63
Hüseynəli xanın bu hərəkəti İrəvanda nüfuzunu itirmək istə-
məyən II İraklinin bərk təşvişə salmışdı. Kartli-Kaxetiya çarı 1765-
ci ildə çoxsaylı qoşunla İrəvana hücum etdi. Hüseynəli xan çarın
çoxsaylı qoşunla yaxınlaşdığını eşidərək müdafiə tədbirləri görməyə
başladı. İlk növbədə, o, İrəvan qalasının hərbi gücünü artırmaq üçün
ətraf kəndlərin əhalisini buraya toplamış, qalanın ətrafındakı
xəndəyi dərinləşdirərək su ilə doldutdurmuşdu. Qalaya sığınmağa
imkanı olmayan əhalinin digər hissəsi isə əlçatmaz yerlərdə
gizlənmişdi. Lakin öz gücünə inanmayan Hüseynəli xan II İrakli ilə
sülh danışıqlarına başlamağa məcbur oldu. Bu məqsədlə xan yaxın
adamları ilə birlikdə katolikos Simonu sülh xahişi ilə II İraklinin
yanına göndərmişdi (187, 111). Həmin dövrdə sülh bağlamaq çara
da çox vacib idi. Çünki II İrakliyə verilən məlumata görə, şahzadə
Paatın başçılığı ilə bir qrup Kartli feodalları ona qarşı qiyam
qaldırmışdı (290, 722; 245, 132). Nəticədə, tərəflər arasında sülh
bağlanmış və II İrakli yenidən İrəvan üzərinə təzminat qoyaraq geri
qayıtmışdı (187, 111, 387).
Bu təhlükədən yenicə qurtarmış İrəvan xanlığı tezliklə car-
balakənlilərin hücumuna məruz qaldı. Buna səbəb Gəncə xanlığı
ətrafında baş verən hadisələr olmuşdu. Belə ki, Gəncə xanı Məhəm-
mədhəsən xanın (1760-1780) apardığı xarici siyasətinin nəticəsində
XVIII yüzilliyin 60-cı illərin ortalarında ona qarşı Qarabağ, Şamaxı
xanlıqlarının, Kartli-Kaxetiya çarlığının ittifaqı yaranmışdı. Belə bir
vaxtda şəmşəddinlilər də üsyan qaldırmışdı. Hətta II İrakli Məhəm-
mədhəsən xana qarşı tərkibində qazaxlı azərbaycanlıların olduğu
qoşun da göndərmişdi. Məhəmmədhəsən xan belə böhranlı vaxtda
kömək üçün carlılara müraciət etdi. Vəd edilmiş yüksək hədiyyə
müqabilində carlılar onun müraciətinə müsbət cavab verdilər. Lakin
1766-cı ilin yayında 2 minlik Car qoşunu Gəncəyə gələndə Məhəm-
mədhəsən xan artıq rəqibləri ilə barışmışdı (203, 170).
Təhlükəli qonaqlardan qurtulmaq üçün Gəncə xanı carlıların
qoşun başçılarına cənub istiqamətində yürüş etməyi məsləhət gördü.
Carlılar bununla razılaşaraq İrəvan xanlığı istiqamətində yürüşə
başladılar. Məhəmmədhəsən xan bu haqda Hüseynəli xana xəbər də
64
göndərmişdi. Bu xəbər İrəvan əhalisini bərk təşfişə salmışdı. Hü-
seynəli xan yenidən müdafiə tədbirlərinə əl atır. Onun əmri ilə ətraf
kəndlərin əhalisi qalaya köçürülür, qalanın müdafiəsi gücləndirilirdi
(203, 171).
Lakin xoşbəxt bir təsadüf İrəvan xanlığını dağıntılardan xilas
edmişdi. Belə ki, xanlıqda yaşayan kolanılılar Hüseynəli xanın siya-
sətindən narazı olduqlarından Qarabağ xanlığına sığınmağı qərara
almışdılar. Bütün əmlakları ilə Qarabağa hərəkət edən kolanılılar
Göyçə sahillərində carlılarla qarşılaşırlar. 1766-cı ilin iyulun axırla-
rında gölün cənub sahilində tərəflər arasında döyüş baş verdi. Kola-
nılıların mərdliklə döyüşmələrinə baxmayaraq, vuruşma carlıların
qələbəsi ilə başa çatmışdı. Bu döyüşdə carlılar 800-ə qədər əsir
almış, onların əlinə 8 min baş xırdabuynuzlu, 2 min baş iribuynuzlu
mal-qara, 6 yüz at keçmiş, onlar həm də 12 min tümənlik qızıl və
gümüş, çoxlu ev əşyaları qənimət əldə etmişdilər (203, 172).
Lakin carlıların qoşunu qələbəni sona qədər bayram edə bil-
mədi. Belə ki, qələbəni bayram edən carlıların arxayınlaşmasından
istifadə edən kolanılılardan iki nəfər əsirlikdən qaçaraq şəmşəd-
dinlilərdən kömək istəmişdilər. Bu xəbəri eşidən şəmşəddinlilərin
ağsaqqalı Allahverdi sultan qoşun toplayaraq səhər tezdən carlılara
hücum edir. Qəflətən yaxalanmış carlı döyüşçüləri əsir və qəni-
mətləri buraxaraq döyüş meydanından qaçmışdılar (203, 173).
Beləliklə, İrəvan xanlığı bu yürüşdən də yaxa qurtara bilmişdi.
Hüseynəli xan İrəvanı Kartli-Kaxetiya çarlığının asıllığından
qurtarmağa çalışırdı. Odur ki, onların arasında bağlanmış sülh mü-
qaviləsinin ömrü cəmi üç il çəkdi. Hüseynəli xan yenidən II İrakliyə
vergi verməkdən imtina etdi. İrəvan hakimini buna sövq edən bey-
nəlxalq vəziyyətin onun üçün əlverişli olması idi. Belə ki, 1768-
1774-cü illərdə Qara dəniz sahilləri uğrunda Rusiya-Osmanlı müha-
ribəsi başlamışdı (290, 349-363). Bu müharibənin gedişində Cənubi
Qafqaz uğrunda Rusiya-Osmanlı rəqabətinin yeni dalğası başladı.
Rusiya bu bölgənin xristian əhalisi, ilk növbədə də Kartli-Kaxetiya
çarlığı vasitəsilə Azərbaycan xanlarına təsir göstərmək istəyirdi.
Hətta 1769-cu il avqustun 26-da Totlebenin başçılığı ilə bir dəstə
65
rus qoşunu Kartli-Kaxetiyaya daxil olmuşdu (245, 139). Bu da
Azərbaycan xanlarının narazılığına səbəb olmuşdu.
Osmanlı dövləti də öz növbəsində nümayəndələrini müxtəlif
hədiyyə və vədlərlə Cənubi Qafqaza göndərərək, Azərbaycan xan-
larını, o cümlədən İrəvan xanlığını rus-gürcü birliyinə qarşı müba-
rizəyə çağırırdı. Qeyd etmək lazımdır ki, XVIII yüzilliyin ikinci
yarısında Azərbaycan xanlarının Osmanlı dövləti ilə münasibətləri
haqqında T.Mustafazadənin və G.Nəcəflinin əsərlərində ətraflı təs-
vir edilmişdi (55; 57). Lakin biz yalnız İrəvan xanlığı ilə bağlı
hadisələrə toxunacağıq.
İrəvan xanlığı hərbi əməliyyatların baş verdiyi əraziyə yaxın
olduğundan hər iki dövlət burada möhkəmlənmək marağında idi.
Hüseynəli xan isə onların bu rəqabətindən istifadə etmək qərarına
gəlmişdi. Belə ki, müharibənin gedişində Osmanlı dövlətinin
bölgədə fəallığı daha da artmışdı. Sultan bölgənin müsəlman
hökmdarlarını – İsfahan hakimi Kərim xan Zəndi, Qubalı Fətəli xan
başda olmaqla Azərbaycan və Dağıstan feodallarını Rusiya və
Kartli-Kaxetiya çarına qarşı birləşərək mübarizə aparmağa çağırırdı.
Osmanlı dövləti Hüseynəli xana da çox ümid bəsləyirdi. Çar
II İrakli 1770-ci ilin oktyabrın 5-də qraf N.İ.Paninə yazdığı
məktubda Osmanlı dövlətinin və İrəvan xanlığının siyasətini belə
dəyərləndirirdi: «Ləzgilərdən (dağıstanlılardan – E. Q.) və bizi
əhatə edən digər xalqlardan başqa İrəvan xanını da bizə düşmən
etmişdilər. O, (Hüseynəli xan – E. Q.) bizə verdiyi anda məhəl
qoymayaraq, bizim himayəmizdən çıxaraq türklərə qoşulmuşdu.
Qarsa gələn sərəsgər sultandan həm ərzaq və digər maddi yardımla
birlikdə bizə qarşı çoxlu qoşun tələb edirdi. Eyni zamanda Kərim
xanı, Qubalı Fətəli xanın qüvvələrini bizə qarşı çıxmağa cəhd
edirdi. Türklər İrəvan xanının səyindən istifadə edərək, onun
vasitəsilə digər xanları böyük hədiyyələrlə öz tərəfinə çəkmək
istəyirdilər» (158, 244). Beləliklə, İrəvanda möhkəmlənmək üçün
Osmanlı elçiləri tez-tez buraya gəlir, sultandan xana məktub və
hədiyyələr gətirirdilər. Sultan Hüseynəli xana kürk üçün samur
dərisi, cavahir, qızılla bəzədilmiş qılınc kimi hədiyyələr və iki min
Dostları ilə paylaş: |