəndə heyəti yol-
ladı. Bu heyətin göndərilməsinə bəhanə II İraklinin oğlu Levonun
faciəli ölümü idi. Vəziyyətdən istifadə etməyə çalışan bu nüma-
yəndə heyəti də sülh müqaviləsi bağlamağa nail ola bilmədi (161,
70). Lakin II İrakli Hüseynəli xanın oğlunu mehribanlıqla qarşıla-
mış və ona İrəvan qoşunlarına sərkərdəlik vəzifəsi tapşırmışdı (48,
88-89). Buna baxmayaraq, bu heyət də məqsədə nail ola bilmədi.
Ruhdan düşməyən İrəvan hakimi əsirlərin geri qaytarılması
üçün II İrakliyə məktublar göndərməkdə davam edirdi. Hüseynəli
xan başa düşürdü ki, dağıntıları aradan qaldırmaqda və təsərrüfatın
dirçəldilməsində aparılan əsirlərin böyük rolu ola bilərdi. O, Tiflis
sarayına göndərilən məktubların birində bu haqda açıq yazırdı:
“...xahiş edirəm ki, mərhəmət edib, iltifat göstərərək bizə ciddi
kömək göstərib, yardım etmək məqsədilə sizin ölkənizdə sakin
edilən irəvanlı xanəvarları (ailələri) öz başınıza sədəqə edərək hə-
diyyə və peşkəş kimi bizə bağışlayasınız. Onlar öz vətənlərinə qayı-
daraq əkinçilik, kasıbkarlıqla məşğul olub sizin ömrünüzə və
dövlətinizə dua etsinlər. Onların qaytarılması…vilayətin abadlaş-
masına…səbəb olacaqdır» (48, 89).
II İraklini yola gətirə bilməyən Hüseynəli xan kömək üçün
Osmanlı sultanına müraciət etdi. Sultan isə şərq paşalarına İrəvan
xanına hər cür kömək etməyi tapşırmışdı. Bundan sonra Kartli-
Kaxetiya çarı ilə sülh müqaviləsinin bağlanmasında Ahalsıx və
Çıldır hakimləri böyük rol oynadılar. Hüseynəli xan Ahalsıx hakimi
Süleyman paşaya məktub göndərərək əsirlərin acınacaqlı vəziyyətdə
olduğunu bildirmiş və onların geri qaytarılmasında vasitəçi olmağa
xahiş etmişdi. Buna razılıq verən Ahalsıx paşasının adamları
tezliklə İrəvana gəldilər (48, 91; 161, 69).
Çildır hakimi Süleyman paşa da sülh işində fəal rol oynamış-
dı. Hüseynəli xandan sonra hakimiyyətə gəlmiş oğlu Qulaməli xan
sultana göndərdiyi məktubda bunu xüsusi qeyd etmişdi. O, yazırdı:
73
“Keçmiş illərdə... əzəmətli vəziriniz, Çıldır vilayətinin hakimi
Süleyman paşanın səyi və təşəbbüsü ilə Gürcüstanla sərhədlər
barəsində xüsusi müqavilə bağlanmışdı” (48, 73).
Osmanlı dövlətinin təzyiqləri və digər tərəfdən İrəvan
xanlığında öz nüfuzunu itirmək qorxusu II İraklini mövqeyini
dəyişməyə məcbur etdi. Xoylu Əhməd xanla qarabağlı İbrahimxəlil
xan arasında baş verən münaqişə də bu işdə böyük rol oynamışdı.
İbrahimxəlil xanın müttəfiqi olan II İrakli Əhməd xana qarşı
mübarizədə Hüseynəli xandan maddi və hərbi kömək alacağını
düşünərək oğlu Levonun vəziri Georgi bəyin başçılığı ilə İrəvana
nümayəndə heyəti göndərdi. Georgi bəy iki dəfə İrəvanda olmuşdu.
Razılığa əsasən, 1781-ci ilin noyabrında Hüseynəli xan oğlu Qu-
laməli xanın başçılığı ilə dördüncü nümayəndə heyətini Tiflisə
göndərdi. Kartli-Kaxetiya çarının səlahiyyətli nümayəndəsi İvane
Muxran bəy də İrəvana gəldi (161, 71-72). Nəticədə bağlanmış
müqavilənin şərtlərinə görə, Hüseynəli xan II İrakliyə ildə 3.000
tümən məbləğində təzminat verməyi öhdəsinə götürmüşdü (107,
c.2, səh.75; 291, 97). Bundan başqa, İrəvan xanı lazım olduqda
qoşunu ilə II İrakliyə kömək etməli, xanların varisləri hakimiyyətə
gələrkən gürcü çarı tərəfindən təsdiq edilməli idi. Əvəzində II İrakli
İrəvan xanlığını xarici və daxili düşmənlərdən qorumağa söz verirdi
(161, 72). Müqaviləyə əsasən sağ qalan əsirlərin bir hissəsi geri
qaytarıldı (48, 75).
Kartli-Kaxetiya qoşunlarına qarşı mübarizə, sülh danışıqla-
rının uzanması İrəvan xanlığının daxili vəziyyətini daha da ağırlaş-
dırmışdı. İrəvan xanının ağır şərtlərlə müqavilə bağlamasının əsas
səbəbi də bu idi. Belə ki, vəziyyətdən istifadə edən bir çox elatlar
qiyam qaldıraraq, xanlıqda qarışıqlıq yaratmağa çalışırdılar. Hü-
seynəli xan II İrakliyə yazdığı məktubların birində ölkədəki
vəziyyəti belə qeyd edirdi: «Baş verən hadisələr, qiyam, vaxtaşırı
hücumlar İrəvan ölkəsi əhalisini var-yoxdan çıxarmışdı. Bizim
xanlıq sülaləsinə qarşı keçmişdən ürəklərində kin bəsləyən, düşmən
olan müxtəlif qiyamçılar sakitlik, səssizlik ətəyindən əl çəkərək
əyalətdəki kəndlərə od vururdular» (48, 97-98).
74
Bu üsyanın əsas iştirakçıları kolanılılar və vedililər idi. Kola-
nılıların bu işdə fəallığı xüsusilə seçilirdi. Yuxarıda göstərildiyi
kimi, Hüseynəli xanın hakimiyyətinin ilk dövrlərində kolanılılar ona
qarşı qiyam qaldıraraq, Qarabağ xanlığının himayəsinə keçmək
istəmişdilər. Xan hakimiyyətinə qarşı düşmən münasibət sonralar da
davam etmişdi. Onların başçılarından biri Novruzəli bəy Hüseynəli
xanın II İrakliyə qarşı mübarizəsindən istifadə edərək tez-tez
hakimyyətə qarşı çıxırdı. Lakin Hüseynəli xan onu daima təqib
edirdi. Təqibdən yayınan Novruzəli bəy kömək üçün Tiflis sarayına
pənah aparmışdı. İrəvan xanlığını öz təsirində saxlamaq üçün belə
qüvvələri daima dəstəkləyən II İrakli Novruzəli bəyi öz himayəsinə
götürərək onu nümayəndə heyəti ilə birlikdə İrəvana göndərmişdi.
Kartli-Kaxetiya çarı ilə yenicə sülh bağlamış Hüseynəli xan əlacsız
qalaraq onun günahından keçmiş və ona öz elinə getməyə icazə
vermişdi. Bir neçə gün İrəvanda qaldıqdan sonra öz obasına qayıdan
Novruzəli bəy xanlığın ağır vəziyyətindən istifadə edərək yenidən
qiyam qaldırdı. O, niyyətini həyata keçirmək üçün özünə müttəfiq
də tapa bildi. Belə ki, Novruzəli bəy xan hakimiyyətinə düşmən
olan vedili Əlisultan Şadılını öz tərəfinə çəkərək, onunla ittifaq
bağladı. Tezliklə, Hüseynəli xandan narazı olan digər qüvvələrdə
qiyamçılara qoşuldu. Qiyamçılar müvəffəqiyyət qazanmaq üçün
Qarabağ hakimi İbrahimxəlil xanla əlaqəyə girdilər. Onlar Qarabağ
hakiminin yanına nümayəndə göndərərək yardım istəmiş və ona
tabe olduqlarını bildirmişdilər. Qiyamçı qüvvələr kəndlərə hücumlar
edərək qarətlə məşğul olurdular. Hüseynəli xan qiyamı yatırmaq
üçün öz sərkərdələrindən birini qoşunla onlara qarşı göndərdi. Bu
xəbəri eşidən qiyamçılar xan qoşununa müqavimət göstərmək üçün
ailələri ilə birlikdə əlçatmaz yerlərə çəkildilər. Lakin xan qoşununun
yaxınlaşdığını eşidən Novruzəli bəy və Əlisultan Şadılı müqavimət
göstərməyə cəsarət etməyərək, öz ellərini buraxaraq, şəmşəddinli
Əlisultanın yanına qaçdılar (48, 86).
Qiyamçıların başçılarının qaçdığını görən xanın adamları
onların mənsub olduqları el və tayfaları dağlardan endirmək, onların
evlərinə qayıtmaları üçün danıqlar aparmağa başladılar. Əhaliyə
Dostları ilə paylaş: |